Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə49/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   45   46   47   48   49   50   51   52   ...   101

www.vivo-book.com 

 

244 



–  Sən  də  burdasan,  –  Aftandil  o  qədər  də 

hirslənmədən  dedi,  –  bax  ha,  sənin  qızların  bizim 

qonağımızı  incitməsinlər.  Sonra  Şalvanı  tapıb  başına  oyun 

açaram. 


Qadının  rəngi  ağardı,  amma  nəsə  deməyə  də  cürəti 

çatmadı. 

–  Çaxır  içmisiniz,  –  Aftandil  masanın  üstündəki 

stəkanı gördü, – bu yaxşı işdir. İndi gedirik bizə. Orda artıq 

süfrə açılıb. 

–  Batono  Aftandil,  –  Dronqo  rusca  cavab  verməyə 

məcbur oldu, – mən... sizə necə deyim... rusca pis danışmaq. 

–  Amma  telefonda  yaxşı  danışırdın,  –  Aftandil 

təəccübləndi. 

Dronqo  və  qadın  xəfif  təbəssümlə  bir-birinə  baxdı. 

Aftandilin onun adını Şalva Ruruayla yanaşı çəkməsi qadına 

xoş  deyildi.  Eyni  zamanda  əlüstü  Dronqonun  yalanını 

çıxardığına görə onu da pis vəziyyətdə qoydu. 

–  Əgər  istəsən,  tərcüməçi  götürərik,  –  Aftandil 

Tamaranı  göstərdi,  –  o,  rus  və  ingilis  dillərini  yaxşı  bilir. 

Bizimlə gedərsən? – o, ciddi tərzdə qadından soruşdu. 




www.vivo-book.com 

 

245 



O da rədd etməyə cürət etmədiyindən başını yellədi. 

– Lap yaxşı. Gedək mənimlə, əziz qonaqlar. Orda elə 

bir stol açılıb ki. 

–  Gedək,  –  Dronqo  ümidsizcəsinə  rus  dilində  dedi. 

Belə bir şən gürcü bütün əməliyyatı məhv edə bilər. O həm 

də digər tərəfin əməliyyatını da uğurla puç etdi. 

–  Siz  rus  dilində  kifayət  qədər  yaxşı  danışırsınız,  – 

Tamara özünü saxlaya bilməyib onu sancdı. 

–  Sizin  vasitənizlə  tanışınız  Ruruaya  salam 

göndərmək üçün öyrənmək məcburiyyətində qaldım, – o da 

cavabından qalmadı. 

Onlar bir-birilərinə baxıb bərkdən güldülər. 

Onların  nəyə  güldüklərini  anlamayan  Aftandilin 

əhvalı bir az da qalxdı. 

– Bizə gedək, elə bir məclis quracağam ki! 

Liftdə Dronqo susurdu. Tamara Aftandildən soruşdu: 

– Bəs nə vaxt qayıdacağıq? Gec? 

–  Qorxma,  –  Aftandil  bərkdən  dedi,  –  hamıya 

deyəcəyəm ki, mənim  yanımda olmusan, reputasiyana xələl 

gəlməz. 



www.vivo-book.com 

 

246 



Görünür,  o  daha  nəsə  deyəcəkdi,  ona  görə  Tamara 

“çox sağ ol” deyib qorxmuş halda susdu. 

Liftin çıxışında mehmanxananın direktoru və bir neçə 

inzibati  işçi  dayanmışdı.  Sahə  müvəkkili  də  burdaydı. 

Aftandili görüb ona hərbi salam verdi. 

– A-a, – Aftandil ona əlini yellədi, – mənim dostumu 

nömrədə az qala öldürəcəkdilər, sənsə hardasa yatırdın. Səni 

burdan qovmaq lazımdır. 

O, gürcü dilində daha nə dedisə direktorla digərlərinin 

gərginlikdən üzü dartındı. 

Dronqo  diqqət  yetirdi  ki,  hətta  daim  yuxulu  olan 

gözətçilər  belə  “farağat”  vəziyyətində  dayanmışdılar. 

“Aftandilin  yaxşı  avtoriteti  var,  –  o  düşündü,  –  əgər  onu 

mehmanxanada  belə  qarşılayırlarsa.  Tamara  da  onun  acı 

dilindən yaman qorxur. Maraqlıdır, görəsən o nə işlə məşğul 

olur?” 


Onlar  mehmanxanadan  çıxdılar.  Binanın  qarşısında, 

düz qapının ağzında nə vaxtsa ölkədə ali hakimiyyət rəmzi 

olan  böyük,  qara  “Çayka”,  öndəsə  içərisində  iki  DYM 



www.vivo-book.com 

 

247 



əməkdaşı  olan  “Jiquli”  dayanmışdı.  Onlar  Aftandili  görər-

görməz maşından sıçrayıb ona hərbi təzim etdilər. 

“Nə  baş  verir?  –  Dronqo  yenə  düşündü.  –  Bütün  bu 

tamaşa bir məzhəkəyə oxşayır”. 

Artıq maşında o, Tamaraya tərəf əyildi. 

–  Nə  baş  verir?  –  yenə  ingiliscə  soruşdu.  –  Bu 

Aftandil kimdir? 

Qadın ilk dəfə olaraq Dronqoya maraqla nəzər saldı. 

–  Siz  doğrudan  bilmirsiniz?  –  o  soruşdu.  –  Bu  ki 

bizim  baş  nazirimizdir.  O,  Acarıstan  Nazirlər  Şurasının 

sədridir. 

 

 XV HİSSƏ 



Mixeyevin  əməkdaşları  Xotivarinin  adamlarının 

mehmanxanada  işləyən  bütün  “gecə  kəpənəklərini”  sorğu-

sual  etmək  istiqamətində  göstərdikləri  böyük  aktivliyə 

çoxdan  diqqət  yetirmişdilər.  Burdan  belə  nəticə  çıxarmaq 

olardı  ki,  ola  bilsin  Moseşvilinin  yanına  qadın  gəlib.  Bu, 

onun  mehmanxanaya  gəlişinin  məntiqlə  ən  düzgün 

izahlarından  biriydi.  Amma  Cinayət-Axtarış  İdarəsi 



www.vivo-book.com 

 

248 



əməkdaşlarının  quldurları  demək  olar  ki,  qarabaqara 

izləmələrinə  baxmayaraq, nə  birincilər,  nə  də  ikincilər  nəsə 

tapmağa nail olmamışdılar. 

Çijov  və  Mixeyev  həmin  gün  işləyən  növbətçiləri, 

inzibati  işçiləri,  xadimələri,  bufetçiləri,  gözətçiləri,  əlavə 

işçilərin  hamısını  sorğu-sual  etmək  üçün  səhər  tezdən  əsl 

qrafik tutmuşdular. Həmin gecə gələn taksi sürücüsü də yeni 

bir  şey  deyə  bilmədi.  Onu  sadəcə  olaraq  zənglə  çağırıb 

deyiblər  ki,  Şeremetyevoya  getmək  lazımdır.  Aeroportda 

ətraflı  yoxlama  da  heç  bir  nəticə  vermədi.  Səhərlər 

Şeremetyevo-1  və  Şeremetyevo-2-dən  çox  sayda  təyyarələr 

uçurdu.  Bu,  uçuşun  ən  pik  vaxtıydı;  və  Moseşvilinin  hansı 

təyyarəyə  oturmaq  istəməsini  –  ümumiyyətlə, belə  bir  istək 

olubsa  –  təyin  etmək  qeyri-mümkün  idi.  Bitməz-tükənməz, 

yorucu  və  ümumi  mənzərəyə  heç  nə  qatmayan  istintaq 

davam edirdi. 

Gözlənilməz  informasiyanı  polkovnik  Dmitriyevin 

zabitləri  verdilər.  Əvvəla,  onlar  təyin  etdilər  ki,  firmadan 

heç  bir  vergi  orqanında  qeydə  alınmadan  milyonlarla  rubl 

keçirmiş. 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə