Ədəbiyyat, sənət və fikir dərgisi



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə28/31
tarix31.10.2018
ölçüsü1,43 Mb.
#77343
1   ...   23   24   25   26   27   28   29   30   31

 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
93 
 Unutsaq - unudularıq 
 
 
SAZBƏND MƏHƏMMƏDƏLĠ  
 
 Bu gün sazbəndlikdən söz düşəndə Məhəmmədəli kişinin adı birinci-
lər sırasında çəkilir. İstər aşıqlar, istərsə də sazbəndlər onu böyük minnət-
darlıq  hissi  ilə  xatırlayır,  bir  ustad  sazbənd  kimi  işini  yüksək  dəyərlən-
dirir, sazbəndlər üçün bu gün də örnək olduğunu vurğulayırlar.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sazbənd Məhəmmədəli (sağda) və aşıq Hüseyn Sarıyev 
 
Məhəmmədəli Abbasqulu oğlu Məhərrəmov 1893-cü ildə Naxçıvanın 
Şərur rayonunun Qorçulu kəndində kasıb bir ailədə anadan olub. Çox er-
kən  yaşlarından  valideynlərini  itirən  Məhəmmədəli  1918-1920-ci  illərdə 
ermənilərin  xalqımıza  qarşı  törətdikləri  vəhşiliklərdən  yaxa  qurtarmaq 
üçün  kiçik  qardaşını  və  bir  neçə  yaxın  qohumunu  da  götürərək  Qazax 
rayonuna gəlib və burada məskunlaşıb. O dövrün çətinlikləri burada onun 
həyat tərzinə öz təsirini göstərib. Sazbəndliyə olan həvəsi və bu sahədəki 
qabiliyyəti onu ötən əsrin 30-40-cı illərində bu sənətə gətirib çıxarıb.  
İkinci dünya müharibəsi  onun həyatına da təsirsiz ötüşməyib.  Müha-
ribə  başlayanda  yaşlı  olduğundan  onu  döyüşən  ordu  sıralarına  aparma-
salar da, ehtiyatda olan  hərbi hissəyə  çağırıblar.  Cəbhəyə  yollanan kiçik 
qardaşı isə bir daha geri qayıtmayıb və qardaş itgisi onun həyatında silin-
məz iz qoyub.  
1945-ci ildə ordudan tərxis olunduqdan sonra ailə həyatı qurub. Lakin 
birinci evlilikdən uşaqları olmadığından ikinci dəfə evlənib. 
 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
94 
 
 
Şəkildə soldan: Sazbənd İsgəndər Budaqov, usta Məhəmmədəli və qızı Xurəmzə, 
həyat yoldaşı Pəri, qız nəvəsi Elşad. 1971-ci il. 
 
Qısa  müddətdə  sazbənd  kimi  təkcə  Qazaxda  deyil,  ətraf  rayonlarda, 
Göyçədə  və  Borçalıda  da  məşhurlaşan  Məhəmmədəli  kişinin  evi  sənət 
ocağına  çevrilmiş,  dövrünün  məşhur 
aşıqlarından  Əmrah  Gülməmmədov, 
Kamandar  Əfəndiyev,  Hüseyn  Sa-
raçlı,  Xındı  Məmməd,  Cəlal  Qəhrə-
manov, Kərəm Nəsibov, Məhəmməd 
Şıxlı,  Şəhadət  Gülməmmədov  və 
digərləri  tez-tez  onun  qonağı  olub, 
düzəltdiyi sazda çalıb-oxuyublar.  
Məhəmmədəli  Məhərrəmovun  şə-
yirdi  olmuş  sazbənd  İsgəndər  Buda-
qov  həm  öz  ustadı,  həm  də  adlarını 
çəkdiyimiz  aşıqlar  haqqında  minnət-
darlıqla  söz  açaraq  deyir  ki,  onların 
hər  biri  ayrıca  bir  məktəb  idi.  Usta-
dının  alicənablığından,  səxavətindən 
danışaraq xüsusilə vurğulayır ki, Mə-
həmmədəli  kişi  hər  şeyin  yerini  bi-
lən,  əliaçıq,  qonaqpərvər  bir  kişi  idi. 
Qapısı həmişə qonaq üzünə açıq olardı. O, belə bir əhvalat da danışır ki, 
bir  dəfə  Novruz  bayramı  ərəfəsində  həyat  yoldaşı  Pəri  xanım    bayram 
bazarlığı  etmək  üçün  Məhəmmədəli  kişidən  pul  istəyir.  Həmin  ərəfədə 
pulu olmayan usta cavab verir ki, cəmisi 30 manat pulum var, onu götür 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
95 
get bazara, nə düşür al. Pəri xanım da bu pulla istədiyini ala bilməyəcəyi-
ni söyləyib, bazara getmir. Həmin günün axşamı Əmrah Gülməmmədov-
la  Kamandar  Əfəndiyev  onlara  gəlirlər,  özü  də  böyük  bayram  sovqatı 
ilə...  
Sazbənd Məhəmmdəli kişinin sənətkarlığı istər aşıqlar, istərsə də folk-
lorşünaslar,  aşıq  sənətinin  biliciləri  tərəfindən  hər  zaman  layiqli  qiy-
mətini alıb. Haqqında qəzetlərdə yazılar yazılıb. Ömrünün son illərində - 
1971-ci  ildə  Xalq  şairi  Hüseyn  Arifin  köməkliyi  ilə  Qazax  rayonunda 
milli adət-ənənələrimizlə bağlı çəkilən qısametrajlı filmdə Məhəmmədəli 
Məhərrəmov haqqında da məlumat verilib. 
1972-ci  ildə  dünyasını  dəyişən  Məhəmmədəli  Məhərrəmov  Qazaxda 
dəfn  olunub.  Ölümündən  qırx  ilə  yaxın  bir  vaxt  keçməsinə  baxmayaraq 
bu gün də xatirəsi əziz tutulur, sazdan, sazbənddən söz düşəndə adı min-
nətdarlıqla anılır, böyük sənətkar olması dönə-dönə vurğulanır.  
  
M.Nəbioğlu 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
96 
 
 
 
 
 
 
ZƏKĠ ĠSLAM 
 
 
 
 
 
 
GƏL 
I hissə 
 
Sən Göyçənin ellərinə, 
Zimistanı çıxanda gəl.  
Yamacda tütək səsinə, 
Maral dönüb baxanda gəl.  
 
Təkağacdan, Toxlucadan 
Ləzzət alır sökülən dan.  
Yaşıl çəmən Ağbulaqdan, 
Döşlərə gül taxanda gəl.  
 
Ensən Şorcanın başına, 
Asta sürət ver maşına.  
Ürək açan Üçdaşına, 
Gecikmə, gün çıxanda gəl.  
 
Adatəpə, Uca Yalnan
Doyunca gəz, ləzzət alnan. 
Təzə işxan kababınnan, 
Çəkib şişə taxanda gəl.  
 
Göyçə gözəllik diyarı, 
Ardanışda dayan barı.  
Addımlasan Cilə sarı, 
Sinənə söz axanda gəl.  
 
Arxa verib Şahdağına, 
Nəzər sal bağça-bağına. 
Cilin Pəri bulağına, 
Duman dağdan qalxanda gəl.  
 
En aşağı Babacana,  
Bax qonağa, canhacana. 
Pəmbək, Dərə hər zamana
Dost əlini sıxanda gəl.  
 
Keç Güneydən Sarınərə, 
Şişqayadı xoş mənzərə. 
Səcdə qılnan Ələsgərə, 
Ustad kamal baxanda gəl.  
 
İnəkdağı, Məzrələri,  
Göysu, Kəsəməndən bəri.  
Şorcalarda gəzən pəri, 
El yaylağa çıxanda gəl.  
 
Qaraiman, Qoşabulaq, 
Daşkənddə gəz soraq-soraq.  
Qanlı, Kərkibaş, Qırxbulaq, 
Bu yerlərə axanda gəl.  
 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə