Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 4(7), 2011



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə15/31
tarix31.10.2018
ölçüsü1,43 Mb.
#77343
1   ...   11   12   13   14   15   16   17   18   ...   31

 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
53 
evlilikdən  sonra  Molla  Məmməd  Fəqir  öz  qısqanclığı  ucbatından  Aşıq 
Pəriyə  göz  verib  işıq  vermir,  ağ  gününü  qara  əsgiyə  bükür,  onu  məclis-
lərə buraxmır. Hətta şeir yazmağı belə ona qadağan etmə cəhdi ilə aşiqlər 
aşiqi  Aşıq Pəriyə bir sürgün həyatı bəxş etmiş olur. Onu vərəmlədir və 
gənc  yaşlarında  həyatını  qeyb  etməsinə  səbəb  olur.  Filologiya  elmləri 
üzrə fəlsəfə doktoru Tariyel  Abbaslı 2009-cu il tarixli “Mingəçevir ley-
sanı” ədəbi-bədii jurnalının 4-cü sayında dərc etdirdiyi “Maralyanlı Aşıq 
Pəri” məqaləsində  yazır: “...Molla Məmməd adlı birisinə könlü olmadan 
ərə  gedən  sərv  boylu  şairə,  onun  işgəncələrinə  tab  gətirə  bilmədiyindən 
sənət  aləmindən  də  uzaqlaşdı  və  cavan  yaşlarında  dünyasını  dəyişdi. 
Molla  Məmmədə  həsr  etdiyi  bir  şeirdə  şairənin  müsibətli  ailə  həyatı 
indinin özündə də adamın ürəyini sızladır: 
 
Sarıbalaq, nə durmusan qəsdimə, 
Qəm ləşkəri hücum çəkir üstümə. 
Heç qoymursan qələm alım dəstimə, 
Ərzi-halım bəyan edim, neyləyim?..” 
 
Söz ardı: Əlbəttə, 1842-ci ilin siyahıyaalmasında yaşın 40 yazılması 
təqribidir. Ölüm qeydiyyatı da ola bilsin ki, 1849-cu ildəki siyahıyaalma 
zamanı  artıq  həmin  adamların  vəfat  etməsi  ilə  əlaqədar  olaraq  aparılıb. 
Ona görə də mən ziyalıların və Maralyan kənd sakinlərinin ümumi rəyinə 
əsaslanaraq Aşıq Pərinin doğum və ölüm tarixlərinin onun məqbərəsi üs-
tündə və heykəlinin podstamentindəki 1813-1848 rəqəmləri ilə tam razı-
laşıram və bu cür də yazılmasını qəbul edirəm. Lakin məhkəmə-tibb eks-
perti kimi çıxış edərək Aşıq Pəri 25 yaşında Molla Məmmədə ərə gedib, 
ailəli ola-ola Molla Məmməd onu zorla özünə arvad edib, sonra da bakirə 
çıxdığını  camaata  elan  edib  kimi  yazılı  mənbəyi  olmayan  cəfəng,  elmi 
əsası  olmayan  qurama  yazılarla  Aşıq  Pərinin  həyatına  müdaxilə  etmək 
Aşıq Pəri böyüklüyünə hörmətsizlikdən başqa bir şey deyildir. Qaldı bu 
gün “Aşıq Pəri Mirzəcan Mədətova ərə gedib” kimi sarsaq yazılar yazan, 
sayıqlayan  sərsəmlərə,  Aşıq  Pərinin  Mirzəcan  Mədətovun  sevgisinə 
verdiyi iki misralıq  cavabını çatdırmaq, əzbərlətmək kifayətdir: 
 
 
“Pəriyəm, mən sənə baxan deyiləm
Müjqanın sinəmə taxan deyiləm!”. 
 
 
Ümumiyyətlə,  Aşıq  Pərini,  Həcəri  (Həcərin  Nəbinin  ölümündən 
sonra erməniyə  yox, öz həmkəndlisinə ərə getməsi söhbəti olub. Burada 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
54 
qəbahətli nə var ki) erməniyə “ərə verən” qarayaxanlara bildirmək istəyi-
rəm  ki,  sovet  ideologiyası  beynimizə  beynəlmiləlçilik  zəhəri  doldura-
nadək min illər boyu bir nəfər də olsun azərbaycanlı qızı erməni kişisinə 
ərə getməyib. Bəlkə sovet dönəmində barmaqla sayılacaq əks hal baş ver-
miş  olsun.  Ancaq  min  illər  boyu  şahlarımız,  xanlarımız,  minlərlə  azər-
baycanlı  kişisi,  adını  məhəbbət  qoyub  dünyaya  fahişəlik  toxumu  səpən 
minlərlə  erməni  qadını,  harsın  axçisi  alıb,  ocağı  başında  özünə  düşmən 
balası  bəsləyibdi.  Halbuki  nə  xalqın  yaddaşından  doğan  “Əsli-Kərəm”  
adlı  məhəbbət  dastanında,  nə  də  saf  sevgidən  bəhs  edən  “Bahadır  və 
Sona”  povestində,  biz  nə  qədər  də  bu  əsərlərin  beynəlmiləlçilik  zəmi-
nində  yarandığından  və  yazıldığından  bəhs  etsək  də,  qürur  mənbəyimiz 
kimi  qələmə  versək  də,  nə  müdrik  babalarımız,  nə  də  müdrik  yazıçımız 
son məqamda azərbaycanlı kişisinin erməni qadınına qovuşmasına imkan 
verməmişdilər.  Bu  göstərici  yenə  də  bizə  ibrət  dərsi  olmamışdır.  Əgər 
yuxarıda  ünvanlarına  söz  dediyim  sərsəmlər  özlərini  namus,  qeyrət  ke-
şikçisi, elçisi görmək istəyirlərsə, ilk növbədə erməni qadını ilə evlənən 
azərbaycanlı  kişiləri  lənətləsinlər.  Azərbaycan  qadını  haqqında  söz  de-
yəndə  ona  hörmətlə,  ehtiramla  yanaşsınlar.  Mən  bir  daha  təkrar  edirəm 
ki, milli varlığımızın, dilimizin yaşaması üçün biz yalnız və yalnız Azər-
baycan qadınına, onun varlığına borcluyuq!!!          
P.S.  Biz  bu  gündən  səy  göstərməliyik  ki,  Azərbaycan  qadın  aşıq 
sənətinin  banisi,  Cəbrayılın  incisi,  aşiqlər  aşiqi  Aşıq  Pərinin  2013-cü 
ildə anadan olmasının 200 illiyinin dövlət səviyyəsində qeyd edilməsinə, 
Aşıq Pəri külliyyatının toplanıb nəfis şəkildə çap olunmasına nail olaq. 
 
 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
55 
 
 
 
Dr. Fəxri VALEHOĞLU-HACILAR 
 
 
“QAZĠ QARS ġƏHRƏNGĠZĠ” 
SĠMPOZĠUMU VƏ 
AġIQ ġƏRƏF TAġLIOVA 
 
 
2011-ci  il  oktyabr ayının son  3 gününü Türkiyənin  Qars elində  keçir-
dim. Burada təşkil olunmuş  “Qazi Qars şəhrəngizi” beynəlxalq simpozi-
umu Türk Dünyasının dörd bir yanından görkəmli elm xadimlərini, saz-
söz və ruh-əqidə adamlarını, Türkiyə Cümhuriyyətinin dövlət ərkanını bir 
araya gətirmişdi. Möhtəşəm qalası, zəngin tarixi mirası, planlı şəkildə sa-
lınmış  düzxətli  geniş  küçələri  üzərində  inşa  olunmuş  Baltik  memarlığı 
üslublu binaları ilə seçilən Qars şəhərinin hər bir səmtində bayram əhval-
ruhiyyəsi  hiss  olunurdu.  Caddə  və  sokakları  bu  mötəbər  tədbiri  düzən-
ləyən  qurumların  loqoları  əks  olunmuş  banerlər  bəzəyirdi.  Fərəhlə  qeyd 
etmək  istərdim  ki,  onların  arasında  atam  Valeh  Hacıların  adını  daşıyan 
elmi-mədəni araşdırmalar vəqfinin baneri də var idi. Bir sözlə, Qazi Qars 
həmin günlərdə Türk Dünyasının mədəni mərkəzinə çevrilmişdi. 
Simpoziumu  mənim  üçün  unudulmaz  edən  və  dəyərini  artıran  əsas 
amillərdən  biri  orda  tez-tez  səsləndirilən  Mehralı  bəy  və  Valeh  Hacılar 
kəlmələri, qarapapaq türklərinin  tarixinə və mədəniyyətinə dair məruzə-
lər idi.  İştirakçılar  arasında da qarapapaq  əsilli Türkiyə  vətəndaşları  çox 
idi. “Qazi Qars şəhrəngizi” simpoziumu hərdən mənə sırf qarapapaqlara, 
onların  dünəninə  və  bugününə  həsr  olunmuş  bir  elmi  toplantı  təsirini 
bağışlayırdı (Qeyd edək ki, “şəhrəngiz”  Türk divan ədəbiyyatında şəhə-
rin gözəllərini və gözəlliklərini vəsf  edən kiçik həcmli  mənzum əsərlərə 
deyilir, Qazi ünvanını isə Qars tarixi mənbələrə Krım savaşı adı altında 
keçmiş  1853-1856-cı  illər  türk-rus  müharibəsi  zamanı  qarslıların  şəhəri 
mühasirəyə  almış  ruslara  qarşı  inanılmaz  müqavimətinə  və  qəhrəman 
müdafiəsinə görə almışdı). Nəzərə alsaq ki, Qarsın demoqrafik yapısında, 
ədəbi  mühitində  və  sənət  aləmində  həmişə  qarapapaqların  xüsusi  çəkisi 
olub və xarici işğalçılara qarşı Qars  və ətraf bölgələr uğrunda döyüşlərdə 
bu mərd türk ulusu həmişə ön sıralarda yer alıb, bu təsir təbii idi. Tədbi-
rin qeyri-rəsmi hissəsində də qarapapaqlarla bağlı söylənənlər digər möv-
zuları üstələyirdi və burada Türkiyədə aşıq sənətinin zirvəsində dayanan i 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə