Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə45/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   41   42   43   44   45   46   47   48   ...   101

www.vivo-book.com 

 

224 



Kroudan siqaret istədiyi  yadına  düşdü. Azca  qızarıb qutunu 

çantasına geri itələyərək yaylıq çıxardı. Amma bu cəld jest 

Dronqonun  diqqətindən  qaçmadı.  O,  kompliment  deməyə 

davam edirdi: 

– Mənə elə gəlirdi ki, mehmanxanada məndən başqa, 

ümumiyyətlə,  canlı  insan  yoxdur.  Hamı  sanki  ruhdur.  Və 

birdən  sizin  kimi  gənc  və  gözəl  qadına  rast  gəlirəm.  Bu 

sanki bir xəyaldır.  

Qadın  bir  daha  reflektiv  olaraq  siqaret  çıxarmamaq 

üçün  çantasını  stulun  söykənəcəyinə  asaraq  gülümsədi. 

Ofisiant  qəhvə  gətirəndən  sonra  ondan  siqaret  gətirməyi  də 

xahiş  etdi.  O  deyəsən,  doğrudan  da  buranın  adamıydı, 

ofisianta adıyla  müraciət  edərək gürcücə bir  neçə söz  dedi. 

Tezliklə o, siqaret və alışqanla geri qayıtdı. 

–  Mən  elə  bildim  ki,  siz  italyan,  ya  da  ispansınız,  – 

qadın etiraf etdi, – hətta gürcü, nəinki avstraliyalı. 

–  Anam  italiyalıdır,  –  o  etiraf  etdi.  Ona  danışa 

bilməzdi  ki,  damarlarında  doğrudan  da  gürcü  qanı  axır. 

Onun ata nənəsi gürcü qızı olub.  



www.vivo-book.com 

 

225 



–  Bu  hiss  olunur,  –  o  dedi,  –  siz  heç  anqlosaks 

nümayəndələrinə oxşamırsınız. İtalyan dilini bilirsiniz? 

– Əlbəttə. Mən anamla tez-tez bu dildə danışırdım. 

–  Bu  mənim  arzumdur,  –  qadın  ah  çəkdi,  –  həmişə 

İtaliyada olmaq istəmişəm. Məhz İtaliyada. Mən Avropanın 

yarısını  gəzmişəm,  hətta  Amerikada  da  olmuşam.  Amma 

İtaliyaya getməmişəm. Adama ağır gəlir. 

– Nə mane olur? – cənab Krou özünü itirmədi. – Mən 

sizi İtaliyaya aparmağa razıyam. 

–  Yox,  siz  doğrudan  da,  bizim  yerli  uşaqlara 

bənzəyirsiniz. Həmin arxayınçılıq, həmin qızğın fantaziya, – 

qadın gülümsədi. 

– İnanmırsınız ki, sizi özümlə apara bilərəm? – cənab 

Krou incik səslə soruşdu. 

–  İnanıram,  –  o,  başını  tərpətdi,  –  əlbəttə,  inanıram. 

Amma  mən  azad deyiləm. Çox təəssüf. Bundan  sonra  çətin 

ki, nə vaxtsa, harasa gedim. 

– Təəssüf, – o, ifrata varmamağa qərar verdi, hərçənd, 

qadın onun doğrudan da xoşuna gəlirdi. Özü də çox. Amma 

Qafqazda  böyümüş  biri  olaraq  o,  gürcü  qadınlarının 




www.vivo-book.com 

 

226 



əlçatmazlığı,  əxlaqı  və  sədaqəti  barədə  gəzən  əfsanələri 

bilirdi. 

–  Sabah  mənim  sizin  qəzetlərdə  görüşüm  var,  – 

Dronqo dedi, – sizi nahara dəvət edə bilərəm? 

–  İndi  inandım  ki,  siz  əsl  sakssınız,  –  qadın  bərkdən 

dedi, – italyan məni şam yeməyinə dəvət edərdi. 

– Bu mümkündür? 

–  İstənilən  halda  cəhd  etmək  olardı,  amma  artıq 

gecdir: bir halda ki, nahar dediniz, qoy olsun nahar. 

–  Amma  siz  bir  nüansı  nəzərə  almamısınız,  –  birdən 

Robert  Krou  bildirdi,  –  mən  Avstraliyadanam.  Və  təbii  ki, 

Avstraliya  vaxtını  nəzərdə  tutaraq  danışıram.  Osa  sizin 

gürcü  vaxtınızla  üst-üstə  düşmür.  Demək  olar  ki,  altı  saat 

fərq var, odur ki, naharın vaxtını altı saat sürüşdürün. 

–  Çox  gözəl,  –  Tamara  güldü,  –  indi  sizin  ananıza 

inanıram.  Razılaşmalı  olacağam.  Sabaha  qədər,  –  qadın 

yüngül bir şəkildə ayağa qalxdı. 

– Nə vaxt görüşürük? – cənab Krou yerindən sıçradı. 

–  Sabah  7-də,  bu  restoranda,  –  qadın  başıyla 

sağollaşdı. 




www.vivo-book.com 

 

227 



Təklikdə qəhvəsini axıra qədər içib masada beş dollar 

qoyub  restorandan  çıxdı.  İndi  bəzi  detalları  aydınlaşdırmaq 

lazımdır. O, alçaq piştaxtanın arxasında oturmuş növbətçiyə 

yaxınlaşdı. 

– Siz ingiliscə danışırsınız? – növbətçidən soruşdu. 

–  Yox  cənab,  –  qadın  gülümsədi.  O,  hansısa  sevgi 

romanı oxuyurdu. 

–  Mənə...  e...  Tamara...  lazımdır,  –  rus  dilini  əymək 

onun üçün çətin idi. 

– Tamara, – qadın anladı, – o, elə indicə getdi. Üçdən 

sonra gələcək. Onlar ekskursiya bürosunda olurlar. 

–  Çox  sağ  olun,  –  ingiliscə  deyib  liftə  sarı  getdi. 

Deməli,  qadın  düzünü  deyib.  O  doğrudan  da,  ekskursiya 

bürosunda işləyir. Əvvəlcə elə düşünmüşdü ki, o, tipik gecə 

kəpənəklərindəndir,  amma  diqqətlə  baxıb  ayağında  bahalı 

tufli  və  Nina  Riççidən  zərif  bir  çanta  görmüşdü.  Əxlaqsız 

qadınlar  belə  çanta  götürmürlər.  Ona  görə  yox  ki,  bunu 

özlərinə  rəva  görmürlər.  Əksinə.  İşləməyə  gəldikləri 

mehmanxanada hər şey ola bilərdi və belə keyfiyyətli çanta 

götürmək  praktik  deyildi.  Amma  siqaretini  dəqiqliklə 




www.vivo-book.com 

 

228 



görmüşdü.  Onun,  qadının  sadəcə  olaraq,  xoşuna  gəldiyi 

fikrini  Dronqo  dərhal  istisna  etdi.  Bu  səviyyədə  və  bu 

gözəllikdə  olan  qadın  xoşuna  gələn  kişiyə  elə-belə 

yaxınlaşmır. Burda daha müəyyən bir maraq olmalıdır. 

Pyotr  Georgiyeviçin  bu  işə  bir  qarışacağı  yoxdur. 

Əgər  onu izləyirdilərsə,  belə  qısa  müddətdə  qadın  tapmağa 

macalları  olmazdı.  Bu  hətta  nəzəri  cəhətdən  də  mümkün 

deyil.  Qalır  digər  variant  –  onun  gəlişi  haqda  kimsə  bilib. 

Vladimir Vladimiroviç? Oxşamır. Onun kimi adamlar onlara 

etibar  olunmuş  sirr  haqda  bircə  söz  belə  deməkdənsə, 

işgəncə altında ölməyə üstünlük verərlər. David Qogiya? O 

da  uyğun  gəlmir.  Xəbərçilik  üçün  o  həddən  artıq  koloritli 

fiqurdur.  Onun  yanında  Batum  limanının  tufanı  Şalva 

Ruruanın özü küçük kimi görünür. Qogiya kiməsə işləməz. 

Dronqonu  təslim  etməyinsə  onun  üçün  heç  bir  mənası 

yoxdur. Bəs onda onun gəlişi haqda necə öyrəniblər? Dünən 

səhər limandakı gecə atışması haqda öyrəniblər. Bunu Pyotr 

Georgiyeviç  dedi.  Bu  günsə  Batuma  avstraliyalı  jurnalist 

gəlib.  “Gözlə  –  Dronqo  öz-özünə  dedi,  –  burda  hansısa  bir 

əlaqə  var.  Deməli,  atışma  olub.  Dünən  səhər...  onun  gəlişi 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə