Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 4(7), 2011



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə12/31
tarix31.10.2018
ölçüsü1,43 Mb.
#77343
1   ...   8   9   10   11   12   13   14   15   ...   31

 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
45 
mətərisdəndi... Gücünü  el-obadan  aldı.  Zəmanənin  dönüklüyü  onu  
sıxsa da, şöhrətin zirvəsindən  endirəmmədi.  
  Məncə  bu  yerdə  haşiyə  çıxaraq  bir-iki  əhvalata  müraciət  et-
mək yerinə düşər. 
 
Kürüstündə  Kamandarın  iki  çox  yaxın  uşaqlıq  dostu  olub.  Böyü-
yəndən sonra hərəsi  bir peşə  sahibi  olsa da, yaxınlıqları davam  edib.  
Payız  vaxtı  üç    dost  Ehram  çayını    keçib  Qarayazı  meşəsinə  ova  
çıxırlar.  Əslində ov bəhanəydi. Dostları  aşığın  başını  qatmaq  üçün 
onu  kənddən  çıxarmışdılar.  Axşama  yaxın  payızın  sazağı  iliklərinə 
işləyir.  Qayıdanbaş  çayı  ayaqlarını  soyunub  keçməli  olurlar.  Dostlar  
iki ayağını bir  başmağa dirəyir  ki, sənin əşyalarını da, özünü də  biz 
keçirəcəyik,  sənin  səsin    təkcə  sənə  aid  deyil,  biz  onu    qorumalıyıq. 
Beləcə, dostların  biri  əşyaları götürür,  biri  də  ustadı  arxasına  alıb  
çayı  keçirirlər.
  
Bəlkə də bu hadisə bəzilərinə qəribə görünəcək. Ancaq, həqiqətən  
Borçalıda  ustadı  əllərində saxlayırdılar, sonsuz məhəbbətlə sevirdilər 
və  yenə  sevirlər...  Xalqın  öz  sənətkarına  olan  sevgisini  kimi  yana-
yana,    göynəyə-göynəyə    yaşadır,  kimi  də  sinəsində    qorranan    odu 
aşığın  lentin  yaddaşına  köçən  ifalarını  dinləyə-dinləyə  söndürməyə  
çalışır.  Kimi  də  təsəllisini  xatirələr  də  tapır...     
 Ustadın  başqa  bir  dostu,  25  il  aşığın  yaradıcılığını  addım-addım  
izləyən  Dünyamalı  müəllim  söyləyir  ki,  aşıq  Bakıya  gəlmişdi.  İş  
elə  gətirdi ki,  ustad  on  gün  ləngiyəsi  oldu.  
  Kürüstünə  obaşdan  çatdıq.  Mal-heyvan  damnan  təzə  çıxırdı.  
Kəndin  qulağındaca  çoban  çomağını  uzadıb  maşının  qabağını  kəsdi. 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
46 
Maşını  saxladıq. Çoban yüyürüb aşıq olan tərəfdən maşının qapısını 
açdı,  həyəcanla:  “Allan  səni  saxlasın,  kəndi  başlı-başına  qoyub  neçə  
gündü  hardasan?  Sənsiz yaman  darıxmışıq”, - dedi. 
Bax,    ustadın  sənətinə,  şəxsiyyətinə    xalq    sevgisi    buydu.  Bu  
sevgi  Kamandar üçün bütün titullardan üstünüydü. Bütün yaradıcılığı 
boyu ustad çalışdı ki, bu sevgi  əskilməsin,  əksinə çoxalsın. Çünki, o 
da öz  xalqını  sevirdi. 
 Xalq  şairi  Zəlimxan  Yaqub  ustadı  xatırlayarkən  bir  əhvalat 
danışdı.  Günlərin    bir  günü  ustadın  şirin  söhbətini  dinləyə-dinləyə 
talvarın altında  əyləşib nərd  oynayırdıq. Dostlardan biri bizi günorta 
bulaq  üstə qonaq dəvət  etdi. Ustad hazırlaşmaq üçün otağa keçdi. Bir 
saat  keçdi, gəlmədi. Məndən xahiş etdilər ki, aşığı  tələsdirim. Qapını  
açanda  nə  görsəm  yaxşıdı.  Əynindəki  paltar  suyun  içində,  ustad  
vurha-vur  çalıb-oxuyur.  
Ərkyana  dedim:  “Ay  ustad,  bayaxdan  səni  gözləyirik.  Sən  ney-
nirsən?” 
Ustad dedi: “Ay oğul, sən hələ cavansan. Xalqın sevgisini qazan-
maq  asandı,  saxlamaq    çətin.  Bulaq  üstə  yəqin    ki,  bizdən  başqa    da  
adamlar  olacaq.  Və  mənim  orda  olduğumu  eşidib  hansısa  ifanı 
istəyəcəklər.  Mən də ən azından bilməliyəmmi səsimin zili, bəmi bu 
gün  necədir?  Hələ  hansı  sözü,  hansı  havada  oxuyacağımı  demirəm... 
Bir də ki, mənim üçün böyük, xırda məclis yoxdur, çünki, hər məclis 
mənim üçün bir imtahandır.” 
Bax, ustadlıq da,  böyüklük də,  dədəlik  də,  hikmət  də  budur... 
Şairin  başqa  bir xatirəsini  dinləyək. 
 
Məclislərin  birində  ustad    yenə  özünəməxsus    cövlan    edir.  
“Divani”, “Təcnis”, “El havası”, “Ruhani” - ifalar bir-birini  əvəzləyir.  
Məclis    elə    bil    donub.    Hamı    Kamandar  səsinin    sehrinə    düşüb.  
Növbəti  ifada  ustad bəndin  birini oxumadı.  Məclisdən sonra  dedim: 
“Ay  ustad,  filan  qoşmada  filan  bəndi  niyə  oxumadın?” 
Dedi: “Filan cərgədə bir adam varıydı. Allah onu övlad imtahanına  
çəkib.  O  bəndi oxusam,  ona  toxuna  bilərdi.” 
Allah!...Allah!....  Mərifət,  hikmət,  təriqət,  əxlaq  bu  deyilmi?!.. 
Xatirələri    dinlədikcə    Kamandar    səsinin    ucalığında    dayanıb  
şəxsiyyət və sənətkar bütövlüyünə  qibtə edirsən.  İlahi! Bu  nəyiymiş,  
bu  kimiymiş?!... Kərəmi oxuyur, öz ahından alışıb  Kərəm  tək  külə  
dönür,  Koroğlu  oxuyur, deyirsən  Koroğlu elə  indicə Babəkər dağını  
yarıb  bəri gəlib,  “Ruhani” oxuyur, aman Allah!.. ruhun tufanı  baş-


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
47 
layır.  İlahi,  vaxtında  dəyər  verə  bilmədiyimiz  bu  səs nə  möcü-
zədi?!.. 
 Borçalıda  müəllimsiz  qalan  bir  məktəb var -  Kamandar  mək-
təbi.  Bu  məktəbin  yetərincə  şagirdi  olsa  da,  otaqları  müəllimsiz 
üşüyür...    
 
KAMANDARIN OZAN SƏSİ 
 
Könüllərdə heykəlləşib 
Kamandarın ozan səsi. 
Borçalıda gerçəkləşib  
Kamandarın ozan səsi. 
 
Rəbbim verib, Haqdan gəlib, 
Göydən enib, Yerdən gəlib
Bir ilahi nurdan gəlib 
Kamandarın ozan səsi. 
  
Haqq səsidi, qalar bu səs
Zirvələri aşar bu səs, 
Əbədidir, yaşar bu səs, 
Kamandarın ozan səsi. 
 
Özü yoxdu, məktəb qalıb, 
Dəftər qalıb, kitab qalıb, 
Bir xəzinə, dövlət qalıb –  
Kamandarın ozan səsi. 
 
Şakir, göynər göyüm-göyüm
Yerdə yerim, göydə göyüm. 
Oyar qəlbim oyum-oyum  
Kamandarın ozan səsi. 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə