Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə56/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   52   53   54   55   56   57   58   59   ...   101

www.vivo-book.com 

 

279 



daha  qlobal  düşünürdülər.  SSRİ  dağılandan  sonra  bütün 

respublikaların, o cümlədən Rusiyanın da, dövlət qulluğunda 

olarkən mümkün olan və olmayan hər şeyi satıb ağlagəlməz 

dərəcədə var-dövlət sahibi olan öz nuvorişləri var idi. Cəmi 

bir  və  ya  iki  aya  zəngin  insana  çevrilirdilər.  Özəlləşdirmə 

işindən  yalnız  qazanmalı  olan  insanlar  mənfəət  götürürdü. 

Qalanlarısa birdəfəlik uduzurdu. 

Məhz Vəliyevə zəng edən Paşayevin tapşırığıyla onun 

yanına  yerli  sənaye  nazirinin  müavini  Sadıxov  gəlmişdi. 

Guya lazımi adamların sərhədi keçməsi üçün beş buraxılışın 

alınmasını  da  Ənvər  Mamedoviçdən  məhz  o  xahiş  etmişdi. 

Əgər  Paşayev  zəng  edirdisə,  sual  vermək  qəbul 

olunmamışdı.  Vəliyev  də  DİN  vasitəsilə  beş  təmiz  blank 

hazırlayıb Sadıxova vermişdi. 

Və  indi  Kazımov  sərhədə  doğru  irəliləyən  dəstə 

haqda, 


onların 

İran  şəhəri  olan  Aslandüzə  tərəf 

istiqamətlənməsi  barədə  danışarkən  yadına  düşdü  ki, 

Sadıxov  da  həmin  şəhərin  adını  çəkmişdi.  Birtəhər  dözüb 

Kazımov  gedən  kimi  özünü  telefonun  üstünə  atdı. 

Sadıxovun hökumət nömrəsini yığaraq onu dərhal söydü: 




www.vivo-book.com 

 

280 



– Əclaf! 

–  Nə  olub  Ənvər  müəllim?  –  Sadıxov  ondan  on  yaş 

kiçik idi. 

– Sərhədə buraxılışı kimə vermisən? Qatil dəstəsinə? 

Satqın, alçaq! Kimə işləyirsən?! 

– Nə danışırsınız? – Sadıxov qorxdu. – Mən heç kimə 

işləmirəm.  Sizin  təmiz  blankları  mən  şəxsən  Paşayevin 

özünə vermişəm. Başqa heç nə bilmirəm. 

–  Yaxşı,  –  birdən  hər  şeyi  başa  düşən  Vəliyev 

sakitləşdi, – bağışla məni. Deyəsən, mən haqlı deyiləm. 

Dəstəyi  yerinə  qoyub  uzun  müddət  dodağını 

dişləyərək  oturdu.  Paşayevin  çirkin  əlaqələri,  qonşu 

respublikalarda  ən  gəlirli  sahələrə  nəzarət  edən  kriminal 

dostları  haqda  şayiələr  onun  da  qulağına  gəlib  çatmışdı. 

Bura  narkotik  maddələr  də  daxil  idi.  Əvvəllər  sovet 

sərhədləri  olarkən,  onlar  Qafqaza  ensiz  arxlar  şəklində 

sızırdılar.  Sərhədlər  dağılandan  sonrasa  bura  dəhşətli,  hər 

şeyi  basıb  keçən  sel  şəklində  axışırdılar.  Paşayevin  belə 

əməliyyatlarda  iştirakı  olmasına  inanmaq  mümkün  deyildi. 



www.vivo-book.com 

 

281 



İnanmamaq olmazdı. Amma Asif Paşayevə qarşı getmək də 

olmazdı. 

Bu  əsl  ölüm  demək  idi.  Paşayev,  respublika 

prokurorunun müavinini heç evdən çıxmadan belə məhv edə 

bilərdi.  Bunun  üçün  dəstəyi  götürüb  lazımi  adama  zəng 

etmək kifayət idi. Vəliyev özü də mələk deyildi. O, təhqiqatı 

idarə  edirdi,  deməli,  “kənar”  pulların  ən  gəlirli  sahəsi  də 

ondaydı.  Onun  razılığıyla  cinayət  işləri  bağlanır,  cinayət 

axtarışının  maddələri  dəyişir,  ən  ağır  cinayətlər  ağır,  onlar 

da öz növbəsində yüngül cinayətlə əvəzlənirdi. Bu zaman o 

yaxşı  pul  alırdı.  Amma  bu  pullar  başqa,  Füzuli  rayonu 

yaxınlığındakı  dəstə  başqa.  Özü  də  necə  dəstə!  Erməni  və 

azərbaycanlılardan  olan  yaramazlardan  ibarət  birləşmiş 

dəstə.  Müharibə  vaxtı.  Yox,  Vəliyev  belə  alçaqlığa  gedə 

bilməz. Üstəlik, orda narkotik yük göndərilib. Bu əsl cinayət 

işidir. 


Onun düşüncələrində qeyri-adi heç nə yox idi. Sovet 

hökuməti  insanları  riyakarlığa  öyrətmişdi,  bir  çoxları  belə 

hesab  edirdi  ki,  öz  xidməti  işini  yerinə  yetirdiyinə  görə 

alınan hədiyyə  minnətdarlıq  əlamətidir. Azərbaycan dilində 




www.vivo-book.com 

 

282 



“rüşvət”  sözü  “hörmət”  sözüylə  əvəz  olunmuşdu.  Bu 

hörməti istisnasız olaraq, MİS müdirindən tutmuş baş nazirə 

kimi göstərmək lazım idi. Digər Zaqafqaziya və Orta Asiya 

respublikalarında da bunun eynisi baş verirdi. 

Pozğun  əxlaq,  hökumət  işindəki  əməyinə  görə  zəruri 

“hörməti”  qəbul  edən  rüşvətxorları  hörmətli  adamlara 

çevirmişdi.  Heç  kim  bunda  təhqiramiz  və  ya  ayıb  bir  şey 

görmürdü.  Amma  narkotik  alveri,  çobanın  öldürülməsi, 

sərhədi  qanunsuz  keçmək,  müharibə  vaxtı  düşmənlə  əlbir 

olmaq başqa məsələydi. Bu, rüsvayçı, hər cür töhmətə layiq 

və 

ən  əsası  qanunla  cəzalandırılmalı  işlər  idi. 



Azərbaycandakı  rüşvətxorların  özünəməxsusluğu  ondaydı 

ki,  onlar  tamamilə  qanuni  işlərə  görə  pul  almaqdan  başqa, 

heç  bir  qeyri-qanuni  işlə  məşğul  olmurdular.  Hakim  rüşvət 

alaraq  ədalətli  hökm  verir,  prokuror  doğru  maddəni 

müəyyən  edir,  milis  əməkdaşı  adamı  saxlanılmamalı  yerdə 

saxlamır,  gömrük  komitəsi  nümayəndəsi  normativ  aktlarla 

icazəsi  olan  yükü  buraxır.  Və  bütün  bunlara  görə  pul 

ödəmək lazım gəlir. 




www.vivo-book.com 

 

283 



Amma  sərhəddəki  hadisələrdən  xəbər  tutan  Vəliyev 

xoşagəlməz  tərzdə  heyrətlənmişdi.  O,  hələ  də  Paşayevin, 

qoca  çobanın  öldürülməsiylə  bağlı  çirkin  hadisədə  iştirakı 

olduğuna  inanmaq  istəmirdi.  Xoşbəxtlikdən  cəsədlərin 

üstündə  heç  bir  sənəd  tapılmadı.  Ona  görə  o,  kollegiyanın 

bitməsini  gözləyə-gözləyə  səbirsizliklə  saata  baxırdı. 

Kazımov ona müstəntiqin Beyləqana səfərinin necə bitməsi 

haqda məruzə etməliydi. 

Respublika  prokuroru  uzun-uzadı  danışdı.  Zalda, 

kollegiya  üzvlərindən  başqa,  parlamentin  spikeri  də 

oturduğundan  o  mümkün  qədər  yaxşı  təəssürat  yaratmaq 

istəyirdi.  O,  buna  pis  nail  olurdu,  spiker  də  harasa  tələsirdi 

və əsəblə saatına baxaraq məruzənin bitməsini gözləyirdi. 

Ümumi  sözlər,  öyüd-nəsihət,  nəzarət  funksiyalarının 

gücləndirilməsi  tələbi  –  bunları  yüz  dəfə  eşitmişdilər.  Bəzi 

prokurorlar  açıq-aşkar  əsnəyirdilər.  Arxada  iki  qoca 

ətrafdakılara fikir vermədən artıq xoruldayırdı. 

Prezidiumda Vəliyevlə yanaşı oturan daxili işlər naziri 

əsəbi tərzdə saatına baxıb ona tərəf əyildi: 

– Beləsinə necə dözürsünüz? 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə