Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə35/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   31   32   33   34   35   36   37   38   ...   101

www.vivo-book.com 

 

173 



Paltarında keçmiş  illərin  dəbdəbəsini  saxlayan  qapıçı 

ona butulkalarını nömrəyə qədər daşıyıb bir dollarını alaraq 

uzun  müddət  təşəkkür  etdi.  Nömrənin  pəncərələri  onun 

doğma  şəhərini  xatırladırmış  kimi  dənizə  açılırdı.  Onun  öz 

şəhərində  mart  ayında  təlatümlü  olan  dəniz  səmayla 

birləşərək  ümumi  bozumtul  ağ  kütlə  əmələ  gətirirdi  ki, 

burda da göy, qara və ağ rəngləri görmək olardı. 

Dronqoya  zəruri  sənədləri  təqdim  edən  Vladimir 

Vladimiroviçin  versiyasına  görə  o,  “Melburn  herald” 

informasiya 

agentliyinin 

nümayəndəsi 

kimi 

onun 


“vətənindən”  uzaqda  yerləşən  bu  muxtar  respublikanın 

tarixi,  coğrafiyası,  özünəməxsus  təbiəti  və  insanları  haqda 

bir  sıra  reportajlar  hazırlamaq  üçün  Acarıstana  gələn 

avstraliyalı jurnalist idi. 

Əslindəsə  o,  Batum  limanının  “xaç  atalarından”  biri 

olan  Şalva  Ruruaya  çıxış  əldə  etməliydi.  Batum  dəniz 

darvazalarından  narkotik  daşınmaları  birbaşa  onun 

sanksiyasıyla  həyata  keçirilirdi.  Yerli  hüquq-mühafizə 

orqanlarının  köməyindən  istifadə  etməyə  ixtiyarının 

olmadığı nəzərə alınsa, tapşırıq çətin idi. 




www.vivo-book.com 

 

174 



Balkona stul qoyaraq beş dəqiqə oturub dənizə baxdı. 

Daha  sonra  otağa  qayıdıb  ona  Moskvada  verilən  nömrəni 

yığmağa başladı. 

– Mümkünsə, Pyotr Georgiyeviçi çağırın, – o, dəstəyi 

qaldıran qızdan xahiş etdi. 

Tezliklə xırıltılı səs gəldi. 

– Eşidirəm. 

–  Mən  Moskvadan  gəlmişəm.  Sizə  Vladimir 

Vladimiroviçdən salam var. 

–  Başa  düşürəm,  –  Pyotr  Georgiyeviç  dərhal  cavab 

verdi, – harda qalırsınız? 

– Keçmiş İnturist mehmanxanasında. Nömrəm... 

–  Yarım  saatdan  sonra  gəlirəm,  –  həmsöhbəti 

Dronqonun  sözünü  kobudluqla  kəsib  sözünü  sona 

çatdırmağa imkan verməyərək dəstəyi asdı. 

“O  niyə  belə  əsəbiləşir?”  –  Dronqo  düşünərək 

hamama  getdi.  Düz  yarım  saatdan  sonra  mehmanxananın 

vestibülündə  oturmuşdu.  Bu  vaxt  əlli  yaşlarında,  yırtılmış 

gödəkcədə,  dağınıq  saçları  və  qalın  şüşəli  eynəyi  olan  bir 

adam təşvişlə içəri girdi. 




www.vivo-book.com 

 

175 



Dronqo ayağa durub ona yaxınlaşdı. 

– Siz Pyotr Georgiyeviçsiniz? 

– Hə, hə, – naməlum adam ona tərəf gəldi, – siz mənə 

zəng etmisiniz. 

– Gəlin, əyləşək, – Dronqo təklif etdi, – nə olub, niyə 

belə həyəcanlısınız? 

– Cavan oğlan, siz mənim yerimdə olsaydınız! – Pyotr 

Georgiyeviç  kresloya  əyləşərək  qızğın  tərzdə  dedi.  Bu 

zaman  Dronqonun  ondan  maksimum  10-15  yaş  kiçik 

olduğunun da fərqinə varmadı. 

– Nə olub axı? 

–  Dünən  limanda  yaman  atışma  olub.  Milis, 

təhlükəsizlik  xidməti,  prokurorluq  –  bu  gün  hamı  orda 

işləyir. Deyirlər, artıq iki nəfər ölən və bir ağır yaralı aşkar 

olunub. Təsəvvür edirsiniz, necə dəhşətdir! 

–  Təsəvvür  edirəm,  amma  mənim,  ya  sizin  bura  nə 

dəxlimiz var? 

–  Siz  başa  düşmürsünüz,  –  Pyotr  Georgiyeviç  ətrafa 

nəzər  salaraq  pıçıldadı,  –  Ruruanın  adamlarına  atəş  açıblar. 



www.vivo-book.com 

 

176 



Bütün şəhər bundan danışır. Sizisə, mənə elə gəlir ki, məhz 

bu cənabın fəaliyyəti maraqlandırır. 

“Belə hisslərini cilovlaya bilməyən köməkçini hardan 

tapıblar? – Dronqo düşündü. – Qəribədir. Peşəkara oxşamır. 

Vladimir  Vladimiroviç  isə  diletantla  işləməzdi”.  Pyotr 

Georgiyeviç sanki onun fikirlərini oxuyaraq birdən dedi: 

–  Mən  axı  bütün  ömrüm  boyu  dənizlə  məşğul 

olmuşam.  BMT-nin  gəmiçilik  məsələləri  üzrə  eksperti 

olmuşam.  Məndən  kömək  etməyi  xahiş  etdilər.  Mənimsə 

sizə  necə  kömək  edə  biləcəyim  haqda  heç  bir  təsəvvürüm 

yoxdur. 

– Aydındır, – Dronqo gülümsədi, – narahat olmayın. 

Hər  şey  qaydasındadır.  –  Əlbəttə,  onlar  başqa  birini  tapa 

bilməzdilər.  Dağılmış  keçmiş  ölkə  məkanında  kimə  gəldi 

güvənmək  təhlükəliydi.  Və  onda  şərəfli  bir  adama  etibar 

etməyə  qərar  veriblər.  Belə  hesab  ediblər  ki,  bu, 

peşəkarlıqdan daha vacibdir. Bəlkə bunda da bir məntiq var 

idi. 


– Kimin atəş açdığını bilirsiniz? – Dronqo soruşdu. 


www.vivo-book.com 

 

177 



–  İş  də  bundadır,  –  Pyotr  Georgiyeviç  qızışdı,  – 

deyirlər  ki,  limanda  əməlli-başlı  döyüş  olub.  Ruruanın 

gəmisinə bir dəstə naməlum adam hücum edib. Onların kim 

olduğunu da heç kim bilmir. 

– Hücum edənlərdən öldürülən var? 

– Deyirlər ki, iki nəfər yaralanıbmış, amma onları heç 

harda tapmayıblar. 

– Sizcə bu kim ola bilərdi? 

–  Bilmirəm,  –  Pyotr  Georgiyeviç  çiyinlərini  çəkdi.  – 

Ruruaya  məxsus  gəmiyə  hücum  etməyə  hansı  dəstənin 

cürəti çatar? Ağlıma gəlmir. Əgər onları tapsa... Bilirsiniz, o 

çox qəddar adamdır. 

– Təsəvvür edirəm. 

–  Yox,  doğrudan  deyirəm.  Batumda  ondan  hamı 

qorxur  –  milis  rəisindən  tutmuş  limandakı  qarovulçuya 

qədər.  Birdən  aydın  olur  ki,  onun  gəmisinə  hücum  olunub. 

Adamları  öldürülüb.  Və  ən  dəhşətlisi  –  onun  yükünü 

oğurlayıblar. 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə