Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 4(7), 2011



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə25/31
tarix31.10.2018
ölçüsü1,43 Mb.
#77343
1   ...   21   22   23   24   25   26   27   28   ...   31

 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
84 
 
AġIQ ƏLƏSGƏRƏ 
 
Sən bir sənət dahisisən,  
Mən sənin övladın, ustad!  
Ömür boyu ürəyimdə, 
Həkk olubdur adın, ustad! 
 
Mən cavanam, sən ulusan, 
Qəlbi inciylə dolusan.  
Aşıqların haqq yolusan
Sönməz günəş oldun, ustad! 
 
Əhmədəm, xoş niyyətim var, 
Səninlə bir söhbətim var.  
Bu qədər ki, qüdrətin var
Kim olub ustadın, ustad?!  
 
 
 GƏRƏKDĠR 
 
Birlə beşdə fərq bilməyən insana,  
Əlli nə gərəkdir, yüz nə gərəkdir! 
Ağıllılar məsləhətə tez yatır, 
Ağılsıza yaxşı söz nə gərəkdir!  
 
Vaxt səni salmamış ilməşik tora, 
Pisliyə nifrət et, yaxşılıq ara.  
Həyatı dərindən duymayanlara,  
Doğru nə gərəkdir, düz nə gərəkdir!  
 
Əhməd, zəhmətilə dolansın hərə, 
Hamı şöhrət tapır ağlına görə.  
Sabahı bu gündən görməyənlərə,  
Hər şeyi tərs görən göz nə gərəkdir!  
 
 
GÖZƏLDĠR  
 
Nə kənddən doyuram, nə də şəhərdən, 
Şəhər də gözəldir, kənd də gözəldir!  
Ağzının dadını bilən insana, 
Noğul da gözəldir, qənd də gözəldir!  
 
Sən xeyir gözləmə hərcayi kəsdən, 
Uzaq ol namərddən, yan keç xəbisdən.  
Arayıb seçməyə yaxşını pisdən, 
Fəhm də gözəldir, zənd də gözəldir!  
 
Yaxşı olar dost qədrini biləndə,  
İllər boyu bir danışıb güləndə.  
Aşıq Əhməd, söz ürəkdən gələndə
Misra da gözəldir, bənd də gözəldir! 
 
 
DÜġMƏSĠN 
 
Çağırıldığın bir məclisə gedəndə,  
Elə danış, sözün yekə düşməsin.  
Sadə danış, sadə otur, sadə dur, 
Ağzın çox yoxuşa-dikə düşməsin.  
 
Gör necə parlaqdır günəşin üzü, 
Dağıdır zülməti, açır gündüzü.  
Qiymətli gövhərtək danış hər sözü,  
Üstünə toz qonub, ləkə düşməsin.  
 
Sözdədir xəyalın yetdiyi hünər, 
Sözlə insan ömrü gülşənə dönər.  
Əhməd, insan sözlə ucalar, enər, 
Sadə danış, işin bərkə düşməsin.  
 
GƏRƏK 
 
Söz var ki, qaytarıb udmasan olmaz, 
Söz var, məqamında deyəsən gərək.  
Şəkər dərd verərsə, yeməsən xoşdur, 
Zəhər şəfa versə, yeyəsən gərək.  
 
Gözün var, ağlın var, bil sərhədini, 
Naqabil söz deyib aşma həddini.  
Vüqarla tutsan da sən öz qəddini, 
Qocaya, mərdə baş əyəsən gərək.  
 
Əhməd, götür sazı, gəldi söz dəmi, 
Yoxla pərdələri, düzəlt zil-bəmi.  
Gülünc olmamaqçün yoluq qaz kimi,  
Elin geydiyindən geyəsən gərək.  


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
85 
 
TAPILMAZ  
 
Şər işdən şər törər, xeyirdən xeyir
Xeyirxah adamdan ziyan tapılmaz.  
Dost-aşnanı yada salıb anmasan, 
Sənin də dərdini duyan tapılmaz.  
 
El ilə düz dolan, hörmətlə yaşa,  
Səni xoş əməlin qaldırar başa.  
Süfrən bağlı olsa qohum-qardaşa, 
Sənə tikəsini qıyan tapılmaz.  
 
Əhməd, mərdlik olsun eşqin, həvəsin, 
Hər işdə el sənə afərin desin. 
Çalış təmiz adın ləkələnməsin, 
Ömür ləkəsini yuyan tapılmaz.  
 
ƏYĠLMƏSĠN 
 
Kişi gərək mərd yaşasın, 
Hər yetənə əyilməsin!  
Elm oxusun, sənət seçsin
İş bacarmır deyilməsin.  
 
Könlü haqqa qüvvət versin,  
Əsrimizə sürət versin.  
Günəş olub həyat versin, 
Dalda qalıb “döyülməsin”.  
 
Əhməd kimi söhbət açsın, 
Çıraq olub şölə saçsın.  
Bəd əməldən uzaq qaçsın, 
Namərd olub söyülməsin!  
 
 
TANI 
 
Könül, dost axtarıb yar seçən zaman,  
Demirəm, gözündən-qaşından tanı.  
Yoxla ilqarını, dəyanətini,  
Onu əməlindən, işindən tanı.  
 
Bağban şöhrət tapar bağça-barından,  
İgid cürətindən, dağlar qarından.  
Elin adətini adamlarından, 
Ağacda yuvanı quşundan tanı.  
 
Əhməd, bir süfrə aç söz sənətindən
Hamı ləzzət alsın xoş nemətindən.  
Hakimi hökmündən, ədalətindən, 
İli baharından, qışından tanı.  
 
 
 
 
 
 
 
 
  
 
 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
86 
SAZIMIZ – SAZBƏNDİMİZ 
 
 
 
 
 
Musa NƏBĠOĞLU  
 
 
 
 
 
 
XALQIMIZIN QƏDĠM VƏ 
ÖLMƏZ SƏNƏTĠ – SAZBƏNDLĠK 
 
Simli çalğı alətlərinin  yaranmasına dair bir çox əfsanələr vardır. Bir 
rəvayətə görə, qartalın parçaladığı heyvanın bağırsaqları ağacın budaqla-
rına  dolaşır,  quruyub  tarıma  çəkilmiş  bağırsaq  külək  əsdikcə  titrəyərək 
müxtəlif  səslər verməyə başlayır və bu səsləri eşidən qədim insanlar ilk 
simli çalğı alətlərini yaradırlar. 
Burada  müəyyən  qədər  həqiqətəuyğunluq  var.  Belə  ki,  tarixən  simli 
çalğı alətlərinin gövdəsi, qolu və kəlləsi müxtəlif ağac növlərindən, sim-
ləri  və  qoluna  bağlanmış  pərdələri  isə  müəyyən  üsullarla  heyvan  bağır-
sağından hazırlanıb. 
Saz təzənə (mizrab) ilə çalınan simli musiqi alətidir. O, ulu ozan sə-
nətinin  davamçısı  olan  aşıq  və  saz-söz  sənətinin  ayrılmaz  tərkib  hissə-
sidir. 
Türk  mənəviyyatının  rəmzlərindən  biri  olan  saz  və  sinkretik,  yəni 
özündə çalğı, oxuma, şeir demə, söz və dastan ifaçılığı, aktyorluq və rəqs 
(plastika)  sənətlərini  birləşdirən  saz-söz  sənəti  Azərbaycan  milli  mədə-
niyyətinin ən qədim qatları ilə bağlıdır. Qədim türkdilli xalqlarda şaman, 
qam,  oyun,  baxşı,  yanşaq,  varsaq  və  nəhayət,  ozan  kimi  tanınan  sənət-
karlar bugünkü aşığın əcdadları sayılırlar. Ozan sənəti əsrlər boyu böyük 
təkamül  yolu  keçərək  aşıq  sənətinə  çevrildiyi  kimi,  qopuz  da  ona  oxşar 
təkamül yolu keçərək saz aləti şəklini almışdır. 
Saz artıq Şah İsmayıl Xətainin dövründə (XVI əsr) indiki şəklini al-
mışdı. Şah İsmayıl Xətainin könül oxşayan qoşmalarının birində saz belə 
tərənnüm edilir: 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə