192) Dərman maddəsinin orqanizmə göstərdiyi ümumi təsir necə adlanır?
A) Büzüşdürücü
B) Qankəsici
C) Bürüyücü
D) Keyləşdirici
E) Rezorbtiv
Dərman maddəsinin qana sorulduqdan sonra orqanizmə göstərdiyi təsir rezorbtiv və ya ümumi təsir adlanır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 58
193) Süd vəziləri vasitəsilə xaric olduğu üçün südəmər uşağı olan analara təyin edilməyən dərman hansıdır?
A) Tiamin bromid
B) Yod
C) Sulgin
D) Morfin
E) Ftalazol
Südəmər uşağı olan analara morfin təyin etmək olmaz, çünki morfin südlə uşaq orqanizminə keçərək onu zəhərliyə bilər.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 166
194) “Cumulare” sözünün mənası nədir?
A) Əritmək
B) Toplanmaq
C) Yerli
D) Qan
E) Parçalanmaq
“Cumulare” latın sözü olub, mənası toplamaq deməkdir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 66
195) Tibbi təcrübədə dərmanlar hansı dozalarda işlənir?
A) Maksimal müalicə dozasında
B) Orta müalicə dozasında
C) Minimal müalicə dozasında
D) Zərbə dozasında
E) Zəhərləyici dozada
Tibbi təcrübədə dərmanlar əsasən orta müalicə dozalarında istifadə olunur.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 68
196) Hansı maddələr maddi kumulyasiya törədir?
A) Alkaloidlər
B) Saponinlər
C) Sulfanilamidlər
D) Antibiotiklər
E) Ürək qlikozidləri
Ürək qlikozidləri orqanizmdən gec xaric olduğuna görə orqanizmdə kumulyasiya törədir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 66
Dostları ilə paylaş: |