Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə21/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   17   18   19   20   21   22   23   24   ...   101

www.vivo-book.com 

 

103 



rəhbərlərindən  biriydi.  Qasımov  doğrudan  da  on  il  əvvəl 

rayon  komsomol  komitəsinə  rəhbərlik  etmiş  və  o  vaxtdan 

həmişəlik  olaraq  işdə  fədakar  coşqunluğu  və  inadkarlığını 

qoruyub saxlaya bilmişdi. 

Bu  hündürboy,  yaraşıqlı,  cavan  adam  dərhal 

Cəfərovun  xoşuna  gəldi.  Təqribən,  Mirzə  ilə  eyni  yaşda 

olduğundan onlar tez bir zamanda dil tapa bildilər. 

– Orda vəziyyət necədir, – Qasımov təşvişlə soruşdu, 

– sakitçilikdir? 

–  Hələ  ki  hə,  –  Cəfərov  ah  çəkdi.  Son  zamanlar 

Bakıda hər il çevrilişlər olurdu – iki dəfə cəhd olmuşdu, iki 

dəfə  ona  oxşar  nəsə.  Ölkənin  dağılmasından  sonra 

respublika əhalisi dörd il ərzində üç prezident, iki prezident 

səlahiyyətlərinin  müvəqqəti  icraçısı, ona  yaxın  baş  nazir  və 

bir o qədər də hökumət görmüşdü. 

Bu  dəyişikliklər  Cəfərovun  taleyinə  az  təsir  göstərsə 

də  –  o,  müstəntiq  olaraq  qalmışdı  –  Qasımov  üçün  çox 

əhəmiyyətliydi.  Bir  prezidentin  hakimiyyəti  dövründə  onu 

işdən  çıxarmışdılar,  digərində  hətta  həbs  etmişdilər, 

üçüncünün  dövründəsə  rayon  icra  hakimiyyətinin  başçısı 




www.vivo-book.com 

 

104 



təyin  etmişdilər.  O  yaxşı  bilirdi  ki,  Bakıda  hakimiyyət 

dəyişsə,  onun  istefası  qaçılmazdır.  Hər  yeni  lider  öz 

komandasını gətirirdi. Əlbəttə, bu yalnız Qasımovun ağlına 

gəlmirdi. Respublikada hər bir yerli rəhbər, hər bir nazir, iri 

və  ya  xırda  məmur  başa  düşürdü  ki,  hakimiyyət  dəyişilsə, 

növbəti liderin gəlişiylə onlar hər şeyi itirə bilərlər. Ona görə 

hamının  ilkin  şüarı  bu  idi  –  zənginləşin.  Nəyin  bahasına 

olursa  olsun  bu  gün,  elə  indi  zənginləşin,  yoxsa  sabah  gec 

olacaq.  Ümumi  hərc-mərclik,  demək  olar  ki,  oyuncaq 

çevrilişlər insanları fırıldaqçı, acgöz, tamahkar və dağıdıcıya 

çevirmişdi.  Məmurların  bu  yırtıcı  azğınlığının  fonunda 

Qasımov  əxlaqlı  adam  idi.  Rayon  sakinlərinin  taleyi  haqda 

bütün  sələflərinin  hamısından  daha  çox  düşünürdü.  Bu  o 

demək  deyildi  ki,  Qasımov  ideal  insan  idi.  On  dollarlıq 

maaşla  heç  bir  halda  yaşamaq  mümkün  deyildi.  Sadəcə 

olaraq o, respublikada deyildiyi kimi insaflıydı və doğrudan 

da,  kömək  edə  biləcəyi  və  etməli  olduğu  yerdə  zorakılıqla 

məşğul olmurdu. 

–  Yəqin  Kazımov  artıq  sizə  zəng  edib,  –  Cəfərov 

ehtimal etdi. 




www.vivo-book.com 

 

105 



Qasımov başını yellədi: 

–  Amma  o  demədi  ki,  konkret  hansı  işlə  bağlı 

gəlmisiniz. 

–  Döyüş  bölgəsində,  dağlarda  çoban  Qurban  kişi 

öldürülüb.  Cavan  bir  oğlan  şahid  qalıb.  Biz  yoxlamışıq, 

şahid  əmin  edir  ki,  çobanı  ermənilərlə  birgə  fəaliyyət 

göstərən  azərbaycanlılar  öldürüb.  Görünür,  birləşmiş 

dəstədir. Mən də bunu yoxlamaq istəyirəm. 

Qasımov qaşlarını çatdı. 

– Nə Allaha inanırlar, nə İsaya, – o, əsəbiliklə dedi, – 

müharibə  gedir,  onlarsa  talan  edirlər,  öldürürlər, 

oğurlayırlar.  Belə  əclafları  güllələmək  lazımdır.  Bilirsən, 

İrana  keçirmək  üçün  sərhədə  nə  qədər  mal  aparıblar?  Hər 

şey satın alınıb – ordu da, gömrük də, sərhədçilər də, milis 

də,  sizin  prokurorluğunuz  da.  Mən  adamları  dəyişirəm, 

Bakıdan  yeniləri  göndərməyi  xahiş  edirəm.  Onlarsa 

əvvəlkilərdən daha pis imiş. Beləliklə, biz necə  kömək edə 

bilərik? 

–  Şahidin  dediyinə  görə  qatillər  arasında  Ömər  adlı 

adam  olub.  Biz  ehtimal  edirik  ki,  bu,  yerlilərdən  biri  olub. 




www.vivo-book.com 

 

106 



Əksəriyyəti  şiə  olan  qonşu  Füzuli  rayonundasa  belə  bir  ad 

çətin  ki  ola.  Biz  də  ona  görə  yoxlamaq  istəyirik.  Kazımov 

deyir ki, onların rayonunda sünnilərin yaşadığı üç kənd olub. 

–  Maraqlıdır,  –  Qasımov  gülümsədi,  –  doğrudan  da, 

şiələrdə belə ad olmur. Bu kəndlərdən kimisə tapmaq lazım 

olacaq.  İş  ondadır  ki,  kəndlərdən  ikisi  işğaldadır  və  indi  o 

biri  tərəfdədir.  Üçüncü  kənd  isə  Horadizə  yaxındır.  Orda 

bizim istinad postumuz var. 

–  Bəs  o  iki  kəndin  əhalisi  haradadır?  –  Cəfərov 

soruşdu. 

–  Onlar  da  burdadır,  –  Qasımov  fikrə  getdi,  –  mən 

tapşırıq  verərəm  ki,  səni  qaçqınların  kompakt  yaşadığı 

düşərgəyə aparsınlar. Danışdıq? 

– Çox sağ ol, – Cəfərov ayağa qalxaraq dedi. 

Amma Qasımov onu buraxmaq fikrində deyildi. 

–  Otur,  bir  yerdə  gedib  nahar  edərik.  –  Onlar  hiss 

olunmadan,  bir-birilə  şərtləşmədən  “sən”ə  keçmişdilər. 

Yalnız maşında Qasımov birdən soruşdu: 

– Sən prokurorla görüşmüsən? 



www.vivo-book.com 

 

107 



–  Rəhimovla?  Hələ  yox.  Getmişdim,  orda  heç  kim 

yox idi. Bircə növbətçiydi, o da məncə milisdən idi. 

–  Görəcəksən,  necə  bir  tip  olduğunu,  –  Qasımov 

burnunun  altında  dedi.  –  O  qədər  qanımızı  qaraldır  ki. 

Bakıda  nüfuzlu  qohumlarının  olmasından  istifadə  edib 

özbaşınalıq edir. Mənsə heç nə edə bilmirəm. Hərçənd, sizin 

prokurorluğa  iki  dəfə  yazıb  onu  geri  çağırmağı  xahiş 

etmişəm.  Amma  görünür,  onun  əlaqələri  haqda  sənin 

rəislərin də bilir. Yaramazın yeri möhkəmdir. 

–  Sən  onu  tərifləməyə  başla,  –  Cəfərov  təklif  etdi,  – 

bəlkə  onun  əlaqələrinin  buna  bir  köməyi  dəyə  bilər.  Daha 

yüksək  vəzifəyə  irəli  çəkərlər.  Sənin  üçün  də  yaxşı  olar  – 

belə bir düşmənin olmaz, ona da xoş olar, qabağa gedər. 

–  Bacarmaram,  –  Qasımov  başını  buladı,  –  həddən 

artıq  xoşagəlməz  tipdir.  Prezident  Aparatına  yazmaq  lazım 

gələcək, amma uşaqlıqdan xəbərçiləri sevmirdim. 

Daha bu mövzuda danışmadılar. 

Nəhayət,  Qasımov,  Mirzəni  keçmiş  rayon  partiya 

komitəsinin  qonaq  evinə  apardı.  Onunla  sağollaşıb  yenidən 

icra hakimiyyətinin binasına qayıtdı. 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə