Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə47/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   43   44   45   46   47   48   49   50   ...   101

www.vivo-book.com 

 

234 



şəhərimizdə gəlmə qastrolçuların peyda olmasını sevmirəm. 

Biz  hələ  də  hücum  edənləri  tapmamışıq.  Hərçənd,  dünən 

mehmanxananın  yaxınlığında  güllə  yaraları  almış  cəsəd 

tapılıb. Ekspertiza təyin edib ki, həmin adam gəmiyə hücum 

zamanı  Ruruanın  öldürülmüş  adamlarından  birinin 

revolverindən  ağır  yaralanıbmış.  Daha  sonrasa  onu 

boynundan vuraraq öldürüblər. Maraqlı detektivdir? 

Dronqo  susurdu.  O  artıq  burda  necə  bir  faciəvi 

təsadüflər  zəncirinin  baş  verdiyini  anlayırdı.  Amma  hələki 

susurdu. 

–  Və  bu  gün  mehmanxanada  avstraliyalı  jurnalist 

Robert  Krou  peyda  olur,  –  Paqava  davam  etdi,  –  yeri 

gəlmişkən, o, gürcüyə və ya osetinə çox oxşayır. Amma qəti 

şəkildə  bildirir  ki,  doğrudan  da,  avstraliyalı  jurnalistdir. 

Tutaq ki, biz ona inanmaq istəyirik. Amma inanmağa balaca 

bir detal mane olur. Aydın olur ki, o, Batuma bu gün səhər 

bütün  ölkədə  məşhur  olan  mafioz  David  Qogiyaya  məxsus 

“BMW”də gəlib. Sizcə də maraqlı təsadüf deyil? 

– Yenə çaxır istəyirsiniz? – Dronqo soruşdu. 



www.vivo-book.com 

 

235 



–  İstəmirəm,  –  Paqava  öz  stəkanını  möhkəm  şəkildə 

masanın  üstünə  qoydu.  –  Bu  təsadüfi  necə  izah  edərdiniz, 

cənab Robert Krou? Bircə deməyin ki, mən səhv edirəm. 

– Siz səhv edirsiniz, – Dronqo rahat bir şəkildə etiraz 

etdi. 

–  Belə,  –  Paqava  qaşlarını  çatdı,  –  deməli,  siz  belə 



hesab  edirsiniz  ki,  mən  səhv  edirəm.  Lap  yaxşı.  Bəs  siz 

qorxmursunuz  ki,  mən  gedəndən  sonra  burda  cənab  Şalva 

Ruruanın  adamları  peyda  olacaqlar?  Onlar  da  belə  düşünə 

bilərlər.  Onlar  sizinlə  çaxır  içməyəcəklər.  Siz  bundan 

doğrudan qorxmursunuz? 

– Yox, – o, cavabı bir qədər gec verdi, – mən onlara 

da bunu deyəcəyəm. 

– Yaxşı, – Paqava qətiyyətlə ayağa qalxdı, – bu sizin 

işinizdir.  Amma  onları  mümkün  qədər  tez  inandırmağa 

çalışın.  Onlar  əsəbi  uşaqlardır,  siz  nəsə  deməyə  macal 

tapana kimi atəş açmağa başlayarlar. 

– Bəs əgər mən kömək üçün David Qogiyanın özünə 

müraciət etsəm? – Birdən Dronqo Paqavadan soruşdu. 

O duruxdu, qapıya tərəf dönüb iki addım atdı. 




www.vivo-book.com 

 

236 



– Deməli, siz onu tanıyırsınız? – nəhayət, dedi. 

– O doğrudan da, mənim tanışlarımın dostudur, amma 

inanın  mənə,  gecə  baş  verən  hadisəylə  heç  bir  bağlılığım 

yoxdur. 


–  Onda  niyə  bura  gəlmisiniz?  Bircə  Melburn 

informasiya mərkəzinin tapşırığıyla bağlı nağılı danışmayın. 

Deyəsən, sizin guya işlədiyiniz yer belə adlanır. 

“Onun  kimə  işlədiyini  bilmək  olmur,  –  Dronqo 

düşündü.  –  Güvənmək  olmaz.  Bu,  maşınla  olan  səhvdən 

daha betər ola bilər”. 

–  Mən  doğrudan  da,  Melburn  informasiya 

agentliyində işləyirəm, – o, çox sakit və aydın şəkildə dedi. 

Qapı  çırpıldı.  Paqava  nömrədən  çıxdı.  Yalnız  tək 

qalandan  sonra  anladı  ki,  necə  böyük  bir  təhlükəyə  məruz 

qalıb. Paqava haqlıydı, Şalva Ruruanın adamları istənilən an 

mehmanxanaya  soxula  bilərdilər.  Yadına  düşdü  ki,  David 

ona  öz  tanışının  nömrəsini  verib.  Telefona  yaxınlaşıb 

nömrəni yığdı. 

–  Batono  Aftandil,  sizi  dostunuz  David  Qogiyanın 

izniylə  narahat  edirəm.  Hə,  mən  Batumdayam.  Sizin 




www.vivo-book.com 

 

237 



köməyinizə  ehtiyacım  var.  Siz  mənim  yanıma  gələ 

bilərsinizmi?  Hə,  mən  İnturist  mehmanxanasındayam,  hə 

burda. Adım Robert Kroudur.  

Vaxtın  onun  lehinə  işləmədiyini  anlasa  da,  hansısa 

lazımsız  sözləri  deyirdi.  O,  bu  naməlum  Aftandilin  kim 

olduğunu  bilmirdi,  amma  indiki  halda  Davidin  dostu  onu 

Şalva  Ruruanın  adamlarından  az  da  olsa,  qoruya  bilər. 

Qəribə  situasiya  alınırdı.  Bir  tərəfdən,  o  bura  elə  Ruruanın 

özünü  tapmaq  üçün  gəlmişdi.  Digər  tərəfdənsə,  o  nəinki 

Batum limanının sahibiylə tanışlıq axtarmamaq, eləcə də hər 

vəchlə 

bu 


ünsiyyətdən 

qaçmağa 


çalışmaq 

məcburiyyətindədir.  Əgər  limanda  öldürülən  adamlar 

olmasaydı,  tragikomik  situasiya  alınırdı.  Axan  qan  qisas 

tələb  edirdi  və  Rurua  cavab  zərbəsi  endirməyə  borcluydu. 

Başqa  rəqiblərinin  olmadığına  görəsə  o,  tamamilə  Otar 

Paqava kimi düşünə bilərdi. Və onda onun adamları tezliklə, 

mehmanxananın  bu  nömrəsinə  soxulacaqlar.  Cənab  Robert 

Krouya  artıq  heç  bir  müdafiə  lazım  olmayacaq.  Belə 

hallarda sözlər işə yaramır. 

Qapı yenə ehtiyatla döyüldü. 




www.vivo-book.com 

 

238 



“Elə  bil  keçid  həyətidir”  –  Dronqo  məyusluqla 

düşündü. İstənilən halda açmaq lazım idi. Qapı çox etibarsız 

müdafiə  idi  və  hücum  edənlər  demək  olar  ki,  güc  sərf 

etmədən  onu  yerindən  qopara  bilərdilər.  Bu  dəfə  qapını 

kimin qonaq gəldiyini heç soruşmadan açdı. 

Amma  bu  dəfə  orda  Tamara  dayanmışdı.  O,  qara 

şalvar dəsti geyinməyə macal tapmışdı. Pencəyinin altından 

qara  yun  kofta  geyinmişdi.  Boynundan  balaca  bir  xaç 

asmışdı. 

– Cənab Krou, – qadın gülümsədi, – mənə dedilər ki, 

siz məni nəyə görəsə axtarmısınız. 

“Operativdirlər,  –  Dronqo  düşündü,  –  burda  hamı 

necə  də  operativ  işləyir.  Təəccüblü  nə  var  ki  –  şəhərcik 

balacadır,  mart  ayında  gələn  əcnəbisə  ikiqat  maraq 

doğurur”. 

–  Mən  doğrudan  da,  sizi  axtarırdım,  –  Dronqo  etiraf 

etməyə məcbur oldu, – mənə sizin məsləhətiniz lazımdır. 

O,  kənara  çəkilib  qadını  nömrəyə  buraxdı.  Arxadan 

ona  diqqət  yetirdi.  Ayaqları  azca  kök  idi,  amma  bədən 



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə