Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə42/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   38   39   40   41   42   43   44   45   ...   101

www.vivo-book.com 

 

208 



– Getdim. Gəlib danışaram. 

–  Tez  gəl.  Dünən  burda  elə  qonaqlar  olub  ki! 

Parisdən. Beynəlxalq polisdən. 

– İnterpoldan? – bu təşkilat haqda bir qədər məlumatı 

olan Cəfərov soruşdu.  

–  Hə,  –  görünür,  Kazımov  kabinetində  səhər  yeməyi 

yeyirdi,  –  səni  axtarırlar.  Səninlə  görüşüb  vacib  məsələylə 

bağlı  söhbət  etmək  istəyirlər.  Dünən  onları  Vəliyev  qəbul 

edib.  Bu  gün  günorta  mənim  yanıma  gələcəklərinə  söz 

veriblər.  Bilmirdim  ki,  sən  belə  tez  qayıdarsan.  İndi  özün 

onlarla  görüşərsən.  Onlar  mənə  lazım  deyil.  Məni  heç 

qonaqlara  göstərmək  də  olmaz,  deyəcəklər  ki,  müharibə 

gedir,  busa  belə  kökdür.  Gör,  bunlar  nə  yaxşı  yaşayırlar,  – 

Kazımov zarafat etdi, – qərəz, tez gəl. 

– Onlara nə lazımdır ki? 

–  Sərhədin,  sənin  dünən  olduğun  hissəsiylə 

maraqlanırlar.  Mən  belə  başa  düşdüm  ki,  onları  narkotik 

problemi  maraqlandırır.  Əmin  edirlər  ki,  yüklər  bizim 

dəhlizdən  Gürcüstana, ordan  da  Avropaya  göndərilir. Onlar 

da bu dəhlizi bağlamaq istəyirlərmiş. 




www.vivo-book.com 

 

209 



– Mən də bunu istərdim, – Cəfərov burnunun altında 

dedi, – bəs buna real olaraq necə nail olmaq olar? 

–  Nəbadə  onlara  bunu  deyəsən.  Deyərsən  ki,  bu 

problem  səni  də  narahat  edir,  İran  tərəfilə  əməkdaşlığı 

yoluna  qoymaq  istəyirsən.  Beyləqana  getməyindən  danış. 

Qərəz  belə  şeylər.  Sən  heç  demədin,  mənim  ehtimalım  düz 

çıxdı? Bu Ömər Füzuli rayonundandır? 

– Hə, mən hətta onun valideynlərini də tapdım. Amma 

bunun artıq əhəmiyyəti yoxdur. 

– Niyə? 


–  Dünən  iranlılar  bizə  öldürülmüş  iki  qaçaqmalçını 

təhvil verdilər. Onlardan biri Ömər idi. 

–  Belə, –  Kazımov  xoşagəlməz  səslə dedi,  –  deməli, 

heç bir iz yoxdur? 

– Nəsə var, – Cəfərov bildirdi. 

–  Yaxşı,  gəl,  daha  ətraflı  danışaq,  –  Kazımov  yenə 

nəsə  çeynəyirdi,  –  xüsusən  də  bu  xaricilər  haqda  heç  kimə 

danışma. 

Cəfərov  dəstəyi  qoyub  üzünü  qırxmaq  üçün  vanna 

otağına  getdi.  Yarım  saat  sonra  işə  –  Respublika 




www.vivo-book.com 

 

210 



Prokurorluğuna gəldi. Növbətçi milis işçisi onu tanıyıb adəti 

üzrə hərbi salam verdi. Ondan başqa aşağıda əlində avtomat 

olan daha iki əsgər dayanmışdı. Respublikada çevrilişlər adi 

hal  olandan  bəri  prokurorluğun  mühafizəsi  artırılmış  və 

avtomatla  təchiz  olunmuşdu.  Nəzərə  alınsa  ki,  respublika 

prokurorluğunun  binası  şəhərin  mərkəzində,  DİN-in 

binasından  üç  yüz  metr  məsafədə,  Şəhər  İcra 

Hakimiyyətinin  binasına  çıxan  küçədə  yerləşirdi,  onda  bu 

təhlükəsizlik tədbirləri artıq deyildi. 

Birbaşa  Kazımovun  kabinetinə  çıxıb  onu  orda  tək 

gördü.  Bu,  nadir  hal  idi.  Beyləqana  səfərindən  ətraflı 

danışan  Cəfərov  rayon  prokuroru  Rəhimov  haqda 

xarakteristika verməkdən də özünü saxlaya bilmədi. 

– Köpən hinduşka, – o, acıqla dedi. 

Kazımov  qəhqəhə  çəkdi.  Özünü  onların  idarəsinə 

ilişdirə bilmiş və indi şəhərə, daha yüksək vəzifəyə keçmək 

arzusunda  olan  bu  keçmiş  partiya  məmurundan  onun  da 

xoşu  gəlmirdi.  Amma  Cəfərov  yerli  icra  hakimini  təriflədi. 

Rayona  belə  çətin  dövrdə  rəhbərlik  edən  cavan,  diribaş, 

inadkar Qasımov onun xoşuna gəlmişdi. 




www.vivo-book.com 

 

211 



Məruzəsini  bitirəndən  sonra  cibindən  Manafovun 

ünvanını çıxarıb Kazımova uzatdı. 

–  Səkkizinci  kilometrdə  yaşayır,  –  Kazımov  dedi,  – 

rayon  şöbəsinə  tapşırmaq  lazımdır  ki,  mənzili  nəzarətə 

götürsün. Səncə, Manafov şəhərdə peyda ola bilər? 

–  Bilmirəm,  –  Cəfərov  düzünü  dedi,  –  amma  istisna 

deyil. 

–  İstənilən  halda  hər  şeyi  yoxlamaq  lazımdır.  Adam 



götürüb bu ünvana gedərsən, – Kazımov əmr etdi. 

– Elə indi? – Cəfərov dəqiqləşdirdi. 

– Yox, bu gün yox. Tələsmək lazım deyil. Bu gün sən 

mənimlə  birgə  cənab...  nə  idi  onun  soyadı...  adı  yazılmış 

kağızı harasa qoymuşam... – Kazımov axtarmağa başladı. – 

Tapdım, – nəhayət, o dedi, – cənab Lautonu qarşılayacağıq. 

İnterpolun  regional  müfəttişi.  Onlar  iki  nəfərdirlər,  onun 

rusca  danışan  tərcüməçisi  var.  Məncə,  sən  də  universitetdə 

rusca oxumusan. 

–  Guya  siz  rusca  pis  bilirsiniz,  –  Cəfərov  özünü 

saxlaya bilmədi. – Bu Lautonla özünüz də danışa bilərdiniz. 



www.vivo-book.com 

 

212 



–  Mən  ümumiyyətlə,  burda  olmayacağam.  Mən 

rayona  çıxıram,  –  Kazımov  ciddi  tərzdə  qeyd  etdi,  –  amma 

sənin  kabinetində  oturacağam.  Onları  elə  burda  qəbul 

edərsən.  Deyərsən  ki,  mənim  müavinimsən.  Bufetdəki 

qızlara  hər  şey  hazırlamağı  tapşırmışam.  Onlar  şokolad, 

konfet, çay və meyvə gətirəcək. 

–  Bəs  niyə  bu  işi  doğrudan  da,  müavininizə  həvalə 

etmirsiniz?  –  Cəfərov  yenə  özünü  saxlaya  bilmədi,  –  qoy 

onları sizin yerinizə qəbul etsin. Fiquru da tamamilə uyğun 

gəlir. 


Kazımov  bərkdən  qəhqəhə  çəkdi.  Onun  müavini 

Əhmədovun görkəmi doğrudan da, yaxşı deyildi. Əhmədov 

xora  xəstəliyindən  əziyyət  çəkirdi  və  üzü  torpaq  rəngində 

olurdu. 


–  Onu  əcnəbilərin  top  atəşinin  qabağına  buraxmaq 

olmaz,  –  Kazımov  gülməyini  dayandırıb  bildirdi.  –  Onu 

tanımırsan?  Bizim  dəyərlərimiz  haqda,  Qərb  dünyası 

üzərində 

üstünlüyümüzdən 

danışmağa 

başlayacaq, 

qonaqlara  izah  etməyə  çalışacaq  ki,  onların  həyat  tərzi  və 

sivilizasiyası məhvə məhkumdur. 



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə