Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 4(7), 2011



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə30/31
tarix31.10.2018
ölçüsü1,43 Mb.
#77343
1   ...   23   24   25   26   27   28   29   30   31

 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
100 
aşığın  “Kölgəsiz”  rədifli  şeirini  də  nümunə  kimi  oxuculara  təqdim  et-
mişdir.
3
 
1945-ci ildə Aşıq Oruc Züleyxa Allahverdi qızı ilə ailə həyatı qurub 
(Aşıq  Orucun  1926-cı  ildə  anadan  olmuş  ömür-gün  yoldaşı  Züleyxa 
xanım aşığın ölümündən sonra 35 il  yaşamış, 9 uşaq - 6 oğul, 3 qız öv-
ladını böyüdüb boya-başa çatdırmış, 2011-ci il iyul ayının 9-da dünyasını 
dəyişmişdir. Allah rəhmət eləsin!), gözəl ailə başçısı, övladlarına sevimli 
ata  olmuşdur.  1949-cu  ildə  ermənilərin  mənfur  siyasəti  nəticəsində 
doğma kəndlərindən deportasiya olunanda Gədəbəy rayonunun  Zəhmət-
kənd kəndində məskunlaşmışdır. 
Azərbaycanda  aşıqlar  arasında  tezliklə  tanınan  ustad  Aşıq  Oruc 
Əhmədov  respublikada  keçirilən  mədəni-kütləvi  tədbirlərdə,  festival-
larda, əmək bayramlarında aktiv iştirak etmişdir. İsfəndiyar Rüstəmov və 
Aşıq  Oruc  haqqında  “El  sənətkarları”  məqaləsində  oxuyuruq:  “Onları 
şöhrətləndirən  öz  üzərlərində  işləmələri,  aşıqlığın  bütün  incəliklərinə 
dərindən yiyələnmələri olmuşdur. İndiyədək rayonumuzda (Gədəbəydə – 
A.Y.) elə bir yığıncaq, şənlik və konsert olmamışdır ki, İsfəndiyarla Oru-
cun  məlahətli  səsi  orada  eşidilməsin”.
4
 Məqalədən  də  göründüyü  kimi, 
Aşıq  Oruc  dövrünün  ən  aktiv  aşıqlarından  olmuşdur.  “Aşıq  Oruc 
xidmətlərinə  görə  respublika  II  aşıqlar  qurultayına  (III  Aşıqlar  qurul-
tayına  –  A.Y.)  nümayəndə  seçilmiş,  xalq  yaradıcılıq  evinin  fəxri  nişanı 
ilə təltif edilmiş və pul mükafatına layiq görülmüşdür”.
5
 
Professor  Məhərrəm  Qasımlı  Aşıq  Orucun  həyat  və  fəaliyyəti  haq-
qında  “Ədəbiyyat  qəzeti”ndəki  “Ustad”  başlıqlı  məqaləsində  yazır: 
“1953-cü  ildə  Aşıq  Oruc  Gədəbəydə  aşıqlar  ansamblı  yaradır  və  iyirmi 
ilə yaxın ansambla rəhbərlik edir. Onun ansamblında yetişmiş İsfəndiyar 
Rüstəmov,  Sədaqət  Rəsulov,  Zahid  Aslanoğlu,  Fəzayıl  İsmayılov,  Şah-
suvar Fərzəliyev, Yusif Quliyev və onlarca başqaları indi el məclislərinin 
sevimlisidir. El sənətinin inkişafında xidmətlərinə görə Aşıq Oruc Azər-
baycan  Mədəniyyət  Nazirliyinin  Fəxri  fərmanına  və  bir  neçə  dəfə  pul 
mükafatına  layiq  görülüb”.
6
 Qəzetdə  həmçinin  ustadın  “Neyləsin”  adlı 
gəraylısı, “Yar sinə-sinə” adlı təcnisi və “Qıfılbənd” (“Kölgəsiz” – A.Y.) 
başlıqlı qoşması olmaqla üç şeiri çap olunmuşdur.
  
 
                                                 
3
 Qara Namazov, “Aşıqlar” I kitab, Bakı, “Səda” 2004. səh.331-332. 
4
 “El sənətkarları”, Tərəqqi qəzeti (Gədəbəy), №83, 16 iyul 1970-ci il. 
5
 İsfəndiyar Əliyev, “Ürəklərə yol tapır”, Tərəqqi qəzeti (Gədəbəy), №58, 20 may 1969-
cu il. 
6
 Məhərrəm Qasımlı, “Ustad”, Ədəbiyyat qəzeti, №8, 22 fevral 1991-ci il. 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
101 
Aşıq  Oruc  ifaçı  aşıq  olmaqla  yanaşı  həm  də 
yaradıcı aşıq  olub.  O, aşıq  şeirinin demək olar ki, 
hər  şəklində  -  gəraylı,  qoşma,  təcnis,  divani, 
müxəmməs  və  başqa  janrlarda  şeirlər  yazmışdır. 
Onun  yaradıcılığı  haqqında  Əli  Əliyev  “El  aşığı” 
məqaləsində  belə  qeyd  edir:  “O,  yalnız  ustad 
aşıqların  sözlərini  oxumaqla  kifayətlənmir.  Həm 
də  özünün,  xalqın  xoş  güzəranından,  vətənin 
gündən-günə artan qüdrətindən və onun gələcəkdə 
daha  qüdrətli  olmasından  ilham  alaraq  yazdığı 
şeirində deyir: 
 
Qəhrəman yurdudur mənim bu yurdum
Poladdan möhkəmdir yenilməz ordum. 
Aşıq Oruc deyər: hər kimdən sordum, 
Dedi: - Bundan gözəl sabahımız var.”
7
 
 
Sənətşünaslıq  namizədi  Azad  Ozan 
Kərimli  “Göyçə  aşıq  məktəbi”  adlı  silsilə 
məqalələrində  Aşıq  Oruc  Əhmədovun 
“Neyləsin”  gəraylısını,  “Yar  sinə-sinə” 
təcnisini  və  “Qıfılbənd”  qoşmasını  çap 
etdirmişdir.
8
 
Aşıq  Oruc    çətin  oxunan  “Koroğlu”, 
eləcə  də  az  istifadə  olunan  “Mixəyi”, 
“Güllü  qafiyə”,  “Göyçə  gözəlləməsi”  (bu 
havaya  “Nəcəfi”  də  deyirlər),  “Mirzə-
canı”,  “Məmmədhüseyni”  havalarını  gö-
zəl ifa edərmiş. O, ümumilkdə 70-ə qədər 
saz  havasını  çalıb-oxuyur  və  neçə-neçə 
dastanları bütünlüklə mükəmməl bilirmiş. 
Radionun qızıl fondunda onun ifasında 11 
mahnı saxlanılır. Qurbani dastanı 1954-cü 
ildə  Aşıq  Orucdan  yazıya  alınmışdır. 
Professor  M.Qasımlı  bu  dastanın  əhəmiyyətini  göstərərək  yazır:  “Bütün 
başqa variantlara nisbətən daha dolğun və əhatəli bu variantdır”.
9
 
                                                 
7
 Əli Əliyev, “El aşığı”, Tərəqqi qəzeti (Gədəbəy), №103, 31 avqust 1971-ci il. 
8
 Azad Ozan Kərimli, “Göyçə aşıq məktəbi”, “Musiqi dünyası” jurnalı, №3-4(9), 2001. 
səh.140-141. 
9
 Məhərrəm Qasımlı, “Aşıq sənəti”, Bakı, “Ozan”, 1996. səh.136. 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
102 
Aşıq Oruc Miskin Vəli və Aşıq Məhəmmədəli ilə bərabər neçə-neçə 
məclislər keçirib. Ondan dərs alan aşıqlar çox olsa da, onun əsas şəyird-
ləri Aşıq Şahsuvar və Aşıq Nurəddin olmuşdur. 
Əməkdar mədəniyyət işçisi Aşıq Oruc 1976-cı il iyulun 19-da Gədə-
bəy  rayonunun  Zəhmətkənd  kəndində  vəfat  etmiş  və  həmin  kənddə  də 
dəfn olunmuşdur. 
Sonda  onu  da  vurğulamaq  istərdik  ki,  AMEA  Dilçilik  İnstitutunun 
şöbə  müdiri,  filologiya  elmləri  doktoru,  professor  İsmayıl  Məmmədli 
atası  Aşıq  Orucun  və  babası  Aşıq  Vəlinin  həyat  və  fəaliyyətlərinə  dair 
xeyli  materiallar  toplamışdır.  Həmin  materiallar  kitab  şəklində  çapa 
hazılanır. İsmayıl müəllim dilçilik üzrə alim olsa da, onun “Azərbaycan 
dilinin  etnoqrafik  leksikası”  adlı  monoqrafiyası  da  çap  olunmuşdur.  O, 
sazın-sözün  vurğunu  kimi  folklorçuluq  ənənələrini  davam  etdirərək  özü 
də  vaxtaşırı  Azərbaycanın  müxtəlif  aşıqları  haqqında  maraqlı  yazılarla 
mətbuatda çıxışlar edir. 
  
AĢıq Oruc Əhmədov 
 
 
NEYLƏSĠN 
(Gəraylı
 
Öz eybini bilməzlərə 
Qohum-qardaş, el neyləsin?! 
Zatı xain olan kəsə 
Düzgün ürək, dil neyləsin?!  
 
Elmə sinə gərməyənə, 
Ustad dərsi görməyənə
Düzə qiymət verməyənə, 
Alim, şair bil, neyləsin?!  
 
Eli sevər ər oğlu ər, 
Qanı təmiz, canda hünər. 
Haqsız ölsə - nadan, sərsər, 
Ona külüng, bel neyləsin?! 
 
Sarvan ümid bağlar nərə
Şair olan şah əsərə, 
Səyyah yorğun, çətin bərə
Ovun getsə, sel neyləsin?!  


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə