Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə52/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   48   49   50   51   52   53   54   55   ...   101

www.vivo-book.com 

 

259 



–  Heç  olmasa  pulları  var,  –  Mixeyev  ümidsizcəsinə 

cavab  verdi,  –  yaxşı,  gəlin  ağlamayaq.  Bizim  artıq  nəyimiz 

var?  Moseşvilinin  naməlum  gecə  qonağı.  Mixonun  Nyu-

Yorka,  özü  də  müxtəlif  nömrələrə  zəngi.  Onun  bankdan 

aldığı  böyük  məbləğdə  pul.  İndi  bütün  bunları  bir  yerə 

toplayanda  vətəndaş  Moseşvilinin  qətli  alınır.  Naməlum 

adamla  bərabərləşmək.  Kim  və  nə  üçün  öldürüb?  Deyəsən, 

mən  nə  etməli  olduğumuzu  tapmışam.  Bu  yaramaz 

Xotivarinin nömrəsi hanı? 

– Mən yazmışdım, – Çijov yazı kitabçasını çıxardı. 

– Sən də yazmısan? – Mixeyev Steklovdan soruşdu. 

– Yox. Mən əzbər bilirəm.  

– Bu başqa məsələ. O tipin nömrəsini yığ. 

Steklov dəstəyi qaldırıb nömrəni yığdı. 

– Vətəndaş Xotivari? – Mixeyevin səsi gurladı. – Sizi 

hansısa  Konstantin  Mixeyev  narahat  edir.  Beləsini 

tanıyırsınız? Lap yaxşı. Təcili sizin köməyiniz lazımdır. Hə, 

düz  eşitdiniz  –  kömək.  Söz  verirəm  ki,  peşman 

olmayacaqsınız.  Nə  vaxt  gələ  bilərsiniz?  Çox  sağ  olun. 



www.vivo-book.com 

 

260 



Yarım  saatdan  sonra  gələcək,  –  o,  dəstəyi  qoyandan  sonra 

dedi. 


– Sizcə, o, bizə kömək edəcək? – Çijov soruşdu. 

–  Mütləq.  Görərsən.  Məmnuniyyətlə  kömək  edəcək. 

Hə,  Viktor  təcili  harasa  qaç,  buterbrodları  gətir.  Acından 

ölürəm. 


Steklov  buterbrodları  gətirənə,  onlar  şam  edənə  kimi 

yarım saat keçdi. Xotivari düz vaxtında gəldi. 

– Nə olub? – O, ikrahla soruşdu. – Niyə çağırmısınız? 

–  Əyləşin,  əziz  Quram  Valerianoviç,  –  Mixeyev  onu 

dəvət etdi, – bizim sizinlə vacib və məxfi işimiz var. 

– Bura bax, zarafat eləmə, – Xotivari son sözləri başa 

düşməyib acıqlandı, – niyə çağırmısan? 

– Vacib iş üçün, batono, çox vacib iş üçün, – Mixeyev 

Steklova göz vurdu. O, kabinetdən çıxdı. 

–  Deyəsən,  biz  sizin  dostunuzun  qatilini  tapırıq,  – 

Mixeyev qısaca bildirdi, – görürsən, sizin dinləyici aparatlar 

olmadan da pis işləmirik. 

–  Hansı  aparat?  –  Xotivari  özünü  itirmədi,  –  başa 

düşmürəm, nə haqda danışırsan. 




www.vivo-book.com 

 

261 



–  Lap  yaxşı  başa  düşürsən.  Amma  indi  bunun 

əhəmiyyəti yoxdur. Təkrar edirəm, biz Moseşvilinin qatilinə 

çıxırıq.  İndi  bizə  bir  informasiya  lazımdır.  Düşünürəm  ki, 

siz onu bizim üçün təşkil edə bilərsiniz. 

–  Mən?  –  Xotivari  təəccübləndi.  –  Məni  kim  hesab 

edirsiniz?  Elə  bilirsiniz,  yoldaşlarımı  ələ  verib  sizə  nəsə 

danışaram? 

–  Nə  danışırsınız,  – Mixeyev  başını  buladı,  – bəyəm 

mən  sizin  haqqınızda  elə  pis  fikirdə  ola  bilərəm?  Özü  də 

sözləri  təhrif  etməyin.  Siz  rusca  çox  gözəl  danışırsınız. 

Məsələn,  rayon  prokuroruna  zəng  edəndə.  Dinləmək  belə 

xoş  gəlir.  Amma  bunu  sözgəlişi  dedim.  İndi  əsas  məsələ. 

Mənim sizin üçün çox vacib məlumatım var. Təkrar edirəm, 

çox vacib. Mən onu sizin ixtiyarınıza verməyə hazıram, əgər 

siz də öz növbənizdə mənə kömək edəcəksinizsə. 

–  Satın  almaq  istəyirsiniz?  –  Xotivari  yaylıq  çıxarıb 

alnını sildi. 

– Yox, öz malımı baha satmaq istəyirəm, – Mixeyev 

cavab  verdi,  –  görürsünüz,  prokurorluq  da  burdadır,  –  o, 

Çijovu göstərdi, – o da razılıq verir. Hə, alınar? 




www.vivo-book.com 

 

262 



– Mənə hansı məlumatı verəcəksiniz? 

– Ən yaxşısını. Amma sizinkinin əvəzində. Və yalnız 

siz razılaşandan sonra. 

– Bəlkə siz məni aldadırsınız? 

– Quram Valerianoviç, – Mixeyev əlini yellədi, – mən 

neçə  ildir,  burdayam.  İstənilən  adamdan  soruşun,  görün 

həyatımda  kimisə  aldatmışam?  Hansısa  məhbusu,  lap 

quldurlardan  kimisə.  Sizə  deyəcəklər  ki,  belə  bir  adam 

yoxdur. 

Çijov  təbəssümünü  gizlətdi.  Xotivari  ona  yönəlmiş 

təhqiri anlamadı. 

“Gözəl danışırsan”, – Xotivari düşündü. 

–  Yaxşı,  de  görək,  nə  etmək  lazımdır.  Amma  əgər 

aldatsan, mənə borclu olacaqsan. 

– Bəsdir, – birdən Mixeyev dedi, – özünüz, bilirsiniz 

ki,  necə  dedimsə,  elə  də  olacaq.  Alver  etmək  lazım  deyil. 

Burda  iki  telefon  nömrəsi  var.  Mən  bilmək  istəyirəm  ki, 

onlar  kimə  məxsusdur.  Elə  indi.  Öyrənə  bilərsiniz?  Yoxsa 

siz artıq bu nömrələri bilirsiniz? Rahat danışın, çətin ki mən 



www.vivo-book.com 

 

263 



yaxın yüz ildə Amerikaya gedə bilim. Mənim məlumatımsa 

doğrudan da, dəyərlidir. 

– Deyəsən, birini bilirəm, – Xotivari gözünü qıydı, – 

bu bizim Nyu-Yorkdakı bir tanışımızın ofisinin nömrəsidir. 

– Ryaboyun? – Mixeyev dəqiqləşdirdi. 

Xotivari  qorxdu.  Nəzərə  çarpacaq  dərəcədə  qorxdu, 

rəngi ağardı, ətrafa boylandı. 

– Ryaboyun bura nə dəxli? – O, nədənsə çox yavaşca 

soruşdu. – Mən onun haqqında ümumiyyətlə, eşitməmişəm. 

– Kimin nömrəsidir? 

– Vaxtanq Stombolişvilinin, bizim dostumuzdur. 

– Hansı? 

–  İkinci.  Bax  bu,  212  koduyla  başlayan.  O  birinisə 

bilmirəm. 

–  Amma  mən  bilirəm,  –  Mixeyev  dedi,  –  bu, 

Ryaboyun Bruklindəki nömrəsidir. Doğrudur? 

– Ola bilər. 

– Elədir, ya yox? 

– Ola bilər, – Xotivari inadla cavab verdi. 



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə