Ədəbiyyat, sənət və fikir dərgisi



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə24/31
tarix31.10.2018
ölçüsü1,43 Mb.
#77343
1   ...   20   21   22   23   24   25   26   27   ...   31

 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
81 
AġIQ ƏHMƏD RÜSTƏMOV - 90 
 
USTAD AġIĞIN YUBĠLEYĠ  
QEYD OLUNMUġDUR 
 
 
 
  
 
 
 
M
ə
d
ə
niyy
ə
t   
 
2011-ci  il  dekabrın  1-də  Kürdəmir  rayon  Mədəniyyət  evində 
Azərbaycan  aşıq  poeziyasının  görkəmli  nümayəndəsi  aşıq  Əhməd  Rüs-
təmovun 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir. Tədbirin 
iştirakçıları  əvvəlcə  Kürdəmirdəki  Fəxri  xiyabana  getmiş,  ustad  sənət-
karın qəbrini ziyarət etmiş, məzarı üstünə çiçəklər qoymuşlar. İştirakçılar 
rayon  Mədəniyyət  evinin  foyesində  sənətkarın  həyat  və  fəaliyyətini  əks 
etdirən sərgiyə baxmışlar.  
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov, pro-
fessor  Seyfəddin  Qəniyev,  AMEA-nın  Folklor  İnstitutunun  aşıq  şöbə-
sinin  müdiri  Elxan  Məmmədov,  filologiya  elmləri  namizədi  Yaqut  Ba-
hadurqızı, aşıq Əhliman və başqaları çıxış etmiş, ustad sənətkarın həyat 
və  yaradıcılığı  barədə  danışmışlar.  Qeyd  olunmuşdur  ki,  aşıq  Əhməd 
1921-ci  ildə  Kürdəmir  rayonunun  Carlı  kəndində  bəy  ailəsində  anadan 
olmuşdur.  İlk  sənət  dərslərini  həmkəndlisi  aşıq  Əlidən  almışdır. 
Aşıq Əhməd 1941-1945-ci illər müharibəsinin iştirakçısı olmuş, bir çox 
döyüş orden və medalları ilə təltif edilmişdir. Yaralandıqdan sonra cəb-
hədən  geri  qayıdan  aşıq  öz  həyat  yolunu  rayon  mədəniyyət  evi  ilə 
bağlamış, ömrünün sonunadək burada çalışmışdır. Bütün həyatını əlində 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
82 
saz, sinəsində söz çeşməsi gəzdirərək Azərbaycan mədəniyyətinə şərəflə 
xidmət etmişdir.  
Aşığın  “Sazımın  telləri”  (1965),  “Əlləriniz  yorulmasın”  (1980), 
“İtən  sazım”  (1995),  “Xoş  gəlmisən  Kürdəmirə,  rəhbərim”  (1998), 
“Dastanlar”  (2004)  kitabları  geniş  oxucu  kütləsinin  marağına  səbəb  ol-
muşdur.  20  dastanın  yaradıcısı  olan  sənətkarın  6  dastanı  nəşr  olunmuş-
dur. Aşıq Əhməd dövrünün yaradıcı adamları ilə daim ünsiyyətdə olmuş, 
onlarla dostluq etmişdir. O, xatirələrində aşıq Şəmşiri, Səməd Vurğunu, 
Bülbülü, sənət dostları aşıq Şakir Hacıyevi, Eynulla Cəbrayılovu, dünya 
şöhrətli balabançı Həsrət Hüseynovu böyük hörmətlə yad edirdi.  
1978-ci  il  fevralın  11-də  A.M.  Şərifzadə  adına  Aktyor  Evində  aşıq 
Əhmədin yaradıcılıq gecəsi keçirilmişdir. Onun 80 illik yubileyi Bakıda 
“Vahid” poeziya evində təntənəli şəkildə qeyd edilmişdir. Aşıq Əhmədin 
yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilmiş, 1989-cu ildə ona 
“Əməkdar mədəniyyət işçisi” fəxri adı verilmişdir.  
Aşıq Əhməd ulu öndər Heydər Əliyev siyasətinin alovlu təbliğatçısı 
olmuş, ümummilli liderin Kürdəmirə tarixi səfərləri zamanı onunla dəfə-
lərlə görüşmüşdür. Bütün mənalı həyatı boyu dövlətçiliyə sədaqətlə xid-
mət edən sənətkar ulu öndərə, Vətənə, torpağa sevgisini poetik fikirlərlə 
ifadə  etmişdir.  O,  Yeni  Azərbaycan  Partiyasının  üzvü  olmuşdur.  
Aşıq  Əhməd  Rüstəmov  Azərbaycan  Aşıqlar  Birliyinin  və  Yazıçılar 
Birliyinin  üzvü  olmuş,  respublika  aşıqlarının  III  və  IV  qurultaylarına 
nümayəndə seçilmişdir.  
Saz, söz sənətinin incəliklərini yorulmadan gənc nəslə öyrədən ustad 
sənətkarın  şagirdləri  aşıq  Əhliman,  aşıq  Məhəmməd,  aşıq  Habil,  aşıq 
Qəlbinur və başqaları Əhməd bulağından bəhrələndiklərini bu gün fəxrlə 
söyləyirlər.  
Aşıq Əhməd Rüstəmov 2008-ci il avqustun 12-də vəfat edib. Ölümündən 
sonra  rayon  icra  hakimiyyəti  başçısının  sərəncamı  ilə  yaşadığı  küçəyə 
onun  adı  verilib.  Hazırda  aşığın  şəxsi  arxivi  və  əşyaları  rayon  tarix-
diyarşünaslıq muzeyində saxlanılır.  
 
 
 
  


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
83 
AĢıq Əhməd RÜSTƏMOV 
 
YURDUMUN  
 
Aşıq, gəl sinəmi aç varaq-varaq
Məndədir söhbəti, sözü yurdumun.  
Ellər başdan-başa olub çil-çıraq, 
Gülür mənim kimi üzü yurdumun.  
 
Könül həmdəmimdir, ürək sirdaşım,  
Müqəddəs anamdır, əkiz qardaşım.  
Hüsnünə saz tutub, bir şeir qoşum, 
Bu geniş dünyanın gözü yurdumun.  
 
Al-yaşıl dağları el yaylağıdır, 
Gözəllər məskəni Kür qırağıdır.  
Dostu sevindirən bağça-bağıdır, 
Yandırır düşməni gözü yurdumun.  
 
Əhməd, gör nələr var Muğanda, Mildə,  
Gül açıb bar verir körpə şitil də.  
Gözəl bayramlarda, hər təzə ildə,  
Dil açır sinəmdə sazı yurdumun.  
 
BĠR SALAM VERƏK 
 
Dil aç, telli sazım, Şirvan elindən
Gəl gedək Qazağa bir salam verək!  
Vaqiflə bir yerdə Cıdır düzündən, 
Gözəl Qarabağa bir salam verək!  
 
Göyəzən dağının gəzək zirvəsin, 
Pambıqlı çöllərin çarpaz cərgəsin.  
Açaq söz mətahın, şeir süfrəsin, 
Hər elə, oymağa bir salam verək! 
 
Ötək pərdə-pərdə, verək səs-səsə
Ürək şad olarmı deyib gülməsə.  
Vurğun gəzən yeri bizə kim desə, 
Əhməd, o torpağa bir salam verək!   
 
 
 
 
OLMASIN 
 
Mən istərəm yer üzündə əzəldən, 
Şənlik olsun, ah-fəğan olmasın.  
Könül ilham alsın sevən gözəldən
Vüsal olsun, amma hicran olmasın.  
 
Nə qəzəb yaşasın ürəkdə, nə kin, 
Düz yola meyl elə, şər işdən çəkin.  
Haqqı nahaq edən, gözəli çirkin,  
Zəlalət, məşəqqət, böhran olmasın.  
 
Gör nə gözəl el bəslədi Əhmədi!  
Bülbül ilə gül bəslədi Əhmədi!  
Saz çağırdı, tel səslədi Əhmədi, 
Könlüm niyə bəs çıraqban olmasın?  
 
 
OLMASA 
 
Həvəsə, ilhama gələ bilmərəm, 
Gülşənim olmasa, gülüm olmasa. 
Yetişməz ellərə səsim, sorağım, 
Kamanım olmasa, telim olmasa.  
 
Olmasa aşığın şirin söhbəti
Qazanmaz heç zaman şanı, şöhrəti.  
Olarmı şeirimin dadı, ləzzəti, 
Bol məhsul yetirən çölüm olmasa.  
 
Tanıtdı ellərə əzəllər məni, 
Yazdığım şeirlər, qəzəllər məni.  
Görsə uzaq düşər gözəllər məni, 
Əhməd, şeir deyən dilim olmasa!  
 
 
 
 
 
 
 
 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə