Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə44/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   40   41   42   43   44   45   46   47   ...   101

www.vivo-book.com 

 

218 



Manafov  və  nəhayət,  həmin  naməlum  adam  da  var  idi. 

Hündürboy,  enlikürək,  keçəl  kişi  ortada  dayanıb  obyektivə 

gülümsəyirdi.  Gizlətməyin  mənası  yox  idi.  Bu  şəkillər  ona 

lazım idi. 

– Bu şəkillər sizdə hardandır? – Cəfərov soruşdu. 

Lauton başa düşdü ki, müstəntiq tanış simalar görüb. 

–  Onların  içində  kimisə  tanıyır?  –  Cerald  Dyuladan 

soruşdu. 

Dyula tərcümə etdi. 

–  Tanıyıram,  –  Cəfərov  canlandı.  Bu  əcnəbilərə 

afərin, onlar doğrudan da, əsl peşəkardırlar. 

–  Bax  bu,  bu  və  bu,  –  o,  şəkildəkiləri  göstərdi,  – 

amma  onlardan  ikisi  artıq  öldürülüb.  Bunlar  həmin 

ölənlərdir, – o dedi. 

– Qalanlarını tanıyırsınız? – Dyula dəqiqləşdirdi. 

–  Məndə  onlardan  birinin  ünvanı  var,  –  gizlətməyin 

mənası  yox  idi.  Əcnəbilər  onsuz  da  çox  böyük  köməklik 

göstərmişdilər. İndi onda, yaralı oğlanın haqqında danışdığı 

həmin naməlum adamın şəkli var idi. O daha diqqətlə baxdı, 

həmin adam doğrudan da, yerliyə oxşamırdı. 




www.vivo-book.com 

 

219 



–  Nə  etmək  fikrindəsiniz?  –  Lauton  həyəcanla 

soruşdu, – bizi xüsusən, bax bu cənab maraqlandırır. – O da 

keçəli göstərdi. 

–  Məni  də  o  maraqlandırır,  –  Mirzə  təsdiq  etdi,  – 

amma  hələ  ki,  mən  nə  onun  adını,  nə  də  hardan  gəldiyini 

bilirəm. 

–  Siz  hansını  tapa  bilərsiniz?  –  Lautonun  həyəcanı 

tədricən Dyulaya da keçirdi. 

– Bax bunu, – Cəfərov balaca azərbaycanlını göstərdi. 

– Deyəsən, mən onun Bakıda harda yaşadığını bilirəm. 

– Onun evini nəzarətə götürmüsünüz? 

–  Y-yox,  hələ  yox,  –  Cəfərov  bir  qədər  tərəddüddən 

sonra düzünü dedi. 

– Niyə? – Lautonu dinləməyən Dyula heyrətləndi. 

“Doğrudan  da,  axmaq  hərəkətdir”,  –  Cəfərov 

düşündü.  Biz  həmişə  belə  işləyirik.  Mən  onlara  deyə 

bilmərəm 

axı,  gələn  əcnəbilər  hansısa  quldurun 

yaxalanmasından daha vacibdir. Bizdə həmişə belə olub. 

–  Biz  hələ  ki  tələsməməyə  qərar  vermişik,  –  o, 

cavabdan  yayındı,  – hər  şeyi  yoxlamaq  lazımdır,  –  o  əlavə 



www.vivo-book.com 

 

220 



etdi.  Nə  böyük  ayıb  və  qeyri-peşəkarlıqdır!  Cəfərov 

qızardığını hiss etdi. 

–  Bu  gün  onun  mənzilini  nəzarətə  götürəcəksiniz? 

Yoxsa onun ayrıca evi var? – Dyula sovet həyat tərzini yaxşı 

bildiyini nümayiş etdirirdi. 

–  Mənzili  var,  –  Cəfərov  ah  çəkdi,  –  bu  gün  xüsusi 

nəzarətə  götürəcəyik.  Hərçənd,  mənim  fikrimcə,  o,  Bakıda 

peyda  olmaz.  Cəmi  iki  gün  əvvəl  sərhəddə  onun  yoldaşı 

həlak olub. 

–  Məhz  buna  görə  o,  burada  olmalıdır!  –  tərcüməni 

eşidən  Lauton  bərkdən  dedi.  –  Mən  bu  rusları  başa 

düşmürəm! – o, qeyzlə əlavə etdi. 

Sovet İttifaqı dövrlərindən qalan ənənəyə görə SSRİ-

nin bütün keçmiş vətəndaşlarını “rus” adlandırırdılar. 

–  Narahat  olmayın,  –  Cəfərov  əcnəbiləri  inandırdı,  – 

artıq bu gün hər şey qaydasında olacaq. 

– Sabah bugünkü günün nəticələrini öyrənə bilərik? – 

Dyula soruşdu. – Bu, bizim üçün çox vacibdir. 




www.vivo-book.com 

 

221 



–  Əlbəttə,  –  əcnəbilərin  əl  çəkməyəcəyini  anlayan 

Cəfərov  ümidsizcəsinə  dedi,  –  əlbəttə,  sabah  öyrənə 

bilərsiniz. 

–  Siz  niyə  onu  həbs  etmək  istəmirsiniz?  –  Lauton 

soruşdu.  –  Yoxsa  onun  mənzilində  tələ  qurmaq 

fikrindəsiniz? Yəqin, bu adama qarşı əlinizdə faktlar var. 

“İlahi,  əl  çəkməyəcəklər!”  –  o  artıq  qəzəblənməyə 

başlayırdı. 

– Baxarıq, – o, birbaşa cavabdan yayındı.  – Buna bu 

gün axşam qərar verəcəyik. 

Onun heç ağlına da gəlməzdi ki, bugünkü axşam necə 

qəliz olacaq. 

 

 

  XIV HİSSƏ 



Belə  təmiz  ingiliscə  söylənən  cümləni  eşidər-eşitməz 

cəld  geri  çevrildi.  Qarşısında  iyirmi  beş  yaşlarında 

hündürboy,  gənc  qadın  dayanmışdı.  Düz  burnu,  bir  qədər 

dar  üzü,  açıq  tökülmüş  saçları  və  hissiyyatlı  dodaqları  var 

idi. Əsas da gözləriydi. Onlarda albalı çaları var idi. Gözəl 



www.vivo-book.com 

 

222 



əyriliyə malik qaşları və uzun kirpiklərisə bu dəcəl, həm də 

deyəsən,  bir  qədər  qıyqacı  gözlərin  gözəlliyini  bir  az  da 

nəzərə çarpdırırdı. 

O, qadının gözlərinə baxdı. 

– Siz ingiliscə elə yaxşı danışırsınız ki? 

– Hə, mən bu mehmanxananın ekskursiya bürosunun 

rəhbəriyəm. Əsasən əcnəbilərə xidmət göstəririk. 

– Təəssüf ki, mən çəkən deyiləm, – o üzr istədi. 

–  Təəssüf,  –  qız  nazla  piştaxta  arxasındakı  yaşlı 

qadınlara  tərəf  getdi.  O,  birdən  özünə  gəlib  qadının 

arxasınca qaçdı. 

– Bağışlayın, adınız nədir? – yenidən onun gözlərinə 

diqqət yetirərək soruşdu. 

–  Sizə  artıq  ekskursiya  sifariş  etmək  lazımdır?  –  o, 

istehzayla soruşdu. 

–  Deyəsən,  hə.  Özü  də  bələdçini  şəxsən  özüm 

seçəcəyəm. 

O güldü. Gülüşü mehriban və yumşaq idi. 

–  Siz  özünüz  hardansınız?  Adınız  nədir?  –  qadın 

soruşdu. 




www.vivo-book.com 

 

223 



– 

Robert 


Krou. 

Avstraliyanın 

informasiya 

agentliyindən.  Sizin  bu  möcüzəvi  şəhərinizə  bu  gün  səhər 

gəlmişəm. 

– Çox gözəl. Adım Tamaradır. 

–  Məncə,  bu  Gürcüstanın  çariçasının  adıdır,  –  o 

zarafat etdi. Qadının qeyri-adi gözləri var idi. 

– Gürcüstanın tarixini yaxşı bilirsiniz? 

Deyəsən, həddən artıq məftun olmuşdu. 

–  Bu  haqda  mənə  sizin  yerliniz  olan  bir  həmkarım 

danışıb.  Əvvəllər  mən  Amerikada  yaşayırdım  və  cənab 

Sturua ilə dostluq edirdim. 

–  Siz  onu  tanıyırsınız?  –  qadın  təəccübləndi.  –  O 

həqiqətən  də,  Gürcüstanın  Amerikadakı  müxbiriydi.  Dünya 

doğrudan da, balacadır. 

–  Sizi  bir  fincan  qəhvəyə  dəvət  etməyə  icazə 

verərsiniz? – Dronqo xahiş etdi. 

Onlar  masa  arxasında  oturandan  sonra  qadın 

ofisiantdan  “kapuçino”  gətirməsini  xahiş  etdi.  Birdən  o, 

siqaret  çıxarmaq  üçün  əlini  qeyri-iradi  çantasına  saldı.  Və 

artıq qutunu, demək olar, yarıya qədər çıxarmışdı ki, cənab 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə