Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə29/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   25   26   27   28   29   30   31   32   ...   101

www.vivo-book.com 

 

143 



– Qatili prokurorluq və DİN axtaracaq, – Çijov ciddi 

tərzdə  xatırlatdı.  Özünü  tamam  axmaq  kimi  də  göstərmək 

olmazdı. 

–  Əlbəttə,  əzizim,  –  Vaja  gülümsədi,  –  yalnız  siz 

axtaracaqsınız. Bizsə ancaq sizə kömək etməyə hazırlaşırıq. 

Yalnız kömək. 

Bu sözlərdən sonra o, Çijovdan uzaqlaşdı. 

Xotivari uzaqdan  Çijovla başını  tərpədərək  nəzakətlə 

salamlaşdı. Onu Arçil Qogiyaya göstərib nəsə dedi. Qogiya 

Xotivarini  ikrahla  dinləyirdi.  O,  Xotivarini  aşkar  şəkildə 

sevmirdi. Amma görünür, bu, Xotivarinin vecinə deyildi. 

Qogiya 


daha 

sonra 


Çijovun 

möhkəmliyini 

yoxlayırmış  kimi  soyuq  tərzdə  ona  baxdı.  Çijov  bu  zəhmli 

baxışa dözə bildi.  

–  Hələ  gəncdir,  –  Qogiya  elə  aydın  şəkildə  dedi  ki, 

onu Çijov da anladı. Bu söz ona çox ağır gəldi. 

Bütün  dəfnetmə  proseduru  ümumilikdə  dörd  saata 

yaxın vaxt apardı və yalnız bundan sonra kütlə dağılışmağa 

başladı.  Çijov  girişdə  güclə,  itələşə-itələşə  öz  avtomobilinə 

tərəf  yüyürdü.  Onun  “06”-sı  digər  küçədə  dayanmışdı. 




www.vivo-book.com 

 

144 



Qəbiristanlığın yanında gələn maşınları milis ciddi izləyirdi. 

Burda yalnız avtoritetlərin “Mersedes”ləri dayana bilərdi və 

onlardan bir çoxuna hərbi salam verirdilər. Yevgeninin, beş 

il  əvvəl  atasının  hədiyyə  etdiyi  köhnə  “Jiquli”si  bu  qədər 

çoxsaylı parlaq metal və rezindən sonra bir qədər yöndəmsiz 

görünürdü.  Çijov  cəld  maşına  minib  mühərriki  birinci 

dəfədən işə sala bildi və prokurorluğa yönəldi. 

On  beş  dəqiqə  sonra  kabinetə  girib  dərhal  Cinayət-

Axtarış İdarəsinə zəng etdi. 

–  Danışan  rayon  prokurorluğundan  Çijovdur.  Kimdir 

danışan? – o soruşdu. 

–  Viktor  Steklov,  eşidirəm  sizi.  –  O,  Mixeyevin 

əməkdaşının səsini tanıdı. 

–  Təcili  həmin  gecə  növbədə  olan  qadını  tapmaq 

lazımdır.  Deyəsən,  onun  soyadı  Semyonova  idi,  –  Çijov 

xahiş etdi, – o bizə çox lazımdır. 

–  Artıq  səhərdən  axtarırıq,  –  o,  cavab  verdi.  – 

Mixeyev əmr edib ki, nəyin bahasına olursa olsun onu tapaq. 




www.vivo-book.com 

 

145 



Çijov  yenə  yanaqlarının  qızardığını  hiss  etdi.  Necə 

olub  ki,  o,  Mixeyevi  qiymətləndirə  bilməyib?  O,  hər  şeyi 

dünən başa düşübmüş. 

– Bəs niyə tapa bilmirsiniz? – soruşdu. 

–  Bağına  gedib  hələ  qayıtmayıb.  Ora  qrup 

göndərmişik, gəlməyinə az qalıb. O bizə dünən gəlməliydi, 

amma gəlmədi. 

Çijov  Mixeyevin  növbəti  gün  Semyonovanı  Dİİ-nə 

dəvət  etdiyini  xatırladı.  Doğrudanmı,  o  həmin  nüansa  hələ 

dünən fikir vermişdi? Hərçənd, onlar Moseşvili haqda Dİİ-

nə  gələndən  sonra  bilmişdilər.  Yəqin  İqnatyeviçin  peşəkar 

məntiqi öz sözünü deyib. 

–  Gələn  kimi  mənə  zəng  edin,  –  Çijov  xahiş  etdi,  – 

mən dərhal gələcəyəm. 

– Oldu, – Steklov dedi. 

Yevgeni  dəstəyi  qoyub  fikrə  getdi.  Yenidən 

“Ukraynaya”gedib  hamını  dindirmək  lazımdır.  Maraqlıdır, 

görəsən  Mixeyev  Moseşvilinin  dəfnində  belə  qeyri-adi 

görkəmdə  neyləyirdi?  Onu  tanımaqlarını  istəmirdi.  Niyə? 

Onlar  ki  milisdə  Mixonun  işini  kimin  aparacağını  dəqiq 




www.vivo-book.com 

 

146 



bilir.  Və  əlbəttə  ki,  mayor  Mixeyev  haqqında  da  eşitməmiş 

olmazlar.  Görünür,  İqnatyeviç  hansısa  sürpriz  etmək 

fikrindədir.  O  belə  gözlənilməzliklərin  ustasıdır.  Bəs  niyə 

Moseşvili  mehmanxanada  tək  olub?  Niyə  taksi  çağırıb? 

Niyə  Şeremetyevoya  getmək  istəyib?  Onun  üstündə  bilet 

tapılmayıb.  Həmin  səhər  hara  və  hansı  reyslərin  uçduğunu 

yoxlamaq lazımdır. Bəlkə o sadəcə olaraq “Şeremtyevo-1”-

dən  Tiflisə  uçurmuş?  Deyəsən,  ora  “Aeroflot”  şirkətinin 

təyyarələri uçur. Bəs niyə mehmanxanadan? Və belə qəribə 

tərzdə? 


Bu 

cinayətin 

açılmasının  açarı  məhz  bu 

qəribəliklərdəydi, Çijov artıq buna şübhə etmirdi. Elə bu an 

Steklov zəng etdi. 

–  Bağ  evində  Semyonovanın  cəsədi  tapılıb,  –  o, 

tutqun  şəkildə  dedi,  –  onu  bu  gün  səhər  öldürüblər.  Düz 

başına atəş açılıb. Qonşular heç nə eşitməyiblər. 

Jenya Çijov anladı ki, onlar birinci raundu uduzublar. 

 

 



  X HİSSƏ 


www.vivo-book.com 

 

147 



Səhər  tezdən  Vaqif  Hümbətov  öz  köhnə  “UAZ”-da 

Cəfərovun ardınca gəldi. Cəfərov artıq səhər yeməyini yeyib 

kolxoz  sədrini  gözləyirdi.  O,  rayon  prokurorluğuna 

getmədiyinə  görə  prokurorun  necə  qəzəblənəcəyini  bilirdi. 

Amma  bu  vəziyyətdə  Rəhimov  respublika  prokurorluğunun 

xüsusilə  mühüm  işlər  üzrə  müstəntiqinə  heç  nə  edə 

bilməzdi.  Formal  olaraq  o,  qonağa  kömək  etməliydi.  Hələ 

üstəlik, onun bütün göstərişlərinə də əməl etməliydi. Bundan 

başqa,  onlar  prokurorluq  rütbələrinə  görə  də  eyni 

səviyyəliydilər  –  hər  ikisi  ədliyyə  müşaviriydi  ki,  bu  da 

təqribən  “podpolkovnik”  hərbi  rütbəsinə  bərabər  idi. 

Hərçənd, ədalət naminə demək lazımdır ki, Cəfərov iyirmi il 

əvvəl hüquq  fakültəsini bitirəndən sonra bütün həyatı boyu 

prokurorluq  orqanlarında  işləyib.  Rəhimovsa  buna  qədər 

şəhər  komitəsinin  inzibati  şöbəsində  və  partiya  mərkəzi 

komitəsində  işləmiş,  prokurorluğa  düşən  kimi  dərhal  kiçik 

müşavir  rütbəsi  almış,  bir  il  bundan  əvvəlsə  ədliyyə 

müşaviri  rütbəsinə  təqdim  olunmuşdu.  Bir  şeyi  də  qeyd 

etmək lazımdır ki, Rəhimov Cəfərovdan on yaş böyük idi və 

öz  həyatını  uğursuz  hesab  edirdi.  O,  partiya  işində  çox 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə