Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə28/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   24   25   26   27   28   29   30   31   ...   101

www.vivo-book.com 

 

138 



paltarda  gənc  qız  –  görünür,  onun  qızıydı  –  durmuşdu.  Bu, 

mərhumun ailəsiydi. 

“O  niyə  mehmanxanaya  tək  gəlmişdi,  niyə  orda 

qalmağı  xoşlayırdı?”  –  Çijov  yenə  düşündü.  –  “Belə 

imkanları  və  əlaqələri  olan  Moseşvilinin  Kutuzov 

prospektində  böyük  bir  evi  də  ola  bilərdi.  Bəlkə  o  elə  bir 

adamla  görüşməliydi  ki,  bu  haqda  heç  yaxınları  və 

cangüdənləri  belə  bilməməliydi.  Çətin  ki  bu,  qadın  ola. 

Burda nəsə başqa bir sirr var”. Qəbiristanlıqda daha bir qrup 

adam  peyda  oldu.  Bağırov  və  Sarkisyanın  üzlərinin 

turşumasından Çijov anladı ki, bu adam hər iki başçıya xoş 

gəlmir.  Ən  təəccüblüsü  o  idi  ki,  müstəntiq  bu  adamı 

tanıyırdı. Tünd eynək taxmış və açıq rəngli plaş geyinmiş bir 

dəstə  “oğlanın”  müşayiətilə  xammal  birjası  prezidenti, 

Dövlət  Dumasının  deputatı  Boris  Qriqoryeviç  Lazarev  də 

dəfnə  gəlib  çıxdı.  O  sanki  Bağırov  və  Sarkisyanın  gərgin 

üzlərini sezməyərək onlara gülümsədi və birinci salamlaşdı. 

Onun  salamını  təmkinlə  aldılar.  Çijov  bilirdi  ki,  şəhərdə 

gəzən  şayiələrə  görə  Lazarev  Moskva  ətrafı  cinayətkar 

qruplaşmaların  böyük  hissəsini  idarə  edir.  Və  bununla  da 




www.vivo-book.com 

 

139 



Qafqaz  qruplaşmalarıyla  təbii  ziddiyyətdədir.  Lazarevin 

ardınca  Mansurov  gəldi.  Tüklü,  tutqun,  bir  az  beli  bükük 

olan  bu  adam  klassik  quldur  qiyafəsinə  daha  çox  uyğun 

gəlirdi.  İri  tatar  qruplaşmalarına  rəhbərlik  edən  Mansurov 

himayəsinə 

vağzalları  və  paytaxtın  yataqxanalarını 

götürmüşdü. 

O, 


paytaxta 

gələn 


“Qafqaz 

milləti 


nümayəndələrinə”  qarşı  Lazarevin  çoxdankı  müttəfiqiydi. 

Dəstəsində  əsasən  Moskvaya  gələn  “qonaqları”  sevməyən 

ruslar,  tatarlar  və  ukraynalılar  var  idi.  Çijov  dərhal  diqqət 

yetirdi ki, Mansurovun dəstəsi Lazarevin dəstəsinin yanında 

dayandı.  Slavyan  qruplaşmaları  reketlə,  zorakılıqla  məşğul 

olur,  bazarlar  istisna  olmaqla  Moskvanın  bütün  ticarət 

nöqtələrinə  nəzarət  edirdilər.  Bazarlar  və  narkotik 

Bağırovun  qrupunun  təsir  dairəsindəydi.  Banklar  və 

kommersiya  fəaliyyətini  Lazarev  və  Sarkisyan  çoxdan  öz 

aralarında  bölmüşdülər.  Birjalar  Lazarevə  qalmışdı, 

Sarkisyansa  Moskvada  verilən  bütün  kreditlərə  nəzarət 

edirdi.  Gürcü  mafiyası  ənənəvi  olaraq,  avtomobillərin 

oğurlanması və yenidən satılması, insan oğurluğuna nəzarət 



www.vivo-book.com 

 

140 



edirdi.  Arzuolunmaz  şahidlərin  və  borcluların  ləğvi  haqda 

sifarişlər ondan keçirdi. 

“Bəlkə  Moseşvilini  rəqibləri  öldürüb?  –  Çijov 

düşündü.  –  Bəs  səbəb?  Və  o  niyə  görüşə  tək  gedib?  Axı  o 

çox  təcrübəli  adam  idi,  səkkiz  məhkumluğu  olub.  Beləsini 

elə-belə  aldada  bilməzsən.  Çox  vacib,  həyati  əhəmiyyətli 

səbəb olub ki, Moseşvili mehmanxanaya tək gedib və kimisə 

gözləyib. Bu qonaqsa qatil olub”. 

Matəm  mərasimi  uzanırdı.  Qonaqlar  o  qədər  idi  ki, 

belə  geniş  qəbiristanlığa  da  yerləşmirdilər.  Bir  çoxları 

darvazadan bayırda dayanıb mərasimin bitməsini gözləyirdi. 

“Deyəsən, bu qədər adam burda heç vaxt olmayıb,  – 

Çijov düşündü. – Doğrudan da hər dövrün öz adətləri var”. 

Gələn  hər  yeni  qonaqdan  sonra  işi  daha  çox  xoşuna 

gəlmirdi.  Niyə  Moseşvili  kimi  tanımış  adam  “Ukraynaya” 

yerləşib?  “Metropol”da  yox,  “Savoy”da  yox,  məhz 

“Ukrayna”da? Niyə o tək, cangüdənlərsiz qalıb? Niyə maşın 

yox,  taksi  çağırıb,  axı  onun  yəqin  ki,  üç  yüz  maşını 

olmalıydı.  Və  nəhayət,  o,  Şeremetyevoda  kimin  yanına  və 

niyə  getməyə  hazırlaşıbmış?  Və  nömrə...  ən  vacibi 




www.vivo-book.com 

 

141 



nömrədir.  Mixeyev  deyirdi  ki,  bu  nömrənin  pulu  bir  il 

əvvəldən  ödənir,  növbətçisə...  o  birdən  xatırladı  ki,  qadın 

ödəmə  müddətinin  bitdiyini,  yoxlamağa  getdiyini  demişdi. 

Moseşvilinin ödəmə müddəti bitirmiş? Necə olub ki, o vaxt 

bu  sözlərə  əhəmiyyət  verməyib?  Cəld  bu  qadını  tapmaq 

lazımdır,  o,  necə  belə  səhv  edə  bilərdi?  Heç  Mixeyev  də 

onun sözlərinə fikir verməyib.  

O,  qəfil  geri  çevrilib  izdihamın  içindən  çıxmağa 

çalışdı.  Amma  bir  neçə  uğursuz  cəhddən  sonra  başa  düşdü 

ki,  bu  mümkün  deyil.  “Camaatın  dağılışmağını  gözləməli 

olacam”, – Çijov məyusluqla düşündü. Bu da müstəntiq. Ən 

vacib  şeyə  diqqət  yetirməyib.  Gecə  vaxtı  növbətçi  qadın 

niyə Moseşvilinin nömrəsinə girməliydi ki? Taksi gəldiyinə 

görə.  Bu  aydındır.  O,  zəng  edəndən  sonra  gedib.  Bəs  niyə 

ödəmə  müddətinin  bitməsiylə  bağlı  yalan  söylədi?  Axı  o 

həmin  mərtəbədə  işləyir  və  bilməliydi  ki,  “lüks”  nömrənin 

pulu  bir  il  əvvəldən  ödənir.  Sadəcə,  hansısa  sualdan  və  ya 

nədənsə  qorxub,  avtomatik  yalan  deyib.  Qorxudan.  Bəs  o 

nədən qorxub? 



www.vivo-book.com 

 

142 



Lənətə  gələsən,  burdan  çıxmaq  mümkün  deyil! 

Birinci  dəfə  dəfn  yerinə  bu  qədər  yaxın  olduğuna  görə 

peşman oldu. İndi burdan çıxmağa heç cür imkan yox idi. O, 

Xotivarinin köməkçisi, burnu sınıq idmançının ona necə sıx 

durduğunu  gördü.  Deyəsən,  onun  adı  Vaja  idi.  Deməli, 

Mixeyev haqlıydı, onu doğrudan da izləyirdilər. 

–  Qulaq  as,  əzizim,  –  Vaja  sakitcə  dedi,  –  yaxşı 

çıxmır.  Mərhumun  barmağında  iri  üzük  var  idi.  Biz  bütün 

meyitxananı  silkələmişik,  elə  bilirdik,  həkimlər  oğurlayıb, 

amma onlar and içirlər ki, heç nə bilmirlər. Siz belə bir üzük 

görməmisiniz? 

–  Görmüşük.  –  Özünü  qəzəblənmiş  kimi  göstərməyə 

heç  bir  imkan  yox  idi.  Heç  Vaja  da  onun  qəzəbinə 

əhəmiyyət verməzdi. 

– Hanı o? – Vaja soruşdu. 

– Bizdədir, onu götürdük ki, itməsin, – Çijov bildirdi. 

– Çox sağ olun, – gürcü təşəkkür etdi, – biz elə bildik 

ki, qatil götürüb. Bu izlə axtarmaq istəyirdik. 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə