Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 4(7), 2011



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə11/31
tarix31.10.2018
ölçüsü1,43 Mb.
#77343
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
41 
Aşıq Şəmşirlə bağlı bir faktı da göstərmək istərdim.  
Mikayıl  Azaflının  “Qoca  Azaflıyam”  adlı  kitabını  (“Nurlan” 
nəşriyyatı, 2008, 760 səh.) nəşrə hazırlayarkən aşığın arxivində Aşıq 
Şəmşirin  öz  xətti  ilə  yazdığı  və  Azaflı  Mikayıla  ünvanladığı  deyiş-
mələrinə  və  şeir-məktubuna 
rast  gəldim.  Aşıq  Şəmşirin 
poetik  dünyasından  xəbər  ve-
rən deyişmələri və şeir-məktu-
bu  məni  məftun  etdi.  Xüsusi 
vurğulamaq lazımdır ki, Aşıq 
Şəmşirin  Azaflı  Mikayılla 
aşıq  poeziyasının  ən  çətin  və 
mürəkkəb  janrı  olan  təcnislə 
deyişməsi aşıq yaradıcılığında 
az təsadüf edilən hadisədir.  
Həmin deyişmənin birin-
ci bəndini oxucuların nəzərinə 
çatdırıram ki, mənim bu fikrimə şahidlik etsinlər: 
Aşıq Şəmşir: 
Nə zamandı gəlib həsrəti-didar, 
Bu gün qonaq gəlib bu dağ, bu dağa. 
Elə bil gül açıb, gəlibdi bahar, 
Könül bağçasında budağ-budağa. 
Mikayıl Azaflı: 
Aran da yaxşıdı, dağ da yaxşıdı, 
Dağ dağa arxadı, aran arana. 
Düz, əyri, xeyir-şər vaxtın naxşıdı, 
Salar ayrılığı aran arana
 
O  ki  qaldı  Şəmşirin  şeir-məktublarına,  onlar  ayrı  aləmdir. 
Hərdən  fikirləşirəm,  Səməd  Vurğunun  ustad  aşığın  yaradıcılığına 
dərin marağı və onu yüksək dəyərləndirməsi belə poeziya nümunə-
lərindən qaynaqlanmırdımı? 
Baxın, qiymət verin, görün üçbəndlik bu yığcam qoşmada Aşıq 
Şəmşir  Azaflı  Mikayılı  Kəlbəcərə  necə  dəvət  edir.  Şeirin  axıcılığı, 
təbiət  təsvirləri,  məna,  məzmun  çalarları  adamı  heyran  edir,  aşıq-
şairin çeşməyə bənzər təbindən, şairlik istedadından xəbər verir: 
 
Çəmənə, çiçəyə bəzənib hər yan, 
Sən bizim dağlara yaz olanda gəl. 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
42 
Lalə, nərgiz açılanda ərməğan, 
Boran bu yerlərdə az olanda gəl. 
 
Bənövşə kollara sarışan zaman, 
Əliklər meşədə bağrışan zaman, 
Çöllərdə çalxanıb çağrışan zaman, 
Çayların üstündə qaz olanda gəl. 
 
Xəstəlik əlində belə çaşbaşam, 
Axı, bacarmıram sellənib daşam. 
Müddətdi yatıram, hələ naxoşam, 
Şəmşirin əlində saz olanda gəl. 
 
Yuxarıda göstərmişik ki, aşıq poeziyasının elə bir janrı yoxdur 
ki,  Aşıq  Şəmşir  orada  uğurla  qələm  çalmasın.  “Folklorumuzda 
yerini  tutmamış  bir  janr”  adlı  məqaləmizdə,  sonralar  isə  “Kərkük 
folklorunun  janrları”  kitabımızda  Aşıq  Şəmşirin  “bayatı-tapma-
ca”lar  da  yazdığını  göstərmişik.  Lakin  tədqiqatçılarımız  onları  ba-
yatılar qismində verdiklərindən açması verilməmişdir. Biz bu müna-
sibətlə  yazmışıq:  “Azərbaycanda  folklorşünaslığa  dair  son  vaxtlar 
çap  olunan  kitablarda  “bayatı-tapmaca”ların  açmasını  verməmək 
meyli  özünü  göstərir.  Hətta  Aşıq  Şəmşir  kimi  müasirimizin  belə 
“bayatı-tapmaca”larının  açmasının  verilməməsi  təəssüf  doğurur. 
Məsələn: 
Ayağı, əli qandı, 
Dodağı, dili qandı. 
Möcüzə dərya gördüm, 
Suyu duz, gülü qandı. 
 
İki at var uzaqda, 
Bərqərardı hər vaxtda. 
Qarası adam yıxar, 
Ağı gəzər qucaqda. 
 
(Bax: Aşıq Şəmşir. Şeirlər. Bakı, Yazıçı, 1980, s.240-241) 
 
Halbuki, “bayatı-tapmaca”ların açmasının verilməsi həm insa-
nı  düşünüb-daşınmağa  sövq  etmək,  həm  də  ona  təbiət  və  cəmiyyət 
hadisələri,  xalqın  həyat  tərzi,  fikri-düşüncəsi  barədə  məlumat  ver-
mək baxımından maraq doğurur, tədqiqatçılar üçün əvəzsiz xəzinə-


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
43 
yə çevrilir. Digər tərəfdən də vəzn və qafiyəsi yerli-yerində olan bu 
qiymətli  poetik  parçaların  açması  məlum  olduqda  dillər  əzbərinə 
çevrilir,  daha  geniş  yayılır”  (Bax:  Kərkük  folklorunun  janrları. 
Bakı, “Elm” nəşriyyatı, 2003, səh.178-179). 
Aşıq  Şəmşirin  “bayatı-tapmaca”larından  da  göründüyü  kimi, 
bəzən sadə, bəzən də yüksək poetik dillə yazılan, təşbeh və təsvirlər-
lə,  obrazlı  ifadələrlə  dolu  olan  bu  dördlüklər,  ağlı,  zəkanı,  düşüncə 
və  mühakiməni  inkişaf  etdirmək  baxımından  xüsusi  qiymət  kəsb 
edir. 
Əziz saz-söz sərrafları, dənizin suyunun duzlu olduğunu bilmək 
üçün bir damcı kifayət etdiyi kimi, şeirin də əsl poeziya nümunəsi ol-
duğunu bilmək üçün bir bənd kifayət edir. Aşıq Şəmşirin hansı bən-
dini, hansı şeirini götürsək görərik ki, əsl  poeziya nümunəsi olmaqla 
bərabər  xalq  ruhunda köklənib.  Yayda  bulaq  suyu  insanın ürəyinə 
necə  yayılırsa,  Şəmşir  poeziyası  da  qəlblərə  məlhəm  kimi  eləcə 
yayılır. 
Çəkinmədən  deyə  bilərik  ki,  bütün  aşıq  şeir  şəkillərindən  mə-
harətlə istifadə edən, təkrarsız poeziya nümunələri ilə XX əsr Azər-
baycan aşıq poeziyasının inkişafında xüsusi yeri olan Aşıq Şəmşir o 
xoşbəxt  taleli  sənətkarlardandır  ki,  aşıq  sənətinə  verdiyi  töhfələri 
sayəsində ozan-aşıq sənətinin memarlarının bərqərar olduğu zirvədə 
layiqli yerini tutmuşdur. 
 
 
 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
44 
 
 
 
 ġakir  NADĠROĞLU 
 
 
 
MÜƏLLĠMSĠZ 
ÜġÜYƏN  MƏKTƏB 
 
 
 
 
 
Kamandar Əfəndiyev. Bütün titullardan, bütün adlardan ucada  du-
ran  bir isim...  Türkün sazının  işlədiyi  bütün  məmləkətlərdə bu  adı 
çəkmək kifayətdir ki, səni  ikiqat  ağırlasınlar, hörmət etsinlər. Düzdü, 
Kamandarın Kamandarlığını qısqananlar da yox deyil, bu adın  qarşı-
sına  keçə  bilməyib  kölgəsini  qılınclayanlar  da  var.  Ancaq  Kamandar 
səsinin  ildırım  nərəsi, dəli  Kürlüyü,  bulaq saflığı,  şəlalə eydirməsi 
hamını bir  fikirin  işığına  toplayır:  “Zalım  oğlu, doğrudan  da  Haqq 
aşığıdı!” 
 Kamandar Əfəndi oxumur, o, sazın tellərinə  qarışıb  sözün  özün-
də yaşayır. Ona görə də onun oxuduğu hər mahnı sağlığında hadisəyə  
çevrilirdi.  Ustad  “Dubeyti”də  sazın  səsiylə  dağları  oxşayır,  güllərə  
layla  deyirsə, “İbrahimi”də səsin eydirməsiylə dağlara  heykəl  qoyur, 
birdən də  dönüb  yana-yana Qəribi  anasına  qovuşdurur... 
  Xan Kamandar Kürüstü Kəpənəkçidə (Borçalı) doğuldu, orda da 
dünyasını dəyişdi. Amma  şöhrəti təkcə  Borçalını, Azərbaycanı deyil,  
bütün türk danyasını bürüdü. Bu şöhrəti ona  heç kim verməyib, ustad  
alın təriylə, sənətini sevməsiylə və ən başlıcası mənsub  olduğu  xalqın  
sevgisiylə  qazanıb  o şöhrəti...   
  XX  əsrin  sonlarında  ustad  aşıqlar  Hüseyn  Saraçlı  və  Əmrah 
Gülməmmədov  dünyalarını  dəyişdilər.  Və  bundan  sonra  Borçalı  aşıq  
mühitinin bütün ağırlığı bir ustadın – Kamandar Əfəndinin  çiyinlərinə 
düşdü.  Bu  mühitin  həm  dastançılığını,  həm  ifaçlığını,  həm  də  
ustadlığını öz çiyinlərinə götürdü Kamandar Əfəndi. Sağında, solunda  
heç  kəs  yoxuydu,  meydanda  təkləndikcə  sazına  sığındı,  səsinə 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə