Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə54/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   50   51   52   53   54   55   56   57   ...   101

www.vivo-book.com 

 

269 



–  O,  xırda  fiqurdur,  –  Sarkisyan  əlini  yellədi,  –  bəs 

Ryaboyla  nə  edək?  Axır  vaxtlar  Lazarev  yaman 

həyasızlaşıb. Bilirsən, onun adamları mənim uşaqlarımı necə 

sıxır! 


– Onun mərkəzi ofisi “Qamma Bank”dadır? – Qogiya 

soruşdu. 

–  Hə,  –  Sarkisyan  dedi.  –  Heç  bilmirsən,  o  necə 

qudurub. Bütün köşklər, bütün alverçilər ona vergi ödəyirlər. 

Onun  adamları  Mansurovun  qrupuyla  birlikdə  bütün 

mehmanxanaları  əxlaqsız  qadınlarla  doldurub  xeyli  pul 

qazanırlar.  Bir  şey  olan  kimi  də  bizim  üstümüzə  atırlar. 

Deyirlər  ki,  qafqazlılar  günahkardır.  İnsanları  da  bizə  qarşı 

çevirirlər. 

–  Bu  gün  “əlaltı”ları  “Qamma  Banka”  göndərərik,  – 

Qogiya  qətiyyətlə  dedi,  –  hələ  ki  mən  özümünküləri 

göndərəcəyəm.  Qoy  Mixonun  qisasını  alsınlar.  Lazım 

olacağı təqdirdə siz də hazır olun. Onlar müharibəyə başlaya 

bilərlər. Özünüz düşünün, əgər Mixonu öldürüblərsə, bizdən 

hər  birimizi  öldürə  bilərlər.  İnsanlar  tamam  ağıllarını 

itiriblər. Onları yerinə otuzdurmaq lazımdır. 




www.vivo-book.com 

 

270 



–  Bəs  Ryaboy  öyrənsə,  onda  necə?  –  Sarkisyan 

tərəddüd etdi. 

– Qoy öyrənsin, – Qogiya qəzəbləndi, – qorxaq olmaq 

hamısından pisdir. Qoy onda müharibə başlasın. 

–  Gəlin,  belə  edək,  –  Bağırovun  barmağında  böyük 

üzük  parıldadı.  Mərhum  Moseşvilinin  üzüyü  də  bu  cür  idi. 

Bu üç nadir üzük Braziliyada misli görünməmiş bir qiymətə 

alınıb  Moseşvili,  Bağırov  və  Sarkisyana  hədiyyə  edilmişdi. 

Sonuncu  üzük  taxmağı  xoşlamırdı.  Onlar  onun  koppuş 

barmaqlarını sıxırdı. Zahirən üzüklər heç nəylə fərqlənmirdi. 

Yalnız təcrübəli zərgər onların həqiqi dəyərini bilə bilərdi. – 

Hələ ki çox ehtiyatlı, belə demək mümkünsə, önləyici zərbə 

endirək.  Qoy  onlar  anlasınlar  ki,  biz  narazıyıq.  Ryaboyun 

yanınasa  əməkdaşlıq  təklifiylə  bir  adam  göndərək.  Qoy 

bilsin  ki,  biz  müharibə  istəmirik.  Əgər  istəməsələr,  –  o, 

əllərini geniş açdı, – mənim adamım kifayət qədərdir. 

–  Razıyam,  –  Sarkisyan  cəld  dedi,  –  sizin  fikir 

yürütməyiniz  mənim  həmişə  xoşuma  gəlir,  –  o,  Bağırova 

müraciətlə əlavə etdi. 

– Qoy elə olsun, – Qogiya həvəssiz qeyd etdi. 




www.vivo-book.com 

 

271 



– Doğru fikirdir, – Xotivari belə qərara gəlmişdi ki, nə 

qədər ki  Qogiya  Mixonun  yerini tutmayıb, onun danışmağa 

ixtiyarı var. Və birinci olmağa da şansı var. 

–  Daha  bir  problem  var,  –  Sarkisyan  narazılıqla 

xırıldadı.  –  Lazarev  yenidən  silah  satmağa  hazırlaşır. 

Qarabağa. – Bağırov və Sarkisyan baxışdılar. 

– Yenə hər iki tərəfə? – Bağırov qəzəblə soruşdu. 

–  Hə,  –  Sarkisyan  məyusluqla başını tərpətdi, –  otuz 

faizini  sizinkilərə.  Onlar  az  pul  təklif  ediblər.  Yetmişini  də 

bizimkilərə. Bir fransız firması ödəyir. 

– İt oğlu it! – Bağırov dedi, – bu qədər qan ona azlıq 

edir. Hər iki tərəfə silah satır. Əclaf! 

–  Guya  siz  hamınız  bunu  bilmirsiniz,  –  bayaqdan 

susaraq  sanki  qarşısındakı  jurnalla  məşğul  olan  adam  dedi. 

Bu,  Qara  Vasiliydi.  O,  Lazarevlə  çoxdan  düşmənçilik, 

“Kontinental 

Bank”lasa 

əməkdaşlıq 

edən 

məşhur 


Moskvaətrafı qruplaşmanın liderlərindən biriydi. 

– Nə haqda? – Qogiya başa düşmədi. 

– Bu, bizim hökumətin rəsmi siyasətidir. Silahı hər iki 

tərəfə  satır.  Abxaziyada  da,  Qarabağda  da.  Hər  şey 




www.vivo-book.com 

 

272 



doğrudur,  qoy  qarayanızlar  bir-birini  öldürsünlər.  Sizi 

nəzərdə tutmuram, əlbəttə. 

–  Qarayanızlar,  –  Bağırov  kədərlə qeyd  etdi,  –  yaxşı 

ki sən hər şeyi üzə deyirsən. Amma bir qədər yumşaldırsan. 

Ondan da pis sözlər deyirlər. Bəs sən bilirsən, ən ali üz tipi 

hansıdır?  Bunu  sənə  heykəltəraş  kimi  deyirəm.  Qafqaz  üz 

tipi, Qafqaz irqi ağ adamlar arasında ən mükəmməli sayılır. 

Bu elmi faktdır. Hətta belə bir termin də var  –  “Qafqaz üz 

tipi”. 

–  Nə  fərqi  var,  –  Vasili  əlini  yellədi,  –  mən  bütün 



insanlara normal yanaşıram! Sadəcə, olduğu kimi dedim. 

–  Yaxşı,  bu  haqda  danışmaq  lazım  deyil,  –  Qogiya 

qaşlarını çatdı. – Söhbətimizi burda bitirək. 

Növbəti  gün  səhər  saat  11-də  “Qamma  Bank”ın 

binasına iki maşın yaxınlaşdı. Orda Qogiyanın altı yaraqlısı 

var  idi.  Bankın  inkassator  maşını  görünən  kimi  onlar 

müxtəlif istiqamətlərə yayıldılar. 

İçində sürücü və mühafizəçi olan inkassator avtobusu 

binaya  yaxınlaşarkən  yolunu  yük  maşını  kəsdi.  Onun 

kənarından keçməyə  çalışan avtobus  hasara  ilişib qaldı. Elə 




www.vivo-book.com 

 

273 



bu  an  hər  iki  tərəfdən  maşınlardan  maskalı  adamlar 

düşdülər.  Avtobusun  şüşələri  zirehliydi,  amma  pəncərələr 

açıq  olduğundan  hücum  edənlər  avtobusda  oturan  hər  iki 

adamı  ələ  keçirdilər.  Sürücü  və  mühafizəçi  atəşə  tutuldu. 

Qumbara partlayışı avtobusun qapılarından birini rəzəsindən 

çıxardı.  Pulla dolu kisələri cəld gələn  maşınlara  yüklədilər. 

Bankdakı mühafizə nəhayət ki, özünə gəlməyə başladı və bir 

neçə  nəfər  binadan  çıxaraq  hücum  edənlər  tərəfə  atəş 

açmağa  cəhd  göstərdi.  Onlar  da  uzun  avtomat  daraqlarıyla 

cavab verdilər. Atəş səsləri səngiməyə başladı. 

Hücum  edənlər  kisələri  yükləyib  başa  çatdırarkən 

hadisə  yerinə  daha  iki  maşın  gəlib  çıxdı.  Onun  içindən 

sıçrayan  bir  neçə  nəfər  hücum  edənlər  tərəfə  atəş  açmağa 

başladı.  Birdən  maskadakı  adamlardan  biri  başını  tutaraq 

yerə  yıxıldı.  Onun  yoldaşı  sonuncu  kisəni  atıb  maşına 

qaçarkən  ayağından  vuruldu  və  son  anda  özünü 

uzaqlaşmaqda olan “Mersedesin” arxa oturacağına ata bildi. 

Arxasınca daha bir neçə atəş açıldı. 

Hər  tərəfdə  çığırtı,  inilti  səsləri  gəlirdi.  Bankın 

mühafizəçilərindən  ikisi  yüngül  yaralanmışdı.  Hamıdan 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə