Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə37/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   33   34   35   36   37   38   39   40   ...   101

www.vivo-book.com 

 

183 



Çijova həvalə edəcəklər. Beləliklə, o avtomatik olaraq belə 

ciddi cinayətin təhqiqatından kənarda qalmış olacaq. 

Yanında  dayanan  Çijovsa  mehmanxanada  kimin 

qaldığını  və  hesabın  neçə  gün  əvvəldən  ödəndiyini  həmin 

gecə  yoxlamadıqlarına  görə  necə  böyük  səhvə  yol 

verdiklərini düşünürdü. 

–  Biz  onun  sözlərinə  niyə  diqqət  yetirmədik?  –  o, 

Mixeyevdən 

soruşdu.  –  Bunu  heç  vaxt  özümə 

bağışlamayacağam. 

–  Niyə  ki,  –  Mixeyev  yeni  siqareti  çıxararaq  sakitcə 

etiraz etdi, – mən elə həmin axşam diqqət yetirmişdim. Ona 

görə  qızlar  haqda  danışdım.  Əmin  idim  ki,  o  yalan  deyir. 

Varlı müştəriyə qız calayırmış. Amma onun adını öyrənəndə 

dərhal  anladım  ki,  belə  şey  ola  bilməz.  Ondakılar 

Moseşviliyə görə həddən artıq ucuz qızlar idi. O, belələriylə 

oturub-durmazdı.  Amma  onda  hər  şey  dolaşmışdı.  Yadıma 

düşəndəsə  gördüyün  kimi,  artıq  gecdir...  Bu,  əlbəttə  ki, 

mənim  səhvimdir.  Amma  mən  düşünmürdüm  ki,  onun  belə 

bir cinayətə qarışacağı ola bilər. Burda ən maraqlısı odur ki, 

o doğrudan da, qatili tanımaya bilərdi. Sadəcə olaraq, ondan 



www.vivo-book.com 

 

184 



xahiş  ediblər  ki,  lazımi  anda  “lüks”  nömrəyə  getsin.  Onun 

bütün  bədbəxtliyi  ondaydı  ki,  kimin  bu  xahişi  etdiyini 

bilirdi. Elə buna görə də onu aradan götürüblər.  

–  Düşünürsünüz  ki,  heç  bir  iz  tapa  bilməyəcəyik?  – 

Çijov soruşdu. 

– Tapa bilməyəcəyik, – Mixeyev siqaretin qırıldığına 

əhəmiyyət  verməyərək  onu  çeynəyirdi,  –  görünən  motiv 

yoxdur,  heç  nə  götürməyiblər.  Açıq-aşkar  muzdlu  qatil 

işidir.  Onun  sahiblərini  tapmaq  lazımdır.  Əlbəttə  ki,  biz 

qatili  də  tapmayacağıq.  Üstümüzdə  daha  bir  açılmamış 

cinayət qalacaq. 

Çijov məyusluqla əlini yellədi. Görünür, Mixeyev bu 

dəfə də haqlıydı. 

– Qəbiristanlıqda Xotivarinin adamlarından biri mənə 

yaxınlaşmışdı.  Adı  Vajadır.  Üzük  haqda  soruşurdu.  Dedim 

ki, bizdədir. 

– Qoy gəlsinlər, – Mixeyev nəhayət, siqareti tulladı, – 

müsadirəni  sənədləşdirərəm,  təhqiqat  bitəndən  sonra 

qaytararıq. 



www.vivo-book.com 

 

185 



–  Məncə  onlar  üzük  arzusunda  deyillər.  Sadəcə  elə 

bilirdilər ki, onu qatil götürüb. 

– Hm, – Mixeyev narazılıqla donquldandı, – qatil belə 

bir üzüyə tamah salsaydı, çox axmaq adam olardı. Onda onu 

dərhal tapmaq olardı. Yox, həm orda, həm də burda bəlkə də 

eyni  peşəkar  işləyib.  Amma  ağlım  kəsmir.  Moseşvilinin 

qatili  çoxdan  aradan  götürülüb  –  mən  buna  əminəm.  O 

həddən artıq əhəmiyyətli fiqur idi. Səni izləyirlər? 

–  Hə,  –  Çijov  pəncərəni  göstərdi,  –  üçü  məni 

qarabaqara izləyir. 

–  Elə  mənim  də  o  cür  eskortum  var,  –  Mixeyev 

bildirdi,  –  onları  başa  düşmək  olar.  Bizimlə  birlikdə  qatili 

axtarırlar.  Bu  cinayət  onlara  meydan  oxumaqdır,  şillədir. 

Ona da birlikdə cavab vermək istəyirlər. 

– Moseşvilinin bağ evində axtarış aparacağıq? – Çijov 

soruşdu. 

–  Nə  üçün?  Onun  adamları  ordakı  hər  şeyi  alt-üst 

ediblər. Orda yaxşı peşəkarlar var. Biz heç nə tapmayacağıq, 

bizi  izləyənləri  hirsləndirəcəyik.  Busa  axmaqlıqdır,  – 

Mixeyev düşünərək cavab verdi. 




www.vivo-book.com 

 

186 



Şəhərə  Çijovun  maşınında  qayıtdılar.  Xotivarinin 

yaraqlıları  olan  maşın  onlardan  bir  az  aralı  gəlirdilər. 

Özlərini heç gizlətmirdilər də. Onların tapşırığı müstəntiq və 

Cinayət-Axtarış  İdarəsi  rəisini  izləmək  və  onların  hər  bir 

görüşü  barədə  məruzə  etmək  idi.  Mafiya,  cinayətkarlar 

qanunun əlinə düşməzdən qabaq zərbə endirmək istəyirdilər. 

Ona  görə  də  Xotivarinin  bu  harın  uşaqları  Çijov  və 

Mixeyevi  belə  həyasızcasına  və  aşkar  təqib  edirdilər. 

Hərçənd,  Mixeyev  bir  neçə  dəfə  müşahidədən  yayına 

bilmişdi. Onlar da bu adamın hara yox olduğunu anlamadan 

qəzəbdən zəncir çeynəyirdilər. 

– Belə çıxır ki, – Çijov ürək ağrısıyla qeyd etdi, – biz 

onların  növbəti  şahidi  nə  vaxt  aradan  götürəcəklərini 

gözləyirik. 

– O qədər də yox. – Mixeyev siqaret çıxarmaq istədi, 

amma  daha  sonra  fikrini  dəyişib  qutunu  cibinə  qoydu.  –  İş 

ondadır ki, biz hələ “onlar”ın kim olduğunu bilmirik. Bizim 

ardımızca gələnlər deyil. Bunlar özləri qatili axtarırlar. Onda 

kim?  Sən  başa  düşürsənmi  ki,  burda  onların  qarşıdurması, 

münaqişəsi  üzərində  oynamaq  lazımdır?  Moseşvili  çox 




www.vivo-book.com 

 

187 



məşhur  adam  idi  və  onu  yalnız  şəhərin  ən  vacib,  ən 

əhəmiyyətli  avtoritetlərindən  birinin  razılığıyla  aradan 

götürmək  olardı.  Belə  bir  əmri  verən  istənilən  adam 

Mixonun şəhər üçün nə demək olduğunu təsəvvür etməliydi. 

Axı  niyə  Moseşvili  həmin  gecə  mehmanxanada, 

mühafizəsiz, yanında öz adamları olmadan tək qalmışdı? O, 

niyə  taksi  sifariş  verib?  O,  Şeremetyevoda  kiminlə 

görüşmək  istəyirdi?  Bax  bunlar,  cavabını  tapmalı 

olduğumuz  suallardır.  O  zaman  qətlin təşkilatçısını  da tapa 

bilərik.  Bu  sadəcə  daxili  hesablaşma  deyil  Jenya,  bu  daha 

ciddi  məsələdir. Kimsə  Moseşvilinin  qrupunu sıxışdırmaqla 

gəlir  əldə  etmək  sistemini  dəyişmək  qərarına  gəlib.  Belə 

işlərsə  ciddi  hesablaşmayla  nəticələnir.  Rəhmətliyin 

adamları  bunu  kimin  etdiyinə  dair  hətta  balaca  bir  işarə 

alsalar  belə,  hesablaşma  dərhal  başlanacaq.  Və  onda  biz 

artıq lazım olmayacağıq. Meyitxanaların işi xeyli çoxalacaq, 

hərçənd,  mən  belə  düşünürəm  ki,  cəsəd  də  çox  olmayacaq. 

İnsanlar sadəcə olaraq, izsiz-tozsuz yoxa çıxacaq.  




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə