Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə40/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   36   37   38   39   40   41   42   43   ...   101

www.vivo-book.com 

 

198 



–  Hardan  bilirsiniz  ki,  rəhbərlik  üçüncü  mərtəbədə 

oturur? – Çijov soruşdu.  

– İntuisiya, – Mixeyev göz vurdu, – gəldik. 

Dəhlizə  xalılar  sərilmişdi.  Hər  tərəfdə  muzey  kimi 

heykəllər və vazalar qoyulmuşdu. Onları Quram Xotivarinin 

özü qarşıladı. 

–  Bəs  niyə  gəlişiniz  haqda  xəbər  verməmisiniz?  –  o 

gülümsədi.  –  Sizi  qarşılayardıq.  Özünüzü  evinizdəki  kimi 

hiss  edin. Bu  bizim  rəhmətlik dostumuzun  eviydi. O, burda 

işləyirdi. Onun kabinetində heç nəyə toxunmamışıq. 

Mixeyev  onun  sözünü  qeyri-müəyyən  şəkildə 

təsdiqləyib rəhmətliyin kabinetinə birinci daxil oldu. 

Geniş  kabinetdə  ideal  səliqə  var  idi.  Mixeyev  ətrafa 

boylandı. 

–  Heç  nəyə  toxunulmayıb,  –  o  donquldandı,  –  yaxşı 

işləyirsiniz, uşaqlar. 

Xotivari gülümsədi. 

Mixeyev  telefona  yaxınlaşıb  dəstəyi  götürdü  və 

kiminsə nömrəsini yığdı. 



www.vivo-book.com 

 

199 



– İqor Andreyeviç, bu mənəm. Biz gəlib çıxmışıq. Öz 

uşaqlarınızı göndərin. 

O,  dəstəyi  yerinə  qoyub  Çijova  göz  vurdu.  Çijov  bir 

şey başa düşmədi. Əvəzində Xotivari hər şeyi anladı. 

–  İqor  Andreyeviçin  bura  nə  dəxli?  –  o,  ciddi  tərzdə 

soruşdu.  –  Onun  adamlarının  bu  qətlin  təhqiqatıyla  nə 

əlaqəsi var? Bu tamam ayrı idarədir. 

–  Elə  bizi  maraqlandıran  idarədir,  –  Mixeyev  şən 

tərzdə  qeyd  etdi,  –  vətəndaş  Xotivari,  siz  niyə  narahatsınız 

ki?  Mən  bildiyimə  görə,  siz  ümumiyyətlə,  “Ampeks” 

firmasının işçisi deyilsiniz. Mühafizə sizi buraxılış olmadan 

necə buraxır? 

Xotivari qızardı, qaşqabağını töksə də, heç nə demədi. 

Vaja kabinetə soxuldu. 

– Daha bir köhnə tanışımız, – Mixeyev gülümsədi, – 

yeri  gəlmişkən,  Jenya  Çijovun  və  öz  adımdan  sizin 

adamlarınıza  təşəkkür  edirəm.  Deyəsən,  dünən  onlar  bizim 

müstəntiqin  evinin  yanında  yaman  şücaət  göstəriblər. 

Afərin. 

– Orda nə baş verib? – Xotivari gürcücə soruşdu. 




www.vivo-book.com 

 

200 



–  Quldurlar  müstəntiqə  hücum  ediblər,  mənim 

uşaqlarım da onu müdafiə edib, – Vaja izah etdi. 

Xotivari  nəsə  demək  istədi,  amma  fikrini  dəyişib 

üzünü ondan çevirdi. 

–  Mənim  sizə  bir  neçə  sualım  var,  –  Çijov  dedi.  – 

Əgər mümkünsə, uşaqlar kabinetə baxana kimi elə burdaca 

cavab verin. 

–  Əlbəttə,  mümkündür,  –  Xotivari  stul  götürüb 

əyləşdi. – Əyləşin. Suallarınızı eşidirəm. 

Mixeyev pəncərəyə tərəf getdi. 

– Niyə həmin gün dostunuz mehmanxanada tamamilə 

tək qalmışdı? 

– Bilmirəm, əzizim, doğrudan bilmirəm, – Xotivari ah 

çəkdi,  –  biz  özümüz  də  bu  haqda  düşünürük,  amma  cavab 

tapmırıq. 

– 

Bəs 



ümumiyyətlə, 

niyə 



“Ukrayna” 

mehmanxanasında qalırdı? O, ev ala bilməzdi? Və ya bağına 

gedə bilməzdi? 

–  Başa  düşürsən,  onun  arzusu  var  idi,  –  Xotivari 

dərhal  cavab  verdi,  –  o,  Moskvaya  ilk  dəfə  əllinci  illərdə, 



www.vivo-book.com 

 

201 



tamamilə  gənc  ikən  gəlib.  Kiyev  vağzalında  düşüb  və  ilk 

gördüyü 


bu 

mehmanxana 

olub. 

Özünün 


birinci 

məhkumluğundan  sonra  hələ  çox  cavan  idi.  Təbii  ki, 

qapıçılar  onu  otelə  buraxmayıb.  Bax  elə  onda  həmişə  bu 

mehmanxananın  ən  yaxşı  nömrələrində  yaşayacağına  and 

içib. Onu düzgün başa düş. Bu həyatındakı ilk qız kimidir. 

Bu  haqda  mənə  özü  danışmışdı.  Ora  onun  sadəcə  xoşuna 

gəlirdi. 

– Bəs niyə tək olub? 

– Bax, bunu bilmirəm, – Xotivari əlini yellədi, – onun 

yanında həmişə dostları olub, biz olmuşuq. Sonra da belə bir 

bədbəxtlik. 

–  Bəlkə  o  kiməsə  nəsə  deyib?  –  Çijov  israr  etdi.  – 

Bəlkə,  “Ukrayna”ya  gəlişinin  səbəbini  necəsə  izah  edib. 

Başa düşün, bu, sizin dostunuzun qatilinin axtarışı üçün çox 

vacib ola bilər. 

Xotivari bir qədər tərəddüd etdi. 

–  Bilmirəm,  əzizim,  –  nəhayət,  o  dedi,  –  doğrudan, 

heç nə bilmirəm. 




www.vivo-book.com 

 

202 



Mixonun  qadın  gözlədiyi  haqda  danışmaq  istəmədi. 

Onlar  onsuz  da  mehmanxanaya  gəlib-gedən  bütün  yüngül 

əxlaqlı  qadınlar  arasında  həmin  gecə  Moseşvilinin  yanına 

gələ  biləcək  qadın  haqda  nəsə  eşidən  adamı  axtarırdılar. 

Otağa  dərhal  dörd  nəfər  daxil  oldu.  Çijov  onlardan  birini 

dərhal tanıdı. 

“İndi  Mixeyevin  hansı  İqor  Andreyeviçə  zəng  etdiyi 

aydın  oldu,  –  o  düşündü,  –  ona  görə  deyirmiş  ki,  prokuror 

bilməsin”. 

Onun  qarşısında  DİN-in  mütəşəkkil  cinayətkarlıqla 

mübarizə  idarəsinin  rəisi  polkovnik  Dmitriyev  dayanmışdı. 

O,  “Ampeksi”  çoxdan  hədəfə  almışdı,  amma  axtarış 

aparmağa  qanuni  dəlili  yox  idi.  İndi  belə  bir  hal  yaranan 

zaman  Mixeyev  Dmitriyevə  ondan  istifadə  etməyə  imkan 

verdi. 

– Axtarışı sizin adamlarınız aparmalıdır! – polkovnik 



Dmitriyevi görən Xotivari Mixeyevə qışqırdı. 

–  Bu  harda  yazılıb?  –  Konstantin  İqnatyeviç  üzünə 

təəccüb  ifadəsi  verdi.  –  Axtarışı  bu  sahədə  daha  səriştəli 

adamlar  aparırlar.  Biz  axtaranda  bizi  ancaq  bıçaq,  tapança, 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə