Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə46/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   42   43   44   45   46   47   48   49   ...   101

www.vivo-book.com 

 

229 



haqda  teleqram  gəlib.  Yox,  teleqram  srağagün  gəlməliydi. 

Bəs əgər dünən gəlibsə və Rurua hadisələri əlaqələndiribsə? 

Yox,  yenə  nəsə  düz  gəlmir.  Avstraliyalı  jurnalistin  bura  nə 

dəxli  var  ki?  Eyni  müvəffəqiyyətlə,  Batuma  gələn  bütün 

əcnəbiləri  izləmək  olar.  Bəlkə  o,  yerli  təhlükəsizlik 

orqanlarını  layiqincə  qiymətləndirmir?  Axı  əvvəllər  şəhərə 

gələn  hər  bir  əcnəbi  izlənilirdi.  Sərhəd  yaxındadır.  Yox,  bu 

da  uyğun  gəlmir.  Əvvəllər  bura  Sovet  İttifaqı  və  onun 

sərhədiydi.  Bəs  indi  əcnəbilərin  nəyindən  qorxurlar  ki? 

Burda nəyin kəşfiyyatını aparmaq olar ki? Gürcüstanın hansı 

xüsusi  sirri  var  ki,  yerli  təhlükəsizlik  orqanları  avstraliyalı 

jurnalistlə  məşğul  olmalıdır?  Yox,  bu  variant  da  uyğun 

gəlmir.  Bəs  onda  qadın  niyə  ona  yaxınlaşdı?”  Hansısa 

ağlabatan,  məntiqli səbəb  olmalıdır, deyə  Dronqo  düşündü. 

Mütləq  olmalıdır.  O,  balkona  çıxıb  aşağıya  baxdı.  Demək 

olar  ki,  heç  kim  gözə  dəymirdi.  Mehmanxananın  binasının 

yanından  nadir  hallarda  kimsə  keçirdi.  Bəlkə  qadın  ona 

vurulub, Dronqo gülümsəyərək düşündü. Başını itirib? Ona 

görə  tez  özünə  gəlib  siqaret  olan  çantanı  gizlətdi?  Yenə 

uyğun  gəlmir.  Aşağıda  mavi  rəngli  “Şevrole-Kapris” 




www.vivo-book.com 

 

230 



dayandı. Hardan peyda olduğu bilinməyən iki oğlan həsədlə 

maşını izləyirdi. 

“Avtomobil, – Dronqo düşündü. – Əlbəttə, avtomobil. 

Mənim  şəhərə  David  Qogiyanın  maşınında  girdiyimi  görə 

bilərlər. Niyə daha əvvəl ağlıma gəlməyib?! Onlar bu qərara 

gələ  bilərlər  ki,  gecə  Ruruanın  adamlarına  hücum  edən 

həmin  naməlum  adamların  nümayəndəsi  gəlib.  Hadisələrin 

koordinasiyası  və  ya  yeni  müharibənin  başlanması  üçün. 

İstənilən halda, onlar sıx surətdə fəaliyyət göstərəcəklər. Hə, 

deyəsən,  haqlıyam.  Onlar  bu  dəbdəbəli  BMW-ni  müəyyən 

ediblər.  Onda  hər  şey  aydındır.  O,  Pyotr  Georgiyeviçlə 

söhbət  edənə  qədər  onlar  Tamaranı  tapa  biliblər.  Onda  hər 

şey  düz  gəlir.  Onun  qəfil  həvəsi  və  siqaretlə  olan  mənfur 

səhvi.  Onda  hər  şey  düzgündür”.  O,  aşağı  baxdı.  “Şevrole” 

artıq  uzaqlaşırdı  və  uşaqlar  bu  maşının  üstünlüklərini 

müzakirə edirdilər. 

Nömrəyə qayıdıb soyuducudan çaxır şüşəsini çıxardı. 

Onu tələsmədən açıb stəkana süzdü. Çaxır soyuq idi. Stəkanı 

götürüb  ləzzətlə  içməyə  başladı.  İçki  çox  yüksək 

keyfiyyətliydi. Elə bu vaxt qapı döyüldü. 




www.vivo-book.com 

 

231 



– 

Gəlin. 


– 

O, 


istisnasız 

olaraq 


bütün 

mehmanxanalarda qapını bağlayırdı. Elə buna görə qışqırdı. 

Qapının  arxasındakı  adam  içəri  girməyə  çalışırdı,  amma 

qapının kilidli olduğunu görüb yenidən döydü. 

– Açıqdır, – o, qapıya yaxınlaşıb yenə qışqırdı. Daha 

sonra kilidi yavaşca açıb əlavə etdi: – Qəribədir, mən qapını 

bağlamamışdım. 

Qapıda  otuz  beş  yaşlarında,  saçı  çox  qısa  vurulmuş 

cavan oğlan dayanmışdı. Ortaboylu bu adamın düzgün, sakit 

üz  cizgiləri  var  idi.  Çuxurda  olan  gözləri  onu  ələ  verirdi. 

Onlar  həddən  artıq  sakit  və  bir  nöqtədə  cəmlənmişdi.  Belə 

gözlərlə cərrah və ya jurnalist işləmək olardı. Amma  yəqin 

və ən yaxşısı, bu gözlərin sahibi özünü insani münasibətlərin 

daha çətin sferasında göstərə bilərdi. Bu, yerli təhlükəsizlik 

xidmətinin  rəhbəri  Otar  Paqavaydı.  Dronqo  qarşısında 

dayanan  adamın  kim  olduğunu  bilmirdi,  amma  dərhal  hiss 

etdi ki, qonaq onu maraqlandıra bilər. 

–  Olar?  –  Paqava  çox  nəzakətlə  soruşdu.  İngiliscə 

yüngül ləhcəylə danışırdı. 

– Mənimlə işiniz var? – Dronqo soruşdu. 




www.vivo-book.com 

 

232 



– Hə. Bəlkə mən otağa keçim? 

–  Buyurun,  –  Dronqo  kənara  çəkilərək  Paqavanı önə 

buraxdı.  Özü  də  sakitcə  onun  arxasınca  getdi.  Onlar  qonaq 

otağında oturdular, “lüks” iki otaqdan ibarət idi. 

– Çaxır içirsiniz? – Dronqo şən tərzdə soruşdu. 

–  Yox,  çox  sağ  olun,  –  Paqava  cavab  verib  cənab 

Robert Krouyla üzbəüz kresloda əyləşdi. 

– Eşidirəm sizi, – Dronqo özünün yarımçıq stəkanını 

götürdü. 

– Bəlkə biz rusca danışaq? – birdən Paqava dedi. 

– Sizi başa düşmədim, – o heç diksinmədi də. Belə də 

olmalıydı. 

–  Siz  Pyotr  Georgiyeviçi  xəbərdar  etməyi 

unutmusunuz  ki,  rusca  danışmırsınız,  –  Paqava  ona 

xatırlatdı,  –  yeri  gəlmişkən,  o  ingiliscə  çox  pis  danışır, 

səhvlərə  yol  verir.  BMT-nin  ekspertlərinin  öz  tərcüməçiləri 

ola bilər. 

– Nə istəyirsiniz? 

– Mən Otar Paqavayam, yerli təhlükəsizlik xidmətinin 

rəhbəri. 




www.vivo-book.com 

 

233 



– Məmnun oldum, – söhbət hələ də ingiliscə gedirdi. 

–  Siz  bu  gün  səhər  Pyotr  Georgiyeviçə  zəng  edib 

onunla  rus  dilində  kifayət  qədər  yaxşı  danışmısınız,  – 

Paqava dedi, – bəlkə mənə də çaxır süzəsiniz. 

Dronqo  qalxıb  butulka  və  stəkan  götürüb  yarısına 

qədər çaxır süzərək Paqavaya verdi. 

Paqava bir qurtum içdi. 

–  David  Qogiyanın  yaxşı  çaxırı  var,  –  o,  son  dərəcə 

sakit tərzdə dedi. 

Bunu  gözləmək  olardı.  Şəhərə  bu  lənətə  gəlmiş 

“BMW”də girməməliydi. Özü günahkardır, gələn dəfə daha 

ağıllı olar. 

–  Nə  istəyirsiniz?  –  o  hələ  də  ingiliscə  danışırdı. 

Dözümü ona etibarsız çıxmadı. 

–  Mənə  daim  ingiliscə  danışmaq  çətindir,  –  Paqava 

dedi, – amma əgər siz israr edirsinizsə, mən fikrimi bu dildə 

çatdırmağa  çalışacağam.  Dünən  gecə  bizim  limanda  əsl 

döyüş  olub,  bir  neçə  adam  həlak  olub.  Cənab  Ruruanın 

gəmisinə  naməlum  adamlar  hücum  ediblər.  Bir  şeyi  deyim 

ki, mən həmin cənabı o qədər də sevmirəm. Bundan da artıq, 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə