Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə51/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   47   48   49   50   51   52   53   54   ...   101

www.vivo-book.com 

 

254 



qafqazlı  oturmuşdu.  Hətta  biri  “çay  pulu”  olaraq  mənə 

beşminlik verdi. 

–  Görünür,  mühafizəçiymiş,  –  Mixeyev  başını 

tərpətdi, – bəs yadınızda deyil, o, nömrəni nə qədər müddətə 

yığdı? Orda çox rəqəm var idi? 

– Çox? – qadın fikrə getdi. – Hə, deyəsən, çox. Dəqiq 

yadımda deyil. 

–  Steklov,  –  Mixeyev  selektorla  öz  əməkdaşını 

çağırdı, – cəld “lüks” nömrəsindən olan telefon danışıqlarını 

yoxlayın. Nə vaxt və kiminlə danışıldığını dəqiqləşdirin. 

– Başqa heç nə xatırlamırsınız? – Çijov soruşdu. 

– Hər şeyi xatırlayıram, – qadın sevinən kimi oldu, – 

daha nə danışmaq lazımdır ki? 

–  Çox  sağ  olun,  –  Mixeyev  onun  çiyinlərini 

qucaqladı, – siz bizə çox kömək etdiniz, – o, ehtiyatla qadını 

qapıya ötürdü. – Sağ olun, – Mixeyev səmimiyyətlə dedi. 

Qapı  onun  arxasınca  bağlanandan  sonra  Mixeyev 

masanın arxasına keçdi. 

– Bu çox maraqlı andır, – o, cibindən siqaret qutusunu 

çıxararaq dedi. Sonra düşünüb qutunu divan tərəfə atdı. 




www.vivo-book.com 

 

255 



– Başa düşürsən, biz bu nüansı nəzərə ala bilməzdik, 

–  Mixeyev  kabinet  boyu  var-gəl  edirdi,  –  o,  öz  peyk 

telefonuyla danışmayıb, adi şəhər telefonuyla danışıb. Yəqin 

qorxub  ki,  telefonu  dinlənilə  bilər.  Və  bu  “qonaq”  sözü. 

Deməli,  Xotivari  və  adamları  da  səhv  ediblər.  Moseşvili 

həmin gün qadın yox, qonaq gözləyirmiş. Əgər gələn qonaq 

həmin  qatil  imişsə,  deməli,  o,  mehmanxanadan  çıxıb, 

taksiyə oturub Şeremeyevoya gedə bilərmiş. İndi onu axtar. 

Deməli,  qonaq  gəlməyib.  Və  ya  daha  pis.  Gəlib  amma 

taksiyə  oturmamağa  qərar  verib.  Bəs  niyə?  Başa  düşürsən, 

necə  bir  vəziyyət  yaranır?  Bizsə  bu  qadını  ümumiyyətlə, 

hesaba almırdıq, hətta onu dindirməyə çağırmaq istəmirdik. 

Həmin  gün  o  təqribən  gündüz  saat  üçdə  gedib.  Və  belə  bir 

təsadüf – bu söhbəti məhz o eşidib. 

Steklov əlində kağızla gəlib çıxdı. 

–  Gözlərindən  görürəm  ki,  yaxşı xəbərlə  gəlmisən, – 

Mixeyev ona baxdı. 

– Hə, – Steklov həyəcanla dedi, – bu da çıxarış. Şəhər 

üzrə  zəngləri  əlbəttə  ki,  qeydə  almayıblar.  Amma 

beynəlxalq  zənglər  qeyd  olunub.  O,  bir  neçə  dəfə  Nyu-




www.vivo-book.com 

 

256 



Yorka  zəng  edib.  Mən  öyrəndim:  bu,  Bruklin  və 

Manhettenin kodudur. Bu da telefonlar. 

–  Ryaboy,  –  Mixeyev  telefonları  oxuyaraq  düşüncəli 

şəkildə dedi. 

– Bunun kim olduğunu bilirsiniz? – Çijov soruşdu. 

– 

Hə, 



zamanında 

Moskvanın 

ən 

məşhur 


avtoritetlərindən biri olub. Daha sonra xaricə getdi. Deyirlər, 

“oğru”ların  keçən  il  Belçikadakı  toplanışını  o  təşkil  edib. 

Əgər bu Ryaboydursa, onda hər şey uyğun gəlir. Onun xətti 

çox sərtdir. Zamanında çox qanımızı qaraldıb. Bilirsən, hələ 

nə  qədər  killer  ona  işləyir?  Hərçənd,  telefonları  yenə 

yoxlamaq lazım gələcək. 

–  Amerikaya  kimisə  ezam  edəcəksiniz?  –  Çijov 

gülümsədi. – Sizcə, rəhbərlik pul verəcək? 

–  Əlbəttə,  yox,  verməyəcək.  Elə  burdan  yoxlamaq 

lazımdır. Bəlkə bizim səfirliyə zəng edək? 

– Onlar Vaşinqtondadır, – Çijov dəqiqləşdirdi. O daha 

məlumatlıydı. 




www.vivo-book.com 

 

257 



–  Bilirəm,  –  Mixeyev  sarkazmı  sezmədi,  –  amma 

Nyu-Yorkda  bizim  BMT  yanında  nümayəndəliyimiz  var. 

Bəlkə onlar yoxlaya bilərlər? Necə düşünürsən? 

–  Onlar  bizim  işə  can  yandırmazlar,  –  Çijov 

inamsızlıqla  başını  buladı,  –  həm  də  biz  onlara  nə 

deyəcəyik?  Yoxlayın  görün,  Ryaboyun  telefon  nömrəsi 

neçədir? Onlar sadəcə olaraq, bizə güləcəklər, vəssalam. 

– Qəribədir, – Mixeyev düşüncəli tərzdə dedi, – Mixo 

və  Ryaboyu  nə  birləşdirir?  Onlar  müxtəlif  qruplaşmalara 

nəzarət  edirdilər.  Hətta  son  zamanlar  bir-birilə  düşmənçilik 

də  aparırdılar.  Aydın  deyil.  Moseşvilinin  belə  böyük 

məbləğdə  pul  nəyinə  lazım  imiş?  Kiminləsə  Nyu-Yorka 

göndərmək istəyirmiş? Bəs niyə nömrədə tək olub? Heç kim 

bilməsin  deyə.  Bəs  özününkülərdən  niyə  gizlədib?  Onlar 

üçün  bu  adi  haldır  –  pul  aparıb  gətirmək.  Başa  düşürsən, 

mən  hiss  edirəm  ki,  burda  ayrı  nəsə  var.  Lənət  şeytana,  bu 

telefonları necə yoxlayaq? 

– Bəlkə Federal Təhqiqat Komitəsindən xahiş edək? – 

Çijov ehtiyatla təklif etdi. 



www.vivo-book.com 

 

258 



– Onlar bir il yoxlayacaqlar. Əvvəlcə sənədləşdirmək 

üçün bütün kağızları istəyəcəklər, sonra lazımi instansiyaları 

keçməyi,  rəhbərliyin  icazəsini  almaq,  razılaşdırmaq  və  s... 

Doxsan  birin  avqustunda  bilirsən,  onları  necə  qorxudublar, 

hələ  də  özlərinə  gələ  bilməyiblər.  Hər  zaman  necə  yaxşı 

“demokrat” olduqlarını sübut etməyə çalışırlar. Bu isə artıq 

dövlət  təhlükəsizliyi  deyil,  qarmaqarışıqlıqdır.  Yox,  onlar 

bizə yaramaz. 

–  Bəlkə  XİN  kömək  edə  bilər?  Onların  yəqin  ki, 

təhlükəsizlik  məsələləri  üzrə  əməkdaşları  var,  –  Steklov 

sakitcə təklif etdi. 

–  Bu  hamısından  pisdir,  –  Mixeyev  əlini  yellədi,  – 

ancaq  camaatı  qorxudub  hər  şeyi  korlayacaqlar.  Nəsə 

fikirləşmək 

lazımdır.  Bax  indi  Amerika  polisində 

olmadığına  heyifsilənirsən.  Bir  iş  olan  kimi  ora  və  geriyə 

təyyarəyə  oturursan.  Hər  şeyi  aydınlaşdırıb  qayıdırsan. 

Gözəllik. 

– Onlarda da hər şeyin belə sadə olduğuna inanmıram, 

– Çijov şübhəylə dedi, – sərhəddir, başqa dövlətdir. 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə