Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə55/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   51   52   53   54   55   56   57   58   ...   101

www.vivo-book.com 

 

274 



axırda  gələnlər  öldürülənə  yaxınlaşıb  onun  maskasını 

çıxardılar. 

Onlara  laklı  ayaqqabı  geyinmiş  daha  bir  adam 

yaxınlaşdı. 

Hücum edənin cəsədini onun ayağına gətirdilər. 

– Qafqazlılar, – kimsə deyərək yerə tüpürdü. 

Öz mühafizəsiylə təsadüfən bankın yaxınlığında olan 

Boris Qriqoryeviç Lazarev ayağını azca kənara çəkdi. Başını 

qaldırıb uzaqlaşan avtomobillərin arxasınca baxdı. 

– Yaxşı uşaqlar, hesablaşarıq, – o, qəzəblə vəd etdi. 

Və  artıq  qarşısındakı  cəsədə  əhəmiyyət  vermədən 

banka tərəf getdi. 

 

 

 



    XVI HİSSƏ  

Respublika  prokurorluğunun  Bakıdakı  binasına  daha 

bir  qara  rəngli  “Volqa”  yaxınlaşdı.  Bu  gün  saat  üçdə 

respublika  prokuroru  prokurorluğun  kollegiyasını  keçirirdi. 

Və ənənəyə görə bütün rayon və şəhər prokurorları, eləcə də 



www.vivo-book.com 

 

275 



idarə  rəhbərləri  orda  olmalıydılar.  Hərçənd,  yayda  qara 

maşınlarda isti olsa da, prokurorlar məhz bu rəngi sevirdilər. 

Sanballılığına  və  ənənəyə  görə.  Qara  “Volqa”  hakimiyyət 

rəmzi  sayılırdı.  Baxmayaraq  ki,  Bakıda  artıq  “Mersedes”, 

“BMW”,  “Volvo”  və  “Kraysler”in  son  modelləri  çoxdan 

peyda  olmuşdu,  amma  Qorki  və  ya  indi  adlandırıldığı  kimi 

Nijni  Novqorod  avtomobil  zavodunun  maşınları  hələ  də 

geniş  istifadə  olunurdu.  Və  bu  gün  bu  toplantıya  gələnlər, 

əksəriyyətinin hətta “Rolls-Roys”un ən son modelini almağa 

gücü  çatsa  da,  ənənəyə  mütləq  sadiq  qalırdılar.  Prokuror 

hakimiyyətinin nə olduğunu anlamaq üçün Bakıda yaşamaq 

gərəkdir.  Bu,  sərhədsiz  və  heç  kim  tərəfindən  nəzarət 

olunmayan kef, ən təmiz və saf formada hakimiyyət, qüdrət 

və  nəhayət,  böyük  pul  deməkdir.  Universitetə  qəbul  olunan 

hüquq  fakültəsi  tələbələri  artıq  özlərini  prokuror  kimi 

görürdülər.  Yalnız  prokuror,  başqa  heç  nə.  Prokurordan 

yüksəkdə  rayonun  birinci  katibi  ola  bilərdi.  Amma  onun, 

prokurordan  fərqli  olaraq,  başının  üstündə  çoxlu  rəislər 

olurdu və  ən pisi  səhərdən  axşama  kimi  işləməliydi. Rayon 

katibləri 

qalmayandan 

sonra 


prokuror 

hakimiyyəti 




www.vivo-book.com 

 

276 



görünməmiş dərəcədə artmalıydı. Amma bütün Azərbaycan 

prokurorlarının bəxtindən belə olmadı.  

Məlum  olur  ki,  iqtisadi  sərbəstlik  insanları  ən  yaxşı 

qanunlardan  və  “demokratların”  istənilən  şüarlarından  daha 

tez  müstəqilləşdirir.  İnsanlar  pul  qazanmağı  öyrəndilər, 

bütün  dünya  boyu  səyahət  etmək  imkanı  əldə  etdilər. 

Deməli,  xoşuna  gəlməyən  prokurordan  da  uzaqlaşmaq 

olardı. Ya da deputat seçilib toxunulmazlıq hüququ alandan 

sonra  prokurora  əhəmiyyət  verməmək  də  mümkündür. 

Ədalət naminə demək lazımdır ki, bu hal Rusiya üçün daha 

xarakterik idi və  bir çox  cinayətkarlar  deputat  mandatı  əldə 

edəndən sonra qanunla üz-üzə gəlməkdən qaça bilirdilər.  

Sovet  İttifaqı  dağılandan  sonra  hər  şeyi  avtomatlar 

həll etməyə başladı. Avtomatı olmayan prokurorlar hətta bir 

qədər miskin görünürdülər. Onlara sadəcə olaraq əhəmiyyət 

verilmədi.  Daha  çox  sayda  avtomata  sahib  olan  daxili  işlər 

naziriylə müdafiə naziri həlledici fiqura çevrildilər. Və əgər 

əvvəllər  prokurorlar  milis  işçilərindən  daha  yüksək 

instansiya  sayılırdılarsa,  yenidənqurmadan  sonrakı  dövrdə 

bəzi dəyərlər yerini dəyişmişdi. Daha qanunlardan qorxmur, 




www.vivo-book.com 

 

277 



onu  saymır  və  yerinə  yetirmirdilər.  Və  prokurorlar 

hakimlərlə  birgə  adi  məhkəmə  və  prokurorluq  məmurları 

sayılmağa başladılar. Amma avtomatlara hamı hörmət edirdi 

və  Daxili  İşlər  Nazirliyi  bir  çox  inkişaf  etməkdə  olan 

respublikalarda ən önəmli nazirlik olurdu. 

Respublika  prokurorları  orta  hesabla,  hökumət  və 

Prezidentlə  birgə  hər  çevrilişdən  sonra  dəyişdiyindən 

hamıya aydın oldu ki, onlardan qorxmaq lazım deyil. Bu da 

prokurorluq  işçilərinin  maddi  bazasını  möhkəm  şəkildə 

sarsıtdı. Amma rayonlarda ənənələr hələ də yaşayırdı və bir 

çox  prokurorlar  keçmiş  günlərin  dividentləriylə  hələki  pis 

yaşamırdılar. 

Bu  gün  prezidiumda  oturanların  arasında  respublika 

prokurorunun müavini Ənvər Vəliyev də var idi. Əhvalı çox 

pis idi. Respublika prokurorunun məruzəsini demək olar ki, 

dinləmədən son günlər baş verən hadisələr haqda düşünürdü. 

Təhqiqat şöbəsinin rəisi Kazımovun ona, cənub sərhədində, 

işğal  altında  olan  Füzuli  rayonunun  demək  olar  ki, 

yaxınlığında  çobanın  öldürülməsi  haqda  danışmasından 

sonra  yuxusu  ərşə  çəkilmişdi.  Axı  onu  əmin  etmişdilər  ki, 




www.vivo-book.com 

 

278 



heç nə olmayacaq. Bəlkə də o səhv edirdi, amma hər şey ən 

xırda detallara qədər üst-üstə düşürdü. 

İki  həftə  əvvəl  dostluq  etdikləri  şirkət  sahiblərindən 

biri  ona  zəng  etmişdi.  Asif  Paşayev  respublikada,  eləcə  də, 

Zaqafqaziyada  ən  tanınmış  və  zəngin  insanlardan  biriydi. 

Vəliyev  hələ, böyüklüyünə  görə  Azərbaycanın  ikinci  şəhəri 

olan  Gəncədə  prokurorluqlardan  birinə  rəhbərlik  edərkən 

onunla  tanış  olmuşdu.  O  zaman  Paşayev  yerli  sənaye 

nazirinin müaviniydi. 

Zaman dəyişirdi, prezidentlər gəlib-gedirdi, çevrilişlər 

öz  axarında,  Asif  Paşayevsə  hələ  də  öz  yerindəydi.  Sanki 

respublikada  baş  verən  hadisələrin  ona  dəxli  yox  idi.  O, 

dişbatmaz  idi.  Bəlkə  də  bu  hadisələri  əvvəldən  görə 

bildiyindən  həm  sağlara,  həm  sollara  səxavətlə  pul 

xərcləyirdi. Buna görə də hakimiyyətə gələn istənilən adam 

özünü  ona  borclu  hesab  edərək  hər  şıltaqlığına  dözürdü. 

Respublikanın  əsl  sahibləri  Paşayev  kimi  adamlar  idi. 

Parlamentdə,  hökumət  evinin  kuluarlarında  qaynayan  xırda 

ehtiraslar  onları  maraqlandırmırdı.  Onlar,  mahiyyətcə 

ölkənin  bütün  iqtisadiyyatına  nəzarət  edərək,  daha  geniş, 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə