Ədəbiyyat, sənət və fikir dərgisi



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə40/42
tarix14.07.2018
ölçüsü1,51 Mb.
#55508
1   ...   34   35   36   37   38   39   40   41   42

 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
104 
 
Bu qoşmada biz sevən aşiqin daxili aləminin inikasını görürük. Aşiq   gö-
zəlin   zahiri   gözəlliyindən   duyduğu   zövqü-səfadan   başqa, bağrının   başına   
çəkilən   millərin   verdiyi   əzabın   da   öz   gözəlliyini görmüşdür. Bunu aşığın 
"Gülgəz" rədifli qoşmasında da görmək olar:  
 
Qurban olum səni çəkən nəqqaĢa, 
YetirmiĢ dəstimi damana, Gülgəz! 
Qüdrət qələm çalmıĢ o qələm qaĢa,  
Bənzər əbruların kamana, Gülgəz!  
 
Bu  qoşmada  canlı  xalq  dilindən    gələn    ―qurban  olum‖,    ―qələm  çalmış‖ 
kimi ifadələr bədii təsir gücünü bir az da artırır.  
Aşığın  məhəbbət  qoşmalarını  oxuyanda  ifadə  tərzinin  gözəlliyinə  heyran 
qalırsan: 
 
Hərdən sən Abbası yada salanda, 
Dindirib, söylədib, könlün alanda
ƏbriĢim saçların səcdə qılanda, 
Ġncidir belini aman, əl aman!.. 
 
Gözəlin saçlarını ipəyə bənzədir, aşıq. Bu ―ipək‖ öz istiqamətində dayanıb. 
Bu dayanışı aşıq əmrə müntəzir olan səcdəkar qulun vəziyyəti ilə eyniləşdirir, 
gözəlin  belini saçına qısqanır.  Bu  xüsusiyyət  Abbas Tufarqanlının  yaradıcılığı 
boyu nəzərə çarpır. Yəni Yaradan gözəlliyi onun sevgilisinə verib, bu gözəlliyi 
öymək bacarığını da aşığa:  
 
Gözəllikdə sənin əvəzin hanı, 
Hüsnünü bəxĢ edib kərəmin kanı. 
Dağların maralı, düzün ceyranı, 
Ovçular keçirməz bərədən səni.  
 
 
   Yaxud başqa bir qoşmasında: 
 
Abbas diyər: yara qurban yar üçün
Doğra bağrın, kəs ciyərin, yar için. 
Yar odu ki, bu dünyada yar üçün
Yaxa yırta, zülf dağıda, yara üz.  
 
 
Bu  bənddə  aşıq  cinas  qafiyələrdən  məharətlə  istifadə  etmiş,  eyni  zamanda 
təkrir və mübaliğələrdən çox canlı bir tablo yaratmışdır.  
Aşığın  daxili  həyəcanlarının  lirik  tərənnümünü  onun  ―Pəri‖  rədifli 
qoşmasında daha aydın görürük: 
 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
105 
 
Nə gülürsən mənim kimi gülüncə, 
Sən mənə gülüncə, dərdə gül, Pəri! 
AliĢan otaqda, gülĢən bağçada, 
Süsəni, sünbülü dər də gül, Pəri! 
 
Səninlə gəzirik Təbrizdə bağı,  
Sinəmə çəkirsən dağ üstən dağı.  
Bəndə saldın məni kimi dustağı,  
Çox məni qoyubsan darda gül, Pəri! 
 
Abbas gətirildi dar ayağına, 
Xına tək yaxıllam yar ayağına. 
Yoxsulu çəkəllər var ayağına, 
Ġndi mənim kimi mərdə gül, Pəri!  
 
  
 Bir  qızdan  ötəri  bir  el  aşığını  ―dərdli  köynək‖  eləyən  xalqın  balaları 
sevmək dərsini Abbas Tufarqanlıdan öyrənir:  
 
Könül, Məcnun kimi yayın dağlara, 
Əyil bu lalənin budağından öp!   
 
Təbiətin  qırmızı  bəzəkli,  qara  xallı  qızını  vəsf  eləyəndən  sonra  aşıq  dönür 
sevgilisinə ki:  
 
Yar geyinib yaĢılınan, alınan, 
Elə bildim, sonam bu, sudan gəlir.  
Müjgan atdı, dəydi, keçdi sinəmdən,  
Cadu qəmzələri busudan gəlir.  
 
Göründüyü kimi, təbiətin al-yaşıl geyimli qızı ilə elin al-yaşıl geyimli qızı 
arasında gözəllik baxımından eyniliklə yanaşı, təsir baxımından fərqi də göstərir 
aşıq.   
Abbas  Tufarqanlı  gözəli  tərənnüm  edəndə  onu  təbiət  gözəlliklərindən, 
dünya  gözəlliklərindən,  hətta  ilahi  gözəlliklərdən  də  yüksəkdə  tutur.  Biz  bunu 
―Başlama‖ rədifli qoşmasında aydın görürük:  
 
Abbas deyər: Pəri niqabı atdı, 
Camalın göstərdi, günü yubatdı, 
Ağ üzdə xalların Misri-nabatdı, 
Səkkiz cənnəti-rizvana yetiĢir.  
 
  


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
106 
 
Aşığın  məhəbbət  qoşmalarında,  gəraylılarında  elə  bir  rəvanlıq,  elə  bir 
duzluluq var ki, sözlərin gözəlliyi ifadələrin şirinliyi oxucunu valeh edir. Oxucu 
gözəlliyin və bu gözəlliyin əks olunduğu mənəvi paklığın harmoniyasına düşür. 
Oxucuda gözəlliyə qarşı incə zövqlülük təlqin olunur.   
Abbas  Tufarqanlı  məhəbbətdən  dediyi  sözləri  şövqnən  söyləmiş  və 
dinləyənlərin də ruhunu oxşayacağına inanmışdır:  
 
Götür sürməni çək qaĢına gəlsin, 
Çal əyri çalmanı baĢına gəlsin. 
Abbasın sözləri xoĢuna gəlsin, 
Hurilər qızından sayılan Pərim!  
  
 
Təsadüfi deyildir ki, aşığın bu gözələ qoşduğu qoşmalar dillər əzbəri olmuş, 
elin  yaddaşında  yaşamışdır.  Aşığın  vəfatından  sonra,  bəlkə  də  elə  aşığın  öz 
sağlığında  bu  qoşmalar  əsasında  məşhur  ―Abbas  və  Gülgəz‖  dastanı  yaran-
mışdır. Bu dastan ən gözəl məhəbbət dastanlarımızdan biridir. Bu gün də sevilə-
sevilə oxunur, dastançılarımız tərəfindən toylarda, el şənliklərində danışılır. 
 
 
 
                                                            


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə