Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 4(7), 2011



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə31/31
tarix31.10.2018
ölçüsü1,43 Mb.
#77343
1   ...   23   24   25   26   27   28   29   30   31

 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
103 
 
Aşıq Oruc, de sözünü
Tərifləmə gəl özünü. 
Bil, çevirsə el üzünü, 
Yüz köməkçi əl neyləsin?! 
 
KÖLGƏSĠZ 
(Qıfılbənd) 
 
Səndən xəbər alım, ay Aşıq Teymur, 
Necə daşdır hər nişanı kölgəsiz? 
O nədir ki, nə dincəlib, dayanmaz, 
Nə dolanır bu dünyanı kölgəsiz. 
 
O nədir ki, nəfəsi yox, qanı var, 
O nədir ki, hər bir rəngdən donu var? 
O nədir ki, nə yurdu, nə məkanı var, 
Gəşt eyləyər hər bir yanı kölgəsiz. 
 
Oruc deyər: “Nədir yerin pərgarı, 
O nədir ki, gah qız olur, gah qarı. 
O nədir ki, yerin, göyün ləngəri, 
Əgər bilsən, hər nişanı kölgəsiz?!...” 
 
 
YAR SĠNƏ-SĠNƏ 
(Təcnis) 
 
O hilal qaşını görəndə gözüm, 
Müştaq oldum onun yar sinəsinə. 
Laçın tərpənişli, tovuz cilvəli
Qaldım qulluğunda, yar, sinə-sinə.  
 
Gəzib bu dağları lalə üzəsən, 
İnsaf eylə, gəl dərdimi üzəsən. 
Busə nədir, qıymayırsan üzə sən, 
Xəncərlə bağrımı yar sinə-sinə.  
 
Oruc deyir: “Sən gələndə Yasəmən, 
Gah şad olub, gah batıram yasa mən”. 
Nitqi, nəfəsindən qopur yasəmən
O nədir köksündə yar sinə-sinə. 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
104 
Yada düşər xatirələr... 
 
 
Mahmud KAMALOĞLU 
professor 
   
 
 
 
 
 
 
 
URFANİ MÖCÜZƏSİ 
 
 
Bu  əhvalat  təxminən  otuz  il  bundan  əvvəl  olmuşdu.  Borçalıda 
qorabişirən ayının ən isti günlərindən biri idi. Səhər tezdən Dərviş Osman 
bizə  uşaq  göndərib  məni  təcili  evlərinə  çağırtdırdı.  Onun  bu  cür  tələm-
tələsik çağırtdırdığından başa düşdüm ki, kimsə uzaqdan gələni var. Gə-
lən  kim  idisə  ya  çox  hörmətli,  ya  da  çox  vacib  adam  idi.  Yoxsa  belə 
istidə hələm-hələm çağırtdırmazdı şair məni. 
Uşağı  yola  salıb,  az  sonra  dalınca  şairgilə  yola  düşdüm.  Düzdü,  o, 
bizdən  çox  da  uzaqda  yaşamasa  da,  bir  yeddi-səkkiz  döngəni  ayaqla 
getmək lazım gəlirdi. 
Səhər olmasına baxmayaraq gün artıq xeyli qalxmış, havanı da möh-
kəmcə  isitmişdi,  elə  bil  aradan  heç  gecə  keçməmişdi,  sanki  dünənki 
günün  istisi  də  bugünkünə  qarışmışdı.  Yolboyu  gələn  adamın  kim 
olduğunu düşünsəm də, təxmin edə bilmədim. Azərbaycandan Borçalıya, 
Tiflisə yola düşən, əli qələm tutan, əli saz tutan, elm əhli və nə bilim daha 
kimlər  yolüstü  mütləq  onun  qonağı  olur,  bir  stəkan  çayını  içirdilər.  Bu 
fikirlərlə onların evlərinə yaxınlaşmağa başladım. Ətrafda cırcıramaların 
səsindən  başqa  heç  nə  eşidilmirdi,  həyət-bacada  ins-cins  belə  gözə  dəy-
mirdi... 
Şairin həyətində, düz qapısının ağzında ağ rəngli bir “Jiquli” maşını 
dayanmışdı.  Sürücü  sanki  istinin  qorxusundan  maşını  qapıya  elə  yaxın-
laşdırmışdı ki,  maşından düşən kimi qapıya ancaq bir addım qalırdı. 
Şair evi təzə tikdirdiyindən həyətdə hələ nə bir ağac basdırılmışdı, nə 
də ki, digər kol-kos belə yox idi. Böyük həyətin ora-burasında bitən otlar 
da susuzluqdan çoxdan qurumuş, sanki günəş onlardan da intiqam alırmış 
kimi, çoxdan axırlarına çıxmışdı. 
Həmin  il  yay  girəndən  göydən  bir  damcı  belə  yağış  düşməmişdi. 
Deyilənə görə uzun vaxt idi ki, belə quraqlıq, belə isti hava olmayıbmış. 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
105 
Yolda  durub  şairi  səslə-
dim, səsimə hay verən olmadı. 
Günəşin  istisindən  içəri  çəkil-
miş  ev  sahibləri  ərindiklərin-
dən,  yoxsa  başları  gələn  qo-
naqlarla  söhbətə  bərk  qarışdı-
ğından içəridəkilərdən səs gəl-
mədi. Bəlkə də ev yoldan uzaq 
olduğu üçün səsim onlara çat-
mamışdı.  Bir  də  səsləndim, 
adam günəşin istisindən səsini 
hündürdən  çıxarmağa  da  əri-
nirdi elə bil.  
Nəhayət,  adam  görünməsə 
də,  içəridən  kimsə  sələndi: 
“Buyur,  içəri  gəl”.  Doğrudan 
da içəri  girəndə hiss etdim  ki, 
eşiyə  baxanda  bura  cənnətdi. 
Şair: 
 
- Buyur, tanış ol, ən əziz qardaşım Aydın. Daha doğrusu, aşıq Ay-
dın Çobanoğlu, əslən Tovuzun Əlimərdanlı kəndindədir. Hal-hazırda Ba-
kıda  yaşayır,  orda  sazımızın  sirlərini  körpə  balalarımıza  öyrədir.  Bu  da 
xanımıdır. 
Ortaboylu,  qarabuğdayı  qonağı  görən  kimi  tanıdım,  televizorda,  öz 
yetirmələri olan körpə aşıqlarla çıxışlarına çox qulaq asmışdım. 
-  Səndən  bir  ricam  var,  -  deyə,  -  şair  əlavə  etdi.  Aydının  kiçik 
qardaşının toyudur, gəliblər ki, Tiflisdən toy üçün lazım olan bəzi şeyləri 
alsınlar.  O,  şəhəri  tanımır,  həm  də  tanısa  da,  nəyin  hardan  alınmasında 
çətinliyi  olacaq. Hava da  görürsən necədir. Özün  yaxşı  bilirsən ki,  mən 
onlarla şəhərə getdim nə, getmədim nə, yəni mənim onlara heç bir kömə-
yim dəyən deyil. Qısası, bu işlərdə səriştəlisən, sən daha yaxşı bilirsən. 
Məsələ aydın idi, qonaqlarla Tiflisə mən getməliydim. Yaxamı qırağa 
çəkmək  heç  düzgün  deyildi.  Öz-özümə  düşündüm;  havanın  bu  cür  isti-
sində indi şəhər od tutub yanır, asfalt adamı ayaqqabısından tutub saqqız 
kimi  yerə  yapışdırır.  Könülsüz  də  olsam,  bunu  qonaqlara  büruzə  ver-
mədən razılaşdım. Fikirləşdim ki, nə qədər tez gedib gəlsək, bir o qədər 
yaxşı olar. 
Biz hazırlaşıb yola düşəndə şair bərk-bərk tapşırdı ki, olmaya-olmaya 
orada  çörək  yeyəsiz,  siz  gələnə  kimi  hər  şey  hazırlatdıracam.  İnsafən 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
106 
deyim ki, şair bunu dönə-dönə həm qonaqlara, həm də ayrıca mənə bərk 
tapşırdı. 
Tiflisə  çatanda  hava  hərarətini  elə  bil  ikiqat  artırmışdı.  Kim  bilir, 
bəlkə də bu cür isti yay yüz ildə bir dəfə olur. 
Xülasə,  Aydının  axtardıqları  nə  vardısa,  xoşbəxtlikdən  hamısını  ra-
hatlıqla  tapdıq.  Bəlkə  də  özgə  vaxt  olsaydı,  bu  şeyləri  belə  tez  tapa 
bilməzdik. Şəhərdə adam həddən artıq az olduğu üçün biz  işlərimizi vax-
tında qurtara bildik. 
Saat təxminən üç-dörd radələrində kəndə qayıtdıq. Şair bizi evdə göz-
ləyirdi.  Evin  qabağında,  həyətin  düz  ortasında  günəşin  altında  samovar 
poqquldayırdı. 
- Buyurun, içəri keçin, - dedi və özü də hamıdan qabaqda içəri girdi. 
İsti məni  əldən saldığı  üçün birtəhər özümü  tez evimizə çatdırmaq istə-
yirdim.  Ona  görə  də  elə  Aydınla  maşının  yanındaca  sağollaşıb  getmək 
istəyirdim. Belə havada heç aclıq-zad da yada düşmürdü. Ancaq birtəhər 
özümü sərin yerə verib, uzanıb dincəlməkdən gözəl heç nə olmazdı. 
Aydın maşının qapısını aralı qoyub, içəridə nəyisə eşələyirdi. Mən də 
günün  altında  durub  onu  gözləyirdim  ki,  vidalaşıb  gedim.  O,  maşında 
nəyisə tapa bilmədiyi üçün ciblərini bir də eşələdi, təkrar bir də maşının 
içərisinə  doğru  əyildi.  Səbrim  lap  tükənmişdi,  isti  nəfəsimi  kəsmişdi, 
daha  dözə  bilmirdim.  Amma  düşünürdüm  ki,  çıxıb  getmək  ədəbsizlik 
olar. Bu qədər yaxşılıq et, axırda da beş dəqiqə gözləmə. 
Nəhayət, aşıq maşının qapısını örtdü, mənim də ürəyim yerinə düşdü 
ki,  artıq  getmək  üçün  vaxtdır.  Tez  onunla  görüşüb,  ayrılmaq  istədim, 
əlim  havada  qaldı.  O,  bu  dəfə  maşının  yük  yerinin  yanında  dayanıb 
mənə: 
-
 
Qardaş,  borclu  borclunun  sağlığını  istər  deyib  dədələrimiz,  mən 
borclu  olmaq istəmirəm,  elə  indi borcumu  qaytarmaq istəyirəm,  –  deyib 
bağajı  açdı,  sazı  futlyardan  çıxartdı.  Fikirləşdim  ki,  yəqin  sazı  içəri 
aparmaq  istəyir.  Ancaq  futlyarı  maşının  baqajının  üstünə  qoydu  və  sazı 
əlinə götürdü. 
Öz-özümə  fikirləşdim  ki,  bu  nəfəskəsici  istidə,  ac-susuz,  yorğun 
halda  o,  nə  etmək  istəyir.  Düzü,  saz  vurğunu,  aşıq  dəlisi  olsam  da,  belə 
bir  vaxtda  heç  nə  umrumda  deyildi.  Təkcə  günün  altından  birtəhər 
aralanıb, başımı bir kola soxmaq arzusundaydım. 
Həyətin düz ortasında, günün o qızmarında Aydın sazı sinəsinə basdı. 
Məcbur olub könülsüz-könülsüz ona qulaq asmağa başladım. Axı o, sazı 
mənim üçün çalırdı, həyətdə məndən savayı adam da yox idi. Ürəyimdə 
gileyləndim,  “ay  insafsız,  burax  məni  gedim,  əl  çək  yaxamdan,  heç  nə 
istəmirəm, hətta sazı belə”. 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
107 
Onun  isə  vecinə  deyildi,  gözləri  yumulu,  nə  mənim  yazıq-yazıq 
günün  altında  durmağıma,  nə  günəşin  onsuz  da  onun  qaralmış  sifətinə 
belə  hərarətlə  vurmağına  heç  əhəmiyyət  vermirdi,  sanki  nə  mən,  nə  də 
qorabişirən ayın bu dəhşətli istisi vecinə deyildi bu saz dəlisinin. 
“Ruhani”nin  ürəyi  təlatümə  gətirən  səsini  dinlədikcə  elə  bil  mən  də 
sərinlədim, susuzluğum da azaldı, aclığım da elə bil yavaş-yavaş getdi. 
Aydının  barmaqları  saza  elə  dəyirdi  ki,  elə  bil  barmaqlar  simlərdən 
aralansa,  simlər  qırılıb  yerə  töküləcək.  O,  elə  çalır,  elə  çalırdı  ki,  sanki 
qarşıdakı Aydın deyil, Dədə Əmrah idi. 
Aydın  çalırdı,  saz  onun  sinəsinin  lap  yuxarısında,  çənəsinin  düz 
altında dururdu. Aydın çalırdı, çaldıqca qara sazın qolu yavaş-yavaş düz 
yuxarı  tuşlandı,  sonra  yavaş-yavaş  saz  aşığın  başı  üstünə  qalxdı,  onun 
əlləri zorla çatırdı simlərə. İlahi, sanki yuxarıdan ilahi bir qüvvə kəndirlə 
saz bərabər  aşığı  yuxarı  dartırdı. Saz qarışıq  Aydın  uca bir sərv ağacına 
dönmüşdü.  Mən  özümdə  deyildim.  Öz-özümə  fikirləşdim  ki,  yəqin  isti 
məni vurub, özümdə deyiləm. Aydını aşağıdan-yuxarı bir də süzdüm, saz 
qarışıq o məndən iki dəfə uzun görünürdü. Xeyr, yanılmamışdım, özümü 
toplayıb yerə baxanda gördüm onun ayaqları yerdən üzülhaüzüldü, ayaq-
qabılarının burnunun ucu yerə dəyər-dəyməzdi. Onun isə indi heç nə ve-
cinə  deyildi,  “Ruhani”  onu  kim  bilir  haralara  aparmışdı.  Amma  düzünü 
deyim  ki,  bəlkə  də  “Ruhani”nin  bu  ecazkar  möcüzəsi  məni  ondan  da 
uzaqlara aparmışdı.  
İlahi,  nə  qədər  məharətlə  çalırdı  “Ruhani”ni  Aydın!  Xeyr,  mən 
deyəsən  günün  istisindən  qəhərlənmişdim.  Məni  yəqin  qara  basırdı, 
yoxsa belə bir möcüzə gözümün qabağında görünürdü. 
Nəhayət,  Aydın  barmağını  simə  son  dəfə  toxundurdu,  “Ruhani”ni 
başa çatdırdı və gözlərini açdı. 
Bu vaxt hiss etdim ki, mənim də ayaqlarım tappıltı ilə yerə dəydi. Sən 
demə, onunla bərabər “Ruhani” məni də göyə qaldırıbmış. 
 
   
 
 
 
 
 
 
 
 
29.01.2009 
   
 
 
 
 
 
 
 
  
 
 
 
 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
108 
 
BĠR YAZININ ƏKS-SƏDASI 
 
Hörmətli oxucular, əgər xatırlayırsınızsa, “Ozan dünyası”nın 2011-ci 
ildəki ikinci sayında filologiya elmləri doktoru, professor İsmayıl Məm-
mədlinin “Bir foto-şəkilin tarixi” adlı məqaləsi dərc olunmuşdu. Müəllif 
həmin  məqalədə  XX  əsr  Azərbaycan  aşıq  sənətinin  görkəmli  nümayən-
dəsi  Dədə  Şəmşirin  yarım  əsr  bundan  əvvəl  -  1959-cu  ildə  Azərbaycan 
Elmlər  Akademiyasının  Nizami  adına  Ədəbiyyat  və  Dil  İnstitutunun, 
Ədəbiyyat Tarixi Muzeyinin əməkdaşlarından bir qrupu ilə çəkdirdiyi fo-
toşəkildən  bəhs  edir,  həmin  tarixi  şəkildəki  insanlar  haqqında    söhbət 
açır.  
Şəkildəkililərin  kimliyi  barədə  orada  İsmayıl  müəllim  belə  yazıb: 
“Oturanlar: Şəmşirin sağında Əminə Həbibzadə (vaxtilə lüğətçilik şöbə-
sində  çalışmışdır,  hazırda  həyatda  yoxdur),  solunda  filologiya  elmləri 
doktoru, Azərbaycan dilinin tarixi şöbəsinin baş elmi işçisi Afina Əlizadə 
(hazırda    81  yaşındadır,  elmi  fəaliyyətini  davam  etdirir).  Ayaq  üstə  du-
ranlar  (bunların  hamısı  dünyasını  dəyişmişdir)  sağdan  sola:  Zərrintac 
Tağıyeva (lüğətçilik şöbəsi), Zümrüd Rəfili (professor Mikayıl Rəfilinin 
bacısı,  kitabxanaçı),  Sara  Hüseynova  (akademik  Heydər  Hüseynovun 
qızı, fəlsəfə elmləri namizədi), filologiya elmləri namizədi Minayə Cava-
dova  (dil  tarixçisi),  ədəbiyyatşünas  Rəfiqə  Qasımova,  ayaqüstə  duran-
lardan dördüncüsünün adını, soyadını müəyyənləşdirə bilmədik”. 
Bu  günlərdə  redaksiyamıza  zəng  edən  filologiya  elmləri  doktoru, 
N.Gəncəvi  adına  Ədəbiyyat  Muzeyinin  elmi  işlər  üzrə  direktor  müavini 
Xatirə  Bəşirili  isə  bizə  bildirdi  ki,  şəkildə  ayaqüstə  duiranların  heç  də 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
109 
hamısı  müəllifin  dediyi  kimi  dünyasını  dəyişməyib,  onlardan  məşhur 
akademik Heydər Hüseynovun qızı Sara Hüseynova sağdır və hazırda da 
Ədəbiyyat  Muzeyində  fəaliyyət  göstərir.  Biz  bu  yanlışılığa  görə  Sara 
xanımdan həm redaksiyamızın, həm də müəllifin adından üzr istəyir, ona 
uzun ömür və fəaliyyətində uğurlar arzulayırıq.  
Xatirə  xanımın  daha  bir  dəqiqləşdirməsi  isə  İ.Məmmədlinin  adını, 
soyadını  öyrənə  bilmədiyi  bir  nəfər  –  şəkildə  ayaqüstə  duranlardan 
soldan  dördüncü  şəxs  barədə  oldu.  Onun  dediyinə  görə  bu,  vaxtilə 
Ədəbiyyat Muzeyində çalışmış Fəridə Axundovadır.  
Hörmətli  alimimiz  Xatirə  xanım  Bəşirliyə  diqqətinə  görə  təşəkkür 
edirik. 
 
“Ozan dünyası” 
 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
110 
BĠLDĠRĠġ 
 
2012-ci il aprelin 13-16-da  İ.Cavaxişvili  adına Tiflis Dövlət Universiteti Azərbay-
can  Milli  Elmlər  Akademiyasının  Folklor  İnstitutu,  Türkiyənin  Ardahan  Universiteti, 
Türk Dünyası Mühəndislər və Memarlar Birliyi, Qafqaz Universitetlər Birliyi və Valeh 
Hacılar Beynəlxalq Elmi-Mədəni Tədqiqat Fondu, Suxumi Dövlət Universiteti ilə birgə 
professor Valeh Hacıların xatirəsinə həsr olunmuş “Qafqaz xalqlarının folkloru və 
lingvokulturologiyası”  mövzusunda  Beynəlxalq  Elmi  Simpoziumun  keçirilməsini  
planlaşdırır.  
 
Simpoziumun  mövzuları:  Türkologiya  və  Qafqazşünaslığın    problematikası,  Qaf-
qaz  xalqlarının  folkloru,  Qafqaz  xalqlarının  tarixi  və  mədənyyəti,  lingvokulturologiya 
(areal linqvistika, tipologiya və komparavistika). 
Simpoziumun iş dilləri: Gürcü, Azərbaycan, Türk, İngilis və Rus. 
Simpoziumda iştirak etmək istəyənlər öz tezislərini bu iki dildə: gürcü-ingilis, Azər-
baycan-ingilis,  türk-ingilis,  ingilis-rus,  hər  dildə  300-dən  artıq  söz  olmamaq  şərti  ilə 
(Word  formatında  Times  New  Roman  şriftində)  2012  il  fevralın  20-dək  
caucasiology@gmail.com,  alishamil
@yahoo.com,  calyilmaz@mynet.com  və  ya 
haciyevf@yahoo.com elektron ünvanlarına göndərə bilərlər. 
Simpozium Tİflis Dövlət Universitetində keçiriləcək. 
Qeydiyyat ödənişi - 25$. 
P.S. Xahiş edirik anket-ərizə formasını doldurasınız (anket-ərizə forması əlavə edilir). 
 
TəĢkilat komitəsi 
Anket-ərizə forması 
 
Adı 
 
İkinci adı, təxəllüsü (əgər varsa) 
 
 
Soyadı 
 
Təmsil etdiyi təşkilat 
 
 
Vəzifəsi 
 
 
Tədqiqat sahəsi 
 
 
İş ünvanı 
 
E-mail 
 
Telefon 
 
Mobil Telefon 
 
 
 
Fax 
 
Poçt ünvanı 
 
 
 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
111 
MÜNDƏRĠCAT 
 
T.Vahid. Dədə Ələsgərin saz bayramı, söz bayramı .................... 3 
Elçin. Təşrif buyur gedək bağa ..................................................... 7 
Z.Yaqub. Yaralı xatirə ................................................................. 12 
M.Qasımlı. El yeridi, yalqız qaldın səhrada ................................. 15 
A.Ələsgər. Şeirlər ......................................................................... 20 
Ġ.Ələsgər. Aşıq Ələsgərin hikmət dünyası. ................................... 24 
Q.PaĢayev. Aşıq Şəmşir haqqında düşüncələrim ......................... 38 
ġ.Nadiroğlu. Müəllimsiz üşüyən məktəb ..................................... 44  
Ə.Əroğul. Aşiqlər aşiqi Aşıq Pəri ................................................ 48 
F.Valehoğlu-Hacılar. “Qazi Qars şəhrəngizi” simpoziumu  
və Aşıq Şərəf Taşlıova. ................................................................. 55 
ġ.TaĢlıova. Mehralı bəy qonağı .................................................... 58 
Ġ.Əbilov. Mizrab teldın ayrılsa da  ................................................ 60 
AĢıq Pənah. Şeirlər ....................................................................... 67 
H.Mirzə. Dərələyəzdə (şeir) ......................................................... 69 
Ə.Y.Rza. Hey verə ........................................................................ 70 
M.Qasımlı, M.Nəbioğlu. Dilimizin sadiq keşikçisi ..................... 72 
S.Qəniyev. Aşıq Məmmədağanın poeziya dünyası  ..................... 75 
Ustad aşığın yubileyi qeyd olunmuşdur ........................................ 81 
AĢıq Əhməd Rüstəmov. Şeirlər ................................................... 83 
M.Nəbioğlu. Xalqımızın qədim və ölməz sənəti – sazbəndlik ..... 86 
M.Nəbioğlu. Sazbənd Məhəmmədəli ........................................... 93 
A.Yaquboğlu. Aşıq Orucun sazlı-sözlü dünyası .......................... 99 
AĢıq Oruc Əhmədov. Şeirlər ....................................................... 102 
M.Kamaloğlu. Ürfani möcüzəsi................................................... 104 
Bir yazının əks-sədası  ................................................................. 108 
BildiriĢ .......................................................................................... 110 
 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
112 
 
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ 
 
 
 
 
“OZAN DÜNYASI” 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Няшриййатын директору: профессор Н.Б.Мяммядли 
 
 
 
 
Korrektor: ElĢad ÇOBANLI 
 
Йыьылмаьа верилмиш 10.12.2011 
Чапа имзаланмыш 24.12.2011  
Шярти чап вяряги 7. Сифариш № 382. 
Каьыз форматы 70х100 1/16. Тираj 1000    
 
Jurnal  «Елм вя тящсил» няшриййат-полиграфийа мцяссисясиндя  
щазыр диапозитивлярдян чап олунмушдур.  
Цнван: Бакы, İчяришящяр, 3-ъц Магомайев дюнэяси 8/4. 
 Qiyməti müqavilə ilə. 

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə