Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə39/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   35   36   37   38   39   40   41   42   ...   101

www.vivo-book.com 

 

193 



Demək  olar  ki,  bir  dəqiqə  arxasında  səs-küy,  güclü 

zərbələr,  uşaqların  çığırtısını  eşitdi.  Görünür,  hücum 

edənlərin  vəziyyəti  yaxşı  deyildi.  Mütəşəkkil  cinayətkarlıq 

küçə  cinayətkarlığına  qarşı  öz  üstünlüyünü  belə  qeyri-

ənənəvi üsulla nümayiş etdirirdi. 

Səhər  kabinetə  girəndə  telefon  zəng  çaldı.  Mixeyev 

idi. 

– Sizdə nə baş verib? – Cinayət-Axtarış rəisi soruşdu. 



–  Hər  şey  qaydasındadır,  –  Çijov  təəccübləndi,  –  nə 

olmalıydı ki? 

–  Mən  hər  ehtimala  qarşı  xahiş  etmişdim  ki,  sənin 

evinə  nəzarət  etsinlər.  Sizin  rayonda  mənim  hələ  dəniz 

xidməti zamanlarından bir tanışım işləyir, – Mixeyevin səsi 

bir  qədər  əsəbiydi.  –  Deyirlər,  dünən  sənin  evinin  yanında 

dava olub. Sən evə qayıdarkən. 

–  Mənim  “cangüdənlərim”  bir  az  fərqlənib,  –  Çijov 

gülümsədi, – siz haqlıydınız, Konstantin İqnatyeviç. Dünən 

keçiddə üç quldur mənə hücum etmişdi. Qəflətən peyda olan 

“xilaskarlar”, məncə, quldurların belə qəribə bir işlə məşğul 

olmaq arzularını əllərindən aldılar. Ciddi nəsə var? 




www.vivo-book.com 

 

194 



–  Biri  beyin  silkələnməsiylə  xəstəxanadadır.  Digər 

ikisi də möhkəm döyülüb. Nahaq belə şənlənirsən. Biz xırda 

bir  nəticəyə  nail  olsaq,  hər  şey  tərsinə  çevrilə  bilər.  Onda 

sənin uşaqların həmin fəndləri sənin üzərində sınayacaq. 

–  Nəzərə  alaram,  – onun  əhvali-ruhiyyəsi pozuldu.  – 

Axtarış üçün sanksiya imzalayım? 

–  Hə,  indi  sənin  ardınca  gələcəyik.  Öz  prokuroruna 

hələ  məruzə  etmə.  Sonra  danışarsan.  Yoxsa  merlik  onu  elə 

kökləyib ki, qorxuram, bizə işləməyə imkan verməyə. 

– Merliyin bura nə dəxli var? 

–  Görüşəndə  hamısını  danışaram.  Sənədləri  hazırla, 

biz tezliklə çıxırıq. 

Dəstəyi  qoyub  axtarış  üçün  vicdanla  sanksiya 

yazmağa  başladı.  İmzalamaq  üçün  prokurorun  müavini 

Viktor Milovidovun yanına yollandı. O heç nə soruşmadan 

sanksiyanı imzaladı. Səhər tezdən onun dişi ağrıyırdı və bu 

vəziyyətdə işə gəldiyinə artıq təəssüflənirdi. 

Mixeyev  üç  əməkdaşıyla  birgə  gəldi.  Çijov  onların 

içində Steklovu tanıyıb onunla salamlaşdı. 



www.vivo-book.com 

 

195 



–  Deməli  belə,  –  qabaq  oturacaqda  əyləşən  Mixeyev 

ciddi  tərzdə  dedi,  –  biz  güclü,  yaxşı  təşkil  olunmuş  qrupla 

üz-üzəyik.  Dünən  DİN-in  ekspertləri  mənim  xahişimlə 

bizim  telefonları  yoxlayıblar.  Bu  fırıldaqçılar  bizim  kabelə 

qoşula  biliblər.  Bundan  sonra  telefonda  heç  nə 

danışmırsınız.  Elə  maşında  da  danışmaq  təhlükəlidir,  belə 

texnikayla onlar bizi burda da eşidə bilərlər. 

–  Yaxşı  işləyirlər,  –  Çijov  özünü  saxlaya  bilmədi,  – 

belə texnika bizdə olaydı. 

–  Elədir,  –  Mixeyev  ətrafa  nəzər  saldı,  –  sənin  və 

mənim  uşaqlarım  yenə  də  “quyruğumuzdadırlar”.  Axtarış 

üçün izni kim imzaladı? 

– Milovidov. 

–  Düz  etmisən.  Yoxsa,  Morozov  səni  xamlayardı. 

Bilirsən,  insanları  müxtəlif  şəkildə  satın  almaq  olar.  Birini 

pul  maraqlandırır.  Digərini  şöhrət,  üçüncünü  hakimiyyət. 

Sənin  Morozovun  yatıb  yuxusunda  özünü  şəhər  prokuroru 

kimi  görür.  Ona  görə  heç  bir  halda  Moskva  meriylə 

konfliktə  girməyəcək.  Bu,  onun  üçün  ən  vacibidir. 



www.vivo-book.com 

 

196 



Ümumilikdə  o,  əxlaqlı  adamdır,  amma  şəhər  prokuroru 

vəzifəsinə görə... 

Mixeyev  sifətinə  qorxunc  ifadə  verdi.  Maşında 

oturanların hamısı gülüşdü. 

–  Bunu  yalnız  sizə  deyirəm,  –  Mixeyev  xatırlatdı,  – 

ümumiyyətlə,  bizim  prokurorumuza  görə  hələ  bəxtimiz 

gətirib. Qonşu  rayonda  elə bir  rüşvətxor oturub  ki, pulu  elə 

kabinetdə  götürür.  Və  heç  nədən  qorxmur.  Onun  kimi 

rubllara satılmaqdansa, hakimiyyət haqda düşünsə yaxşıdır. 

O,  siqaret  qutusundan  bir  siqaret  çıxarıb  onu  əlində 

əzməyə başladı. 

– Əvvəllər bilirsən, necəydi, – Mixeyev davam etdi, – 

bizim  rayon  ən  birincilərdən  sayılırdı.  Ən  yaxşı  maşınları, 

yeni formaları biz alırdıq. Leonid İlyiçin özü bizim rayonda 

yaşayırdı.  Amma  indi  heç  nə  heç kimin  vecinə  deyil.  Əsas 

cibi  doldurmaq  və  ailəni  vaxtında  xaricə  göndərməkdir. 

Burdan  sağa  dön,  –  o,  sürücüdən  xahiş  etdi,  –  orda  yol 

bağlıdır. 




www.vivo-book.com 

 

197 



Bir dəqiqə sonra onların maşını təmiz, yaxın vaxtlarda 

təmir  olunmuş üçmərtəbəli  malikanənin qarşısında dayandı. 

Bu, “Ampeks” firmasının binasıydı. 

–  Getdik,  –  Mixeyev  əmr  etdi,  –  hal  şahidlərini, 

əlbəttə  ki,  tapmayacağıq.  Amma  məncə,  orda  etiraz 

etməyəcəklər. – Adətən, hal şahidlərini özləriylə aparmadan 

yerində tapırdılar. 

Vestibüldə yarımhərbi ordu geyimində iki hündürboy 

oğlan dayanmışdı. Hər ikisinin tapançası var idi. 

– Hara gedirsiniz? – Mühafizəçi ciddi tərzdə soruşdu. 

–  Sizin  binanızı  axtarmağa,  –  Mixeyev  nəzakətlə 

cavab verdi, – özün də kənara çəkil. Ədalətə işləməyə mane 

olma. 

Bu  sözlərdən  özünü  itirən  oğlan  bir  addım  kənara 



çəkildi və onlar liftə tərəf getdilər. 

–  Bəs  icazə?  –  oğlan  onlara  tərəf  atıldı.  –  İcazəniz 

var? 

–  Bəyəm  biz  axmağıq?  –  Mixeyev  düyməni  basaraq 



əminliklə soruşdu. Lift üçüncü mərtəbəyə qalxdı. 


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə