Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 4(7), 2011



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə7/31
tarix31.10.2018
ölçüsü1,43 Mb.
#77343
1   2   3   4   5   6   7   8   9   10   ...   31

 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
23 
Mardan şirə çəkib, daşdan keçərdin,  
Dəryalardan ləlü-gövhər seçərdin.  
Pərvazlanıb Qafdan-Qafa uçardın, 
Keçən günü yada sal, qoca baxtım.   
 
Təqdir üçün yaxşı deyil bu adət, 
Gah çox sevir, gah eyləyir xəcalət.  
İyidlər at vermir, gözəllər xələt, 
Gəlmir tənbəkiylə bal, qoca baxtım.   
 
Səksəni, doxsanı ötübdü yaşım, 
Qovğaya düşübdü bəlalı başım.  
Əzrayıl həmdəmim, məzar yoldaşım,  
Daha köç təblini çal, qoca baxtım.   
 
Ələsgər kəsilib səbrü aramdan, 
Oxlayıbsan, qanlar axır yaramdan.  
Sövdə qıl haqq ilə, əl çək haramdan,  
Halaldan mətləbin al, qoca baxtım.   
 
 
OLACAQDI 
 
Dedim, könül, içmə eşqin camını, 
İçsən, dünya sana dar olacaqdı.  
Ya dost olma, ya zəhmətdən incimə,  
Dost yolunda boran, qar olacaqdı.  
 
Aldanma dövlətə, uyma dünyaya,  
Kəsb eylə özünə halaldan maya.  
Zinakar, haramxor yetişməz baya, 
Dosta xain baxan kor olacaqdı.  
 
Sərgərdan qalmışam mən bu hesabla,  
Fələk qurğusuna əhsən, mərhaba!  
Novrəstə gözəllər tapmasın hava,  
Qönçənin həmdəmi xar olacaqdı.  
 
Hesabdarlar gələr, çəkər hesabı,  
Günahkarlar necə gətirər tabı?!  
Mizan, suali-Sirat, qəbir əzabı,  
Bu işlər qabaqda var, olacaqdı.  
 
 
Ələsgər, axtarma qüdrətin sirrin, 
Zülmətdə işıq var, acıda şirin.  
Zikr eylə dilində mərdlərin pirin,  
Qorxma, dar günündə yar olacaqdı.  
 
 
OLMAZ 
 
Arif məclisində bir söz söylərəm, 
Nə hədyan, nə çaşqın, nə qələt olmaz.  
Nütfədən pak olan, loğmadan halal, 
Mərifət elminə nabələd olmaz.  
 
Bir söz söyləyərəm, ariflər qanar,  
Müxənnətlər etdiyindən utanar.  
Varlıqda dost olma, yoxluqda kənar, 
“İyidəm” deyəndə bu adət olmaz.   
 
O dünyanı, bu dünyanı gözləyən, 
Həm savabı, həm üsyanı gözləyən, 
Namus qədri bilib, nanı gözləyən, 
İnşallah, heç yerdə xəcalət olmaz.  
 
Bir şəxsin sənəti istəmək ola
Səxavət eyləməz, Hatəm Tey ola.  
Dövlət tapa, gədalıqdan bəy ola,  
Başı ərşə çıxsa, ədalət olmaz.  
 
Ələsgər, mətləbin Xudadan istə, 
Kərəm olmaz müxənnəsdə, xəsisdə.  
Bəylik, göylük, səylik olan məclisdə, 
Qaç ki, orda xeyir-bərəkət olmaz.  
 
 
 
 
 
 
 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
24 
 
AŞIQ ƏLƏSGƏRİN  
HİKMƏT DÜNYASI 
 
Aşıq Ələsgər türk aşıq sənəti, aşıq 
poeziyası  tarixində  böyük  xidməti  olan 
şair  aşıqlarımızdandır.  O,  yaradıcılı-
ğında  müxtəlif  mövzulara  müraciət  et-
miş,  dərin  məzmunlu,  biri  digərindən 
gözəl sənət əsərləri yaratmışdır. Aşığın 
adının  dünya  ədəbiyyatı  klassikləri  ilə 
bir sırada çəkilməyə haqqı var. Şeirlə-
rində  ifadə  edilən  fikirlər  ümumbəşəri 
mahiyyətdədir.  O,  həm  də  bu  fikirləri 
özünəməxsus elə bir bədii şəkildə ifadə 
etmişdir ki, oxucu (dinləyici) heyrətlən-
məyə bilmir.  
Ailə-məişətdən tutmuş beynəlxalq aləmə qədər həyatda elə bir 
vacib məsələ yoxdur ki, aşıq ona toxunub münasibətini bildirməsin.  
Aşıq insanları ədalətli, mehriban, səxavətli, sədaqətli, işgüzar, 
qeyrətli, vətənpərvər, böyüklərə hörmət göstərən və s. gözəl ənənəvi 
keyfiyyətlər sahibi olmağa çağırır, pis əməllərin acı nəticələr verə-
cəyini onlara dönə-dönə xatırladır.  
Aşığın yaradıcılığına tərbiyəvi ruh hakimdir. Onun neçə-neçə 
bəndi, neçə-neçə beyti və misrası xalq arasında atalar sözləri kimi 
işlədilməkdədir.  “Can  deməklə  candan  can  əskik  olmaz”,  “Dosta 
xain baxan kor olacaqdı”, “Hər könül özünə bir padişahdı”, “Doğ-
ru  yola  əmək  çəksən,  zay  olmaz”,  “Tərəqqidən  təvəllüddü  tənəz-
zül”,  “Sayğısız  iyidi  düşmən  aldadar”  kimi  müdrik  sözlər  həyatın 
sınaqlarından  uğurla  çıxmış,  aşığın  dediklərini  təsdiq  etmişdir. 
Belə  qiymətli  kəlamlardan  bir  neçəsini  oxuculara  təqdim  etməyi 
özümüzə borc bildik.  
 
İslam ƏLƏSGƏR 
 
 
 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
25 
Ağılsız cahalı kirşan aldadar, 
Günü keçmiş qarı qız olmaz, olmaz.  
 
* * * 
Axund gərək əyri yola getməsin, 
Haqqın kəlamına yalan qatmasın.  
 
* * * 
Alçaqda dayan ki, çıxasan başa.  
 
 
* * * 
Alimin elmiylə helmi yarıdı.  
 
* * * 
Aşığın nisyəsi, namərd ilqarı, 
Desələr, inanma, düz olmaz, olmaz.  
 
* * * 
Aşıq olub diyar-diyar gəzənin
Əzəl başdan pür-kamalı gərəkdi.  
Oturub durmaqda ədəbin bilə, 
Mərifət elmində dolu gərəkdi.  
 
Xalqa həqiqətdə mətləb qandıra, 
Şeytanı öldürə, nəfsin yandıra.  
El içində pak otura, pak dura
Dalısınca xoş sədalı gərəkdi.  
 
* * * 
Baxt yatanda qohum-qardaş yad olu.  
 
* * * 
Bədəsildən hərgiz olmaz heç əsil.  
* * * 
Bəylik, göylük, səylik olan məclisdə, 
Qaç ki, orda xeyir-bərəkət olmaz.  
 
* * * 
Bir adamsan, bir adama namə yaz, 
Mahalı incidib, eldən danışma.  


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə