OZAN DÜNYASI № 4(7), 2011
97
Könül istər şirin dili,
Dər Keytidə hər bir gülü.
Zod, Nərmanlı, Göyçə gölü,
Bəzən, şimşək çaxanda gəl.
Canəhməddən, Ağyoxuşa,
Zərkənddən də Qayabaşa,
Gödəkbulaq xoş tamaşa,
Bahar qışı yıxanda gəl.
Basarkeçər üzük qaşı,
Yarpızlı tarix yaddaşı.
Zal nəsili el sirdaşı,
Düşmən qorxub qaçanda gəl.
Sarıyaqub, Qaraqoyun,
Bu diyardan öyrən oyun.
Bulaqlardan su iç, yuyun,
Aran səni sıxanda gəl.
Asta keç sən Ağkilsədən,
Sazın səsi gəlir hərdən.
İsmixandan, Haqverdidən,
Şeirə şölə saçanda gəl.
Burda olmuş Növrəs İman,
Nərmanlıda şair Bəhman.
Aşıqlardan ilham alsan,
Şirin layla çalanda gəl.
Çaxırlıdan sərin su iç,
Ağzıbirdən o səmtə keç.
Axtarmaqdan doymaram heç,
Eşq sinənə çaxanda gəl.
Hacımuğanın gözəl yazı,
Ağbulaqdan götür sazı.
Toxlucadan seç Eyvazı,
Meyli saza axanda gəl.
Həzin-həzin əsir külək,
Güllərini şeh öpərək.
Qonağımsan, demə görək,
Gün dağlara yaxanda gəl.
Qızılvəngli Aşıq Alı,
Fəxr edir Göyçə mahalı.
Bəndə salmışdı Yığvalı,
Qarsda meydan açanda gəl.
Axtar mərdi, dost tutanı,
Bu diyarı yaxşı tanı.
Arxayın gəz Subatanı,
Gün dağlara yaxanda gəl.
Gəz Göyçəni başdan-başa,
Qon kəklik tək daşdan-daşa.
Zəki İslam, yaşdan yaşa
Ömür yolu axanda gəl.
II hissə
Mən Göyçəni Göyçə kimi,
Düz qələmə almamışam.
Bax, aradan qırx il keçib,
Doğru qələm çalmamışam.
Min doqquz yüz altmış altı,
Niyə halı olmamışam?
İndi isə ikin min altı,
Bir kamala dalmamışam.
Göyçəni güney tərəfdən,
Altmış altıda yazmışam.
O tay deyilən qüzeydən,
Yan keçib yolum azmışam.
Min doqquz yüz qırx səkkizi,
Könüllü köçkün yozmuşam.
Amma belə deyilmiş bu,
Yaman nankor olmuşam.
OZAN DÜNYASI № 4(7), 2011
98
Göz dağıydı millətimə,
Yuxarı, Aşağı Zağa.
Çamırlıdan, Tüstülüdən,
Mollalıdan dönüb sağa.
İki Gözəldərə kəndi,
Zülümlərə qaldı, qağa.
Qızılxaraba kəndində,
Min evdən xəbər almışam.
Baş Qaraqoyun, Zolağac,
Əliqırıx kəndi gözəl.
Abdalağalı, Qaranlıq,
Aşağı Qaranlıq əzəl.
Böyük, Kiçik Adyamanlar,
Kürdxaraba olmuş xəzəl.
Mədinədi babam yurdu,
Yanıq kənddən gəlməmişəm.
Böyük Dəlikdaş, Təzəkənd,
Ah-nalədən oda yandı.
Kiçik Dəlikdaş, Gölkənd,
Qar-boranda qana qandı.
Hətəmxanlı, Vəlağalı,
Kəsikbaş da adın andı.
Güzəciklə, Qulalının,
Ah-naləsin unutmuşam.
Qırmızı kəndlə Qışlağı,
Babalarım yurda seçib.
Kərim kəndi Sarıxanla,
Başkəndi də orda seçib.
Paşa kəndi, Paşalar,
Kosaməmməddən xan keçib.
Nər düzü Nərədüzü də,
Şeiriyyətdə yanıltmışam.
Hər tərəfi cənnətməkan,
Kəvəri unutmaq olmaz.
Kəvər şəhəriydi, şəhər,
Əyrivəngi qatmaq olmaz.
Ağqalanın bağ baxçası,
Quylu kənddən doymaq olmaz.
Ağzıbirlə, Hacımuğan,
Azadxarabada solmuşam.
Hacımuğan Haq-taladan,
Baba yurdum, Baba yaylaq.
Rəhimkənd, Əfəndi, Bığlı,
Ördəklini bolluq sayaq.
Yelenovka Çıvıxlıyla,
Abdal-Gülablı şah oylaq.
Çalmalıynan Şişpiləkənə,
Bir səthi qələm çalmışam.
Yarpızlı, Alçalı, Şəhriz,
Adyamanın adı hanı?
Gödəkbulaq Atdaşıyla,
Qızılbulaq, Şır-şır şanı.
Yurdları xaraba qoydu,
Min doqquz yüz beş tufanı.
On səkkizi, qırx səkkizi,
Səksən səkkizdə qanmışam.
Soyqırımı törədənlər,
Ermənidi, haray salır.
Dənizdən dənizə mənim,
Deyə-deyə yazıqlanır,
Arxası çox qüvvəlidi,
Müvəqqəti əl də çalır.
Zəki İslam, haqq oyaqdı,
Haqqa pənah aparmışam.
OZAN DÜNYASI № 4(7), 2011
99
Araz YAQUBOĞLU
“Qızıl qələm” mükafatı laureatı
AġIQ ORUCUN
SAZLI-SÖZLÜ DÜNYASI
Ustad sənətkarın ömrü onun daşıyıcısı olduğu sənətin ömrü qədər
olur. Aşıq sənəti “sələfdən-xələfə, ustaddan-şagirdə keçə-keçə bir
zəncirin həlqələri kimi uzaq əyyamların sirrini-sorağını telli sazda əks-
sədaya çevirən sənət məbədi olmuşdur”.
1
Bu sahənin inkişafında xidməti olan aşıqlardan Aşıq Vəlinin və xü-
susən də onun oğlu Aşıq Orucun adını iftixarla çəkmək olar. Oruc Vəli
oğlu Əhmədov 1920-ci il martın 20-də Göyçə mahalının Yarpızlı kən-
dində dünyaya gəlib. Anasının adı Qəndab olub. Atası Vəli (1854-1929)
Əhməd oğlu Göyçə mahalında və Azərbaycanın digər bölgələrində ta-
nınmış aşıq olmuşdur. Ustadı Aşıq Alıdan mükəmməl dərs alan Aşıq Vəli
uzun zaman Aşıq Qulu (1860-1935) ilə birgə məclislər yola salmışdır. O,
Azərbaycanın əksər bölgə və mahallarında keçirdiyi toylarda oxuduğu
mahnılar və söylədiyi dastanlarla el-obanın hörmətini qazanmışdır. Aşıq
Vəli böyük maarifpərvər yazıçı, dramaturq Nəcəf bəy Vəzirovla dost
olmuş, dəfələrlə Qarabağda, Dilican bölgəsində onun apardığı toy və
məclislərdə iştirak etmiş, “Hacı Qənbər” komediyasında Aşıq Vəli ob-
razını yaratmışdır. Aşıq Vəlinin “səsi o dərəcədə zil və güclü imiş ki,
yandırılan otuzluq lampaları, çıraqları belə keçirə bilirmiş”.
2
Atası Vəli vəfat etdikdən sonra Oruc onun sazını susmağa qoymamış,
çalıb-oxumağa başlamışdır. O, bir neçə il Aşıq İbrahim Alışan oğlu
İsgəndərovun şəyirdi olub və sonra müstəqil olaraq aşıqlığa başlayıb.
Professor Qara Namazov “Aşıqlar” kitabında Aşıq Orucun haqqında
yazır: “1939-cu ildən müstəqil aşıqlığa başlayan Oruc Göyçə aşıq mək-
təbinin çox çətin imtahanlarından keçib. Həm məlahətli səsi, saz tutma
məharəti, həm də şair aşıq kimi tanınmışdır”. Qara müəllim kitabda
1
Qara Namazov, “Aşıqlar” I kitab, Bakı, “Səda” 2004. səh.3.
2
Azad Ozan Kərimli, “Göyçə aşıq məktəbi”, “Musiqi dünyası” jurnalı, №2(3), 2000.
səh.83.
Dostları ilə paylaş: |