Ədəbiyyat, sənət və fikir dərgisi



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə10/31
tarix31.10.2018
ölçüsü1,43 Mb.
#77343
1   ...   6   7   8   9   10   11   12   13   ...   31

 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
38 
İllərin izi var xatirələrdə... 
 
 
 
 
Qəzənfər PAġAYEV 
filologiya elmləri 
doktoru, professor 
 
 
 
 
 
  AġIQ ġƏMġĠR HAQQINDA 
DÜġÜNCƏLƏRĠM 
 
Keçən  əsrin  ortaları,  daha  doğrusu  1956-cı  il  idi.  Kəndimiz 
yenicə plana köçmüş, evlərə işıq çəkilmiş, bütün evlər radiolaşdırıl-
mışdı. Kəndin radio qovşağı səhər-axşam Bakıya qoşulur, radionun 
sehri insanları ovsunlayırdı. Bir gün xəbər yayıldı ki, axşam radioda 
Aşıq  Şəmşir  oxuyacaq.  O  vaxtlar  bizim  bölgədə  insanların  mənəvi 
qidası  yalnız  kitablar  və  saz-söz  olduğundan  bütün  kəndi  maraq 
bürümüşdü. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib 
kəndimizə qayıdan dayım oğlu Zakir Xasıyev dedi ki, Aşıq Şəmşir 
Kəlbəcərdəndir. Səməd Vurğunun dostudur. Səməd Vurğunla deyiş-
məsi də var. İnsanların marağı daha da artdı. Əgər Aşıq Şəmşir dün-
ya şöhrətli şairimizlə deyişibsə, deməli, elə-belə aşıq deyil.  İntizarla 
axşamı  gözlədik.  Həmin  axşam  Aşıq  Şəmşir  dörd-beş  aşıq  mahnısı 
oxudu.  Onun  zil,  şaqraq  səsi  indi  də  qulaqlarımda  səslənir.O  vaxt-
dan  yarım  əsrdən  artıq  keçib.  Çox  şey  dəyişib.  Dəyişməyən  Aşıq 
Şəmşirə olan hörmət, ehtiram və məhəbbətdir. Şəmşir aşıq sənətinin 
ağırlığını çiyinlərində daşıyan, onu urvatlandıran aşıq-şair kimi za-
man keçdikcə xalqın gözündə ucaldı, saz-söz pərəstişkarlarının qəl-
bində Dədə mərtəbəsinə yüksəldi. Coşqunluqla yazıb-yaradan, aşıq 
sənətini  inkişaf  etdirən  Qurbani,  Abbas  Tufarqanlı,  Xəstə  Qasım, 
Alı,  Ələsgər,  Molla  Cümə,  Hüseyn  Bozalqanlı  kimi  misilsiz  sənət-
karların  sırasında  dayandı.  Yeri  gəlmişkən  onu  da  bilmək  maraqlı 
olar  ki, Aşıq Şəmşirdən  sonra  aşıq sənətinin  memarlarının  sırasına 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
39 
yalnız  Mikayıl  Azaflı  qoşula  bildi.  Sağlığında  klassikləşən  hər  iki 
aşıq  təkcə  aşıq  sənətini  kamil  bilmələri  ilə  deyil,  eləcə  də  coşğun 
şairlik təbinə malik olmaları ilə seçiliblər. Təsadüfi deyil ki, hər iki 
aşıq tədqiqatçılar tərəfindən haqlı olaraq aşıq-şair deyə təqdim olu-
nurlar. 

da 
təsadüfi  deyil  ki, 
onların  hər  ikisi 
Yazıçılar  İttifaqı-
nın  üzvü  olub. 
Aşıq Şəmşir 1957-
ci  ildə,  Mikayıl 
Azaflı  isə  sonra-
lar. 
Aşıq Şəmşirə 
qüdrətli  qələm  sa-
hibləri: saz-söz sə-
nətini 
dərindən 
bilən, ömürlərini bu sənətin, bu sənəti yaradan və yaşadanların təd-
qiqinə  həsr  edən  alimlər,  şair  və  yazıçılar  sanballı  əsərlər  həsr 
ediblər.  Həmin  əsərləri  və  Şəmşirin  yaradıcılığını  nəzərdən 
keçirəndə  ürəyimə  ilk  gələn  o  oldu  ki,  fitri  istedad  sahibi  –  Azər-
baycanın ilk Xalq  şairi Səməd Vurğun kimin haqqında nə deyibsə, 
düz çıxıb. Aşıq Şəmşirin yaradıcılığını bir aşıq və şair olaraq yüksək 
qiymətləndirməsi,  şair  Osman  Sarıvəllidən  Şəmşir  haqqında  təd-
qiqat əsəri yazmasını təvəqqe etməsi də onun uzaqgörənliyindən xə-
bər  verirdi.  Aşıq  Şəmşirin  Dədə  Aşıqlar  dayanan  zirvədə  dayana-
cağını Səməd Vurğun şair fəhmi ilə əvvəlcədən görmüşdü. Maraqlıdır 
ki,  şair  zamanının  bütün  görkəmli  aşıqları  ilə  isti  münasibətdə 
olmuş,  onlarla  oturub-durmuş,  ölməz  aşıq  sənəti  barədə  söhbətlər 
etmişdir. Lakin onlarla deyişməmişdir.  
Aşıq Şəmşirlə saz-söz sənəti barədə söhbətlərdən, onun aşıq sə-
nətini dərindən bildiyinin şahidi olandan, aşığın təbli şair olduğunu 
görəndən sonra, indinin özündə belə aşıqların dillər əzbəri olan beş 
bənddən ibarət qoşma ilə deyişmişlər. Həmin deyişmənin ilk və son 
beytlərini oxuculara təqdim edirik. Qoy saz-söz xiridarları bir daha 
şahid  olsunlar  ki,  hər  iki  şairin  qoşmasında  məna  dərinliyi,  dilin 
şirinliyi, xalq ruhuna yaxınlıq adamı heyran edir. 
 
Səməd Vurğun:  
 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
40 
Aşıq Şəmşir, Dəlidağdan keçəndə, 
Kəklikli daşlardan xəbər al məni! 
Ceyran bulağından qızlar içəndə, 
Saz tutub, söz qoşub yada sal məni! 
Aşıq Şəmşir: 
 
Qoşqarla yanaşı duran adın var, 
Bizim el tanıyır uca dağ səni! 
Elimin, günümün böyük şairi
Bilirik şeirdə bir mayak səni! 
Səməd Vurğun: 
Bəxt məni bu yerə qonaq gətirdi, 
Gedirəm, yamandı ayrılıq dərdi. 
Demə, Səməd Vurğun gəldi-gedərdi
Unutmaz bu oba, bu mahal məni! 
Aşıq Şəmşir: 
Şəmşirlə görüşün qaldı yadigar, 
Unutmaz, nə qədər canında can var. 
Səndən dərs almağa diyarbədiyar
Gəzərəm əlimdə şam-çıraq səni. 
 
Xalq  şairi  Osman  Sarıvəlli  “Aşıq  ürəkli  şair,  şair  ürəkli  aşıq 
Şəmşir” adlı tədqiqat əsərində maraqlı bir məsələdən söz açır: “Aşıq 
poeziyası ilə məşğul olan alimlərimiz haqlı olaraq deyirlər ki, Səməd 
Vurğun  Kəlbəcərdə  Şəmşirlə  görüşəndən  sonra  aşıq  çox  məşhur-
laşmışdır.  Bu,  həqiqətən  belədir.  Bu  mənada  desək,  Aşıq  Şəmşir 
xalq şairi Səməd Vurğunun kəşfidir”. 
Bu bir həqiqətdir ki, Səməd Vurğunla Aşıq Şəmşirin tanışlığı, 
dostluğu cəmi doqquz ay (avqust 1955 - aprel 1956) çəksə də, ədəbi 
hadisəyə çevrildi. Dahi şairin “Demə, Səməd Vurğun gəldi-gedərdi” 
misrası çox mətləblərdən söz açır. Onun Aşıq Şəmşirlə görüşü, son-
rakı  münasibətləri  bir  nümunə  məktəbidir.  Professor  Mürsəl 
Həkimov “Haqq aşığı Dədə Şəmşir” əsərində bu məsələyə işıq tutur. 
Doğrudan  da,  Aşıq  Şəmşiri  Bakıya  dəvət  etməsi,  20  çap  vərəqi 
həcmində  şeirlər  kitabını  nəşriyyatda  plana  saldırması,  Məmməd 
Arif,  Həmid  Araslı,  Mirzağa  Quluzadə  kimi  görkəmli  ədəbiyyat-
şünas  alimlərlə  tanış  etməsi,  öz  maşınında  onu  şəhərin  görməli 
yerlərinə aparıb göstərməsi, onun Yazıçılar İttifaqına üzv olması mə-
sələsini  qoyması  Səməd  Vurğunun  aşıq  sənətinə,  sənətkara  verdiyi 
qiymətdən  xəbər  verir.  Aşıq  Şəmşirin  şairin  ölümündən  sonra  ona 
neçə-neçə şeir qoşması isə aşığın etibarını, düz ilqarını göstərir.  


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə