Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 4(7), 2011



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə16/31
tarix31.10.2018
ölçüsü1,43 Mb.
#77343
1   ...   12   13   14   15   16   17   18   19   ...   31

 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
56 
qarapapaq türkü Aşıq Şərəf Taşlıovanın yüksək sənətçi-şair səviyyəsi öz 
sözünü deyirdi. 
 Simpozium axşamları hotel foyesində Aşıq Şərəfin başqanlığında adə-
ta    tədbirin  ikinci  hissəsi  başlanılırdı.  Ustadımız  şirin  qarapapaq  ləhcəsi 
ilə görüb-eşitdiklərini, 2005-ci ildə haqq dünyasına qovuşmuş məşhur sə-
nət  yoldaşı  və  ellisi,  Qarsın  Qoçköy  kəndində  dünyaya  göz  açmış  digər 
böyük  qarapapaq  aşığı  Murad  Çobanoğlu  ilə  bağlı  xatirələrini,  Ərzu-
rumda,  Vanda,  Ərcişdə,  Konyada  apardığı  saz  məclislərini,  dövlət  xətti 
ilə  İngiltərədə  (Harvard  Universitetində),  Danimarkada,  Qazaxıstanda, 
Türkmənistanda, Sinqapurda, Pakistanda və digər ölkələrdə qatıldığı təd-
birləri yaddaşının süzgəcindən keçirir, arada da qarapapaq gülməcələri ilə 
dadlı-duzlu söhbətinə xüsusi rəng qatırdı. Ustadı dövrəyə alan bizlər isə 
gecə yarısına qədər onun  söz sehrindən, ünsiyyət cazibəsindən ayrıla bil-
mirdik.  Hələ  Şərəf  dədəni  saatlarla  dinləməkdən  doymayan  uzaq  Türk 
ellərindən  olan  müsafirlərin  –  Dağlıq  Altaydan  “Altay  Ruhani  Mərkə-
zi”nin  rəhbəri  Akay  Kınenin,  N.F.Katanov  adına  Xakasya  Dövlət  Uni-
versitetinin  professoru  Gennadi  Tündeşev-Xaramoosun,  TÜRKSOY-un 
Başqurdustan  təmsilçisi  Əhəd  Salihovun,  TÜRKSOY-un  Qazaxıstan 
təmsilçisi Askar Turqanbayevin, TÜRKSOY-un Qırğızıstan Dəstək Vəq-
finin başqanı professor Kadirali Konkobayevin üzlərindən oxunan heyrəti 
ifadə  etməkdə çətinlik çəkirəm.  Borçalının  Darvaz kəndindən olan  əfsa-
nəvi  sərkərdə  Mehralı  bəyin  1877-1878-ci  illər  Türk-rus  savaşında  və 
Yəməndə  göstərdiyi  qəhrəmanlıqlar,  Anadolunun  erməni  quldurlarından 
azad olunmasındakı  xidmətləri, bu böyük qəhrəmanı ilk dəfə arxiv mən-
bələri əsasında araşdırıb elmi camiəyə tam cizgiləri ilə təqdim edən mər-
hum professor Valeh Hacılarla olan görüşlərdən anılar ustad aşığın dilin-
dən süzülən mövzuların ana xəttini təşkil edirdi. Nəsillərinin bir tərəfdən 
Qazax
/Salahlı,  digər  tərəfdənsə  Borçalı/Arıxlı  olduğunu  söyləyib  əlinə 
düşən  ilk  fürsətdəcə  Borçalıya  getmək  və  burada  Mehralı  bəyin  yurdu 
Darvaza baş çəkib Valeh Hacıların qəbrini ziyarət etmək istəyini də dilə 
gətirdi Şərəf Taşlıova. 
Simpoziumla  ilgili  bölüşdüyüm  bu  xatirələr  kontekstində  Aşıq  Şərəf 
Taşlıovanın qısa tərcümeyi-halını, onun Azərbaycan kökənli tanınmış Si-
vaslı  şair-yazar  Yavuz  Bülənd  Bakilər  və  Sivaslı  sənətçi-yazar  Əhməd 
Turan Şan ilə Mehralı bəyin Sivasın Acıyurd kəndində yerləşən və hazır-
da dövlət tərəfindən təmir edilib ev-muzeyi kimi fəaliyyət  göstərən Qo-
nağını  (malikanəsini)  gəzərkən  təsirlənib  yazdığı  “Mehralı  bəy  Qonağı” 
şeirini oxuculara təqdim etməkdən məmnunluq duyuram. 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
57 
 
Aşıq  Şərəf  Taşlıova  10 
aprel  1938-ci  ildə  Qarsın 
Arpaçay  elçəsinin  qarapa-
paq  türkləri  yaşayan  Gül-
üzü  kəndində  Salehgillər 
nəslindən Hacı bəy və Nər-
giz xanımın ailəsində  dün-
yaya gəlmişdir.  
1954-cü  ildə  Çıldırda 
Aşıq Şenliyin oğlu Aşıq Qa-
sımın  yanında  iki  il  çıraq 
durmuşdur. Sonra Aşıq Gü-
lüstan  və  Aşıq  Müdamidən 
aşıqlıq  bilgiləri  almışdır.  
1958-1960-cı  illərdə    əsgə-
ri xidmətdə olmuş, 1964-cü 
ildən  TRT-nin  Qars  radio-
sunda  əmək  fəaliyyətinə 
başlayıb  10  il  müddətində 
davamlı olaraq “Aşıqlarla” proqramını hazırlamışdır.  
1967-ci  ildən  başlayaraq  Konyada  düzənlənən  Türkiyə  Aşıqlar  Bay-
ramına 45 il, Beynəlxalq İstanbul Festivalına 21 il aralıqsız qatılmışdır.  
Fransa,  Belçika,  Hollandiya,  İsveçrə,  Avstriya,  Danimarka,  Almani-
ya, İngiltərə, Sinqapur,  Quzey Kıbrıs, Lüksemburq, Qırğızıstan,  İran və 
Türkmənistan kimi ölkələrə “sənət elçisi” statusunda səfərlər etmişdir.  
Ən yaxın sənət dostu Aşıq Murad  Çobanoğlu (1940-2005) olmuşdur.  
Müxtəlif illərdə Müzik-San Vəqfi, Türkiyə Yazarlar Birliyi tərəfindən 
“İlin  sənətçisi”,  Türk  Dünyası  Yazarlar  və  Sənətçilər  Vəqfi  tərəfindən 
“Türk Dünyasına hizmət ödülü” mükafatlarına layiq görülmüşdür.  
Şərəf Taşlıova 2008-ci ildə YUNESKO-nun Yaşayan İnsan Xəzinəsinə 
seçilmişdir. 5 iyun 2010-ci  ildə  Ərdahan Universiteti tərəfindən “Yaşa-
yan  İnsan  Xəzinəsi  Aşıq  Şərəf  Taşlıova”  simpoziumu  təşkil  edilmiş  və 
ustad-aşığa Fəxri Xalq Ədəbiyyatı Doktoru adı verilmişdir.  
Aşıq Şərəf Taşlıovanın Qars şəhərində heykəli ucaldılmışdır. 
1983-cü  ildə  ABŞ-ın  İndiana  Universiteti,  1987-ci  ildə  Almaniyanın 
Berlin  Universiteti  tərəfindən  şeirləri  yazıya  alınmış  və  üzərində  incələ-
mələr  aparılmışdır.  Şeirləri  “Qars  eli”,  “Türk  ədəbiyyatı”,  “Çağrı”, 
Milli kültür”, “Türk folklor araşdırmaları”, “Kök” kimi çeşidli dərgilər-
də  və  antologiyalarda  yayımlanmış,  1990-cı  ildə  Türkiyənin  Mədəniyyət 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
58 
Nazirliyi tərəfindən “Könül baxçası” adlı şeirlər kitabı nəşr olunmuşdur. 
Folklorşünas  alimlər  Prof.Dr.  Fikrət  Türkmən,  Nail  Tan  və  oğlu  Dr. 
Mete Taşlıova tərəfindən tərtib olunan “Aşıq Şərəf Taşlıovadan toplanan 
xalq  hekayələri”  isimli  kitabı  2008-ci  ildə  Türk  Dil  Qurumu  tərəfindən 
oxucuların ixtiyarına verilmişdir. Dr. Mete Taşlıovanın “Aşıq Şərəf Taş-
lıova: həyatı və şeirləri” kitabı isə 2010-cu ildə Türkiyənin Milli Təhsil 
Nazirliyi tərəfindən çap olunmuşdur. 
Türkiyədə və Avropada 40-a yaxın plak və səs kasseti buraxılmıdır. 
Ş.Taşlıova  1990-cı  ildən  2003-cü  ilə  qədər  Sivas  Dövlət  Xalq  Mu-
siqisi Xorunun sənətçisi olmuşdur.  
Hazırda Ankaranın Keçiörən məhəlləsində yaşayan bu dünya şöhrətli 
Türk-Qarapapaq  aşığı  pensiyaçı  ömrü  sürür  və  öz  iştirakı  ilə  Türk 
Dünyası çərçivəsində keçirilən toplantı və şənlikləri şərəfləndirir. 
 
 
ŞƏRƏF TAŞLIOVA 
  
 
 
MEHRALI BƏY QONAĞI 
 
5  noyabr  2007-ci  ildə  Sivas  elinin  Ulaş  elcəsinin  Acıyurd  kən-
dində Yavuz Bülənd Bakilər və Turan Şan ilə Mehralı bəy Qonağını 
gəzərkən
... 
 
Mehralı bəy Qonağını gəzərkən, 
Gözümün önündən bir aslan keçdi. 
Bu duyğunu ürəyimdə süzərkən, 
Tarixə şan verən bir insan keçdi. 
 
Qars, Çıldır, Arpaçay, Tiflis, Borçalı, 
Darvazdan kükrəyən Türklüyün seli
Yüksəklərdə uçan qartal misalı, 
Yenilməz, atılqan pəhləvan keçdi. 
 
Yatdığı zindanın altını dəldi, 
Xainlər içinə qorxular saldı, 
Qarapapaqları yanına aldı, 
Yahni təpəsindən qar-boran keçdi. 
 
Min maşallah bu igidin şanına, 
Könüllü atlılar yığdı yanına, 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə