Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə41/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   37   38   39   40   41   42   43   44   ...   101

www.vivo-book.com 

 

203 



narkotik  və  buna  bənzər  şeylər  maraqlandırır.  Amma  sizin 

firmanız  kimi  bir  yerdə  biz  axtarış  apara  bilmərik.  Bura 

başqa mütəxəssislər lazımdır. 

Çijov  hiss  etdi  ki,  qəzəblənməyə  başlayır.  Mixeyev 

onu  məlumatlandıra  bilərdi.  Görünür,  bu  onun  üzündə  öz 

əksini  tapmışdı.  Mixeyev  onu  çiynindən  qucaqlayıb 

pəncərəyə tərəf çəkdi. 

– İncimə, Jenya, bunu sənə telefonda deyə bilməzdim. 

Yoxsa  onlar  hər  şeyi  eşidib hazırlaşardılar. Nəticə  etibarilə, 

mən  həqiqəti  demişəm.  Dmitriyevin  bütün  əməkdaşları  əla 

iqtisadçılardır.  Bizim  burda  nə  işimiz  var?  Tapança 

axtaracağıq? 

–  Yaxşı,  –  Jenya  onsuz  da  incimişdi,  –  yenə  məni 

qabaqladınız,  Konstantin  İqnatyeviç.  Mən  sizi  lazımınca 

qiymətləndirə bilmirəm. 

– Qiymətləndir, – Mixeyev ona göz vurdu, – nə qədər 

ki mən sağam. 

– Nahaq həyəcanlanırsınız, vətəndaş Xotivari, – onlar 

Dmitriyevin sakit səsini eşitdilər, – şəxsən sizi burda heç bir 

təhlükə gözləmir. Hələ ki sizin firmanızı yoxlamırıq. 




www.vivo-book.com 

 

204 



Xotivari bir qədər bürüşdü, susdu və daha mübahisəyə 

cəhd etmədi. 

– İndi firmada rəhbər kimdir? – Dmitriyev soruşdu. 

–  Vitse-prezident,  qonşu  kabinetdədir,  –  Xotivari 

həvəssiz cavab verdi. 

–  Çox  sağ  olun.  Onda  onun  yanına  gedək.  Bütün 

sənədlərə  baxmaq  lazım  gələcək.  –  Dmitriyev  öz 

əməkdaşlarıyla birgə kabinetdən çıxdı. 

–  Nahaq  belə  edirsən,  –  Xotivari,  Mixeyevə  baxaraq 

xırıldadı,  –  hamıdan  ağıllısan,  hə?  Mənim  fikrimcə,  sən 

gürcüləri sevmirsən. 

–  Sənin  kimilərini  sevmirəm,  –  Mixeyev  Xotivarinin 

üzünə  dedi,  –  amma  gürcüləri  sevirəm.  Əxlaqlı,  cəsur, 

şərəfli olanları. On beş il əvvəl sənin kimilərdən biri mənim 

ortağım  Kostya  Kiknadzeni  öldürüb.  Mən  hələ  də  onun 

qəbrinin  üstünə  gedirəm.  O  mənim  üçün  sadəcə  bir  gürcü 

deyildi, bütün sizin xalqı təcəssüm etdirirdi. Necə oğlan idi! 

Mənə  bir  də  gürcülər  haqda  nəsə  deyib  psixikama  təzyiq 

göstərmə. 

Xotivari daha mübahisə etməyib susdu. 




www.vivo-book.com 

 

205 



Çijov bu andan istifadə etdi. 

–  Bəs  nə  üçün  dostunuz  Şeremetyevo  aeroportuna 

getmək  üçün  taksi  sifariş  etmişdi?  O,  hara  uçmağa 

hazırlaşırdı? Onun pasportunda heç bir viza olmayıb. 

– Bilmirəm, – Xotivari həvəssiz dedi. 

Mixeyevlə  olan  dialoq  onun  danışmaq  həvəsini 

bütünlüklə  öldürmüşdü.  Mixeyevin  əməkdaşları  kabineti 

vicdanla gözdən keçirirdilər. 

“Bəlkə  də  İqnatyeviç  haqlıdır,  –  Çijov  bir  qədər 

sakitləşib  düşündü,  –  doğrudan  da,  onun  adamları  nə  tapa 

bilərdilər  ki?  Öldürülən  Moseşvilinin  barmaq  izlərini?  Ya 

onun  hansısa  kağızlarını?  Nə  olsun  ki?  Bura  bank  biznesi 

üzrə  mütəxəssislər  lazım  idi.  Hə,  əlbəttə  ki,  Mixeyev 

haqlıydı.  Dmitriyevin  adamları  bu  işə  Cinayət-Axtarış 

İdarəsinin əməkdaşlarından daha çox uyğun idi”. 

Dmitriyevlə gedən Vaja yenidən kabinetə qayıtdı. 

–  Sizi  çağırırlar,  –  o,  Xotivariyə  dedi,  –  seyfin 

açarlarının kimdə olduğunu soruşurlar. 




www.vivo-book.com 

 

206 



–  Burda  mənlik  nə  var  ki,  –  Xotivari  gürcü  dilində 

qeyzlə  dedi,  –  qoy  açarı  özləri  axtarsınlar!  Bunlara  açar  da 

tapmalıyam?! 

Mixeyev birdən Xotivariyə yaxınlaşdı. 

–  Bura  baxın,  “Ukrayna”  mehmanxanasındakı  bütün 

qızları sorğu-sual edərək belə cidd-cəhdlə kimi axtarırsınız? 

Xotivarinin  ağzı  açıq  qaldı,  amma  daha  heç  nə 

deməməyə qərar verərək dəhşətlə Mixeyevə baxdı. 

 

  XIII HİSSƏ 



Cəfərov Bakıya Rasim Paşayeviçin maşınında qayıtdı. 

Milli  Təhlükəsizlik  Nazirinin  müavini  pis  əhvali-

ruhiyyədəydi. Rəhbərliyə sərhədin nəzarətsiz hissəsində baş 

verən  qanun  pozuntusu  haqda  məruzə  etmək  lazım 

gələcəkdi. Sanki Milli Təhlükəsizlik Naziri və ya sərhədçilər 

bu  hissəni  nəzarətdə  saxlamamaqda  günahkar  idilər.  Bütün 

yolboyu qaçaqmalçılar haqqında Prezident Aparatında necə 

məruzə edəcəyini düşünüb-daşınırdı. 

Cəfərov  da  susurdu.  O  artıq  başa  düşürdü  ki, 

öldürülən  Ömər  Əfəndiyev  çobana  hücum  edən  həmin 




www.vivo-book.com 

 

207 



cinayətkar  dəstənin  üzvü  olub.  Əgər  ikinci  onun 

yoldaşıdırsa,  bəs  qalan  üçü  hanı?  Ola  bilsin,  Zeynal 

Manafov sağ-salamat Bakıya çatıb və indi onu Əfəndiyevin 

atasının verdiyi ünvanda tapmaq olar. Bəs bu qrupun yerliyə 

bənzəməyən rəhbəri kim olub? Belə təhlükəli yerdə o hardan 

peyda olub? 

Şəhərə  gecədən  xeyli  keçmiş  çatdılar  və  o,  evinin 

yanında  maşından  düşərkən  Rasim  Paşayeviçə  və 

sürücüsünə  təşəkkür  edərək  evinə  tələsdi.  Uşaqlar  çoxdan 

yatmışdı,  qapını  yuxulu  arvadı  açdı.  Yoldan  yorğun 

gəldiyindən demək olar ki, dərhal yerinə uzandı və möhkəm 

yuxuya getdi. Səhər onu Kazımovun telefon zəngi oyatdı. 

– Mən də səni rayonda axtarmışam. Elə bilirdim, hələ 

Beyləqandasan, – Kazımov dedi. – Necə getdin? 

–  Hər  şey  qaydasındadır.  Bizim  versiyamız  təsdiq 

olundu  –  orda  doğrudan  da,  birləşmiş  dəstə  fəaliyyət 

göstərib. 

– Əclaflar, – Kazımov səmimiyyətlə dedi, – doğrudan 

da,  soyğunçudurlar.  Burda  müharibə  gedir,  onlar  öz  gəlirli 

sənətləriylə məşğuldurlar. Sərhədə gedə bildin? 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə