187) Mədə-bağırsaq traktından pis sorulan dərman maddəsi hansıdır?
A) Panzinorm forte
B) Streptomisin
C) Fenazepam
D) Qastrozepin
E) Mezim forte
Streptomisin mədə-bağırsaq sistemindən sorulmadığına görə əzələ daxilinə və bədən boşluğuna təyin edilir
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 480
188) Mədə bağırsaq sisteminin selikli qişasını qıcıqlandıran maddələrə hansı aiddir?
A) Askorbin turşusu
B) Aspirin
C) Festal
D) Libeksin
E) Almagel
Aspirin qeyri-narkotik analgetiklərə aid olduğuna görə mədə-bağırsaq sisteminin selikli qişasına güclü qıcıqlandırıcı təsir göstərir
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 177
189) Dərman maddələri düz bağırsağa imalə şəklində nə qədər təyin olunur?
A) 25 ml
B) 50-100 ml
C) 10 ml
D) 20 ml
E) 30 ml
Dərman maddələri düz bağırsağa imalə şəklində 50-100 ml həcmində təyin olunur.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 50
190) Dəri altına hansı maddələri yeritmək olmaz?
A) İnyeksiya
B) Keyləşdirici məhlullar
C) Sulu
D) Yağlı
E) Qıcıqlandırıcı
Qıcıqlandırıcı maddələri dəri altına yeritdikdə nekrozlaşma əmələ gətirir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 51
191) Venaya hansı məhlullar yeridilir?
A) Emulsiyalar
B) Yağlı
C) Sulu
D) Spirtli
E) Suspenziyalar
Yağlı məhlulları, emulsiya və suspenziyaları venaya yeritmək olmaz. Bu zaman həyat üçün təhlükəli olan emboliya baş verə bilər.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 52
Dostları ilə paylaş: |