Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə53/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   49   50   51   52   53   54   55   56   ...   101

www.vivo-book.com 

 

264 



–  Hə,  –  Mixeyev  qutunu  axtardı,  onu  stolun  üstündə 

tapıb bir  siqaret  çıxardı  və  yenə dedi:  – Hə-ə-ə.  Buna  görə 

də sağ olun. 

– Sizdə hansı məlumat var? – Xotivari cəld soruşdu. 

–  Birincisi,  Moseşvilinin  həmin  gün  bir  qonağı 

olacaqdı, daha sizin axtardığınız kimi qadın yox. 

– Hardan bilirsiniz? – Xotivari soruşdu. 

– Bilirik, – Mixeyev çoxmənalı tərzdə cavab verdi, – 

bundan başqa o, həmin gün Ryaboya zəng edib. Sözləri çəp 

gəlib. 


Sizin 

Nyu-Yorkdakı 

tanışınızla  da  danışıb. 

Bilmirsiniz, niyə mübahisə ediblər? 

–  Yox.  –  Görünür,  bu,  Xotivari  üçün  son  dərəcə 

xoşagəlməz mövzuydu, o heç danışmaq belə istəmirdi. 

–  Bu  da  bizim  bildiklərimiz.  Kifayətdir?  –  Xotivari 

sakitcə  ayağa  durdu.  Daha  heç  bir  söz  demədi.  Sadəcə 

olaraq kabinetdən çıxıb qapını çox ehtiyatla bağladı. 

Mixeyev Steklova zəng etdi. 

–  Cəld  bizim  məlumatlarımıza  görə  yoxla.  Vaxtanq 

Stombolişvili.  Bizdən  keçib,  yoxsa  yox.  Ən  qısa  zamanda. 

Xotivari xarici müşahidə altındadır? 



www.vivo-book.com 

 

265 



–  Səhərdən,  –  Steklov  cavab  verdi,  –  telefonunu  da 

dinləyirik. 

“Yenə  hər  şeyi  əvvəldən  hazırlayıb,  –  Çijov 

məyusluqla  düşündü,  –  həmişə  belədir.  Əvvəl  edir,  sonra 

deyir”. 

Mixeyev selektor aparatının dəstəyini yerinə qoydu. 

– Axı ürəyimə damıb ki, bu işə görə başımız hələ çox 

ağrıyacaq! – dedi. 

Xotivari  Dİİ-nin  binasından  çıxıb  maşına  oturdu, 

telefonda nömrə yığıb demək olar ki, qışqırdı: 

–  Bu,  Ryaboy  imiş.  Mən  ki  deyirdim,  odur.  Onun 

işidir. 


– Hardan danışırsan? – naməlum səs soruşdu. 

– Maşından. 

– Gələrsən, danışarıq. 

Beş dəqiqədən sonra Mixeyev artıq bu söhbət barədə 

bilirdi. Daha yarım saat sonra Xotivarini izləyən əməkdaşlar 

onun  “Kontinental  Bank”ın  ofisinə  istiqamətləndiyini 

öyrəndilər.  Demək  olar  ki,  dərhal  onun  ardınca  üç  maşının 

əhatəsində  Rafael  Bağırov  gəldi.  Beş  dəqiqə  sonra  Arçil 




www.vivo-book.com 

 

266 



Qogiya  da  gəldi.  Onu  iki  maşın  müşayiət  edirdi.  Bankın 

binasının  yanında  ümumilikdə  iyirmiyə  yaxın  maşın 

dayanmışdı. 

Bütün 


cəhdlərə 

baxmayaraq, 

Mixeyevin 

əməkdaşlarına  bu  söhbəti  dinləmək  müyəssər  olmadı. 

Söhbətin getdiyi bina etibarlı müdafiə olunurdu. Detroytdan 

olan  təcrübəli  mühəndis  otağı  elə  vibrasiyalı  qurğularla 

təchiz  etmişdi  ki,  onlar  söhbəti  nəinki  yazmağa,  heç 

dinləməyə də imkan vermirdi. 

Otaqda  bir  neçə  nəfər  oturmuşdu.  Hamı  Xotivariyə 

baxırdı. 

– Danış görək, nə baş verib? – Arçil Qogiya tələb etdi. 

–  Bu  gün  dəqiq  öyrəndim  ki,  Mixo  qonaq  gözləyib. 

Görünür, bizim haqqında danışdığımız adamı. Və onun üçün 

burdan  aldığı  pulları  hazırlayıbmış.  Amma  nə  pulu,  nə  də 

həmin  adamı  daha  heç  kim  görməyib.  Mixo  özüsə  həmin 

gün  həm  Ryaboyla,  həm  də  Vaxtanqla  danışıb.  Şahidlər 

deyirlər ki, Ryaboyla yaman mübahisələri olub. 

–  Bu  məlumatlar  hardandır?  –  Rafael  Bağırov 

ehtiyatla soruşdu. – Bəlkə bütün bunlar sadəcə quramadır? 



www.vivo-book.com 

 

267 



– Məlumatlar dəqiqdir, – Xotivari etiraz etdi. – Mixo 

doğrudan da Nyu-Yorkla danışıb. 

–  Bunu  asanlıqla  yoxlaya  bilərik,  –  birdən  küncdə 

oturmuş  yekəburunlu,  qafqazlı  simalı  kök  kişi  dedi.  –  İndi 

xahiş edərəm, Mixonun öz nömrəsindən kiminlə danışdığını 

aydınlaşdırarlar.  O,  otaqda  dayanan  adamlardan  birini 

çağırıb ona yavaş səslə nəsə əmr etdi. Həmin adam səssizcə 

otaqdan çıxdı. 

– Əgər təsdiq olunsa, – Arçil Qogiya təhdidlə dedi, – 

onlara göstərmək lazımdır ki, biz hər şeyi bilirik. 

– Belə də edərik, – Xotivari başıyla təsdiqlədi. 

–  Məncə,  biz  ehtiyatlı  olmalıyıq,  –  Bağırov  dedi,  – 

çeçen  müharibəsindən sonra burda  əhvali-ruhiyyə  onsuz da 

yaxşı deyil. 

–  Düzdür,  –  kök  cənab  ona  dəstək  verdi.  Bu, 

“Kontinental Bank”ın sahibi Artur Sarkisyan idi. – Çox gözə 

girmək lazım deyil. Onsuz da situasiyanı çətinliklə nəzarətdə 

saxlayırıq. 

–  Mixonu  kimin  öldürdüyünü  dəqiq  öyrənmək 

lazımdır!  –  Qogiya  yumruğunu  stola  çırpdı.  –  Əgər  həmin 




www.vivo-book.com 

 

268 



gün  Mixo  doğrudan  da,  Nyu-Yorkla  danışıb  və  Ryaboyla 

mübahisə  edibsə,  deməli,  artıq  nəsə  hiss  edib.  Rəhmətliyin 

hissiyyatı bizdən güclüydü. Əgər bu, Vaxtanqdırsa... O buna 

görə mənə cavab verəcək! 

– Düşünürsünüz ki, Vaxtanq Mixonu Ryaboya satıb? 

– Bağırov dəqiqləşdirdi. 

– Bilmirəm, – Qogiya əsəbi tərzdə cavab verdi, – bəs 

onda  niyə  Vaxtanq  yalan  danışır?  O,  mənə  demişdi  ki,  son 

günlər  Mixoyla  danışmayıb.  Həmin  adam  və  pul  haqdasa 

bizdən  başqa,  yalnız  Vaxtanq  bilirdi.  Bəlkə  o  elə  hamımızı 

Ryaboya  satmağa  qərar  verib?  O  daha  yaxındır,  rahat 

razılığa gəlmək olar. 

Otağa kimsə girib Sarkisyana bir vərəq uzatdı. 

–  Hə,  –  Sarkisyan  telefon  nömrələrinə  baxıb 

təsdiqlədi,  –  Quram  haqlıdır.  Mixo  Vaxtanqa  zəng  edib  və 

onunla on dəqiqə danışıb. 

–  Deməli,  belə,  –  Qogiya  qətiyyətlə  dedi,  –  bu  gün 

adamlarımı Nyu-Yorka göndərirəm. 

– Mən belə də bilirdim, – Xotivari dedi, – bu Vaxtanq 

heç vaxt xoşuma gəlməmişdi. 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə