Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə48/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   44   45   46   47   48   49   50   51   ...   101

www.vivo-book.com 

 

239 



quruluşu demək olar ki, klassik idi. Heç bir qüsuru yox idi. 

Hərçənd, onun nə üçün gəldiyini xatırlamaq lazımdır. 

– Hə, nə istəyirdiniz? – o, beş dəqiqə əvvəl Paqavanın 

oturduğu  kresloda  əyləşdi.  Masanın  üstündə onun  yarımçıq 

içilmiş stəkanı dururdu. 

– Sizin qonağınız olub? – stəkanı Tamara da sezdi. 

– Ona görə sizi axtarırdım, – o, vəziyyətdən çıxa bildi. 

İndi  risk  etmək  lazım  idi,  yoxsa  onu  həqiqətən,  hücum 

edənlərdən biri kimi qəbul edəcəklər. – Məsələ burasındadır 

ki,  dəhşətli  bir  anlaşılmazlıq  baş  verir,  –  Dronqo  başladı.  – 

Bura  hansısa  adamlar  gəlib  məni  əmin  edirlər  ki,  mən 

gürcüyəm.  Və  bura  hansısa  quldurlar  tərəfindən 

göndərilmişəm. Bundan əlavə deyirlər ki, guya mən hansısa 

gəmiyə  hücum  təşkil  etmişəm.  Razılaşın  ki,  bütün  bunlar 

Batuma bu gün gələn adam üçün gülməli səslənir. 

–  Kim  gəlib  ki?  –  Tamara  çantasından  siqaret 

çıxararaq maraqlandı. Qutu həminkiydi. 

– Bilmirəm. O özünü Otar Paqava kimi təqdim etdi... 

Qadının rənginin necə ağardığını görmək lazım idi. O, 

fikirlərini  toplamağa  çalışaraq  əlini  yavaşca  aşağı  saldı. 




www.vivo-book.com 

 

240 



“Çox  yaxşı,  –  Dronqo  düşündü,  –  deməli,  onlar  bir 

komandada oynamırlar. Bu, bir az şans verir”. 

– Bura özü gəlmişdi? – qadın sakit tərzdə soruşdu. 

–  Elə  iş  də  bundadır.  Deyir,  mən  hər  şeyi  bilirəm. 

Deyir,  gəmiyə  hücum  edənlərdən  biri  siz  olmusunuz. 

Söhbətin  hansı  gəmidən  getdiyini  mən  ümumiyyətlə, 

bilmirəm. Gəminin bura nə dəxli var, ona kim hücum edib? 

– Bu doğrudan, belə deyil? – birdən Tamara soruşdu. 

–  İlahi,  siz  də?!  Əlbəttə.  Özünüz  düşünün:  məndən 

quldur  olar?  Mən  ömrümdə  əlimə  tapança  almamışam. 

Hərçənd, yox, mənim alibim var. Budur... 

O, pencəyinin cibindən Moskvada aldığı bileti çıxardı. 

– Görürsünüz, “Aeroflot” şirkəti, Moskva-Tiflis bileti. 

Mən  dünən  səhər  uçmuşam.  Və  bu  gün  səhər  Batuma 

gəlmişəm. 

–  Nəylə?  –  onun  istintaqı  Paqavayla  olan  söhbətin 

eynisiydi, sanki sözləşmişdilər. 

– Öz tanışımın maşınında. Daha doğrusu, dostlarımın 

tanışının. Mən ona zəng etdim, o da məni qəbul edib maşın 

verdi. Burda təəccüblü nə var ki? 




www.vivo-book.com 

 

241 



– Dostunuzun adı nədir? – qadın siqaretini çəkə-çəkə 

diqqətlə  otaqboyu  gəzişən  Dronqoya  baxırdı,  sanki  onu  ilk 

dəfə görürdü. 

–  David  Qogiya.  Deyirlər,  onu  Tiflisdə  yaxşı 

tanıyırlar. Mən onun “BMW”sində gəlmişəm. 

Qadın gürcücə nəsə dedi. Dronqo başa düşmədi. 

– Nə dediniz? 

O, yenə gürcü dilində təkrar etdi. 

– İlahi, – o qəzəbləndi, – mən ki sizə dedim, gürcücə 

bilmirəm. 

–  İnanılmaz  təsadüfdür,  –  qadın  dedi,  –  sizə  elə 

gəlmir? 


– Amma bu doğrudan, belədir. 

– Sizə David Qogiyanı kim məsləhət görüb? 

–  Onun  Moskvada  yaşayan  qardaşı.  Deyəsən,  Arçil. 

Biz  birlikdə  tennis  kortuna  getmişik,  –  bunu  elə  indicə 

uydurdu. 

– Belə, – qadın fikrə getdi, görünür, Arçil haqda o da 

eşitmişdi, – bəs sizin sözlərinizi kim təsdiqləyə bilər? 

– Elə David Qogiyanın özü. 




www.vivo-book.com 

 

242 



Burda  Tamara  gülümsədi,  sanki  o,  məzəli  və  kəskin 

zarafat etmişdi. 

– Bəs ondan başqa? 

–  Bəlkə  onun  sürücüləri,  –  Dronqo  qadının  hələ  də 

gülümsədiyini görərək ehtimal etdi. 

Birdən  başa  düşdü  ki,  onu  heç  bir  təhlükə  gözləmir. 

Paqava  onu  sadəcə  olaraq  qorxudub.  Şalva  Rurua  David 

Qogiyanın  adamına  toxunmağa  cürət  etməz.  Səviyyə  fərqi 

var.  Yalnız  bunu  dərk  edəndən  sonra  bir  qədər  sakitləşdi. 

Rurua  ona  nifrət  edə  bilər,  amma  əsaslı  səbəb  olmadan 

toxunmağa  cəsarəti  çatmaz.  Həmin  lənətə  gəlmiş  “BMW” 

imkan  verməz.  Əhəmiyyətsiz  bir  səhvə  görə  nə  qədər 

xoşagəlməzlik! 

–  Başqa  heç  kim?  –  Tamara  siqareti  külqabıda  əzib 

soruşdu. 

–  Başqa  heç  kim,  –  o,  əlini  yellədi,  –  siz  də  mənə 

inanmırsınız? 

– İnanıram, – qadın ayağa duraraq ona tərəf bir addım 

atdı.  Üzü  onun  çənəsiylə  bir  səviyyədə  durdu.  O  da  əyildi. 

Busa uzun və xoş alındı. 




www.vivo-book.com 

 

243 



Qadın yenə gürcücə nəsə dedi. 

Dronqo ah çəkib güldü: 

–  Bütün  bunlar  məni  elə  bezdirib  ki.  Mən  doğrudan 

da,  gürcü  dilini  bilmirəm.  İlahi,  mən  nə  etməliyəm  ki,  siz 

hamınız mənə inanasınız? 

–  Mən  dedim  ki,  “sən  mənim  xoşuma  gəlirsən”,  – 

Tamara  onun  gözlərinə  baxdı.  Dronqo  susdu.  Bu  sözlərdən 

sonra nəsə demək artıq idi. 

Bu  an  qapı  döyüldü.  Tamara  çox  sakit  tərzdə 

pencəyini düzəldib kresloya oturdu və ikinci siqareti çıxardı. 

Dronqo qapını açmağa getdi. 

Astanada  hündürboy,  kök,  çalsaçlı,  keçəpapaqlı  bir 

gürcü  dayanmışdı.  O  sanki  gürcü  kinorejissorlarının 

filmindən çıxmışdı. Çox məzəli və koloritli görkəmi var idi. 

–  Davidin  dostu  sənsən?  –  o,  cır  səslə  soruşdu,  – 

salam,  əzizim.  Mən  Aftandiləm.  Dostumun  dostuna  hər  an 

kömək edərəm. İndi səni burdan apararam. 

O, otağa keçib Tamaranı gördü. Qadın qonağın səsini 

eşidən kimi siqareti söndürüb yerindən sıçradı. 



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə