Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə50/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   46   47   48   49   50   51   52   53   ...   101

www.vivo-book.com 

 

249 



İkincisi, tamamilə dəqiqliklə təyin olundu ki, firmaya 

məxsus  bir  sıra  kazinolar  “çirkli  pulların”  yuyulmasıyla 

məşğul 

imiş. 


Və 

nəhayət, 

üçüncüsü, 

kompüter 

çıxarışlarından  belə  məlum  oldu  ki,  Moseşvili  öldürüldüyü 

gün  “Kontinental  Bank”dakı  hesabından  təqribən  beş  yüz 

min dollar məbləğində pul götürüb. 

Qarət  versiyası  adi  sxemə  uyğun  gəlmirdi,  mərhum 

həddən artıq tanınmış avtoritet idi. Amma onun da üzərində 

işləmək  lazım  idi.  Banka  Çijov,  Mixeyev  və  Steklov 

getdilər. 

Onların  gəlişi haqda xəbərdar  edilmiş  vitse-prezident 

Novikov  gələnləri  elə  küçədə  qarşılayıb  nəzakətlə  ofisinə 

dəvət  etdi.  Onlara  qəhvə  təklif  edib  bütün  suallarına  cavab 

verməyə razılaşdı. Özünü elə göstərirdi ki, guya gizləyəcəyi 

bir şey yoxdur. Novikov vətəndaş Moseşviliyə beş yüz min 

dollar  nağd  pulun  verildiyi  faktını  təsdiqlədi.  Amma 

Moseşvili  pulun  arxasınca  tək  gəlməyibmiş.  Novikov  əmin 

edirdi ki, onun yanında ən azı beş nəfər köməkçisi və işçiləri 

var  idi.  Onlar  iki  maşında  gəlib  pulu  götürüb  sakitcə  çıxıb 

gediblər. 



www.vivo-book.com 

 

250 



–  Siz  öz  müştərilərinizə  tez-tez  bu  qədər  pul 

verirsiniz?  –  Çijov  özünü  saxlaya  bilmədi.  –  Belə  böyük 

məbləğdə? 

– Demək olar ki, vermirik, – Novikov göz qırpmadan 

cavab  verdi,  –  sadəcə  olaraq  vətəndaş  Moseşvili  bizim 

məşhur müştərimiz idi. Ona tamamilə etibar edirdik. 

– Bəs hökumət qərarı necə olsun, – Mixeyev soruşdu, 

–  böyük  məbləğdə  nağd  yolla  əməliyyat  aparmaq 

qadağandır. Sizə elə gəlmir ki, qanunu pozursunuz? 

Novikovun gözləri böyüdü. 

– Biz heç vaxt qanunu pozmuruq, – o, əminliklə dedi, 

–  bizdə  hökumət  izni  var  ki,  ödəmələrin  bir  hissəsini  nağd 

yolla həyata keçirək. Biz Moskvanın bir çox müəssisələrinə 

maaş veririk. 

–  Əlbəttə,  –  Mixeyev  kinayəylə  dedi,  –  siz  Moskva 

merliyi ilə elə dostsunuz ki... 

Bu dəfə Novikov heç bir cavab vermədi. 

Əslində pulun verilməsinin təsdiqindən sonra getmək 

olardı.  Burda  daha  nəsə  tapmaq  çətin  olardı.  Bankda 

işləyənlərin  hamısı  Moseşvilini  tanıyırdı  və  onun  bu  gecə 




www.vivo-book.com 

 

251 



“Ukrayna”  mehmanxanasında  tək  qalacağı  kassirlərdən  və 

ya  bankın  işçilərindən  kiminsə  ağlına  gələ  bilməzdi.  Qarət 

haqda  versiya  adətən  eşitdiklərinin  çərçivəsinə  sığmırdı. 

Bunun üçün həddən artıq sayda mənfur təsadüflər olmalıydı. 

Və ən azından qarətçilər içində otuz min dollardan artıq pul 

olan bağlı çamadanları orda qoyub getməzdilər. 

Onlar  küçəyə  çıxanda  Çijov  “Kontinental  Bank”ın 

yerləşdiyi  nəhəng  binaya  bir  daha  baxdı.  Mixeyev  ondan 

sakitcə soruşdu: 

– Bankın sahibinin kim olduğunu bilirsən? 

–  Məncə,  Sarkisyan.  Mən  dəqiqləşdirmişəm,  –  Çijov 

etiraf etdi. 

– Aha, həmin Artur Sarkisyan, – Mixeyev Çijova göz 

vurdu. 


– Sizcə, qətlin müəmmalı sifarişçisi odur? 

–  Məncə,  yox.  Onların  Moseşviliylə  yaxşı  işgüzar 

münasibətləri var idi. Həm də belə zəngin bir müştərini niyə 

öldürsün  ki?  Bu,  hələ  ki,  bizim  ehtimalımızdır.  Amma 

Moseşvili doğrudan da, həmin gün pul götürüb. 



www.vivo-book.com 

 

252 



Mixeyevin kabinetinə qayıdandan sonra öyrəndilər ki, 

Semyonovanın  qonşusu  həmin  gün  hündürboy,  naməlum 

kişi görüb. Onun daim ətrafa baxması qonşuya qəribə gəlib. 

Təcili 


Dİİ-ə  gətirilən  hürkmüş  qadın  fotorobotun 

hazırlanmasına kömək etməyə razılaşıb. 

Amma  bu,  xəyali  şans  idi.  İstintaqın  ikinci  günü, 

nəhayət,  Avdeyevanı  tapanda  onlara  elə  gəlirdi  ki,  heç  bir 

şansları yoxdur. 

Avdeyeva həmin mərtəbədə xadimə işləyirdi və o gün 

işdən  adəti  üzrə  olduğundan  xeyli  tez  çıxmışdı.  Şahid 

qismində  sorğu-suala  çağırılan  qadın  Mixeyev  və  Çijovun 

əsəbiləşdiyini sezmədən vicdanla növbətçilərin, xadimələrin, 

inzibati işçilərin işindən danışdı. 

– Yaxşı, – nəhayət, Mixeyev dedi, – bütün bunlar çox 

maraqlıdır.  Bəs  siz  həmin  gün  “lüks”  nömrəsini 

yığışdırmamışdınız? 

–  O  adamı  bıçaqladıqları  yeri?  –  Avdeyeva 

dəqiqləşdirdi. 

–  Onu  bıçaqlamayıblar,  amma  bunun  əhəmiyyəti 

yoxdur. Siz o gün həmin nömrəni yığışdırmışdınız? 



www.vivo-book.com 

 

253 



–  Əlbəttə,  yığışdırmışdım.  Sahibi  nömrədəydi.  Çox 

ciddi, vahiməli adam idi. 

– Onun ciddi olmağını nədən bildiniz? 

–  Telefonda  kiməsə  qışqırırdı.  Deyirdi,  tək  qalmaq 

istəyir, guya adamlar ona lazım deyilmiş. 

– Belə də dedi? – Çijov maraqlandı. 

–  Hə,  əzizim,  belə  dedi.  O,  kabinetdəydi,  masa 

arxasında oturmuşdu. Mənsə vanna otağında zibil yığırdım. 

–  Gözləyin,  –  Mixeyev  dəqiqləşdirdi,  –  o  deyirdi  ki, 

tək qalmaq istəyir. Siz daha nə eşitmisiniz? 

–  Sonra  o,  həlak  olan  növbətçi  qadına  zəng  etdi. 

Yazıq, yaxşı qadın idi. Ona belə dedi: mənə Şeremetyevoya 

getməyə  taksi  lazımdır.  Sifariş  ver,  qonağım  aeroporta 

gedəcək. 

–  O,  qonaq  dedi?  –  Mixeyev  həyəcanlandı.  Çijov 

birdən hiss etdi ki, onların şansı yaranıb. 

–  Qonaq,  –  qadın  təsdiqlədi,  –  dəqiq  yadımdadır. 

Sonra  yenə  də  harasa  uzun-uzadı  zəng  edib  söydü.  Hansısa 

Ryaboy haqda danışırdılar, amma bunu mən artıq nömrədən 

çıxdığıma  görə  eşidə  bilmədim.  Yemək  otağında  iki  gənc 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə