Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə34/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   30   31   32   33   34   35   36   37   ...   101

www.vivo-book.com 

 

168 



xəbərdar  edilmiş  iki  cavan  oğlan  düşərək  Dronqoya 

gülümsədilər. Daha yarım saat sonra o artıq Davidin evində 

masa arxasında oturmuşdu. 

Gürcü qonaqpərvərliyi qonaqpərvərlikdən daha üstün 

bir  şey  idi.  Bu,  hər  bir  yeməyi  masaya  elə  gətirməkdir  ki, 

qonaq  onun  məhz  özü  üçün  hazırlandığını  hiss  etsin.  Bu 

sənin  evinin  kandarından  içəri  girmiş  adama  olan  böyük 

diqqətdir.  Bu  qayğı  aşpazın,  şərabçının,  ev  sahibinin  və 

sahibəsinin  birgə  əməyində  təcəssüm  edir.  Fransada  Parisin 

Məryəm kilsəsi yaxınlığında “Gümüş qüllə” adlı bir restoran 

var.  Orda  artıq  üç  yüz  ildir  ki,  müştərilərə  “nömrələnmiş” 

ördəklər təqdim edirlər. Və hər bir müştəri yalnız onun üçün 

qızardılmış  ördəyin  nömrəsini  bilir.  Hətta  arzu  edənlərə 

yedikləri ördəklərin “nömrəsi” olan tərifnamələr də verilir. 

Belə  demək  olar  ki,  bu,  Sena  sahillərində  sırf  gürcü 

qonaqpərvərliyidir. Çünki istənilən gürcünün evinə getsəniz, 

elə  hiss  edəcəksiniz  ki,  müstəsna  olaraq  sizin  üçün 

hazırlanmış “nömrələnmiş” ördəyi təqdim edirlər. 

Nahar  bitəndən  sonra  David,  nəhayət,  Dronqodan 

soruşdu: 




www.vivo-book.com 

 

169 



–  İndi  danış  görək  niyə  gəlmisən?  Nə  kömək 

lazımdır? 

– Başa düşürsən, David, mənim Batumda işlərim var, 

bu  günsə  ora  qatar  getmir.  Mən  sabaha  qədər  mütləq  ora 

çatmalıyam. 

– Təəssüf, – qoca məyus oldu, – elə bilirdim, bu gecə 

bizdə  qalacaqsan.  Bilirsən,  oğlum  necə  sevinəcək!  Sənin 

haqqında ona o qədər danışmışam ki. 

– Mümkün deyil, David, həqiqətən. Mənə kömək edə 

bilərsən? 

–  İstəyirsən  Batuma  təyyarə  təşkil  edim,  istəyirsən  – 

qatar. Maşınla da gedə bilərsən, sənə necə xoşdur. 

– Əlbəttə, yaxşı olardı ki, maşınla gedim, əgər ora çox 

uzaq deyilsə. 

– Səni beş saata çatdırarıq, nə deyirsən, əzizim. Özüm 

səninlə gedərəm. 

–  Bax,  bunu  eləmək  lazım  deyil.  Mənim  orda  vacib 

işlərim var, – Dronqo xahiş etdi. 




www.vivo-book.com 

 

170 



– Başa düşürəm, əzizim, – David onun çiyinini sıxdı, 

–  sənə  necə  rahatdır,  elə  et.  Sənə  bir  nəfərin  ünvanını 

verəcəyəm, birdən nəsə lazım olsa, ona zəng edərsən. 

– Danışdıq, – o, saata baxdı, artıq axşam saat on idi. 

–  Səhər  tezdən  çıxarsınız,  –  David  dedi,  –  indi  get 

dincəl. Sabah uzun yol gedəcəksən. 

Səhər  onu  doğrudan  da,  beşin  yarısında  yuxudan 

qaldırıb  milad  hinduşkası  kimi  yedirtdilər.  David  özü  onu 

yola  salmağa  çıxmışdı.  İki  sürücüylə  “BMW”-ni  onun 

ixtiyarına vermişdilər. Hər ehtimala qarşı, maşının salonuna 

yemək  və  Dronqonun  çox  sevdiyi  gürcü  şərabları 

qoymuşdular. 

Batuma  və  ya  gürcülərin  dediyi  kimi  Batuma 

macərasız çatdılar. Bu heyrətamiz gözəl cənub şəhəri keçmiş 

Sovet hökumətinin incilərindən biriydi. Sovet İttifaqının hər 

tərəfindən  gələn  minlərlə  turisti  Kobuleti,  Maxincauri, 

Tsixisdziri  kurortlarında  dincəlməyi  sevirdi.  Dronqo 

valideynlərinin  onu  uşaqlıqda  Yaşıl  Buruna  dincəlməyə 

gətirdiklərini  xatırlayırdı.  O,  Batumun  nəbatat  bağında 



www.vivo-book.com 

 

171 



gördüyü  təmtəraqlı  aqavaları,  nəhəng  evkaliptləri  və 

bambuk ağaclarını həmişəlik yadında saxlamışdı. 

Cənubdan  hərəkət  edən  karvanlar  üçün  çox  rahat  yer 

olan  bu  ərazidə  əvvəlcə  Tamarissixe  qalası  ucaldılmışdı. 

Daha  sonralar  şəhərcik  böyüyərək  Batum  adlandırılmağa 

başladı.  Demək  olar  ki,  üç  yüz  il  şəhəri  türklər  idarə 

etmişdilər.  1878-ci  ildə  Berlin  sazişinə  əsasən  Batum 

Rusiyaya verilmişdi. Artıq beş ildən sonra Batumu Bakıyla 

birləşdirən  dəmiryolu  çəkilmişdi.  Bu  dövrdə  Bakıda  artıq 

gur  neft  çıxarılırdı.  Daha  bir  neçə  il  sonra  Abşeron 

yarımadasını Batumla birləşdirən ilk boru kəməri çəkildi. Bu 

da  kiçik  kurort  şəhərini  çar  Rusiyasının  ən  vacib 

limanlarından birinə çevirdi. 

Daha  sonra  inqilab,  müharibələr,  çaxnaşmalar  oldu. 

Sovet  dönəmlərində  Batum  həm  də  Acarıstan  muxtar 

respublikasının  paytaxtı  oldu.  Yenidənqurmanın  ilk 

illərindəsə,  onlarla  turist  və  yük  avtobuslarının  Türkiyəyə 

getdiyi  iri  tranzit  mərkəzə  çevrildi.  Sovet  İttifaqı  dağılana 

qədər  Batum  ən  əsas  buraxılış  məntəqələrindən  biriydi. 

Sərhəddə  Avropaya  keçə  bilmək  üçün  kilometrlərlə  növbə 




www.vivo-book.com 

 

172 



olurdu. 1991-ci ildən sonra Batum nəhəng imperiya üçün iri 

liman və buraxılış məntəqəsi kimi əhəmiyyətini itirdi. İndi o, 

Gürcüstan  və  Türkiyə  arasında  kiçik  sərhəd  şəhəri  olmaqla 

Berlin sazişinə qədərki vəziyyətinə qayıdırdı. Amma Batum 

şəhər üçün çox dəyərli liman infrastrukturunu qorumaqla öz 

əhəmiyyətini saxlamaqdaydı. 

Təmtəraqlı  “BMW”  şəhərə  təqribən  səhər  saat  on 

birdə  girdi  və  dərhal  da  keçmiş  İnturist  mehmanxanasının 

binasına  tərəf  döndü.  Burda,  hələ  fəaliyyət  göstərən 

mehmanxanada  avstraliyalı  jurnalist  Robert  Krou  üçün 

nömrə  sifariş  olunmuşdu.  O,  şərab  və  yeməklə  dolu 

zənbillərlə  yüklənmiş  sürücülərinə  ürəkdən  təşəkkür  edib 

mehmanxanaya girdi. Ona kömək etməyə çalışan Qogiyanın 

adamlarını  qətiyyətlə  geri  göndərdi.  Bircə  o  qalmışdı  ki, 

onun Davidlə olan əlaqəsi haqda Batumda da bilsinlər. Bircə 

Tiflis bəs idi. 

Nömrəsini  dərhal verdilər. Mart  ayında burda demək 

olar  ki,  heç  kim  yox  idi.  Hərçənd,  qeyd etmək  lazımdır  ki, 

son  illər  mehmanxana  yayda  da  boş  qalırdı  –  Gürcüstana 

gəlmək istəyənlər ildən-ilə azalırdı. 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə