Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 4(7), 2011



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə26/31
tarix31.10.2018
ölçüsü1,43 Mb.
#77343
1   ...   23   24   25   26   27   28   29   30   31

 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
87 
 
Bir  gün ələ almaz olsam mən sazım, 
Ərşə dirək-dirək çıxar mənim avazım. 
Dörd iş vardır hər qarındaşa lazım: 
Bir elm, bir kəlam, bir nəfəs, bir saz. 
 
Azərbaycan sazı  türkdilli xalqlar arasında  yayılmış  saz və  ona oxşar 
alətlərdən çalğı texnikası, akustikası baxımından özünəməxsus üstünlük-
ləri ilə seçilir. Sazın çanağı tut ağacının seçmə növlərindən, qolu isə qoz 
ağacından hazırlanır. Sazın hazırlanmasında hər şeydən əvvəl ağac mate-
rialının  keyfiyyətinə  diqqət  yetirilməlidir.  Məşhur  sazbənd  Xudunun 
oğlu,  bu sənətin ləyaqətli  davamçısı  Fərman Xuduoğlu bu barədə  belə 
deyir: “Usta gərək hər şeydən əvvəl işlədəcəyi ağac materialını seçə bil-
sin,  hər  ağacdan  saz  düzəltməsin.  Yəni  yaxşı  sənətkar  əvvəlcə  materialı 
seçməyi  bacarmalı,  sonra  işə  başlamalıdır.  Bu  da  ustadan  böyük  qabi-
liyyət tələb edir. Usta ağaca baxanda bilməlidir ki, bu ağacdan nə  çıxar. 
Bilməlidir ki, bu ağac güneydə (dəmyə yerdə) bitib, yoxsa quzeydə (sulu 
yerdə).  Bunların  möhkəmliyində  və  çəkisində  fərq  olur.  Əlbəttə,  dəmyə 
yerdə bitən ağac daha yaxşıdır. Sazın çanağında istifadə ediləcək taxtada 
bunlar mütləq nəzərə alınmalıdır. Amma bəzən görürsən ki, mən də saz-
bəndəm deyən biri hansısa ustadın düzəltdiyi sazı götürüb yüzdə yüz hər 
şeyi  (taxtanın qalınlığını və s.)  eynilə təkrarlayır. Daha nəzərə  almır ki, 
bu  ağac  hansı  mühitdə  böyüyüb,  onun  taxtasının  möhkəmliyi,  çəkisi 
necədir...” 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
88 
Saz düzəltmək üçün seçilən ağacın yaşına və hansı mühitdə - quzey-
də,  yoxsa  güneydə  yetişməsinə  mütləq  diqqət  yetirilməlidir.  Ağacın  ya-
şından çox şey asılıdır. Məşhur sazbəndlər hər ağacdan saz düzəltməyib, 
keyfiyyətli  ağac  materialı  üçün  el-el,  oba-oba  gəzib,  daha  çox  80-100 
yaşlı ağaclara üstünlük veriblər. Çanağın düzəldilməsində istifadə olunan 
tut ağacı kimi, sazın qolu düzəldilən qoz ağacının da quzeydə, yaxud gü-
neydə  bitməsi  nəzərə  alınmalıdır.  Tut  ağacı  ilə  qoz  ağacının  uzlaşması, 
bir-birinə uyğun gəlməsi də vacib şərtdir. Yəni müxtəlif şəraitdə yetişmiş 
ağaclardan taxtanı eyni qalınlıqda yonmaq olmaz. Ağacın məsamələrinə 
əsasən taxtanın (qabırğaların) çəkilmə istiqaməti xüsusi rol oynayır. Qa-
bırğalarda məsamələr ya perpendikulyar, ya da maili olmalıdır. Quzeydə 
bitən ağacdan alınan taxta güneydə bitən ağacınkına nisbətən nazik olma-
lıdır. Güneydə bitən ağac yaxşı qaralır, qurutduqdan sonra onu istənilən 
formaya  salmaq  olur.  Quzeydə  bitən  ağaclar  isə  sulu  olduğundan  yaxşı 
qaralmır, əyilməyə meyilli olur. Adicə barmağın tərindən canına su çəkir.  
Saz düzəltmək üçün seçilmiş 
ağacın  kəsilmə  vaxtı  mütləq  nə-
zərə  alınmalıdır.  Kəsilən  ağac 
qabığı  soyulmadan  kölgədə,  gün 
dəymədən  ən  azı  8-10  il  quru-
dulmalıdır.  Gərək  ağac  yazda 
torpaqdan  canına  su  çəkməmiş 
kəsilsin. Ümumiyyətlə, ağacların 
şirəvermə  dərəcəsi  ən  çox  yan-
var,  fevral  aylarında  azalır.  Ça-
nağın hazırlanması üçün nəzərdə 
tutulmuş  ağacı  da  bu  aylarda 
kəsmək  lazımdır.  Bu  onunla 
əlaqədardır  ki,  şirəsi  çox  olan 
ağacdan  hazırlanmış  çanaq  bir 
qədər  quruduqdan  sonra  çatlayır 
və yaxud deformasiyaya uğrayır. 
Çanaq  yonulduqdan  sonra  uzun 
müddət xüsusi temperaturda, qa-
ranlıq  yerdə  ən  azı  2-3  il  quru-
dulmalıdır. 
İstənilən  çalğı  alətinin,  o  cümlədən  sazın  çanağını  hazırlamaq  üçün 
kəsilmiş  ağac  gövdəsini  ikiyə  bölüb,  özəyi  çıxarmaq  lazımdır.  Təcrübə 
göstərir ki, yaşı çox və özəyi boş olan ağacdan istifadə etmək məqsədə-
uyğundur. 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
89 
Sazbəndlər Kövrək Murad və Bafəli Adıgözəlov da saz düzəltmə-
yin vacib şərtlərindən danışarkən deyirlər ki,  saz düzəltmək üçün istifadə 
olunan tut və qoz ağacları nə qədər yaşlı olsa, bir o qədər yaxşıdır.  
Tut  ağacından  50  sm-lik  götük  kəsdikdən  sonra  onu  4  hissəyə  böl-
mək lazımdır ki,  tərsini, avandını biləsən. Ağacın  gün döyən tərəfindən 
sazın sinəsi üçün istifadə etmək lazımdır. Geridə qalanlardan isə qabırğa 
üçün istifadə etmək olar. Yeri gəlmişkən, bəzən qabırğa düzəltmək üçün 
qaraağac, çinar və gilasdan da istifadə edənlər olsa da, bu ağacların  heç 
birindən  alınan  taxtanın  əyilmə  effekti  tut  ağacındakı  kimi  olmur.  Qoz 
ağacını isə 1 m uzunluqda kəsmək lazımdır ki, qurudarkən uclarda əmələ 
gələn çatları kəsib götürdükdən sonra qol düzəltmək üçün normal uzun-
luq qalsın. Sazı düzəldərkən hər bir hissənin ölçülərinə diqqət etmək də 
vacib şərtdir, yəni bunların da öz standartları var. 
Beçə  (qolu  çanağa  birləşdirən  hissə),  qol,  aşıqlar  və  sazı  beçəyə  və 
içəri yamşağa birləşdirən ağac çüylər (mismar əvəzi ağacdan düzəldilən 
hissələr) qoz ağacından olur. Tut ağacından isə sazın çanağı – qabırğalar 
və  sinə  düzəldilir. Ana qabırğanın  qalınlığı  5  mm  olmalıdır, hündürlüyü 
isə  sazın  çanağının  böyük  və  ya  kiçikliyindən  asılıdır.  Ana  sazın  ana 
qabırğasının bir ucunda  eni  12-14 sm, o biri ucda isə 4-5 sm olmalıdır. 
Bala qabırğalar isə 5-6 sm enində olsa kifayətdir. 
 
 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə