Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə33/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   29   30   31   32   33   34   35   36   ...   101

www.vivo-book.com 

 

163 



–  Siz  onu  tanıyırsınız?  –  Mirzəyev  təəccübləndi,  – o 

kimdir? 


– Ömər Əfəndiyev. Qonşu rayonun sakini. O, sərhədi 

bir  neçə  gün  əvvəl  Horadiz  tərəfdən  keçmişdi.  Orda  bir 

çobanı öldürüb. Bu da onun şəkli. 

İşin  nə  yerdə  olduğunu  anlayan  Rəhimov  cəld  önə 

çıxdı. 

–  Prokurorluq  işçiləri  həmişə  dəqiq  işləyirlər,  –  o, 



qalibiyyətlə bildirdi. 

Rasim Paşayeviç cəsədin üzərinə əyildi. 

– Bu həminkidir? Əminsiniz?  

–  Məncə,  hə.  Hər  şey  uyğun  gəlir.  Onların  birləşmiş 

dəstəsi sərhədə tərəf gedirmiş. 

– Cinayət işini kim aparır? – MTN nazirinin müavini 

soruşdu. 

– Mən, – Cəfərov cavab verdi. 

– Biz Bakıya birlikdə qayıdacağıq, – Rasim Paşayeviç 

fikirli  halda  əmr  etdi,  –  gərək  bu  işə  bizim  müstəntiq  də 

qoşulsun. 



www.vivo-book.com 

 

164 



–  Bəs  onun  doğmaları  harda  yaşayırlar?  –  Rəhimov 

dərhal narahat oldu. – Onun hansı ailədən çıxdığına bir daha 

baxmaq  lazımdır.  Bəlkə  onların  hamısı  quldurdur.  Ot  kökü 

üstə bitər. Bu yaramaz haqda mənə məlumat verin. 

– Onun üç qardaşı cəbhədə vuruşur, – Cəfərov sakitcə 

dedi, – biri də həlak olub. Məncə, siz səhv edirsiniz. 

Rəhimov qəzəbdən yalnız ağzını aça bildi, amma heç 

nə demədi. 

–  Biz  yenə  də  onun  ailəsini  yoxlayarıq,  –  yerli 

təhlükəsizlik xidmətinin rəisi ona dəstək verdi. 

–  Əlbəttə,  yoxlayarsınız,  –  Cəfərov  daha  mübahisə 

etmədi, – bu sizin işinizdir. 

 

 

 



    XI HİSSƏ 

Dronqo  və  ya  indi  adlandırıldığı  kimi  Robert  Krou 

Batuma  Tiflisdən  getməli  oldu.  Tiflis  aerodromunda 

təəccüblü  dərəcədə  nizamsızlıq  və  səfalət  hökm  sürürdü. 

Aeroportda yalnız bir neçə ticarət köşkü var idi, hər yer kirli



www.vivo-book.com 

 

165 



bina  köhnəydi.  Ən  başlıcasısa  aeroportda  sanki  bütün 

ümidlərini  itirmiş  sönük  baxışlı  insanlar  gəzirdilər. 

Müstəqilliyinin  dördüncü  ilində  demək  olar  ki,  bütün 

Gürcüstan  bu  vəziyyətdəydi.  Abxaziyayla  müharibədəki 

məğlubiyyət  faktiki  olaraq  ayrılmış  Cənubi  Osetiya,  daimi 

daxili  hesablaşmalar,  iqtisadi  enmə,  aclıq  çəkən  əhali. 

Gürcüstanın  paytaxtını  nə  vaxtsa  dünyanın  digər 

şəhərlərindən  fərqləndirən  şən,  coşqun  insanların  səsləri 

eşidilmirdi.  Hər  şeyə  inamını  itirmiş  əhali  sanki  iradəsiz 

yaşayırdı.  Və  ən  qorxulu  zərbəni  nə  Osetiya,  nə  Abxaziya, 

nə  də  aclıq  və  ərzaq  çətinlikləri  endirdi.  Qürurlu  gürcü 

xalqına ən qorxulu zərbə, gürcünün (!) gürcüyə atəş açdığı, 

qardaşın  qardaş  üstünə  getdiyi  Vətəndaş  müharibəsi  oldu. 

Öz  orijinallığı  və  ənənələriylə  fərqlənən  xalq  birdən 

Vətəndaş  müharibəsinin  cəhənnəminə  düşdü.  Bu  ən  əsas 

ideallara,  çox  çətinliklə  qorunub  saxlanan  daxili  mənəvi 

dəyərlərə  endirilən  zərbəydi.  Müharibədən  sonra  gürcülər 

bir-birilərinə  olan  hörmətlərini  itirmişdilər.  Bu  isə  əvvəllər 

özünü bu qədər sevən və xoşbəxt yaşayan bir xalqın taleyinə 

yazılan ən qorxulu sınaq idi. 




www.vivo-book.com 

 

166 



Şəhərin  özündə  Amerika  dolları,  alman  markası,  rus 

rublu  işləyirdi,  gürcü  kuponuna  çoxdan  əl  yelləyirdilər. 

Çətinliklə  yol  maşını  tapan  Robert  Krou  onu  dəmiryol 

vağzalına aparmaq üçün sürücünü birtəhər yola gətirə bildi. 

Əgər  aeroport  kirliydisə,  vağzal  əsl  zibilxanaydı.  İnsanlar 

elə yerdəcə yatırdılar, hər yerdə böyük yük tayaları, kisələr, 

yeşiklər  görünürdü.  Radio  ilə  verilən  informasiyalar  çox 

vaxt eşidilmirdi, eşidilənlərsə əsasən yanlış olurdu. Qatarlar 

bir  çox  istiqamətlərə  ümumiyyətlə  getmirdi.  Rusiya 

sərhədlərinin  bağlanması  mahiyyət  etibarilə,  Gürcüstanı 

xarici aləmdən ayırmışdı. 

Aydın  oldu  ki,  bu  gün  Batuma  qatar  getmir.  Məlum 

olmayan səbəblərdən məhz bu gün dəmiryollarının təmirinə 

başlamışdılar.  Dronqo  başa  düşdü  ki,  şəhərdə  çox  qalmaq 

riski var. Məsuliyyətli qərar qəbul etməli oldu, amma başqa 

çıxış yolu yox idi. Elə vağzaldan David Qogiyaya zəng etdi. 

Dəstəyi  cavan  bir  oğlan  götürdü.  Görünür,  Davidin 

çoxsaylı köməkçilərindən və ya cangüdənlərindən idi. 




www.vivo-book.com 

 

167 



–  Salam,  ya  da  bizdə  deyildiyi  kimi  qamarcuba,  – 

Dronqo  başladı.  –  Cənab  David  Qogiyanı  telefona  çağıra 

bilərsiniz? 

– Kimdir danışan? 

– Deyin, Dronqodur, özü biləcək. 

Kimsə dəstəyi ovcuyla örtüb yavaşca dedi: 

– Hansısa dranqadır. 

– Bura ver, – Davidin əmin səsi eşidildi. – Eşidirəm, – 

o bir an sonra dedi. 

– Batono David, bu mənəm Dronqo. 

– Nə yaxşı, – qoca sevindi, – özün gəlmisən? Hardan 

danışırsan? Gürcüstandasan? 

– Hə, Tiflisdəyəm. 

– Daha heç nə demə. Olduğun yeri de, arxanca mənim 

adamlarım gələcək. 

– Dəmiryol vağzalındayam. 

–  Əsas  girişdə  ol,  mən  maşın  göndərirəm.  Ağ  rəngli 

“BMW”-dir, görən kimi yaxınlaş. 

Doğrudan  da  yarım  saat  sonra  vağzala  dəbdəbəli 

maşın  yaxınlaşdı.  Maşından  bahalı  fransız  ətri  qoxuyan, 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə