Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 4(7), 2011



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə19/31
tarix31.10.2018
ölçüsü1,43 Mb.
#77343
1   ...   15   16   17   18   19   20   21   22   ...   31

 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
66 
soruşur: “Necəsən dost, yaddan çıxmamışam ki?” Xəyali sorğuya xəyali 
cavab verirəm:  
- Dalğanı dənizdən ayırmaq mümkün olsaydı, sənin kimi sənətkarı 
da  xalqın  ürəyindən  qoparmaq  mümkün  olardı.  Toylarda,  dost  məclis-
lərində, ailə  yığıncaqlarında, mötəbər səhnələrə xalqdan ilhamlanıb oxu-
duğun  bayatını  unutmaq  mümkün  olsaydı,  səni  də  unutmaq  mümkün 
olardı.  
 
Bu qala bizim qala,  
Həmişə bizim qala.  
Tikmədim özüm qalam, 
Tikmişəm izim qala.  
 
Sən, sazın-sözün sehri ilə bir qala ucaltdın ki, ömrü əbədiyyət qədər 
sonsuzdur.  Üstəlik,  vəsiyyət  elədin:  “Sözlərimi  saxla  yadda...”  İnan  ki, 
güvəndiyin, inandığın, sevə-sevə tərənnüm edib... nisgillə ayrıldığın xalq 
sənin irsini öz taleyi kimi əzizləyə-əzizləyə hifz edəcək.  
Deyirlər  ki,  axşam  gündüzü  tamamladığı  kimi,  ölüm  də  həyatı 
tamamlayır. Fiziki həyatın tamamlansa da, mizrab teldən ayrılsa da, sən 
öz ecazkar sənətinlə sözlərini  yadda saxlayanların dostu, mehmanı kimi 
həmişə bizimləsən, sənət səyyahı kimi həmişə yollar müsafirisən...  
 
 
 
 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
67 
AĢıq Pənah PƏNAHOV 
 
 
NƏYƏ LAZIM 
 
Gedirəm, sevgilim, nigaran qalma, 
Ayrılıq dəmində yaş nəyə lazım?!  
Dərdi yük eyləyib qəlbinə salma
Sevdalı ürəyə daş nəyə lazım?!  
 
Ağlayıb, ağlayıb incitmə məni, 
Dərd-kədər içində görməyim səni. 
Yolların üstünə sər yasəməni, 
Daha yolmaq üçün baş nəyə lazım?!  
 
Pənaham, bir sənsən, bir saz – sirdaşım, 
Sənət yollarında ağarır başım.  
Dostlar, soruşmayın neçədir yaşım?  
İlham cavandırsa – yaş nəyə lazım?!  
 
DOST ODUR KĠ... 
 
Dost axtaran, dostluğun yüz şərti var,  
Dost odur ki, kələk quran olmasın.  
Öz yerini bir az şirin salmaqçün, 
Xımır-xımır qeybət qıran olmasın.  
 
Dost odur ki, düzə düzü düzünə, 
Düz danışa, dümdüz baxa gözünə. 
Düz sözünü düz də deyə üzünə,  
Söz içindən söz axtaran olmasın.  
 
Hər obada yaxşı dostun var, Pənah,  
Kimdir, söylə səndən bəxtiyar, Pənah?!  
Dost yolunda olsun boran, qar, Pənah, 
Ancaq bircə ara vuran olmasın.  
 
ÜRƏYĠM 
 
 
Son vaxtlar baxmırsan mənim sözümə.  
Aç bütün dərdimi – “soyun”, ürəyim!  
Şahid tək durmusan mənim üzümə,  
Gəl, açma başıma oyun, ürəyim!  
 
 
Mənim aləmimdə sinədə ürək, 
İnsanın qəlbilə bir vursun gərək.  
Təmizsən, şəffafsan göz yaşları tək, 
Yalnız saflığınla öyün, ürəyim!  
 
Hamının dərdinə eylədim kədər,  
Bəzi namərdlərçün hədərmiş, hədər.  
At qəm libasını, sən də bir qədər, 
Fərəhlən, ürəyim, söyün, ürəyim!  
 
SÖZ 
 
Bir ürəkdən qopub gələr, 
Min ürəyi dindirər söz.  
Gah sinədə od yandırar, 
Gah atəşi söndürər söz.  
 
Gah könlünü alar sənin,  
Gah ilantək çalar səni.  
Ya hörmətdən salar səni, 
Ya hörmətə mindirər söz.  
 
Gah ağladar gülə-gülə, 
Yaş tökərsən gilə-gilə.  
Bağban olub çıxsa çölə, 
Tikandan da gül dərər söz.  
 
Kəlbətindir, sıxar səni,  
Zor eləmə, yıxar səni.  
Mənəm deyən sərkərdəni,  
Öz atından endirər söz.  
 
O qaytarar gələni də,  
Naşı eylər biləni də.  
Pənah deyər, öləni də, 
Öz yolundan döndərər söz.  
 
TELLĠ SAZIM 
 
Çoxları adına köhnədir dedi, 
Hər günün gərəyi, a telli sazım.  
Kimi səni yerə vurmaq istədi, 
Ellərin istəyi, a telli sazım. 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
68 
 
Vicdanı, namusu əyən də oldu,  
“Daloy tar”, “daloy saz” deyən də oldu.  
Xalqımın xətrinə dəyən də oldu, 
Xalqımın ürəyi, a telli sazım. 
 
Nakəsin, nadanın hanı axırı,  
Gör necə böhtanın çıxdı paxırı.  
Durma, tərif elə o nazlı yarı,  
Toyların bəzəyi, a telli sazım. 
 
Səndən ilham alıb alovlanıram,  
Qoca Ələsgəri ustad sanıram.  
Vurğunu, Müşfiqi bir-bir anıram,  
Dahilər diləyi, a telli sazım. 
 
Barmaqlar ötüşüb dindikcə pərdə,  
Əlvida deyirik qüssəyə, dərdə.  
Pənah darıxarmı sən olan yerdə,  
Ömrümün çiçəyi, a telli sazım.  
 
GÖRƏRSƏN 
 
Ürəyi düz, əməli düz olanı,  
Sevinən görərsən, gülən görərsən.  
Axtaran, öyrənən, duyan insanı,  
Sirlər aləmini bilən görərsən.  
 
Sevirəm torpağı mədh edənləri,  
Əlçatmaz göyləri fəth edənləri.  
Dərdini dərdində gizlədənləri –  
Sevinci qardaştək bölən görərsən.  
 
Unudub həyanı, unudub arı, 
“Mənəm-mənəm!” deyib hay salanları,  
Qeyrətsiz gün sürüb “ucalanları” –  
Min canı olsa da, ölən görərsən.  
 
Bülbüldən səs aldım, güllərdən nəfəs,  
Pənaham, tükənməz könlümdə həvəs.  
Xalqın ürəyində yaşayan ölməz –  
Dünyaya təzədən gələn görərsən.  
 
 
 
OLMASAYDI 
 
Dağların qüdrəti bilinərdimi,  
Dərəsiz, təpəsiz düz olmasaydı. 
Ürəkdən acılar silinərdimi,  
Qılıncdan kəsərli söz olmasaydı.  
 
İnsanın həyatı qəmlə dolardı,  
Şəhərlər, obalar viran qalardı.  
Ocaqda bayquşlar yuva salardı,  
Alov olmasaydı, köz olmasaydı.  
 
Gözəllik zirvədən yerə enərdi,  
Ulduzlar qaralar, günəş sönərdi.  
Qızlar bir ətirsiz gülə dönərdi, 
İşvə olmasaydı, naz olmasaydı. 
 
Nə məclis olardı, nə toy, nə büsat, 
Nə gülüş olardı, nə xoş bir həyat.  
Pənah da açmazdı burda qol-qanad,  
Yastı balabanla saz olmasaydı.  
 
ĠNCĠYƏR 
 
Naşı bağban, girmə bağa, 
Yarpaq düşər, gül inciyər.  
Gəl toxunma göy budağa
Vurma ona əl – inciyər.  
 
Hər axşamı, səhəri sən, 
Ala gözlü dilbəri sən,  
Şirin sözlə dindirməsən,  
Dodaq küsər, dil inciyər.  
 
Kim zəhmətdən uzaq olsa,  
Məhəbbətdən uzaq olsa, 
Hər günü boş yola salsa,  
Ay sevinməz, il inciyər.  
 
Bu saf inci sözləri mən,  
Toplamışam min könüldən.  
Pənah ayrı düşsə eldən,  
Sazındakı tel inciyər. 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə