Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 4(7), 2011



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə29/31
tarix31.10.2018
ölçüsü1,43 Mb.
#77343
1   ...   23   24   25   26   27   28   29   30   31

 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
97 
Könül istər şirin dili
Dər Keytidə hər bir gülü.  
Zod, Nərmanlı, Göyçə gölü, 
Bəzən, şimşək çaxanda gəl.  
 
Canəhməddən, Ağyoxuşa, 
Zərkənddən də Qayabaşa,  
Gödəkbulaq xoş tamaşa
Bahar qışı yıxanda gəl.  
 
Basarkeçər üzük qaşı, 
Yarpızlı tarix yaddaşı.  
Zal nəsili el sirdaşı, 
Düşmən qorxub qaçanda gəl.  
 
Sarıyaqub, Qaraqoyun,  
Bu diyardan öyrən oyun.  
Bulaqlardan su iç, yuyun,  
Aran səni sıxanda gəl.  
 
Asta keç sən Ağkilsədən, 
Sazın səsi gəlir hərdən.  
İsmixandan, Haqverdidən,  
Şeirə şölə saçanda gəl.  
 
Burda olmuş Növrəs İman, 
Nərmanlıda şair Bəhman.  
Aşıqlardan ilham alsan, 
Şirin layla çalanda gəl.  
 
Çaxırlıdan sərin su iç
Ağzıbirdən o səmtə keç.  
Axtarmaqdan doymaram heç, 
Eşq sinənə çaxanda gəl.  
 
Hacımuğanın gözəl yazı,  
Ağbulaqdan götür sazı.  
Toxlucadan seç Eyvazı, 
Meyli saza axanda gəl.  
 
Həzin-həzin əsir külək, 
Güllərini şeh öpərək.  
Qonağımsan, demə görək,  
Gün dağlara yaxanda gəl.  
 
Qızılvəngli Aşıq Alı,  
Fəxr edir Göyçə mahalı.  
Bəndə salmışdı Yığvalı, 
Qarsda meydan açanda gəl.  
 
Axtar mərdi, dost tutanı, 
Bu diyarı yaxşı tanı.  
Arxayın gəz Subatanı, 
Gün dağlara yaxanda gəl.  
 
Gəz Göyçəni başdan-başa, 
Qon kəklik tək daşdan-daşa.  
Zəki İslam, yaşdan yaşa 
Ömür yolu axanda gəl.  
 
 
II hissə 
 
Mən Göyçəni Göyçə kimi
Düz qələmə almamışam.  
Bax, aradan qırx il keçib, 
Doğru qələm çalmamışam.  
Min doqquz yüz altmış altı, 
Niyə halı olmamışam?  
İndi isə ikin min altı, 
Bir kamala dalmamışam.  
 
Göyçəni güney tərəfdən, 
Altmış altıda yazmışam. 
O tay deyilən qüzeydən, 
Yan keçib yolum azmışam.  
Min doqquz yüz qırx səkkizi, 
Könüllü köçkün yozmuşam.  
Amma belə deyilmiş bu, 
Yaman nankor olmuşam.  


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
98 
 
Göz dağıydı millətimə, 
Yuxarı, Aşağı Zağa.  
Çamırlıdan, Tüstülüdən, 
Mollalıdan dönüb sağa. 
İki Gözəldərə kəndi
Zülümlərə qaldı, qağa.  
Qızılxaraba kəndində, 
Min evdən xəbər almışam.  
 
Baş Qaraqoyun, Zolağac, 
Əliqırıx kəndi gözəl.  
Abdalağalı, Qaranlıq, 
Aşağı Qaranlıq əzəl.  
Böyük, Kiçik Adyamanlar, 
Kürdxaraba olmuş xəzəl.  
Mədinədi babam yurdu, 
Yanıq kənddən gəlməmişəm.  
 
Böyük Dəlikdaş, Təzəkənd,  
Ah-nalədən oda yandı.  
Kiçik Dəlikdaş, Gölkənd, 
Qar-boranda qana qandı.  
Hətəmxanlı, Vəlağalı,  
Kəsikbaş da adın andı. 
Güzəciklə, Qulalının, 
Ah-naləsin unutmuşam.  
 
Qırmızı kəndlə Qışlağı, 
Babalarım yurda seçib.  
Kərim kəndi Sarıxanla, 
Başkəndi də orda seçib.  
Paşa kəndi, Paşalar, 
Kosaməmməddən xan keçib. 
Nər düzü Nərədüzü də, 
Şeiriyyətdə yanıltmışam.  
 
Hər tərəfi cənnətməkan, 
Kəvəri unutmaq olmaz.  
Kəvər şəhəriydi, şəhər, 
Əyrivəngi qatmaq olmaz.  
Ağqalanın bağ baxçası,  
Quylu kənddən doymaq olmaz.  
Ağzıbirlə, Hacımuğan, 
Azadxarabada solmuşam.  
 
Hacımuğan Haq-taladan,  
Baba yurdum, Baba yaylaq.  
Rəhimkənd, Əfəndi, Bığlı, 
Ördəklini bolluq sayaq.  
Yelenovka Çıvıxlıyla, 
Abdal-Gülablı şah oylaq.  
Çalmalıynan Şişpiləkənə, 
Bir səthi qələm çalmışam.  
 
Yarpızlı, Alçalı, Şəhriz, 
Adyamanın adı hanı?  
Gödəkbulaq Atdaşıyla, 
Qızılbulaq, Şır-şır şanı. 
Yurdları xaraba qoydu, 
Min doqquz yüz beş tufanı.  
On səkkizi, qırx səkkizi, 
Səksən səkkizdə qanmışam.  
 
Soyqırımı törədənlər, 
Ermənidi, haray salır. 
Dənizdən dənizə mənim
Deyə-deyə yazıqlanır, 
Arxası çox qüvvəlidi, 
Müvəqqəti əl də çalır.  
Zəki İslam, haqq oyaqdı, 
Haqqa pənah aparmışam.   
 
 
 
 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
99 
 
Araz YAQUBOĞLU
 
 
“Qızıl qələm” mükafatı laureatı 
 
 
AġIQ ORUCUN  
SAZLI-SÖZLÜ DÜNYASI 
 
 
Ustad  sənətkarın  ömrü  onun  daşıyıcısı  olduğu  sənətin  ömrü  qədər 
olur.  Aşıq  sənəti  “sələfdən-xələfə,  ustaddan-şagirdə  keçə-keçə  bir 
zəncirin  həlqələri  kimi  uzaq  əyyamların  sirrini-sorağını  telli  sazda  əks-
sədaya çevirən sənət məbədi olmuşdur”.
1
 
Bu  sahənin  inkişafında  xidməti  olan  aşıqlardan  Aşıq  Vəlinin  və  xü-
susən  də  onun  oğlu  Aşıq  Orucun  adını  iftixarla  çəkmək  olar.  Oruc  Vəli 
oğlu  Əhmədov  1920-ci  il  martın  20-də  Göyçə  mahalının  Yarpızlı  kən-
dində dünyaya gəlib. Anasının adı Qəndab olub. Atası Vəli (1854-1929) 
Əhməd  oğlu  Göyçə  mahalında  və  Azərbaycanın  digər  bölgələrində  ta-
nınmış aşıq olmuşdur. Ustadı Aşıq Alıdan mükəmməl dərs alan Aşıq Vəli 
uzun zaman Aşıq Qulu (1860-1935) ilə birgə məclislər yola salmışdır. O, 
Azərbaycanın  əksər  bölgə  və  mahallarında  keçirdiyi  toylarda  oxuduğu 
mahnılar və söylədiyi dastanlarla el-obanın hörmətini qazanmışdır. Aşıq 
Vəli  böyük  maarifpərvər  yazıçı,  dramaturq  Nəcəf  bəy  Vəzirovla  dost 
olmuş,  dəfələrlə  Qarabağda,  Dilican  bölgəsində  onun  apardığı  toy  və 
məclislərdə  iştirak  etmiş,  “Hacı  Qənbər”  komediyasında  Aşıq  Vəli  ob-
razını  yaratmışdır.  Aşıq  Vəlinin  “səsi  o  dərəcədə  zil  və  güclü  imiş  ki, 
yandırılan otuzluq lampaları, çıraqları belə keçirə bilirmiş”.
2
 
Atası Vəli vəfat etdikdən sonra Oruc onun sazını susmağa qoymamış, 
çalıb-oxumağa  başlamışdır.  O,  bir  neçə  il  Aşıq  İbrahim  Alışan  oğlu 
İsgəndərovun şəyirdi olub və sonra müstəqil olaraq aşıqlığa başlayıb.  
Professor Qara Namazov “Aşıqlar” kitabında Aşıq Orucun haqqında 
yazır: “1939-cu ildən müstəqil aşıqlığa başlayan Oruc Göyçə aşıq  mək-
təbinin  çox  çətin  imtahanlarından  keçib.  Həm  məlahətli  səsi,  saz  tutma 
məharəti,  həm  də  şair  aşıq  kimi  tanınmışdır”.  Qara  müəllim  kitabda 
                                                 
1
 Qara Namazov, “Aşıqlar” I kitab, Bakı, “Səda” 2004. səh.3. 
2
 Azad  Ozan  Kərimli,  “Göyçə  aşıq  məktəbi”,  “Musiqi  dünyası”  jurnalı,  №2(3),  2000. 
səh.83. 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə