Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 4(7), 2011



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə17/31
tarix31.10.2018
ölçüsü1,43 Mb.
#77343
1   ...   13   14   15   16   17   18   19   20   ...   31

 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
59 
Qorxu düşdü düşmanların canına, 
Dərə, düz demədən çox meydan keçdi. 
 
“Mehralı bəy denən bir ətdən qala”, 
Aşıq Şenlik böylə gətirdi dilə
Bütün hər tərəfə saldı vəlvələ, 
Dost sevindi, düşmanları yan keçdi. 
 
Başında əsərdi Qafqaz rüzgarı, 
Əlindən amana gəldi rus çarı, 
Xatırladım Qazi Əhməd Muxtarı, 
Göysündə taxılı bir nişan keçdi. 
 
Bu gün qulağımda nal səsləri var, 
İndi Acıyurdda yıl səsləri var, 
Sivasda, Ulaşda yol səsləri var
Buradan Yəmənə bir karvan keçdi. 
 
Gördüm Acıyurdu, gördüm Ulaşı, 
Mənə cənnət gəldi torpağı, daşı, 
Yavuz Bülənd Bakilərin göz yaşı, 
Qarabağa doğru bir ümman keçdi. 
 
Şərəf der ki, şanlı Türkün bazarı, 
Əbdülhamid Xanın sevgi nazarı, 
Yəmən ellərində qaldı məzarı, 
Dünyadan böylə bir qəhrəman keçdi. 
 
 
 
 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
60 
 
Ġmamverdi  ƏBĠLOV 
filologiya elmləri namizədi 
 
MĠZRAB TELDƏN AYRILSA DA... 
 
Aşıq  Pənah  Salyanda  doğuldu, 
orada  yaşayıb-yaratdı,  Salyanda  da 
torpağa  tapşırıldı.  52  illik  ömründə 
doğma şəhərdən ayrılmasa da, əyalət 
“mənəmliyindən”,  məhəlli  məhdu-
diyyətdən  uzaq  yanar  təbli  sənət  fə-
daisi kimi iqlim-iqlim tanındı, sevildi.  
Təbiəti  etibarı  ilə  əsl  Azərbaycan 
ziyalısı  olan  Aşıq  Pənah  öz  xalqına, 
onun  keçmiş  və  gələcəyinə,  milli 
ənənələrinə  sadiq  bir  ömür  sürdü  – 
məzmun  dayazlığına,  bəsirətsizliyə 
arxa  çevirən,  dosta-dosta,  düşmənə 
yad  bir  sənətkar  ömrü!  Bir  həqiqəti 
bilirik  ki,  sənətkar  üçün  iki  təhlükə 
mövcuddur:  İstedadı  olmayan  peşə-
karlıq  və  peşəkarlığı  olmayan  iste-
dad!  Peşəkarlığı  istedadla  vəhdətdə 
olan Aşıq Pənah aydın dərk edirdi ki, müasir zəmində yüksələn sənət iki 
mühüm amillə bağlıdır: Keçmişlə, gələcəklə! Bilirdi ki, keçmişi unudan-
ların, keçmişi öyrənməyənlərin gələcəyə gedən yolu aydın deyil, duman-
lıdır. Buna görə də o, folklor ədəbiyyatını, klassik aşıq poeziyasını, qəh-
rəmanlıq və məhəbbət dastanlarını mükəmməl mənimsəmişdi.  
Məclisində iştirak edənlər Aşıq Pənahın ilhamla oxuduğu gəraylı, qoş-
ma,  təcnis,  cığalı  təcnis,  müstəzad,  qoşayarpaq,  dodaqdəyməz,  ustad-
namə, deyişmə, müxəmməs, vücudnamə, divani... kimi sənət incilərindən 
zövq alırdılar. Yaddaşı bir ənənəvi xəzinə idi ki, hər məclisdə bu xəzinə-
nin  incilərindən  dinləyicilərə  pay  düşərdi.  İctimai  qayğılarını,  şəxsi  nis-
gillərini,  aravuran-sözgəzdirən  bimürvətlərdən  gileyini  müstəqil,  sərbəst 
deyə bildiyi kimi, ustad aşıqlara istinad yolu ilə də məharətlə ifadə edirdi.  
Bir  məclisində  iştirak  edirdim.  Məclisdən  azca  əvvəl  xətrinə  dəymiş-
dilər.  üzə  vurmasa  da,  qanıqara  olduğunu  az  adam  –  dostları  bilirdi. 
Qeybətçilik,  ucuz  sicilləmələr  kimin  qanını  qaraltmır  ki?...  O  ki  qaldı 
Pənah kimi söz sərrafı ola... söhbətə musiqisiz kəlamla başladı: “Dostlar, 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
61 
bu axşam saz və sözün qüdrəti ilə gecəni uzatmalı, səhəri yubatmalıyıq. 
Görüşünüzə  dörd  yüz  yaşlı  misralarla  gəlmişəm.  Gəlmişəm  ki,  ürfan 
məclisindən feyz aparaq – qeyz yox; mehr alaq – hikkə yox!...” Sonra da 
aşığın zil səsi sədəfli sazın harayı ilə qoşalaşdı:  
 
Diri dağlarından, uzaq yollardan,  
Əlbəttə ki, bir murada gəlmişəm. 
Eşqin sitəmindən, çərxin əlindən,  
Bir şahım var, ona dada gəlmişəm.   
 
Bülbül idim, ayrı düşdüm gülümdən,   
Fələk vurdu, cida saldı elimdən.  
Qurbaniyəm, Qara vəzir əlindən,  
Şeyx oğluna şikayətə gəlmişəm.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Aşıq  Pənah  və  Salyan  aşıqları  Moskvada  Mərkəzi  televiziyda  çıxışdan 
sonra. 1971-ci il. 
 
400 illik  yol  gəlmiş  Qurbani  qoşması  Pənahın  ifasında məclisi  ov-
sunlamışdı. Nəzərlər müstəsna aludəçiliklə aşığa dikilmişdi. Məclisə daş 
sükutu çökmüşdü. Kimsə dinib-danışmırdı, təkcə bir qədər əvvəl əsassız-
səbəbsiz  onun  qəlbini  qıran,  istedadına  açıq-saçıq  darılan  “dostundan” 
başqa. Bu kəmfürsət dost tez-tez sağa-sola dönür, yerli-yersiz suallar ve-
rir, biganəlik görəndə suallarına özü cavab verməyə də tənbəllik eləmirdi. 
Aşkar  hiss  olunurdu  ki,  məqsədi  məclisdəkilərin  diqqətini  Pənahdan 
yayındırmaqdır.  Narazı  baxışlara  məhəl  qoymayan  bu  utanmaza  cavab 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
62 
əhli-məclisi “intizama dəvət edən” aşığın şaqraq, bir qədər də sərt avazla 
oxuduğu öz qoşması oldu:  
 
Axşam dediyini dəyişər səhər,  
Dilində qənd olar, əlində zəhər.  
Özü yaralayar, özü öldürər,  
Sonra da başına döyər, utanmaz.  
 
Aşıq  Pənah  idarə  etdiyi  məclislərə  adi  şənlik  yığıncağı  kimi  yox, 
ədəb-ərkan məktəbi kimi baxardı. Şübhəsiz ki, onun böyük uğurla yetkin-
likdən  kamillik  mərtəbəsinə  yüksəlməsinin  başlıca  səbəbi  də  həmin  sə-
nətkar qənaəti ilə bağlı idi. Axı, hər məclisi ədəb-ərkan məktəbinə çevir-
mək hər aşığa qismət olmur. Aşıq Pənahın qismətinə belə bir sənət müj-
dəsi düşdü. Bu da səbəbsiz deyil. Çünki o, sənət dünyamızdan, el-obanın 
adət-ənənələrindən  bəhrələnə-bəhrələnə  yaşın  müdriklik  məqamını  vax-
tından çox-çox əvvəl fəth eləmişdi.  
Pənaha  ümumxalq  məhəbbəti  danılmaz  həqiqətdir.  Bu  məhəbbətin 
sirrini hərə bir cür yoza bilər. Lakin dost-həmdəm qənaəti qəti olur. Həm-
yaş, yurddaş, sirdaş kimi aşığa ümumel sevgisinin səbəbini onda görürəm 
ki, əvvəla, təbiət ona fitri səs, ilham və yaddaş bəxş eləmişdi: ikincisi, sə-
nətini  təkmilləşdirmək,  cilalamaq  xətrinə  müstəsna  səbir,  dözüm,  yorul-
mazlıq:  sonra fitri sadəliklə  bahəm  ailəyə  etibar  və  bağlılıqla  yanaşı  qo-
huma, dosta, tanışa gərəkli olmaq eşqi; daha sonra əsl türk kişisinə məx-
sus mərdanəlik, qeyrət; nəhayət, xalq qarşısında borc hissini bütün mənə-
vi borcların fövqündə görə bilmək məsuliyyəti... Və bir də həyat həvəsi 
ilə  süslənmiş  sadəlik,  təmizlik  kimi  nəcib  əxlaqi  keyfiyyətlər  töhfə 
vermişdi.        
Müharibədən  əvvəl  yaradılıb  hərbin  ağır  günlərində  fəaliyyət  gös-
tərən  Salyan  Dövlət  Dram  Teatrının  səhnəsinə  gələndə  Pənahın  18  yaşı 
vardı. Hər gün neçə-neçə qapını qara xəbər – “qara kağız” açırdı. Bu ağır, 
müsibətli günlərdə xalqı bədbinlikdən, ümidsizlikdən qorumaq – dövrün 
öz sənətkarına ictimai sifarişi idi. Axı, hər şey ölə bilər, ümiddən başqa! 
Ümid  öldüsə,  insan  yoxdur!  Salyan  teatrında  18-20  yaşlı  bir  gəncin  – 
Pənahın  Məcnun,  Kərəm,  Qərib,  Sərvər,  Əsgər  rollarında  inamlı  və  il-
hamlı  çıxışları  təkcə  sənətin  sehri  deyil,  xalqımızın  bədbinliyə,  kədərə 
yabançı təbiətinin təntənəsi idi. Salyanlılar kimi, qonşu rayonlular da bu 
gənc istedadın timsalında öz vüqar və inamlarının şahidi olurdular.  
Zaman-zaman  meydan  genişləndi.  Salyandan  pərvəriş  tapan  sıravi 
səhnə  həvəskarı  “Saz  və  söz”,  “Məhəbbətdən  danışaq”,  “Təzə  söz,  təzə 
mahnı”,  “Mənim  sazım”  kitablarının  müəllifi  Finlandiyada,  Bolqarıs-


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə