Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 4(7), 2011



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə27/31
tarix31.10.2018
ölçüsü1,43 Mb.
#77343
1   ...   23   24   25   26   27   28   29   30   31

 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
90 
Saz böyük və ya kiçikliyindən asılı olmayaraq aşağıdakı hissələrdən 
ibarətdir:  1.  Qabırğa;  2.  Beçə  içəri  yamşaq;  3.  Ağac  çüylər;  4.  Çöl 
yamşaq; 5. Xatabənd qoliçi oyma; 6. Sinə (döş); 7. Daraq; 8. Sinə xərək; 
9. Baş xərək; 10. Aşıqlar (burma qulaqlar); 11. Pərdə; 12. Sim bağı; 13. 
Sim; 14. Təzənə; 15. Qayış (çiyinə keçirmək üçün) bəndləri; 16. Köynək.   
Çox  hallarda  alətin  qolu  və  çanağın  yan  tərəfləri  təbii  sədəflə 
bəzədilir. Əsas saz hesab edilən tavar sazın ümumi uzunluğu 1.200 mm
çanağının  dərinliyi  200  mm  olur.  Təmiz  qara  sazın  normal  çəksi  onun 
ölçülərindən asılı olaraq 700 qramdan 1.100 qramadək olur. Balaca sazın 
çəkisi isə 300-400 qram olmalıdır. 
Digər  simli  çalğı  alətlərində  olduğu  kimi,  saz  da  üç  əsas  hissədən 
ibarətdir: 
1.  Çanaq  (gövdə).  Burada  səs  rezonansı  yaranır,  formalaşır  və 
güclənir. 
2. Beçə. Sazın çanağını qol hissə ilə birləşdirir. 
3Qol. Çanağa rezonans verən simlər qolun üstündən keçərək sol əlin 
barmaqları  ilə  hissələrə  bölünür  ki,  bu  da  müxtəlif  səslərin  alınmasına 
imkan verir. 
Çanağın  gövdəsi  bir-birinə  bərkidilmiş  tək  sayda  (adətən  9)  taxta 
“qabırğa”lardan  ibarətdir.  Bu  “qabırğa”lar  qol  ilə  çanağı  birləşdirən 
“küp” adlı kiçik hissənin üzərində yığılır. 
 
 
 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
91 
Hazır  olmuş  çanağa  qol  əlavə  edilir.  Bu  zaman  qol  ilə  çanağın 
tarazlığına  xüsusi  fikir  vermək  lazımdır.  Qol  çanağa  birləşdirildikdə 
dəqiqliyi tam saxlamaq üçün xüsusi xətkeşlərdən istifadə edilərək, qolun 
kəllə  ilə  birləşdiyi  hissə  5  mm  aralı  qoyulur  ki,  simlər  köklənərkən  qol 
qabağa  gəlib  öz  yerini  alsın.  Qol  hissəni  hazırlayarkən  materialın 
möhkəmliyinə xüsusi fikir vermək lazımdır, çünki alət kökləndikdə güclü 
təzyiq altında olan qolda əyilmə (çəngəl) ola bilər. 
Çanaq  ilə  qol  birləşdikdən  sonra  sazın  üz  hissəsi  quraşdırılır.  5  mm 
qalınlığında tut və  ya qoz ağacından hazırlanmış üzlük  əsasən, bəzir və 
ya zeytun yağı ilə yağlanıb bir neçə gün saxlanılır. Yağı tamamilə özünə 
çəkdikdən  sonra  o,  odun  üstünə  tutularaq  qurudulur  (bişirilir).  Bir  neçə 
gündən sonra bu proses bir daha təkrar edilir. Hazır olmuş üzlük xüsusi 
ağac yapışqanı ilə çanağın üzərinə bərkidilir. 
Sazın  səslənmə-
si  onun  necə  quraş-
dırılmasından  çox 
asılıdır. 
Çanaqlar 
tam 
quruduqdan 
sonra onun iç və çöl 
tərəfləri bir qədər də 
yonulub  hamarlanır 
və  bundan  sonra 
qol,  kəllə  və  başqa 
hissələri  quraşdırı-
lır.    Çanağın  üzə-
rində  qoyulmuş  bö-
yük  xərək  simlərin 
ehtizazını qəbul edir 
və  çanağın  daxilindəki  boşluğa  verir.  Bu  boşluqda  formalaşan  səs 
dalğaları  yenidən  üz  hissəyə  qayıdır.  Bu  halın  bir  neçə  dəfə  təkrarı 
nəticəsində  səs  güclənir,  uzanır,  beləliklə,  dolğun  tembrli  səs  çalarları 
əldə olunur. 
Alətin quraşdırılmasında, əsasən, sümükdən və balıq yağından bişiri-
lərək hazırlanmış taxta yapışqandan istifadə edilir. Hissələr hamarlandıq-
dan və təmizləndikdən sonra üzərlərinə isti halda nazik yapışqan sürtülür 
və  üst-üstə  qoyularaq  güclü  təzyiqlə  sıxılır.  Bütün  hissələr  birləşdikdən 
sonra aşıqlar və pərdələr quraşdırılır. 
  Qola 16-17 pərdə bağlanılır. Sazbənd Usta Xudunun sayəsində qol, 
beçə və sinə pərdələri (pərdə və yarımpərdələrlə birlikdə) 23-ə çatdırılıb. 
Azərbaycanda ölçüləri ilə fərqlənən iri tavar sazın 11, ana sazın 9, bəzən 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
92 
8 simi, ondan bir qədər yığcam orta, yaxud qoltuq sazın 6, bəzən 7 simi, 
kiçik cürə sazın isə 4-6 simi vardır. İlk olaraq Aşıq Əmrah Gülməmmə-
dov sazı təkmilləşdirərərk 11 simli edib.  
Sim, simli musiqi alətlərində, o cümlədən sazda səs rəqslərinin mən-
bəyidir. Qədim zamanlarda sim ağac qabığından, bitki  lifi  və  ya heyvan 
(at və s.) tükündən hazırlanırdı (ASE VIII cild). Müasir dövrdə isə əsasən 
metal (polad) simlərdən istifadə olunur. Metaldan olan simlər daha güclü 
və təmiz səs versə də, ifa zamanı barmaqla sıxarkən ipək və bağırsaqdan 
hazırlanmış  simlərə  nisbətən  daha  sərt  olur.  Bir  vaxtlar  simlər  yüksək 
keyfiyyətli poladdan hazırlanıb, gümüş suyuna salınarmış. Onlar heç za-
man paslanmaz və çox az halda qırılarmış. 
Simlərin  baş  tərəfi  ilgək  edilərək  çanağın  aşağı  tərəfində 
yerləşdirilmiş  xüsusi  simgirlərə  keçirilir.  Simgir  metal,  ebonit  və  yaxud 
möhkəm ağac materialından hazırlanır. 
Xərək - simli musiqi alətlərində, o cümlədən də sazda simin səslənən 
hissəsini  məhdudlaşdıran    və  simlərin  rəqsini  üst  dekaya  ötürən  ağac 
hissədir.  (ASE  X  cild,  səh.  78)  Kiçik  taxta  parçasından  ya  da  mal 
buynuzu  qırığından  emal  olunur.  Xərək  simlərin  ehtizazını  musiqi 
alətinin çanağına (gövdəsinə) ötürməklə səsi gücləndirir.    
AĢıq  simli  musiqi  alətlərinin  kəlləsində  simlərin  sarıldığı  zivanadır 
(balaca  paya,  qulaq).  Aşıqların  hazırlanması  üçün  ən  yaxşı  material 
armud  ağacı  sayılır.  Ondan  hazırlanmış  aşıqlar  kökü  dəqiq  saxlayır, 
atmosfer təzyiqinə davamlı olur. 
Pərdə  bəzi  simli  musiqi  alətlərinin,  (tar,  saz,  dütar,  tənbur  və  s.)  o 
cümlədən  də    sazın  qoluna  bağlanılan  bölmədir,  müxtəlif  yüksəklikli 
səsləri  bir-birindən  ayırmaq  üçün  istifadə  olunur  (ASE,  7-ci  cild,  səh. 
524). Əvvəllər qoyun bağırsağından nazik kəndir kimi eşilib emal edilib, 
at  tükündən  hazırlanıb.  Son  vaxtlar  da  isə  daha  möhkəm  və  davamlı 
sayılan kapron sapdan istifadə olunur. Əsas pərdələrdən hərəsinin öz adı 
var: baş pərdə, şah pərdə divani pərdə, beçə pərdələr və s. 
Sazın simlərini səsləndirmək üçün təzənədən istifadə olunur.    
Təzənə  -  albalı  və  gilas  ağaclarının,  əsasən  də  meşədə  bitən  yabanı 
gilas ağacının qabığından düzəldilir. (ASE IX cild, səh. 240) 
 
 
 
 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə