Əcubə VƏ MƏHcubəNİn hekayəTLƏRİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə4/30
tarix01.07.2018
ölçüsü1,08 Mb.
#52703
1   2   3   4   5   6   7   8   9   ...   30

15 
 
ki,  gedib  bəzirganı  şahın  məclisinə  dəvət  etsinlər. 
Bəzirgan şaha layiq xonça hazırladı və çoxlu hədiyyələr 
götürüb  şah  dərgahına  üz  tutdu.  Padşahın  hüzurunda 
baş  endirib,  dua-səna  eylədi.  Ona  yer  göstərdilər, 
oturdu. Padşah da ehtişam və dəbdəbə ilə, xoş rəğbət və 
mülayim  şahanəylə  xalça  üzərində  oturduqdan  sonra 
dedi: 
-  Ey  xacə,  səni  buraya  çağırmaqda  bizim 
məqsədimiz  odur  ki,  güləndam  və  könül  açan,  ulduza 
bənzər,  günəş  üzlü  o  kənizlərindən  gətirəsən,  baxaq. 
Könlümüzə yatan olarsa, alarıq. 
Bəzirgan  şahın  önündə  yer  öpüb,  hər  nəyə  ki 
malikəm,  şahın  hüzurunda  hazır  edərəm  –  deyib,  nə 
qədər  kənizləri  var  idisə,  hamısını  şahın  qarşısına 
gətirdi.  Şah  onlara  nəzər  eylədi.  Ancaq  heç  birisini 
münasib və müvafiq görmədi. Məlik buyurdu ki, biz üz 
gözəlliyi  aydın  olmayan  kənizlərin  əlindən  tutmarıq. 
Bəlkə  bu  sifətlər  birində  cəm  olunduğunu  istərik  ki, 
gözəl  surətli  və  həyat  bəxş  edici  sifət  onda  bəzənmiş, 
incəlikdə,  gözəllikdə,  təravətdə,  şirinlikdə  və  fərasətdə 
müəyyən  oluna.  Xülasə,  eləsi  ola  ki,  aləmdə  tayı-
bərabəri olmaya. 
Bəzirgan cavab verib dedi: 
-Haqq-Təala  Şam  dövlətinin  səltənətini  əbədi 
eyləsin.  Onun  kimi  gözəl  mətləb  ki,  şah  tələb  edər,  bu 
cür  gözəlliyi  gecə-gündüz  min  göz  ilə  görməyi  arzu 
edər, belə bir nazənin gözələ baxmağa həvəs eylər, mən 


16 
 
kiməm ki, məlikin hüzurunda onun kimi gözəl aləmdən 
nişan verəm. Bu simada olan bir adamı mən nə gördüm 
və  nə  də  eşitdim.  Ancaq  Misir  şəhərində,  Əzizin 
hərəmində iki kəniz var ki, gözəl surət ilə məşhur olan, 
hər qabiliyyətdə kamil və bütün aləmdə məşhur, təravət 
və  şirinlikdə  yeganədirlər.  Söhbətə  və  qarşılaşmaya 
girsələr min Söhban və Həssan
5
  onların mübahisəsində 
aciz  qalarlar.  Əgər  hekayətlər  və  rəvayətlər  söyləsələr, 
dünyanın  ən  bəlağətli  və  gözəl  danışanları  onların 
yanında qüsurlu olarlar. Əzizin göz çırağı onların nuru 
ilə  işıqlı  və  gözəl  çöhrəsi  o  gül  çöhrələrlə  gülşən  olur. 
Günlərini  onların  söhbətində  keçirir.  Bir  an  da  olsun 
onlardan  ayrılmaz.  Onlara  Əcubə
6
  və  Məhcubə
7
  deyə 
ad vermişlər. 
Məlik  Səmmah  elə  ki  Əcubə  və  Məhcubənin 
gözəl vəsflərini təfsilatı ilə eşitdi, yüz canü-dillə onlara 
aşiq olub, həvəs etdi ki onlar bura gələ və ona xidmətçi 
və  yaxın  olalar.  Şah  onlar  barədə  eşitdiyi  həmin  o 
                                                           
5
 Hz. Peyğəmbərin səhabələri və şairləri 
6
 Əcubə )هبوجعا)- ərəb dilində qadın cinsinə aid “qulyabanı, 
cadugər, xəyali varlıq” mənalarını verən bir sözdür. Burada 
“çoxbilmiş” mənasındadır. 
7
 Məhcubə )هبوجحم) - ərəb dilində “utancaq, həyalı qadın” 
deməkdir. Bu iki ad bir-birinə zidd sifətlərdir. Əsəri tərtib edən 
onları bir yerə gətirməklə maraqlı bir ədəbi priyom işlətmişdir. Şah 
bütün sualları Əcubəyə verir, son sözü isə Məhcubə deyir. Şahın 
Əcubəyə, Əcubənin də Məhcubəyə: “Necədir o hekayət?” demələri 
oxucuda maraq doğurur. Ümumiyyətlə, əsərdə şah Səmmah, 
Əcubə və Məhcubə surətləri maraqlı qurulmuşdur. 


17 
 
gündən  sonra  heç  vaxt  o  qızları  yadından  çıxara 
bilmədi. Hey onlardan söhbət saldı. Məlik öz  yaxınları 
ilə daim onlar haqqında söhbətini tez-tez təkrar edərdi.  
Bir gün vəzirinə dedi: 
-Əcubə  və  Məhcubəni  buraya  gətirmək  üçün  bir 
tədbir  gör.  Çünki,  onlar  mənim  heç  yadımdan  çıxmır. 
Baxmayaraq  ki  bunları  Əzizin  hərəmindən  çıxarmaq 
çətin  və  mümkünsüz  görünür,  lakin  hər  halda  cəhd 
eləmək lazımdır. 
Vəzir cavab verib dedi: 
-Bu  məqsədə  ancaq  məkr  və  hiylədən  başqa  bir 
şeylə  çatmaq  olmaz.  Çünki,  bütün  aləmin  xəzinəsini 
cəm edib onlara qiymət  üçün Əzizə verilsə, onların bir 
tükünü də verməz. Əcubə və Məhcubəni bu qədər zəka 
və  ağıl  ilə  aldatmaq  da  mümkün  deyildir.  Bu  işin 
öhdəsindən  gəlmək  üçün  bir  məkrli  və  hiyləgər  adam 
lazımdır ki, ağlın gücü və gözəl tədbir sayəsində onları 
əldə edə bilə. Bu işə güc  yetirə bilən bir nəfər dostum 
vardır.  Adına  Teyfur  deyərlər.  Bir  gözəl  cavan  və  hər 
kəs  tərəfindən  sevilən  mərd  birisidir.  Hər  işdən  baş 
çıxaran  və  xoş  talelidir.  Mənə  də  çox  bağlı,  sədaqətli 
adamdır.  Çox  ölkələr  gəzmiş  və  çox  elmlərə  sahib 
olmuşdur.  Belə  ki,  mehribanlıq  əldə  etməyin  üsulunu 
və  əksini,  kəlam  və  hikmət  elmlərini  layiqincə 
öyrənmişdir. Bir çox dildə danışa bilir. Bu əməli onun 
kimi ağıllı bir insan bacara bilər. Əgər etiraz eyləməyib 
qəbul edərsə, məqsəd hasil olar. 


18 
 
Məlik  dərhal  Teyfuru  onun  yanına  gətirməyə 
adam  göndərdi.  Teyfur  elə  ki  şahın  hüzuruna  gəldi,  o 
ali  məqamda  yeri  öpmək  xidmətini  yerinə  yetirib, 
dərhal şahın tərifinə layiq bədahətən bir qəsidə oxuyub, 
bir neçə xoş sözlərlə şahı mədh eylədi. Bununla da ədəb 
qaydalarına  əməl  edib,  bəndəlik  vəzifəsini  yerinə 
yetirdi.  Məlik  Səmmah  Teyfuru  dinlədi.  Sonra  ona 
yemək  ikram  etdikdən  sonra  Əcubə  və  Məhcubənin 
haqqında  eşitdiklərini  söyləyib,  onları  əldə  etmək 
istədiyini bildirdi və buyurdu: 
-Ey Teyfur, sənin zəka və qabiliyyətin, bacarıq və 
fərasətin  mənim  yanımda  tam  təsdiq  olundu.  Bu 
məqsədin  yerinə  yetirilməsində  sənin  məsləhətinə  və 
savabına möhtacam. Bu saat Misir diyarına gedib, ağıllı 
və  işıqlı  bir  yol  ilə,  necə  olursa  olsun,  o  iki  nazənin, 
ürəkləri  ələ  alan  qızları  bu  aşiqi-dildadəyə  yetirməyə 
çarə eylə. 
Teyfur  qulluq  məqamında  baş  endirib,  itaət 
kəmərini  belinə  bağladı,  sədaqətlə  və  yüksək  səylə  bu 
işin öhdəsindən gəlməyə söz verdi. 
Məlik  Səmmah  əmr  eylədi,  bir  neçə  at  və  dəvə 
hazır  edib,  növbənöv  mal  aldırdı.  Çoxlu  pul  verib 
Teyfuru  Misir  tərəfə  yola  saldılar.  Elə  ki  o,  Misirə 
yetişdi, tacirlərin adəti üzrə bir karvansarayda yerləşdi. 
Bir  neçə  gün  dincəlib,  rahatlandıqdan  sonra  şəhərə 
çıxıb  gündə  bir  səmti  seyr  edərdi.  Müxtəlif  təbəqədən 
olan  insanlarla  söhbət  etməyə  başladı.  Hər  adamın 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə