Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə43/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   39   40   41   42   43   44   45   46   ...   101

www.vivo-book.com 

 

213 



– Hə, – Cəfərov gülümsədi, – düzdür. O, həddən artıq 

mühafizəkar  insandır.  Hərdən  mənə  elə  gəlir  ki,  hətta 

fanatikdir. Qəribədir, bizim zəmanəmizdə belə geridə qalmış 

baxışları olan insan var. 

– Hə, geridə qalmış baxışlar. Aşağıda əlində avtomat 

olan,  bizi  kimdən  qoruduğu  məlum  olmayan  mühafizəçilər 

dayanır.  Amma  bizi  Əhmədov  kimilərdən  avtomat  qoruya 

bilməyəcək.  O,  Azərbaycan  üçün  növbəti  çevrilişdən  daha 

təhlükəlidir.  Onlar  doğrudan,  belə  hesab  edirlər  ki, 

respublikanı  yenidən  orta  əsrlərə  qaytarıb  qadınlara  çadra 

geyindirmək olar. 

–  Lap  elə?  –  Cəfərov  inanmadı.  –  İyirminci  əsrin 

astanasındayıq.  Bizim  tamamilə  ayrı  həyat  şərtlərimiz,  ayrı 

baxışlarımız var. 

– Sənə elə gəlir, – Kazımov ah çəkdi, – əslindəsə bu 

təhlükə  həmişə  mövcuddur.  Uzun  sözün  qısası,  sən 

oturacaqsan,  etiraz  qəbul  etmirəm.  Çox  şey  danışma, 

ordakılar  axmaq  deyillər.  Yalnız  zəruri  informasiyanı  ver. 

Beyləqan  haqda  danışa  bilərsən.  Yeri  gəlmişkən,  mütləq 

əlavə  et  ki,  qaçaqmalçıları  İran  tərəfi  öldürüb.  Avropada 




www.vivo-book.com 

 

214 



yanlış olaraq, İranı bütün fəlakətlərin mənbəyi hesab edirlər. 

Onların  çoxu  bilmir  ki,  İran  bu  tip  qaçaqmalçılarla  necə 

aktiv mübarizə aparır, bu ölkədə necə sərt qanunlar var, İran 

Avropaya  narkotik  daşınmasına  necə  ciddi  sipər  olub.  Bu 

haqda da düşünmək və yadda saxlamaq lazımdır. 

– Bəs çadra? – Cəfərov təbəssümlə soruşdu. 

–  Hər  xalqın  öz  ənənələri  var.  Öz  mədəniyyəti,  – 

Kazımov  barmağını  qaldırdı,  –  onları  öyrətmək  bizə 

düşməz. 

Düz  gündüz  saat  üçdə  qonaqlar  Respublika 

Prokurorluğuna  gəldilər.  Əynini  dəyişməyə  macal  tapmış 

Mirzə  Cəfərov  onları  aşağıda,  demək  olar  ki,  girişdə 

qarşıladı.  Qarşılıqlı  salamlaşmadan  sonra  onlar  artıq  hər 

şeyin  hazır  olduğu  Kazımovun  kabinetinə  qalxdılar.  Mirzə 

uzun stolun arxasında hər iki əcnəbiylə üz-üzə oturdu. Sanki 

uzun protokol danışıqlarına hazırlaşırdı. 

Amma  qonaqlar  özlərini  başqa  cür  apardı.  Onları 

xüsusi  vacib  işlər  üzrə  müstəntiqlərin  işi  haqda  soruşdular, 

qanun  pozuntularının  statistikasıyla  maraqlandılar.  Dünən 

onları  qəbul  edən  Vəliyev  xeyli  xoş  söz  deyib,  amma 




www.vivo-book.com 

 

215 



konkret heç nə danışmayıb. İndi onlar müstəntiq işini yaxşı 

bilən Cəfərovu məmnuniyyətlə dinləyirdilər. 

–  Bəs  narkomaniya?  –  cənab  Lauton  söhbətin 

başlamasından  yarım  saat  sonra  soruşdu.  Dyula  hamısını 

vicdanla  tərcümə  edirdi.  –  Sizdə  yəqin  ki,  bununla  da 

mübarizə aparmağa çalışırlar? 

–  Çalışırlar,  –  Cəfərov  ah  çəkdi,  əcnəbilər  onun 

xoşuna  gəlirdi.  Onlar  peşəkar  idilər  –  bu,  onların 

suallarından aydın olurdu. Bununla yanaşı onlar saf, səliqəli 

idilər,  sanki  başqa  aləmdən  gəlmişdilər.  Mirzə  düşündü  ki, 

onların  prokurorluğundakı  müstəntiqlər  artıq  çoxdan 

gülümsəmirlər. Onlar sadəcə olaraq çoxu hələ də açılmamış 

müxtəlif işlərlə yüklənmişdilər. 

– Siz ölkənin cənubunda olmusunuz, – Dyula şefinin 

sözlərini  cidd-cəhdlə  tərcümə  edirdi,  –  sərhəddə  vəziyyət 

necədir? 

–  O,  sadəcə  olaraq  qorunmur.  Sərhədin  böyük  bir 

hissəsi bizim düşmənimiz tərəfindən işğal olunub. – Cəfərov 

Kazımovun  kabinetində  asılmış  xəritəyə  yaxınlaşıb  həmin 

hissəni göstərdi. – İndi orda heç bir mühafizə yoxdur. Və biz 




www.vivo-book.com 

 

216 



ora  daxil  ola  bilmirik.  Yaxşı  ki,  artıq  bir  ildir  atəşkəs 

qorunur. Amma sərhədin bu hissəsinin mühafizəsiz qalması 

pisdir.  Orda  konkret  olaraq  nə  baş  verdiyini  biz  bilmirik,  – 

o, yerinə qayıtdı. 

–  Bizdə  məlumat  var  ki,  –  Dyula  davam  edirdi,  – 

narkotik Gürcüstana, ordan da Avropaya məhz bu dəhlizdən 

gedir.  Bu  yaxınlarda  bir  dəstə  elə  İran-Türkiyə  sərhədində 

Türkiyəylə əlaqə yaratmağa çalışıb. 

–  Ola  bilər,  –  Cəfərov  razılaşdı.  “Onlar  bizim 

çətinliklərimizi necə başa düşəcəklər ki?” – o düşündü. 

–  Bu  yaxınlarda  siz  öz  sərhədinizdə  bir  dəstənin 

yaxalanmasında iştirak etmisiniz? – Dyula soruşdu. 

–  Elə  deyil.  Mən  sərhəddə  həlak  olmuş 

qaçaqmalçıların  cəsədlərini  qəbul  edirdim,  –  Cəfərov  izah 

etdi.  Onlar  sərhədi  qeyri-qanuni  olaraq  keçməyə  cəhd 

edərkən  və  silahlı  müqavimət  göstərərkən  iranlılar 

tərəfindən öldürülüblər. 

– Onların adını bilirsiniz? – Dyula Lautonun sözlərini 

tərcümə etdi. 



www.vivo-book.com 

 

217 



–  Hələ  dəqiq  yox.  Təyin  etməyə  çalışırıq,  –  Cəfərov 

yalan dedi. “Əcnəbilər bizim çətinliklərimizi niyə bilsin ki?” 

– o düşündü. 

–  Biz  Türkiyədə  türk  quldurlarının nümayəndələriylə 

danışıqlar zamanı onlardan bəzilərinin şəklini çəkə bilmişik, 

–  Dyula  tərcümə  etdi.  Lauton  “mafiya”  sözü  işlədirdi, 

Dyulasa onu rus dilinə “quldurlar” kimi tərcümə edirdi. 

–  Siz  şəkilləri  göstərə  bilərsiniz?  –  Cəfərov 

laqeydliklə  soruşdu.  Bəlkə  orda  hansısa  tanış  üzləri  görə 

bilər. 


–  Əlbəttə,  –  Dyula  sevindi,  –  biz  sizdən  bunu  rica 

etmək istərdik. 

O, bir dəstə şəkli Cəfərova uzatdı. Elə birinci şəkildən 

Ömər  Əfəndiyev  ona  baxırdı.  O,  hiss  olunmadan  nəfəsini 

dərib  şəkli  bir  kənara  qoydu.  Beşinci  şəkildə  öldürülmüş 

ermənini  tanıdı.  O,  əlində  hündürə  qaldırdığı  stəkanı 

hərləyirdi.  Amma  özü  üçün  ən  lazım  olanı  son  şəkillərin 

birində  gördü.  Orda  ona  yaxın  adam  dayanmışdı.  Sanki 

xatirə  şəkli  çəkdirirmiş  kimi  hamısı  birlikdəydi.  Burda 

öldürülən  iki  nəfər,  Əfəndiyevin  balaca  dostu  Zeynal 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə