Ədəbiyyat, sənət və fikir dərgisi



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə20/31
tarix31.10.2018
ölçüsü1,43 Mb.
#77343
1   ...   16   17   18   19   20   21   22   23   ...   31

 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
69 
 
 
 
 
Həsən MĠRZƏ 
professor 
 
DƏRƏLƏYƏZDƏ 
 
Televiziyada ustad aşıq Qəmkeş 
Allahverdi haqqında gedən verilişə 
baxanda Dərələyəz dərdim təzələndi. 
 
 
 
Doğma yurdu zorla haya verdilər,  
Sərraflar qalmadı Dərələyəzdə.  
Aqili, şairi yurddan qovdular, 
Başbilən qalmadı Dərələyəzdə, 
Erməni yurd saldı Dərələyəzdə.  
 
Folklorun Allahı sürgünə getdi,  
Qəhrəman, Fətulla yurdu tərk etdi.  
Cəlilin həyati qürbətdə bitdi, 
Ustadlar qalmadı Dərələyəzdə.  
 
Qəmkeş Allahverdi, Sücaət – ümman,  
Ədalət Dəlidağ, Aşıq Əhliman, 
Dərbədər eylədi bunları dövran,  
Soyları qalmadı Dərələyəzdə. 
 
Şahmalı Kürd oğlu – uca səs-avaz, 
Xanəndə İdiris – Bayatı-şiraz.  
Qəlbləri fəth edən Aybəniz, Şahnaz, 
Heç biri qalmadı Dərələyəzdə.  
 
Gülüstanın səsi qəlbi dağlayır,  
Məclislərdə şöhrət coşur, çağlayır. 
Cavan Mehdi yurddan dastan bağlayır,  
Ünləri qalmadı Dərələyəzdə.  
 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
70 
Vahid Əziz əziz idi elində,  
Vətən sözü əzbər idi dilində.  
Şeirləri mahnı, muğam dilində,  
Çox heyif, qalmadı Dərələyəzdə.  
 
Gədəbəyə köçdü Aşıq Məhəmməd,  
Qərbəndi yurd seçdi Aşıq Məhəmməd.  
Çoxlarına ustad oldu Məhəmməd,  
Yuvası qalmadı Dərələyəzdə.  
 
Aşıq Nabat cida düşdü yurdundan, 
Yad ellərdə onu gəzdirdi zaman.  
Məclislər apardı, söylədi dastan,  
Bir izi qalmadı Dərələyəzdə.  
 
Aşıq Mehdi yurda həsrətlə baxdı,  
Bu dərd Ələmdarı yandırdı, yaxdı.  
Həsənin beynindən ildırım çaxdı, 
Qibləgah qalmadı Dərələyəzdə,  
Erməni yurd saldı Dərələyəzdə.  
 
Bakı, yanvar 2005 
*** 
Əjdər Yunus Rza 
 
HAY VERƏ 
 
 
Vətən dərdli, yurd həsrətli el ağsaqqalı  
Həsən Mirzəyə şair Əjdər Yunusun  
şikayəti və Dərələyəz xatirələri
  
 
Həsən Mirzə, yurdsuzluğu görməyən,  
Dərdin yuyub, gündə yüz yol sərməyən, 
Vətən deyib ürəyini verməyən,  
Gözləmə ki, hayımıza hay verə.  
 
Dərdimiz də dağ çəkilib, dağlanıb,  
Bənd vurulub, yollarımız bağlanıb.  
Nələr ötüb, nələr itib, nə qalıb?  
Cavab yoxdur, suallaşdım min kərə.  
 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
71 
Olanlara Allah da heç baxmadı,  
Şər yuvasın dağıtmadı, yıxmadı.  
Ərənlərdən xəbər-ətər çıxmadı,  
Kim minəcək yəhərlənmiş kəhərə?  
 
Ağladığın o dağları görmüşəm,  
Əvəliyin hörüklərin hörmüşəm.  
Ruhumu da dağa-daşa vermişəm, 
Quru canım çıxar-çıxmaz səhərə.  
 
Muradtəpə qardan çalma çalardı,  
Əriməzdi, payızacan qalardı.  
Nə şairə, nə rəssama yer vardı,  
Güneyi də, quzeyi də mənzərə.  
 
Qara bulaq diş kəsərdi içəndə,  
Çox azmışam o çiskində, o çəndə.  
Dərə boyu yarpızları dərəndə, 
Xoş ətiri yayılardı hər yerə.  
 
Qız-gəlinli Yastı bulaq, Təzəhli, 
Gələni yox, yola baxsın ha qəmli...  
Yer var idi, məncə adı Əməli, 
Uşaqikən bələd idim o yerə.  
 
Əli kişi meşəsiydi sıx meşə, 
Qoyun-quzu sərilərdi Ağ döşə.   
Güllüdüzdən gül dərilib həmişə,  
Bir də görən, kimlər gələ, kim dərə?  
 
Taxtalardan xırman yeri aralı,  
Qızılgüldən ayrı düşən yaralı.  
Ələyizdə quru ərik xaralı...  
Kim açacaq, qaysavalıq pay verə?  
 
Saymağınan nə yer bitər, nə söhbət, 
Orda qaldı saf ünsiyyət, saf hörmət. 
Axır, bir gün sona çatar bu möhnət,  
Dağlar yenə qismət olar Əjdərə.  
29.10.2011  


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
72 
 
Təbrik edirik! 
Məhərrəm QASIMLI 
Musa NƏBĠOĞLU 
 
 
DĠLĠMĠZĠN SADĠQ KEġĠKÇĠSĠ 
 
 
Professor  İsmayıl  Məmmədli:  “Dilin 
zənginliyi xalqın müşahidə qabiliyyətinin 
zənginliyi deməkdir”. 
 
Onunla tez-tez görüşürük. Azərbaycan 
MEA-da,  müxtəlif  tədbirlərdə  və  bir  də 
Azərbaycan  Aşıqlar  Birliyində.  Sonuncu 
ünvana tez-tezs gəlməsi də təsadüfi deyil. 
Axı, o, sazlı-sözlü bir aləmdə dünyaya gə-
lib,  necə  deyərlər,  beşiyinin  başında  saz 
çalınıb. Babası Vəli və atası Oruc öz dövr-
lərinin  məşhur  aşıqlarından  olublar.  Özü 
də  biganə  deyil  bu  sənətə.  Bir  alim  kimi 
əsas fəaliyyəti başqa istiqamətdə olsa da, xalqımızın bu ölməz sənəti ilə 
bağlı da tez-tez maraqlı yazılarla çıxış edir. Elə bir neçə yazısı da “Ozan 
dünyası”nda  işıq  üzü  görüb.  Aşıqlar  Birliyi  və  onun  orqanı  olan  “Ozan 
dünyası” jurnalı ilə müntəzəm əlaqə saxlayır, tədbirlərimizdə sadəcə iş-
tirak etmir, həm də köməyini əsirgəmir. Sadəliyi və səmimiyyəti, yüksək 
ziyalı  mədəniyyəti  ilə  seçilir.  Xırda  hisslərdən  uzaq  olub,  öz  ləyaqətini 
qorumağı  bacarır.  İnsanın  öz  ləyaqətini  qorumasını  həyatda  başlıca 
şərtlərdən  hesab  edir  və  bu  barədə  söz  düşəndə  böyük  şairimiz  Osman 
Sarıvəllinin bir beytini xatırladır: 
 
Ləyaqətin varsa, tapallar səni, 
Şan-şöhrət dalınca qaçmaq əbəsdir! 
 
Olduqca  zəhmətkeş,  özünün  və  başqasının  vaxtını  qiymətləndirməyi 
bacaran,  vaxtdan  səmərəli  istifadə  edən  insandır.  Onun  zəhmətə  bağlılı-
ğından  söz  açanda  istər-istəməz    A.V.Lunaçarskinin  belə  bir  fikri  yada 
düşür: ”Qiymətli  vaxtını  öldürən  adam özünü öldürür, öz insanlıq ləya-
qətini öldürür, insanlıq idealını öldürür". Onun barəsində düşünərkən bir 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə