Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 4(7), 2011



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə18/31
tarix31.10.2018
ölçüsü1,43 Mb.
#77343
1   ...   14   15   16   17   18   19   20   21   ...   31

 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
63 
tanda, Rumıniyada, Polşada, Çexoslovakiyada, Hindistanda... öz xalqının 
istedad və zövqünü nümayiş etdirən məşhur aşıq, bənzərsiz sənətkar kimi 
tanındı, sevildi və sevildikcə ilhamlı mahnıları hisslərə, duyğulara hakim 
kəsildi.  
Bizim Pənah doğma ocağından başqa bir əbədi vəfadar, bir əvəzsiz 
könüldaş tanıdı və əcəl gözlərini yumana qədər ona əbədi həmdəm oldu:  
 
Səndə Kərəm gözü vardır,  
Ələsgərin izi vardır, 
Yüz hikmətli sözü vardır, 
Danış, telli sazım, danış.  
 
Vurğun sənə vurğun oldu,  
Hər pərdədən ilham aldı.  
Tellərində gözü qaldı,  
Danış, telli sazım, danış.  
 
Ay ellərin səadəti,  
Toy-düyünün şan-şöhrəti.  
Pənahın ilk məhəbbəti, 
Danış, telli sazım, danış.  
 
Müasir  aşıq  pürkəmal  aşıqdırsa  –  Vətən,  xalq,  gözəllik  aşiqidir;  o 
hər  dəfə  meydanda  görünəndə,  mizrab  telə  toxunanda  Qurbaninin,  Ab-
basın,  Xəstə  Qasımın,  Molla  Cumanın,  Sarı  Aşığın,  Ələsgərin  ruhu  hə-
min  məclisdə  hökmfərma  olmalı,  əfsanəvi  zümrüd  quşu  kimi  orada 
qanadlanmalıdır.  Aşıq  Pənah  məhz  bu  mənada  da  sələf-xələf 
münasibətlərini ehtiramla gözləyən saz və söz xiridarı idi. O, klassiklərə 
borclu kimi yaşayıb-yaratdı və bu hesaba da indiki gənc aşıqlar nəslinin 
ustadı kimi klassiklər dünyasına qovuşdu.  
Nikbin  aşıq  əcəlin  labüdlüyünü  hamı  kimi  bilirdi,  fəqət  ölümün 
qələbəsinə  inanmırdı.  Ölüm  nədir  ki,  bütün  ucalıqları  məhv  edə?  İnsanı 
fiziki cəhətdən təslim edən ölüm, sənətin məhvinə hökm etməkdə acizdir. 
ömrün bir gün sona yetəcəyinə inanan aşıq sənətin – sənətkar dühasının 
ölümünə necə inana bilərdi ki, 700 yaşlı soydaş müəllimi, çağdaş ustadı 
Yunis  Əmrə  ilə  hər  gün  həmsöhbət  olur,  onun  müdrik  kəlamını 
dinləyirdi:  
 
Sevirəm mən səni səndən içəri,  
Yolum vardır bu ərkandan içəri.  


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
64 
 
Şəriət, təriqət yoldur gedənə,  
Həqiqət meyvəsi ondan içəri.  
 
Məni məndə demə, məndə deyiləm,  
Bir mən vardır, məndə məndən içəri.  
 
 
Süleyman quş dili bilir, dedilər,  
Süleyman var, Süleymandan içəri.  
 
“Zahiri gör, batinə nüfuz elə, mənanı batində ara”, – yeddi əsr yaşı 
olan bu vəsiyyət Pənah üçün çox müasir səslənirdi. Öz ustadlarından bö-
yük ehtiramla öyrənən aşıq, şübhəsiz ki, buna görə də özündən içəri dün-
yanı  məhəbbətlə  vəsf  edirdi.  Bu,  onun  ilhamını  qanadlandıran  mənə-
viyyat dünyası idi, xalq mənəviyyatını yaşadan ölümsüz bir dünya... Bu 
dünyaya inananlar ölümün qələbəsinə inanmazlar:  
 
Uzaq eldən gələn qonaq,  
El içində axtar məni...  
 
Soruş məni nəğmələrdən,  
Xəbər versin yüz zəfərdən.  
İgidlərin dağ titrədən,  
Nərəsində axtar məni.  
 
 
Bəlkə  buna  görədir  ki,  bu  inamla  yaşayanları  torpağa  tapşıranda 
“öldü” demirik, “dünyasını dəyişdi” deyirik. Aşıq Alı iki əsrdir ki, dün-
yasını  dəyişib,  bizi  tərk  edib,  fəqət  yenə  də  fənalıqlar  görəndə, 
əşyapərəst-dünyagir  adamlarla,  acgöz  qamarlayıcılarla  rastlaşanda  qoca 
aşığın öyüd-nəsihətinə ehtiyac duyuruq:  
 
Yığdın bu dünyanın malın, dövlətin, 
Əllini aşırdın, yüzə nə qaldı?  
Ayaq getdi, əl gətirdi, diş yedi
Baxmaqdan savayı gözə nə qaldı?  
 
Çoxları  kimi  mən  də  şifahi  xalq  yaradıcılığının  ölməz  nümunələri 
olan məhəbbət  və  qəhrəmanlıq  dastanlarını Pənahın  ifasında vəcdlə din-
ləmişəm.  Otuz-əllinci  illərin  toyları  indikinə  az  bənzərdi  –  üç  gün,  üç 
gecə davam edərdi. 1950-ci ilin mayında doğma kəndim Qoltuqdakı toy 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
65 
məclisində  o,  “Abbas  və  Gülgəz”  dastanını  elə  qaynar  təblə  danışdı  ki, 
kənd  əhli  həmin  dastanı  doyulmaz  maraqla  maqnit  cazibəsinə  düşənlər 
kimi  dinlədi,  hər  şeyi  unudub,  dastandakı  hadisələrin  axarına  düşdülər. 
Onda Pənah  ömrünün ilk gənclik illərini  yaşayırdı...  25 il sonra 1975-ci 
ilin  meyxoş  payız  ərəfəsində  bacım  oğlu  Zakirin  toy  məclisini  idarə 
edəndə  o,  artıq  sadəcə  dastan  söyləyən  peşəkar  aşıq  kimi  yox,  həm  də 
qoşma  və  ustadnamələr  yaratmış  yaradıcı  aşıq  kimi  məclisi  ram  elədi. 
“Koroğlunun Bağdad səfəri”ni eşitdik – tarixi keçmişimizlə qürrələndik, 
bizi  ömrümüzə  qaytaran  qoşmasını  dinlədik  –  ilhamlandıq:  “Ay  mənim 
ana  Kürüm”.  Şirin  söyləmələri,  yaraşıqlı  səsi,  incə  yumoru  –  məzahı 
qəlbimizi ram elədi, ruhumuzu ovundurdu:  
 
Pənah gah dağ olur, gah coşqun dəniz,  
Çünki insan oğlu insanlarıq biz.  
Torpaqdan yaranıb izsiz, kölgəsiz,  
Torpaqda itməyin mənası nədir?  
 
Sənətin ümdə vəzifələrindən biri də adamları cəmiyyətə, xalqa, və-
tənə faydalı olmaq ruhunda tərbiyələndirmək, ömrün fəlsəfi mahiyyətini 
açıqlamaq,  ötən  günlərin  ünyetməzliyini  oxucuya,  tamaşaçıya  təlqin  et-
məkdir. Pənahı dinləyən cavanlar ömrün gələcək illərini daha məzmunlu 
yaşamaq  üçün  daxili  təpər  tapar,  ondan  mənən  müsəlləh  ayrılardılar, 
ahıllar,  qocalar  isə  ötən  günləri  xəyalən  saf-çürük  edər,  bihudə  keçən 
günləri təəssüflə xatırlasalar da, nisgil yükünü çiyinlərindən atardılar ki, 
ömrün qalan hissəsi vətəndaşlıq qüruru ilə səciyyələnsin.  
Aşıq  Pənah  alabəzək,  qurama  mövzularla  süni  effekt  yaradan,  bu 
yolla sənətin müqəddəsliyinə xələl gətirən şöhrətpərəstliyə, ucuz şöhrətə 
yad idi. Başqa cür ola bilməz. Kamillik naşılığı qəbul edə bilərmi?  
O,  dastandan  fraqment  söyləyib  başqa  mövzuya  keçməzdi,  bir 
dastanı söyləməyə başladımı, onu axıradək, son təfərrüatına qədər danış-
mamış  təskin  olmazdı.  Məhz  belə  məqamda  tamaşaçı-dinləyici  sənətin 
sinkretik  vəhdətindən  feyziyab  olardı  –  şirin  səsli  Pənaha,  püxtə  rəqqas 
Pənaha, tum giləsi boyda tazanə ilə bir orkestr təsiri oyadan ifaçı Pənaha 
valeh  olardı  və  istər-istəməz  adama  elə  gələrdi  ki,  o,  bir  neçə  aktyorun 
iştirak  etdiyi  meydan  tamaşasına  baxır.  Bəli,  o,  sözdən  və  musiqidən 
canlı mənzərə yaratmağı bacarırdı.  
İndi  o,  Salyanın  cənub  ətəyindəki  qədim  aramgahda  uyuyur.  Hər 
dəfə  ziyarət  edəndə  tunca  dönüb  başdaşından  boylanan  aşığın  nurlu 
çöhrəsinə baxıram, elə bil, kövrək, məsum, pak, doğma çöhrə dilə gəlir, 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə