Ədəbiyyat, sənət və fikir dərgisi



Yüklə 5,18 Kb.

səhifə1/31
tarix31.10.2018
ölçüsü5,18 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   31


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 

 
AZƏRBAYCAN AġIQLAR BĠRLĠYĠ 
  
 
 
 
           
 
 
 
 
 
 
 
 
OZAN DÜNYASI 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
№ 4(7)  
2011


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 

 
Ozan dünyası                                                №4 (7), 2011 
 
Təsisçi: 
AZƏRBAYCAN AġIQLAR BĠRLĠYĠ 
  
Məsləhətçilər: 
 
Zəlimxan YAQUB 
Xalq şairi 
Məhərrəm QASIMLI 
professor 
 
 
Baş redaktor: Musa NƏBĠOĞLU 
 
 
REDAKSİYA HEYƏTİ: 
 
Həsən Mirzə 
Nizami Cəfərov 
Qənirə Paşayeva 
Qəzənfər Paşayev 
Qara Namazov 
   Sədnik Paşayev 
   İsmayıl Məmmədli 
   Seyfəddin Qəniyev 
   Elxan Məmmədli 
   İlyas Tapdıq 
Məmməd Aslan 
Ədalət Nəsibov 
İsfəndiyar Rüstəmov 
Seyfəddin Altaylı (Türkiyə) 
Nizaməddin Onk (Almaniya) 
Çingiz Mehdioğlu (İran) 
İrfan Nəsrəddinoğlu (Türkiyə) 
Məhərrəm Сəfərli (Naxçıvan) 
Osman Əhmədoğlu (Gürcüstan) 
 
 
 
 
Ünvan: Bakı, Zərifə Əliyeva küç. 21 
Əlaqə telefonları: 
( + 994 12) 493 86 61 
 (+994 50) 345 36 52 
 
Dərgidə gedən hər yazıdan sorumlu müəllifin özüdür. 
 
 
 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 

 
 
 
 
 
 
 
AġIQ ƏLƏSGƏR – 190 
 
DƏDƏ ƏLƏSGƏRĠN 
SAZ BAYRAMI, SÖZ BAYRAMI 
 
   Dekabrın  14-də  Heydər  Əliyev  Sarayında  Mədəniyyət  və  Turizm 
Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Azərbay-
can aşıq poeziyasının görkəmli nümayəndəsi, haqq aşığı Aşıq Ələsgərin 
anadan olmasının 190 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi. 
Tədbiri  Mədəniyyət  və  Turizm  naziri  Əbülfəs  Qarayev  açaraq  Aşıq 
Ələsgərin  190  illik  yubileyinə  Türkiyə,  İran,  Gürcüstan  və  Dağıstandan 
(Rusiya) təşrif buyurmuş aşıqları və bütün təbdir iştirakçılarını salamladı. 
Azərbaycan aşıq sənətinin təbliği və inkişafına dövlətin diqqət və qayğı-
sından  danışan  nazir  bu  sahədə  Heydər  Əliyev  Fondunun  prezidenti, 
UNESCO  və  İSESCO-nun  xoşməramlı  səfiri  Mehriban  xanım  Əliyeva-
nın  müstəsna  rolu  olduğunu  vurğuladı.  Qeyd  olundu  ki,  2009-cu  ildə 
Azərbaycan aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahı-
sına  daxil  edilməsi  xalqımızın  bu  ölməz  sənətinin  haqlı  olaraq  dünya 
mədəniyyət inciləri sırasında özünə layiq  yer tutduğunu göstərir: “Milli-
mənəvi  dəyərlərin  təbliğində  və  inkişafında  müstəsna  xidmətləri  olmuş 
xalqımızın  ümummilli  lideri  Heydər  Əliyevin  təşəbbüsü  ilə  Aşıq  Ələs-
gərin 150 və 175 illik yubileyləri dövlət səviyyəsində qeyd edilmişdir. Bu 
sahəyə həmişə dövlət qayğısı olmuş, aşıqlarımız, bu sahədə çalışan digər 
ifaçılar  fəxri  adlara  layiq  görülmüş,  onların  konsertləri  üçün  şərait 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 

yaradılmışdır.  2010-cu  ildə  Azərbaycan  qeyri-maddi  mədəni  irsinin, 
xüsusilə Azərbaycan aşıq sənətinin dünyada tanıdılmasına mühüm töhfə 
verən I Beynəlxalq Aşıq Festivalının keçirilməsi  də bu sənətə  göstərilən 
daimi 
diqqətin 
bariz 
nümunəsidir”.  
Nazir  çıxışında  ulu 
ozan  Dədə  Qorqudun 
xeyir-duası  ilə  əsrlərdən 
bəri  yol  gələn  aşıq  sənə-
tinin  azman  ustadların-
dan  Aşıq  Qurbaninin, 
Tufarqanlı  Abbasın,  Sarı 
Aşığın,  Xəstə  Qasımın, 
Aşıq Alının zəngin sənət 
nümunələri  ilə  aşıq  ədə-
biyyatının  zənginləşdiyi-
ni  qeyd  etdi,  190  illik 
yubileyi  qeyd  olunan  Aşıq  Ələsgəri  Azərbaycan  aşıq  sənətinin  zirvələ-
rindən  biri  kimi  dəyərləndirdi:  “Azərbaycan  aşıq  şeirinin  ən  böyük 
nümayəndələrindən hesab olunan Aşıq Ələsgər aşıq yaradıcılığının bütün 
sahələrinə  müraciət  etməklə  ədəbiyyatımızda  dərin  iz  buraxmışdır.  O, 
qeyri-adi  fitri qabiliyyəti sayəsində  yaratdığı  müxtəlif səpkili,  rəngarəng 
məzmunlu sənət inciləri ilə zirvəyə yüksəlmişdir”. 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 

   Qeyd  olundu  ki,  ustad  sənətkarın 
yaradıcılığı  haqqında  elmi-tədqiqat  iş-
ləri yazılmış, aşığın şeirlərinə mahnılar 
bəstələnmiş,  rəssamlar  tərəfindən  port-
retləri  işlənmişdir.  Aşıq  Ələsgər  yara-
dıcılığının vurğunu olan Hüseyn Həsə-
nov öz şəxsi mənzilində ustadın muze-
yini yaratmışdır. 
Yubiley  gecəsində  Xalq  artisti 
Afaq  Məlikovanın  rəhbərlik  etdiyi 
Azərbaycan  Dövlət  Rəqs  ansamblı,  Silahlı  Qüvvələrin  Mahnı  və  Rəqs 
ansamblı,  Əməkdar  mədəniyyət  işçisi,  Prezident  təqaüdçüsü  Aşıq 
İsfəndiyar  Rüstəmovun  rəhbərlik  etdiyi  Gədəbəy  aşıqlar  ansamblı, 
Ağstafa, Qazax və Tovuz aşıqları, Aşıq Əhliman Kəlbəcərlinin rəhbərlik  
etdiyi  Kəlbəcər  aşıqları,  “Aşıq  Pəri”  məclisinin  üzvləri  Gülarə  Azaflı, 
Telli  Borçalı  və  Zülfiyyə  İbadova,  Borçalı 
aşıqları  Ramin  Qarayev  və  Əşrəf  Təmirov, 
eləcə  də  Cahangir  Quliyev  və  Avdı  Musayev 
də  rəngarəng  çıxışları  ilə  yadda  qaldılar.  Dədə 
Ələsgərin  yubiley  gecəsinə  Cənubi  Azərbay-
candan təşrif buyurmuş aşıq Səlcuq Şahbazinin 
rəhbərlik  etdiyi  “Dədə  Qorqud”  aşıqlar  an-
samblının,  Təbriz  və  Qaradağ  aşıqları  Aşıq 
Məhbub  Xəlili,  Çingiz  Biriya,  Abbas  Məhəm-
mədi,  Zakir  Rabi,  Məhəmməd  və  Əli  Nəbati 
qardaşlarının  möhtəşəm  çıxışları  alqışlarla  qarşılandı.  Anadoludan 
Bakıyacan  yol  gələn  Aşıq  Fuad  Çərkəzoğlu  və  Aşıq  Qul  Nurinin  Aşıq 
Ələsgəri bədahətən vəsf  etmələri  gecəyə xüsusi rəng qatdı. Dərbənddən 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə