Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə31/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   27   28   29   30   31   32   33   34   ...   101

www.vivo-book.com 

 

153 



–  Çox  sağ  olun,  –  Cəfərov  ah  çəkdi.  Deməli,  bu 

düşərgəyə boşuna gəlməyib. 

Rayon  mərkəzinə  qayıdarkən  bu  ailənin  taleyi  haqda 

düşünürdü.  Onların  taleyi  sanki  bu  insanların  ənənəvi 

patriarxal  quruluşunda  baş  verən  ağır  dəyişiklikləri  əks 

etdirirdi.  Manafovun  ünvanı  və  Ömər  Əfəndiyevin  şəkli 

cibindəydi. 

Beyləqana  qayıdandan  sonra  prokurorluğa  yollandı. 

Artıq günorta  saat  dörd  idi.  Prokurorun qəbul otağında heç 

kim  yox  idi.  Qəbul  otağında  oturan  gənc  qız  maraqla 

Cəfərova baxırdı. 

– Hansı məsələ üzrə gəlmisiniz? 

– Deyin ki, Bakıdan gələn müstəntiqdir. 

–  O,  bütün  gün  sizi  gözləyib,  çox  narahat  idi,  –  qız 

dedi. 

– İndi girə bilərəm? 



–  Əlbəttə.  Mənə  əmr  edib  ki,  siz  gələn  kimi  içəri 

buraxım. 

Qonağı gözləyən Rəhimov bütün səhəri qəzəb içində 

keçirmişdi.  Onun  belə  uzun  müddət  gecikməyini  meydan 




www.vivo-book.com 

 

154 



oxumaq kimi qəbul edirdi. Bir saatdan bir Bakıda hökumətin 

dəyişib-dəyişmədiyi  haqda  məlumat  almaq  istəyirdi. Amma 

hər şey qaydasındaydı. Günortaya yaxın bir qədər sakitləşdi. 

Belə  qərara  aldı  ki,  söhbət  respublikanın  baş  nazirinin 

qohumu  olan  rayon  prokurorunun  dəstəyi  kimi  bir  şansını 

itirdiyini  anlamayan  adi,  beyinsiz  bir  iş  xidmətçisindən 

gedir. 

Ona  görə  Cəfərovu  artıq,  emosiyalarını  büruzə 



verməməyə  çalışaraq  sakit  halda  qəbul  etdi.  Rəhimovun 

boyu  çox  balaca  olduğundan  ayağının  altına  ətrafdakıların 

sezməyəcəyi bir şəkildə oturacaq qoymuşdu. 

O,  qonaqla  elə  masa  arxasından,  azca  dikəlib 

salamlaşdı. Dərhal da üzünə qayğılı ifadə verdi. 

– Onsuz da işlərimiz çoxdur, siz də öz gəlişiniz haqda 

xəbərdarlıq etmədən paytaxtdan durub bura gəlirsiniz. Yaxşı 

ki,  dünən  mənə  milisdən  zəng  etdilər  və  gəlişiniz  haqda 

bildim. 

– Mən rayondakı öz işlərimi demək olar ki, bitirdim, – 

Cəfərov  nəzakətlə  bildirdi,  –  sadəcə  olaraq  müvəqqəti 



www.vivo-book.com 

 

155 



olaraq,  sizin  rayonda  yaşayan  şahidlərdən  birini 

dindirməliydim. 

–  Əvvəldən  xəbərdarlıq  etsəydiniz,  mən  o  adamı 

prokurorluğa çağırardım, – Rəhimov özünü saxlaya bilmədi. 

– Sizi niyə narahat edim ki? Artıq narahatlıq vermək 

istəmirdim. 

Prokuror saatına baxdı. 

– Bəlkə də siz haqlısınız. Elə bu gün də o qədər iş var 

ki,  nahar  eləməyə  vaxt  yoxdur.  İndicə  sərhəddən  zəng  edib 

gəlməyimi  xahiş  etdilər.  İranlılar  bizə  narkotik  daşınması 

zamanı  güllələnmiş  iki  qaçaqmalçının  cəsədini  verəcəklər. 

Siz də elə bilirsiniz ki, biz burda boş oturub milçək qovuruq. 

– Siz nə vaxt getməlisiniz? – Cəfərov soruşdu. 

– Elə indi. Saat altıda orda olmalıyam. 

–  Məni də  özünüzlə götürə bilərsiniz?  – Mirzə xahiş 

etdi. 


– Hə, – Rəhimov təəccübləndi, – istəyirsinizsə, gedək, 

sizə  maraqlı  olacaq.  Əmin  olacaqsınız  ki,  cinayətkarlarla 

necə qətiyyətlə mübarizə aparırıq. 



www.vivo-book.com 

 

156 



Acından  ürəyi  gedən  Cəfərov  –  qaçqın  düşərgəsində 

nahar  etməyi  qeyri-etik  hərəkət  hesab  etdiyi  üçün  orda 

yeməkdən imtina etmişdi – yalnız başını yellədi. Prokurorun 

maşınına  oturandan  sonra  yaxında  satış  köşkü  görüb 

sürücüdən  maşını  saxlamağı  xahiş  etdi.  Prokuror  Bakıdan 

gələn  müstəntiqin  köşkdən  bir  neçə  şokolad  almasına 

təəccüblə baxırdı. 

– Uşaqlar üçündür? – prokuror təxmin etdi. 

–  Yox,  sadəcə,  uşaqlıqdan  şokolad  xoşlayıram,  – 

Cəfərov onları prokurora uzadaraq cavab verdi. 

O, narazılıqla üzünü çevirdi. 

–  Mən  şokolad  yemirəm,  –  narazı  tərzdə  qeyd  etdi. 

“Bu  müstəntiq deyəsən, tamam səfehdir, – Rəhimov  əsəblə 

düşündü.  –  Və  bu  cür  tiplər  respublika  prokurorluğunun 

mərkəzi aparatlarında oturur”. Bu Cəfərov onun qarşısına on 

il  əvvəl  çıxmalıydı,  o,  Mərkəzi  Komitəyə  gələn  vaxtlarda. 

Onunla  bir  maşında  getməyə  qorxardı.  Amma  indi  onlar  – 

demokratiyadır.  Nə  istəyirsən,  edə  bilərsən.  Böyüklərə  heç 

bir hörmət qalmayıb.  



www.vivo-book.com 

 

157 



Bundan  sonra  öz  fikrinə  görə,  sosializm  dövründə 

olan yaxşı zamanları xatırlayaraq bütün yolboyu susdu. Hər 

şeyə uyğunlaşa bilən insanlar sosializmin iflasını öz iflasları 

kimi  qəbul  edirdilər.  Onları  tərbiyə  edən  sistemin  bütün 

nemətlərindən  faydalana  bilmədiklərinə  görə  ürəkdən 

təəssüflənirdilər.  

Bu  dəfə  onlar  sərhədçilərin  çəkdiyi  şose  yoluyla 

getdiklərindən səyahət səhərkindən daha xoş idi.  

Onlar 

keçmiş 


imperiyanın, 

indiki 


müstəqil 

respublikanın dövlət sərhədinə təyin olunmuş vaxtdan yarım 

saat  tez  çatdılar.  Amma  hörmətli  qonaqların  hamısı 

yerindəydi.  Bakı  nömrəli  maşınların  çoxluğu  deyəsən, 

Rəhimovu  da  karıxdırdı.  Cəld  maşından  düşüb,  Bakıdan 

gələn  qonaqların  yığışdığı  sərhədçilər  binasına  tələsdi. 

Cəfərov tələsmədən onun ardınca getdi.  

Sərhəd  zastavası  rəisinin  kabineti  ağzına  kimi 

doluydu.  Masa  arxasında  sanki  digər  tərəfdən  siqnal 

gözləyirmiş  kimi  plaş  və  xəz  papaqda  bir  neçə  nəfər 

oturmuşdu.  Onlar  heç  əyinlərini  də  soyunmamışdılar. 

Respublikanın  milli  təhlükəsizlik  nazirinin  birinci  müavini, 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə